Məhkəmə qərarları › İş №e-2-2(113)-1736/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1736/2025

10.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1736/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MTKya qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MTKya qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1205/17 nömrəli müqavilə üzrə 10996,64 manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 133,67 dövlət rüsumunun, ümumilikdə 11130,31 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına ElmiTədqiqat və Layihə-X1 İnstitutuna müraciət edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə inşa olunacaq 2(iki) girişli, 2 (iki) səviyyəli zirzəmi ilə, 15(on beş) mərtəbəli, A,B,D,E bloklu yaşayış binalarının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanlarda aparılmış sınaqlar ilə əlaqədar 1205/17 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, institut tərəfindən öhdəliklər tam yerinə yetirilərək istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar müqavilə dəyəri 60089,64 (altmış min səksən doqquz manat altmış altı qəpik) olan 1205/17 nömrəli müqavilə üzrə 10996,64 (on min doqquz yüz doxsan altı manat altmış dörd qəpik) manat bu günədək institutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) ilə cavabdeh (sifrarişçi) arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 1205\17 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən sifarişçi həvalə edir, icraçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin əhatə etdiyi ərazidə inşa olunacaq 2 (iki) girişli, 2 (iki) səviyyəli zirzəmi ilə, 15 (on beş) mərtəbəli (+mansard, maşın zalı), A,B,D,E bloklu yaşayış binalarının və 1 (bir) girişli, 2 (iki) səviyyəli zirzəmi ilə, 3 (üç) mərtəbəli F bloku qeyriyaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonun naturada möhkəmlik göstəriciləriin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən sınaq işlərinin qiyməti hər m2 üçün 1,00 manat razılaşdırılır və bu müqavilənin ümumi qiyməti (ƏDV-siz) 50923,42 manat təşkil edir. ƏDV məbləği 9166,22 manat, ümumilikdə 60089,64 manat təşkil edir.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30 %-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icrası tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir.

10. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (30%) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.

11. Materiallarda olan tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş yoxlama-sınaq işlərinin təhvil-qəbulu üçün xx.xx.2018-ci il tarixli akta görə 1770 manat, xx.xx.2018-ci il tarixli akta görə 2161,76 manat, xx.xx.2019-cu il tarixli akta görə 4172,29 manat, xx.xx.2019-cu il tarixli akta görə 5199,17 manat, xx.xx.2019-cu il tarixli akta görə 1572,70 manat, xx.xx.2019-cu il tarixli akta görə 1572,70 manat, xx.xx.2019-cu il tarixli akta görə 3374,98 manat, xx.xx.2019-cu il tarixli akta görə 2774,22 manat, xx.xx.2019-cu il tarixli akta görə 786,35 manat, xx.xx.2019-cu il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli akta görə 1572,70 manat, xx.xx.2020-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2020-ci il tarixli aktlara görə 1572,70 manat, xx.xx.2020-ci il tarixli aktlara görə 2599,59 manat, xx.xx.2021-ci il tarixli akta görə 786,35 manat, xx.xx.2021-ci il tarixli akta görə 1692,97 manat, xx.xx.2021-ci il tarixli akta görə 2479,32 manat, xx.xx.2022-ci il tarixli aktlara görə 1813,24 manat, xx.xx.2022-ci il tarixli akta görə 906,62 manat, xx.xx.2022-ci il tarixli aktlara görə 4419,85 manat, xx.xx.2023-cü il tarixli akta görə 906,62 manat, xx.xx.2022-ci il tarixli akta görə 906,62 manat, xx.xx.2022-ci il tarixli akta görə 906,62 manat məbləğində iş görülmüş, cavabdeh tərəfindən qəbul edilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli, EAAN 161145 nömrəli 1770 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAN 954185 nömrəli 2162 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAR 013065 nömrəli 3100 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAT 777041 nömrəli 2000,01 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAY 014795 nömrəli 2400 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAZ324215 nömrəli 3000 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAZ324578 nömrəli 1999,99 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBAA 580317 nömrəli 3000 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBAD 112558 nömrəli 3000 manat məbləğində, xx.xx.2019-cu il tarixli EBEA 466864 nömrəli 3000 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAH 542734 nömrəli 2000 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAL 325164 nömrəli 4500 manat məbləğində, xx.xx.2020-ci il tarixli EBAQ 587660 nömrəli 3000 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBR 311090 nömrəli 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBF 041856 nömrəli 4200 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP 106231 nömrəli 5000 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

13. 14.09.2020-ci il tarixli, 387802 nömrəli kassa mədaxil orderinə görə 3000 manat, xx.xx.2020-ci il tarixli, 387759 nömrəli kassa mədaxil orderinə görə 4500 manat, xx.xx.2020-ci il tarixli, 387732 nömrəli kassa mədaxil orderinə görə 2000 manat, xx.xx.2022-ci il tarixli, 453253 nömrəli kassa mədaxil orderinə görə 2000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin hazırkı tələbi tərəflər arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 29 noyabr 2017-ci il tarixli, 1205/17 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin 29 noyabr 2017-ci il tarixli, 1205/17 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10996,64 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10996,64 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 133,67 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MTK-dan 10996,64 manat məbləğində pul, 133,67 manat dövlət rüsumu, ümumilikdə 11130,31 (on bir min bir yüz otuz manat otuz bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar