Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1733/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlərin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 40100***- *******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li razılaşma üzrə ******* manat əsas borc, 2083,34 manat faiz borcu, 96708,37 manat zərər və dövlət rüsumu kimi ödənilmiş 1340 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1733/2025 nömrəli iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Borcalan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 40100***- *******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li razılaşmanın şərtlərinin borcalan tərəfindən pozulmasına görə bankın əldən çıxmış fayda kimi məruz qaldığı 93936 manat zərəri və 10096,5 manat faiz borcunu xx.xx.2025-ci ildə Banka ödəyib.
3. Borcalanın xx.xx.2020-ci il tarixli 40100***-*******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li razılaşma üzrə xx.xx.2025-ci il tarixə Banka olan əsas borcunun məbləği ******* (bir milyon) manat və faiz borcunun məbləği 10096,5 manat (on min doxsan altı manat əlli qəpik) təşkil edir.
4. Borcalan Banka olan ******* (bir milyon) manat əsas borcunu ona illik 12 % hesablanmaqla 9 ay müddətində (xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2025-ci ilədək hər ayın 7-də 25000 manat, xx.xx.2025-ci ildə 874676,13 manat) ödəməlidir.
5. Zaminlər onların zaminliyi ilə təmin olunan xx.xx.2020-ci il tarixli 40100***- *******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li Razılaşma üzrə öhdəliyinin həcminin və icra müddətinin bu Sazişin 4-cü bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bildirir və həmin öhdəliyin vaxtında və tam icra olunmasına görə Bank qarşısında Borcalan ilə birgə məsuliyyət daşıyırlar.
6. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.
7. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
8. Borcalan və (və ya) Zaminlər bu Sazişin 4-cü bəndində göstərilən öhdəliyin icrasını gecikdirdikdə Bank ödəliyin məcburi icrasının təmin olunmasından ötrü icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət edə bilər. Bu halda Borcalan və (və ya) Zaminlər borcu Sazişin 4-cü bəndində göstərilən hissələrlə deyil, bir dəfəyə və tam həcmdə Banka ödəməlidirlər.
9. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 7 (yeddi) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı Kommersiya Məhkəməsinə təqdim olunur, ikisi Bankda, digərləri isə hər birində bir nüsxə olmaqla Borcalanda və Zaminlərdə saxlanılır.
10. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Ağamirov və cavabdehlərin nümayəndəsi Nümayəndə2 ayrı-ayrılıqda barışıq sazişinin şərtləri ilə tanış olduqlarını, hüquqi nəticələrinin onlara aydın olduqlarını bildirmiş, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ: İddiaçı ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh5 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1733/2025 nömrəli iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Borcalan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 40100***- *******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li razılaşmanın şərtlərinin borcalan tərəfindən pozulmasına görə bankın əldən çıxmış fayda kimi məruz qaldığı 93936 manat zərəri və 10096,5 manat faiz borcunu xx.xx.2025-ci ildə Banka ödəyib.
3. Borcalanın xx.xx.2020-ci il tarixli 40100***-*******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li razılaşma üzrə xx.xx.2025-ci il tarixə Banka olan əsas borcunun məbləği ******* (bir milyon) manat və faiz borcunun məbləği 10096,5 manat (on min doxsan altı manat əlli qəpik) təşkil edir.
4. Borcalan Banka olan ******* (bir milyon) manat əsas borcunu ona illik 12 % hesablanmaqla 9 ay müddətində (xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2025-ci ilədək hər ayın 7-də 25000 manat, xx.xx.2025-ci ildə 874676,13 manat) ödəməlidir.
5. Zaminlər onların zaminliyi ilə təmin olunan xx.xx.2020-ci il tarixli 40100***- *******02KXL №-li kredit limiti müqaviləsinin tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli 2 №-li Razılaşma üzrə öhdəliyinin həcminin və icra müddətinin bu Sazişin 4-cü bəndində göstərilən qaydada dəyişdirilməsinə razı olduğunu bildirir və həmin öhdəliyin vaxtında və tam icra olunmasına görə Bank qarşısında Borcalan ilə birgə məsuliyyət daşıyırlar.
6. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.
7. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
8. Borcalan və (və ya) Zaminlər bu Sazişin 4-cü bəndində göstərilən öhdəliyin icrasını gecikdirdikdə Bank ödəliyin məcburi icrasının təmin olunmasından ötrü icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət edə bilər. Bu halda Borcalan və (və ya) Zaminlər borcu Sazişin 4-cü bəndində göstərilən hissələrlə deyil, bir dəfəyə və tam həcmdə Banka ödəməlidirlər.
9. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 7 (yeddi) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı Kommersiya Məhkəməsinə təqdim olunur, ikisi Bankda, digərləri isə hər birində bir nüsxə olmaqla Borcalanda və Zaminlərdə saxlanılır.
10. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova