Məhkəmə qərarları › İş №e-2-2(113)-174/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-174/2020

15.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-174/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxx” X1rşı hesablanmış borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” İB tərəfindən **********60031 nömrəli abunə hesabı üzrə hesablanmış 25446,96 manat borcun silinməsi, artıq ödənilmiş 96625 manat pul vəsaitinin “xxxxxxxx” ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılan elektrik sayğacına dair xx xxxxxxxx 2019-cu il tarixli, 006308 nömrəli akt tərtib olunmuşdur. Sonradan sayğac götürülmüş, ekspertiza keçirilmiş, sayğacın normal işləməsi bildirilmişdir. Lakin bir müddət sonra əlavə sərfiyyat kimi 282744 göstərilmişdir. Həmin sərfiyyata görə isə guya 25446,96 manat borc yaranmışdır. Əksinə ekspertiza keçirildikdən sonra məlum olmuşdur ki, iddiaçı tərəfindən artıq ödəmələr olmuşdur. Transformator “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən quraşdırılmışdır. Qeydiyyata salınmış cərəyan transformatoru və faktiki quraşdırılmış cərəyan transformatoru arasında fərq olduğu üçün hər ay iddiaçı tərəfimdən xeyli artıq ödəmə olmuşdur. Ekspertiza tədqiqatı aparılmış sayğac xx xxxxxxx 2016-cı il tarixdə “xxxxxxxx” ASC-nın əməkdaşları tərəfindən quraşdırılmışdır. Həmin tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək, yəni həmin sayğac çıxarılana qədər iddiaçı tərəfindən ümumilikdə 344304 manat ödəniş edilmişdir. Qeyd olunan hesablanma aşağıdakı formada aparılmışdır: 19128.32 X 200 = 3.825.600 kvt.s (sərfiyyat) X 0.09 manat = 344.304 manat. Lakin əmsal 200 deyil, 144.666 olmalı idi. Belə ki, quraşdırılmış 3 ədəd cərəyan tranfarmatorun biri 200, ikincisi 120 və üçüncüsü də 120 olmuşdur. Onların ortaq əmsalı (200+120+120):3=146.666 hesablanır. Belə olan halda: 19128.32x144.66=2.805.486,9 kvt.s X 0.09 = 252493 manat ödənilməli idi. Lakin iddiaçı tərəfindən 344304 manat ödəniş edilmişdir. Artıq ödəmə 93811 manat (344304 – 252493) təşkil edir. Həmçinin iddiaçı tərəfindən transformator itkisinə görə 3 % əlavə ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 96625 manat artıq ödəmə edilməsinə baxmayaraq, qanunsuz tərtib edilmiş akta əsasən 25446,96 manat cərimə də tətbiq edilmişdir. Enerji təchizat müəssisəsinin nümayəndəsi tərəfindən akt tərtib edilərkən qaydaların tələbləri kobud şəkildə pozulmuş, onun məlumatı olmadan, özünün və şahidlərin iştirakı təmin edilmədən qanunsuz akt tərtib edilmişdir. İddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia tələbinin əsaslı olması, istehlakçı tərəfindən artıq ödəmələrin aparılması ekspert rəyi ilə tamamilə təsdiq olunur. Bundan başqa cərimənin hesablanması üçün əsas olan tərtib edilərkən iddiaçının və ya onun nümayəndəsinin iştirakı təmin olunmamış, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, ekspert rəyi ilə razı deyildir. Belə ki, rəydə hesablamanın hansı normativ qaydalara əsasən aparılması əksini tapmamışdır. Aparılan yoxlama reyestrdə qeydə alınmasa da, hesablanmış cərimə qanuna uyğun olaraq hesablanmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı (abonent kodu **********60031) abunə haqqında kompüter çıxarışından görünür ki, əmsal 200 olan cərəyan transformatorlarına qoşulmuş 73220200M543697 seriya nömrəli elektrik sayğacı xx xxxx 2016-cı il tarixdən quraşdırılmış və həmin sayğac üzrə xx xxxxxxx 2016-cı il tarixdən hesabatın aparılması başlanılmışdır. - “xxxxxxxx” ASC-nin Sabunçu RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, NDQ seriyalı, 006308 №-li aktın surətindən görünür ki, baxış zamanı məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı (seriya nömrəsi 73220200) dövrədən keçən yükü tam qeyd etmir. Belə ki, sayğac dövrəsindən “C” fazasına quraşdırılmış cərəyan transformatoru işləmir. (bu öz əksini sayğacın tablosunda tapır). Onlar tərəfindən UN və SQ şöbəsinin mütəxəssisləri dəvət edilmiş, cərəyan transformatorlarının hər üçünün möhuru açılmışdır. Məlum olmuşdur ki, “B” və “C” fazasında quraşdırılmış cərəyan transformatorları qızmadan əriyib. Ölçmə zamanı aşkar edilmiş yük Pf=171,6 kVt, Psay=105,6 kVt təşkil edir. Sayğac və cərəyan transformatorlar yenisi ilə əvəz edilmişdir. - “xxxxxxxx” ASC-nin komissiyası tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş icra vərəqəsində qeyd olunmuşdur ki, “Yoxlama zamanı məlum oldu ki, elektrik sayğacı dövrədən keçən yükü qeyd etmir”. Belə ki, sayğac dövrəsinin “C” fazasına quraşdırılmış cərəyan transformatoru işləmir. “B” və “C” fazasında quraşdırılmış cərəyan transformatoru qızmadan əriyib. Həmin icra vərəqəsinin “Satış sahəsi üzrə tələblər” qrafasında komissiya qərar vermişdir ki, - xx xxxxxxxx 2019-cu il tarixli hesab ödəniş vərəqəsinin surətindən görünür ki, akta əsasən İddiaçı 25446,96 manat məbləğində cərimə hesablanmışdır; Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın borcun silinməsi hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni “xxxxxxxx” ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddianın digər – artıq ödənilmiş pul vəsaitinin qaytarılması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Artıq ödəmənin aparılıb – aparılmaması halının aydınlaşdırılması üçün 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(81)-1378/2019 №-li qərardadına əsasən ekspertiza təyin edilmişdir. Məhkəmə mühəndis texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2832 №-li rəyində qeyd olunmuşdur ki, İddiaçı aid olan 09/1359 abonent kodu üzrə Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 14 ünvanında yerləşən qeyri – yaşayış obyektinin cərəyan transformatorlarından 1 ədədinin transformasiya əmsalı k=200 (1000/5A), 2 ədədinin əmsalı isə k=120 (600/5A) olduğu halda yüklərin fazalar arasında təxminən bərabər şəkildə paylandıqda cərəyan transformatorların əmsalları orta hesabla, yəni, 146,666 ((200+120+120)/3=146,666) əmsalla götürülməlidir. Həmin əmsalla götürüldükdə ekspertizaya təqdim edilmiş abonent İddiaçı (abunə **********60031) “Abunə haqqında” kompüter çıxarışında göstərilən elektrik enerjisinin sərfiyyatlarına görə, xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində mövcud qiymət tarfilərinə uyğun olaraq abonent tərəfindən 250685,75 manat məbləğində ödəmələrin aparılmalı olduğu halda, 93618,25 (344304 – 250685,75=93618,25) manat artıq ödəmə aparılmışdır. Məhkəmə hesab edir ki, istehlakçı tərəfindən artıq ödəmənin aparılması ekspert rəyi ilə təsdiqini tapdığından iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, tələbdə 96625 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin qaytarılması xahiş edilsə də, ekspert rəyində həmin məbləğ 93618,25 manat göstərildiyinə görə iddia bu hissədə təmin oluna bilər. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxx” X3 (ASC) qarşı hesablanmış borcun silinməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. “xxxxxxxx” X4 tərəfindən İddiaçı **********60031 №-li abunə hesabı üzrə hesablanmış 25446,96 manat məbləğində borc silinsin və həmin hesab üzrə artıq ödənilmiş 93618,25 manat məbləğində pul vəsaiti “xxxxxxxx” X2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “xxxxxxxx” X2 tutularaq İddiaçı ödənilsin. Məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti “xxxxxxxx” X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar