Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-174/2024 16.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh5 nümayəndəsi Vəkil ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması, Cavabdeh5 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 30 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 18 avqust 2022-ci il tarixədək, 16 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən isə kreditin müddəti 16 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin aprelin 28-dək Cavabdeh5 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 572,6 manat cərimə borcu olmaqla cəmi 12419,31 manat borcu vardır. Cavabdeh5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 572,6 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 143,15 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi Vəkil iddia müddətin keçməsi ilə bağlı iddia tələbi ilə razılaşmadığını və tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh5 "xxxx" İKB ASC-dən (bundan sonra İddiaçı ASC) illik 30 faizlə 30 ay müddətinə 30000 AZN kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19/3 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürür. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürür. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürür. xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19/2 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürür. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/1 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/2 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/3 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/1 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/2 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. xx.xx.2020-ci il tarixli 20-MZ4-1-0-806-19/3 saylı zaminlik müqaviləsinə əlavə saziş 1dən görünür ki, xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılır. xx.xx.2023-cü il tarixli 9/6846 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında göstərilən ödənişləri nəzərə aldıqda Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11256,65 manat, faiz borcu üzrə 1540,58 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 manatdır. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Cavabdeh5 20-MZ4-1-0-806-19 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 11256,65 manat, faiz borc üzrə 1540,58 manat, cərimə borc üzrə 572,6 manat borcu var. xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01175 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul ödəyib. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh5 nümayəndəsi vəkil iddia müddətin keçməsinə istinad etsə də, təqdim edilmiş kredit və zaminlik müqavilələrə, həmçinin əlavələrə əsasən kredit və zaminlik müqavilələrin bitmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borc, 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə xx.xx.2023-cü il tarixdə müraciət etsə də, Cavabdeh5 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə (maliyyə arayışın tərtib edildiyi tarix) ləğv edilmiş hesab edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində xərc cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh5 ilə “Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11256,65 manat əsas borc, 1540,58 manat faiz borcu və 143,15 manat cərimə borcu olmaqla, cəmi 12940,38 manat borc, həmçinin 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat məbləğində xərc cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-174/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-174/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver