Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-172/2023 19.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: faktorinq, maliyyələşdirmə üçün ərizə, zaminlik, əsas borc, faiz borcu, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, eyni zamanda Cavabdeh2 nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “faktorinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən va Qanuni nümayəndə birgə qaydada EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 688,17 manat əsas borc, 517,93 manat cərimə borcu olmaqla, cəmi 12 206,10 manat borcun, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48 187,15 manat əsas borc, 2 132,28 manat faiz borcu, 17 123,48 manat cərimə borcu olmaqla, cəmi 67 442,91 manat borcun, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49 048,87 manat asas borc, 2 170,41 manat faiz borcu, 16 269,92 manat cərimə borcu olmaqla, cəmi 67 489,20 manat borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 404 manat məbləğində pulun və ödənilmiş 97 manat dövlat rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində EXPF0156 saylı Faktorinq limiti müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 01 №-li, xx.xx.2021-ci il tarixli 02 №-li əlavə imzalanmış, Bank tərəfindən borcalana 01 №-li əlavəyə əsasən 116 000 manat, 02 №-li əlavəyə əsasən 190 000 manat məbləğində faktorinq limiti ayrılmışdır. Sonradan tərəflər arasında EXPF0156 saylı faktorinq limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixinədək, illik faiz dərəcəsi 12,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27,5%, günlük cərimə faizi 0,0763% olmaqla, 53 504,76 manat məbləğində vəsait ayrılmış, xx.xx.2021-ci il tarixli EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixinədək, illik faiz dərəcəsi 13,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28,5%, günlük cərimə faizi 0,0792% olmaqla, 48 187,15 manat məbləğində vəsait ayrılmış, xx.xx.2021-ci il tarixli EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixinədək, illik faiz dərəcəsi 13,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28,5%, günlük cərimə faizi 0,0792% olmaqla, 49 048, 87 manat məbləğində vəsait ayrılmışdır. Bunlarla yanaşı, İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli EXPF0156 saylı faktorinq limiti müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli ZF0447 saylı zaminlik müqaviləsi və ona edilmiş xx.xx.2021-ci i tarixli 1 nömrəli əlavə bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, borcalanın EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 688,17 manat asas borc, 517,93 manat cərimə borcu olmaqla, cəmi 12 206,10 manat borcu, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48 187,15 manat əsas borc, 2 132,28 manat faiz borcu, 17 123,48 manat cərimə borcu olmaqla, cəmi 67 442,91 manat borcu, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49 048,87 manat asas borc, 2 170,41 manat faiz borcu, 16 269,92 manat cərimə borcu olmaqla, cəmi 67 489,20 manat borcu qalmışdır. İddiaçı mediasiya prosesi üzrə 404 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 97 manat dövlət rüsumu da ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 445, 448.1, 470 və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən ödənişlər edilmiş, buna görə də iddia tələblərinin həcminin azaldılması barədə ərizə vermişlər. Bundan başqa bildirmişdir ki, faktorinq müqaviləsi üzrə borcluya ödənişin həyata keçirilməsi üçün 2 hesab təqdim olunmuşdur. Həmin hesablardan biri banka, yəni faktora, digəri isə faktorinq müqaviləsi üzrə müştəri olan Cavabdeh2 MMC-yə məxsus olmuşdur. Borclu tərəfindən ödəniş Cavabdeh2 MMCnin hesabına köçürülmüş, lakin İddiaçı ASC tərəfindən silinmə həyata keçirilə bilməmiş, həmin vəsaitə müştəri tərəfindən sərəncam verilmişdir. Ona görə də müqavilə tələbinə əsasən borcu müştəridən, eləcə də onun zaminindən tələb edirlər.
5. Məhkəmənin iclaslarında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə əsas və faiz borcu hissəsində iddianı etiraf etmiş, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir.
6. Qanuni nümayəndə elektron qaydada imzalayaraq Cavabdeh2 MMC-nin elektron kabineti vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə (məlumat) ünvanlayaraq iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiklərini bildirmiş, cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Faktorinq müqaviləsi çərçivəsində bağlanmış maliyyələşdirmə üçün ərizələrə əsasən əsas və faiz borcunun tutulması tələbi ilə bağlı
8. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli faktorinq müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə həmin müqaviləyə 1 nömrəli əlavə, xx.xx.2021-ci il tarixdə isə 2 nömrəli əlavə imzalanmışdır. Bundan başqa, tərəflər arasında xx.xx.2021-ci il tarixdə EXPF0156/18 saylı, xx.xx.2021-ci il tarixdə EXPF0156/19 saylı, xx.xx.2021-ci il tarixdə EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizələr imzalanmışdır. Eyni zamanda məhkəmə müəyyən edir ki, İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə imzalanmışdır.
9. İddiaçı ASC faktorinq limiti müqaviləsi çərçivəsində bağlanmış maliyyələşdirmə üçün ərizələrə əsasən cavabdehlər Cavabdeh2 MMC-dən va Qanuni nümayəndə birgə qaydada EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 688,17 manat əsas borc, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48 187,15 manat əsas borc və 2 132, 28 manat faiz borcu, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49 048,87 manat əsas borc və 2 170,41 manat faiz borcu tələb edir.
10. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə elektron qaydada imzalayaraq Cavabdeh2 MMC-nin elektron kabineti vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə (məlumat) ünvanlayaraq iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiklərini bildirmiş, məhkəmənin baxış iclaslarında şifahi qayda da həmin mövqelərini müdafiə etmişdir.
11. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
12. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
13. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
14. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
15. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın əsas və faiz borcu hissəsində etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
16. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
17. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
18. Əsas və faiz borcunun tutulması hissəsində iddia cavabdehlər tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11 688,17 manat əsas borc, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48 187,15 manat əsas borc və 2 132,28 manat faiz borcu, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49 048,87 manat əsas borc və 2 170,41 manat faiz borcu cavabdehlar Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Cərimənin tutulması tələbi ilə bağlı
19. İddiaçı EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 517,93 manat, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17 123,48 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16 269,92 manat cərimənin cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə birgə qaydada tutulmasını məhkəmədən xahiş etmişdir.
20. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli faktorinq müqaviləsinə əsasən güzəşt edilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək faktorun hüququdur (3.1.7); borclu ödənişləri gecikdirdiyi zaman müştəri “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan cərimə faizlərini faktora ödəyir (5.4).
21. Maliyyələşdirmə üçün ərizələrdən görünür ki, maliyyələşdirmə üçün ərizənin müddətinin bitmə tarixindən sonra tətbiq edilən cərimə EXPF0156/18 saylı ərizəyə əsasən 27,5%, EXPF0156/19 və EXPF0156/20 saylı ərizələrə əsasən 28,5 % razılaşdırılmışdır.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
23. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
24. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdeh tərəfin məhkəmə icraatının gedişində ödənişlər etməsi, eyni zamanda əsas və faiz borcu hissəsində iddianı etiraf etməsi və kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 517,93 manat, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2400 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2450 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
26. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 517,93 manat, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2400 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2450 manat pul cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
27. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 404 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
28. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-3902 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 19 iyul 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehlər 10 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmalarına rəğmən iştirak etməmiş, İddiaçı ASCnin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 404 manat məbləğində mediasiya xərcini ödəmişdir.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
30. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
31. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
32. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 404 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
33. İddiaçı ödənilmiş 97 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
34. Elektron iddia ərizəsindən görünür ki, ********* nömrəli qəbzlə 97 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
35. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ilkin iddia ərizəsi verilən zaman iddianın qiyməti nəzərə alınmaqla dövlət rüsumu qanunun tələbinə əsasən düzgün ödənilmiş, iş məhkəmənin icraatında olan zaman məhz cavabdeh tərəfindən ödəniş olduğu üçün iddia tələbinin həcmi azaldılmışdır.
36. Əsas və faiz borcunu cavabdehlərin etiraf etdiyini, tələb olunan cərimə məbləği məhkəmə tərəfindən azaldıldığından iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97 manat məbləğində pul cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-dən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11 688 (on bir min altı yüz səksən səkkiz) manat 17 (on yeddi) qəpik əsas borc, 517 (beş yüz on yeddi) manat 93 (doxsan üç) qəpik cərimə borcu olmaqla, cəmi 12 206 (on iki min iki yüz altı) manat 10 (on) qəpik məbləğində pul “Paşa Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48 187 (qırx səkkiz min yüz səksən yeddi) manat 15 (on beş) qəpik əsas borc, 2 132 (iki min yüz otuz iki) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 2400 (iki min dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 52 719 (əlli iki min yeddi yüz on doqquz) manat 43 (qırx üç) qəpik məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49 048 (qırx doqquz min qırx səkkiz) manat 87 (səksən yeddi) qəpik əsas borc, 2 170 (iki min yüz yetmiş) manat 41 (qırx bir) qəpik faiz borcu, 2450 (iki min dörd yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 53 669 (əlli üç min altı yüz altmış doqquz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 404 (dörd yüz dörd) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində pul Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova