Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1730/2022 18.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh, eyni zamanda Cavabdeh3 nümayəndəsi (direktoru) Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 7008.73 manat məbləğində əsas bоrc və 2089.99 manat faiz borcu оlmaqla, cəmi 9098.72 manat borcun, 100 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin və 11.4 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən müştərək qaydada 7008.73 manat məbləğində əsas bоrc və 2089.99 manat faiz borcu оlmaqla, cəmi 9098.72 manat borcun, 100 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin və 11.4 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borcalan Cavabdeh3 arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 10000.00 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər Cavabdeh2 arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli və Cavabdeh1 arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 27 sentyabr 2019 il tariхli, 101842-774804/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 10 mart 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 7008.73 manat məbləğində əsas bоrcu və 2089.99 manat faiz borcu оlmaqla, ümumilikdə 9098.72 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, eyni zamanda Cavabdeh3 nümayəndəsi (direktoru) Cavabdeh1 məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, iddiaçıya olan borc pandemiya səbəbindən yaranmışdır, ona görə ödəniş edə bilməmişdir. Daha sonra iddiaçıya müraciət edərək, 1000 manat ödəniş etmiş və yeni qrafik verilməsini xahiş etmişdir. Lakin iddiaçı buna razı olmamışdır. Ona görə də iddiaçıya olan borc açıq vəziyyətdə qalmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli krеdit müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh3 MMC-yə illik 23% ödənilməsi şərtilə 18 ay müddətinə 10.000 manat kredit vermişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842- 774804/1 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tarixli 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Cavabdeh3 MMC ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842- 774804/1/2 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tarixli 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Cavabdeh3 MMC ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli Kredit müqaviləsinə əsasən krеditlər üzrə əsas məbləğ borcu 7008.73 manat, məbləğə hesablanmış faiz borcu 2089.99 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdeh, eyni zamanda Cavabdeh3 nümayəndəsinin (direktoru) izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh3 MMC-yə illik 23% ödənilməsi şərtilə 18 ay müddətinə 10.000 manat kredit vermişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli və Cavabdeh1 arasında 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1/2 nömrəli Zaminlik müqavilələri bağlanmış və onlar Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tarixli 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Cavabdeh3 MMC ilə birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq cavabdehlər keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişlər. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilmələrinə baxmayaraq borcun ödənilməsindən yayınmışlar. Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli Kredit müqaviləsinə əsasən krеditlər üzrə əsas məbləğ borcu 7008.73 manat, məbləğə hesablanmış faiz borcu 2089.99 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh3 MMC-nin 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan 7008.73 manat məbləğində əsas borc iş materialları ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, eyni zamanda cavabdehlər Cavabdeh1 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1/2 nömrəli və Cavabdeh2 isə 27 sentyabr 2019-cu il tariхli, 101842-774804/1 nömrəli Zaminlik müqavilələri ilə Cavabdeh3 MMC-nin bank qarşısında onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşlər. Məhkəmə hesab edir ki, əsas borc məbləğinə hesablanmış 2089.99 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3ndən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7008.73 manat məbləğində əsas bоrc və 2089.99 manat faiz borcu оlmaqla, cəmi 9098.72 manat borc, 100 manat məbləğində ödənilmiş mediasiya xərci və 11.4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1730/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1730/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver