Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1728/2021 21.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin (hazırkı adı Cavabdeh MMC) üzərinə 2016-2017-ci illər üçün MMC-nin fəaliyyətin nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərinin ümumi yiğıncağının keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin hüquqi varisi olduğu “xxxx” MMC 19 noyabr 2007-ci il tarixdə 100% təsisçi payı ona məxsus olmaqla tərəfindən təsis edilmişdir. 03 noyabr 2011-ci il tarixdə cəmiyyətin nizamnamə kapitalı 10.000 manat miqdarına qaldırılmışdır. “xxxx” MMC 5475 manat ödəməklə Cəmiyyətin nizamnamə kapitalında hər biri 500 manat nominal dəyərə malik 20 paydan 11-ni (55 faizi) əldə etmiş, iddiaçıda isə 4500 nominal dəyərə malik 9 pay (45%) qalmışdır. 04 noyabr 2014-cü il tarixdə “xxxx” MMC “xxxx” MMC ilə əvəz edilmişdir. Daha sonra isə “xxxx” MMC cəmiyyətdə olan paylarını X2 ötürmüş və nəticə etibarı ilə cəmiyyətdə 9 pay, yəni 45% iddiaçıya, 11 pay (55%) isə X2 aid olmuşdur. O həm də cəmiyyətin direktoru olmuşdur. Bundan sonra şirkətin dayanıqlı inkişafı üçün bir sıra layihələri həyata keçirməli oldu. Açılan yeni mağazaların təmir işləri ilə bağlı əlavə vəsait qoyuluşu tələb olunurdu. O, bu ehtiyacı ödəməkdən ötrü şirkətdəki payının 20%-ni də digər həmtəsisçiyə dövr etməli oldu. Qeydiyyat şirkətin nizamnamə kapitalının 10.000 manatdan 3 mln 200 min manata qaldırılması yolu ilə həyata keçirildi. Beləliklə, 2016-cı ilin noyabr ayında şirkətdəki payı 25% təşkil edirdi. 7 iyun 2017-ci il tarixdə cavabdehin əsassız şikayət ərizəsi əsasında həbs olunub. Həbsdə olduğu müddətdə düşdüyü ağır vəziyyətdən istifadə edən digər həmtəsisçi onu 12.09.2017-ci il tarixdə 25% payının ötürülməsinə dair əqdin rəsmiləşdirilməsi üçün sənədləri imzalamağa məcbur etdi. Nəticə etibarı ilə rəsmi olaraq o 14.09.2017-ci il tarixə qədər həmin şirkətdə 25% təsisçi payına malik olmuşdur. Lakin 2016-2017-ci il maliyyə illəri üçün ona cəmiyyətin mənfəətindən çatacaq pay ödənilməmişdir. Məlum edir ki, “xxxx” MMC-nin fəaliyyət növü əsasən ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat satışından ibarət olmuşdur. (VÖEN **********) Onu da qeyd edir ki, “xxxx” MMc mənfəət vergisi ödəyicisi olmuşdur. MMC-nin nizamnaməsinin 10.6-cı bəndinə əsasən maliyyə illəri hər il 01 yanvarda başlayır və 31 dekabra qədər olan dövrü əhatə edir. Eyni zamanda Nizamnamənin 10.5-ci bəndinə əsasən bütün vergilər və büdcəyə ödənişlər ödənildikdən sonra yerdə qalan xalis gəlirin təsisçilər arasında bölünməsi onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına mütənasib olaraq həyata keçirilir. Cəmiyyətin xalis mənfəəti ümumi yığıncağın qərarı qəbul edildikdən sonra 1 ay müddətində təsisçilərə ödənilməlidir. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan mənfəətin 994.949,58 manat olduğu göstərilmiş və büdcəyə 198989,92 manat mənfəət vergisi hesablanmışdır. Lakin 2017-ci il üzrə səyyar vergi yoxlaması ilə vergiyə cəlb olunan mənfəətin 13.562.255,74 manat olduğu, büdcəyə çatası mənfəət vergisinin 2.712.451,11 olduğu müəyyən edilmişdir. Yoxlama 26.07.2018- ci il tarixdə başlanılmış və 09.01.2019-cu il tarixdə başa çatdırılmışdır. Eyni zamanda vergi orqanı tərəfindən 2016-cı il üçün mənfəət vergisi səyyar vergi yoxlanılması ilə yoxlanılmış, müəyyən edilmişdir ki, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı il üçün mənfəət vergisinin bəyyanaməsində vergiyə cəlb olunan mənfəətin 520.239,25 manat, həmin mənfəətdən verginin 104.047,85 manat olması göstərilmişdir. “xxxx” MMC-nin nizamnaməsinin 9.2-ci maddəsinin “c” bəndinə əsasən cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, həmçinin 9.2-ci maddəsinin “ə” bəndinə əsasən cəmiyyətin filial və nümayəndəlikləri də daxil olmaqla cəmiyyətin fəaliyyətinin ilik nəticələrinin, auditor rəy və hesabatlarının təsdiq olunması, zərərin ödənilməsi qaydasının müəyyən edilməsi cəmiyyətin X1 müstəsna səlahiyyətinə aiddir. Eyni zamanda Nizamnamənin 10.5-ci bəndinə əsasən bütün vergilər və büdcəyə ödənişlər ödənildikdən sonra yerdə qalan xalis gəlirin təsisçilər arasında bölünməsi onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına mütənasib olaraq həyata keçirilir. Cəmiyyətin xalis mənfəəti ümumi yığıncağın qərarı qəbul edildikdən sonra 1 ay müddətində təsisçilərə ödənilməlidir. Qanunun tələbindən göründüyü kimi MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən onun təsisçilik payına uyğun mənfəət almaq hüququ vardır. Lakin bu günə qədər xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağı tərəfindən qərar qəbul edilməmişdir. Bununla əlaqədar olaraq 2017-ci ildən başlayaraq bu günədək dəfələrlə cavadehə müraciət etmişdir. Lakin bütün müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq Xəzər rayon məhkəməsində iddia qaldırmış, Xəzər rayon məhkəməsinin qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Əsas kimi də göstərildi ki, mənfəət tələbi ilə bağlı məsələlər təsisçilərin ümumi yığıncağının qərarı nəticəsində həll edilməlidir. 28.08.2020-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 14.09.2017-ci il tarixdə “xxxx” MMC-də olan təsis paylarını satmış və bundan sonra onun MMC-yə hər hansı aidiyyəti olmamışdır. AR MM-in 91.1-3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yiğıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yiğıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktor şurasının, təftiş komissiyasının və ya bütün səslərin azı onda birinə malik olan iştirakçılarının tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yiğıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər:öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçı müvafiq subyektiv hüquqa, yəni, təsisçilərin ümumi yığıncağının keçirilməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfıyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi qanunvericilik Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi yığıncağını çağırmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edib, iddiaçı isə MMC-nin imumiyyətlə iştirakçısı olmadığından ümumi yığıncağının çağırılmasını tələb etmək hüququna malik deyil. Bundan başqa qeyd edir ki, hal-hazırda MMC-nin yalnız 1 təsisçisi var. Yəni təsisçilərin ümumi yığıncağının çağırılması praktiki cəhətdən mümkün deyil. Bu isə gələcəkdə iddia tələbinin təmin olunması halında qətnamənin icrasının mümkünsüz olmasına dəlalət edir. Göründüyü kimi, iddia ərizəsi subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsi ilə yanaşı, eyni zamanda iddia tələbinin hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan cavabdehin nümayəndəsi etiraza əlavə vermiş və əlavədə göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “təsisçilərin ümumi yığıncağının keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin (hüquqi varis Cavabdeh MMC) üzərinə 2016-2017-ci illər üçün MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, İddiaçı 14.09.2017-ci il tarixdə “xxxx” MMC-də olan təsis paylarını satmış və bundan sonra onun MMC-yə hər hansı aidiyyəti olmamışdır. 14.09.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilə imzalandığı andan satıcı cəmiyyətdəki satmış olduğu paylar üzərində bütün hüquq və vəzifələrini itirmiş hesab olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər:öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ;müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçı müvafiq subyektiv hüquqa, yəni, təsisçilərin ümumi yığıncağının keçirilməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfıyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi qanunvericilik Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi yığıncağını çağırmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edib, iddiaçı isə MMC-nin ümumiyyətlə iştirakçısı olmadığından ümumi yığıncağının çağırılmasını tələb etmək hüququna malik deyil. Bundan başqa qeyd edir ki, hal-hazırda MMC-nin yalnız 1 təsisçisi var. Yəni, təsisçilərin ümumi yığıncağının çağırılması praktiki cəhətdən mümkün deyil. Bu isə gələcəkdə iddia tələbinin təmin olunması halında qətnamənin icrasının mümkünsüz olmasına dəlalət edir. Göründüyü kimi, iddia ərizəsi subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsi ilə yanaşı, eyni zamanda iddia tələbinin hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 06.11.2020-ci il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.11.2020-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. 26.11.2020-ci il tarixdə iddiaçı qeyd edilən qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1819/2020 saylı iş üzrə 06.11.20200-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1819/2020 saylı iş üzrə qəbul etdiyi 06.11.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş vəsatət təmin edilməmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasına gəlməmələrinin səbəblərinin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.3-cü maddəsinə görə əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili tərəfindən müvafiq sübutların məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq onların məhkəmə iclasına gəlməmələrinin səbəblərini üzürlü saymamış və işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmədə verdiyi izahatında Nümayəndə iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“xxxx” MMC-nin təsisçisinin 25.10.2011-ci il tarixli qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 5.500 manat pul şəklində, əlavə pay qoymaqla “xxxx” MMC-nin təsisçiləri sırasına daxil edilmiş, İddiaçı əlavə 4.450 manat pul qoymaqla “xxxx” MMC-də Nizamnamə kapitalında payı artırılmış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Nizamnamə kapitalı artırılmış və 10.000 manat həcmində müəyyən edilmişdir. Təsisçilərin payları aşağıdakı kimi müəyyən edilmişdir: İddiaçı -4.500 manat, 9 pay, 45% “xxxx” MMC - 5.500 manat, 11 pay, 55 %. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) nizamnamə kapitalının həcminin artırılması və əlavə təsisçinin qeydə alınması ilə əlaqədar Nizamnaməsinə müvafiq dəyişikliklər edilmiş və həmin dəyişikliklər 03.11.2011-ci il tarixdə dövlət qeydiyyatına alımışdır. -“xxxx” MMC-nin təsisçilərinin nizamnamə kapitalının iştirakçıların vəsaiti hesabına artırılması barədə 03.10.2016-cı il tarixli qərarına əsasən "xxxx” MMC-nin (VÖEN **********) nizamnamə kapitalı 01 noyabr 2016-cı il tarixinədək 3.190.000 manat məbləğində artırılaraq 3.200.000 manat məbləğində müəyyən edilmiş, təsisçilərin payları aşağıdakı kimi müəyyən edilmişdir: X4 - 2.400.000 manat, 15 pay, 75% İddiaçı - 800.000 (manat, 5 pay, 25%) Şirkətin nizamnaməsinə müvafiq dəyişiklik edilərək 08.11.2016-cı il tarixdə qeydiyyata alınmışdır. -14.09.2017-ci il tarixdə İddiaçı (satıcı) və X4 (alıcı) arasında müəssisədəki payın alqısatqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı paylarını satır. Alıcı isə həmin payları nizamnamə kapitalındakı dəyərinə - 800.000 manata alır. 1.2-ci bəndinə əsasən payın məxsus olduğu müəssisə 19.11.2007-ci il tarixdə AR VN tərəfindən ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata aınmış, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-dir (VÖEN:**********). 1.3-cü bəndinə əsasən “xxxx” MMC-nin təsisçisi İddiaçı cəmiyyətdə sahib olduğu 25% payını digər təsisçi X2 nizamnamə kapitalındakı dəyərinə yəni 800.000 manata satır. 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan satıcı cəmiyyətdəki satmış olduğu paylar üzərində bütün hüquq və vəzifələrini itirmiş hesab olunur. - X3 Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, “xxxx” MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. - Cavabdeh MMC-nin nizamnaməsinin: 4.1-ci bəndinə əsasən cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. 4.3-cü bəndinə əsasən cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, cəmiyyətin X1 müstəsna səlahiyyətlərinə aiddir. -23.06.2017-ci il tarixdə İddiaçı “xxxx” MMC-nin direktoru S.Əliyevə müraciət edərək cəmiyyətin maliyyə -təsərrüfat fəaliyyəti ilə bağlı öncə 2017-ci ilin ilk 4 ayının hesabatlarının 5 iş günü ərzində ona təqdim edilməsini, gələcəkdə isə aylıq hesabatların sonrakı ayın 10-na kimi göndərilməsini tələb etmişdir. -İddiaçı “xxxx” MMC-nin iştirakçısı Z.Həmzəyevaya, “xxxx” MMC-nin direktoru S.Əliyevə müraciət edərək, cəmiyyətin X1 çağırılmasını vacib hesab etmiş və ümumi yığıncağın keçirilməsini tələb etmişdir. 29.04.2020-ci il tarixdə İddiaçı Cavabdeh MMC-nin direktoruna müraciət edərək, onun “xxxx” MMC-nin baş direktoru kimi fəaliyyətə davam etməyə mane olan bütün hüquqi əsasların təsdiq olunmuş surətlərinin qısa zamanda ona təqdim edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı qaldırdığı hazırkı iddia tələbi 2016-2017-ci illər üçün Cavabdeh MMCnin fəaliyyətinin nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərinin ümumi yiğıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhdud məsuliyyətli cəmiyyətlərin ümumi yığıncağının keçirilməsi qaydası və əsasları AR MM-də müəyyən edilmişdir. Mülki Məcəllənin: 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. 91.1-1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.[81] 91.1-2-ci maddəsinə görə cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3-cü maddəsinə görə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Göründüyü kimi qanunverici tələbləri əsasında məhdud məsuliyyətli cəmiyyətin növbədənkənar ümumi yığıncağın keçirilməli olduğu şəxslərin və ya orqanların dairəsini müəyyən etmişdir. Həmin şəxslərə (və ya orqanlara) cəmiyyətin icra orqanı, habelə direktorlar şurası (müşahidə şurası), təftiş komissiyası (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçılar aid edilmişdir. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, İddiaçı MMC-də sahib olduğu 25% payı 2017-ci ildə payın alqı-satqı müqaviləsinə əsasən satdığından hazırda MMC-nin iştirakçısı deyil. Eyni zamanda MMC-nin orqanlarında ümumi yığıncaq keçirilməsini tələb etmək hüququ verən vəzifələrdən birini tutmur. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin ümumi yığıncağının keçirilməsini tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmadığından hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı 2016-2017-ci illər üçün MMC-nin fəaliyyətinin nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1728/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1728/2021
21.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver