Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1741/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2566,73 manat (iki min beş yüz altmış altı manat yetmiş üç qəpik) pul vəsaiti və ödənilmiş 45,70 manat (qırx beş manat yetmiş qəpik) dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı Azerconnect) ilə Cavabdeh arasında illik icarə haqqı 4200 manat (dörd min iki yüz) olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsini mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə vermişdir. xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 3.3-cü bəndinə əsasən icarəçi öz mülahizəsinə əsasən icarə haqqını bir illik qabaqcadan ödəyə bilər. İddiaçı hər il üçün illik icarə haqqlarını qabaqcadan ödəmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli, 4209 saylı ödəniş tapşırığına əsasən 4200 manat (dörd min iki yüz) icarə haqqı ödəmişdir. Lakin bir müddət sonra tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixində mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti aidiyyəti üzrə cavabdehə təhvil verilmişdir. Buna görə də hesab edilir ki, ödənilmiş icarə haqqının əmlakın cavabdehə təhvil verildiyi gündən son ödənişin edildiyi xx.xx.2024-cü il tarixinədək olan 223 gün üçün qalıq hissəsi, yəni 2566,73 manat (iki min beş yüz altmış altı manat yetmiş üç qəpik) iddiaçıya geri qaytarılmalıdır (4200/365=11.51 (bir gün) X 223 gün=2566,73). xx.xx.2019-ci il tarixli icarə müqaviləsinin 3.3-cü maddəsinə əsasən sözügedən müqaviləyə vaxtından öncə hər hansı istənilən səbəbə görə xitam verilərsə, icarəyə verən istifadə olunmamış müddətə görə icarə haqqı məbləği 5 (beş) iş günü ərzində geri qaytarmalıdır. Bununla bağlı cavabdehə xx.xx.2024cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin həmin pul vəsaiti bu günə kimi qaytarılmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh 2555,22 manat (iki min beş yüz əlli beş manat iyirmi iki qəpik) artıq ödənilmiş icarə haqqının və ödənilmiş 45,70 manat (qırx beş manat yetmiş qəpik) dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh barəsində “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə edilmiş sorğunun şəxsi məlumatlar bölməsindən görünür ki, Cavabdeh (doğulduğu tarix – xx xxxxxx 1954-cü il, doğulduğu yer – Azərbaycan Respublikası, İsmayıllı rayonu, Quşencə kəndi) xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh öldüyündən İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1741/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1741/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver