Məhkəmə qərarları › İş №e-2-2(113)-1742/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1742/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1742/2020 03.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı "İddiaçı"xxxxCavabdeh3 MMC, X1, Cavabdeh2 və Cavabdeh4 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı"xxxxCavabdeh3 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2019-cu iltarixli 19011- 0164/074455 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3 MMC-dən, AbdullayevTahir Məhəmməd oğlundan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 662862,84 manat məbləğində əsas kredit borcunun, 10415,26 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 1154,45 manat məbləğində cərimə borcunun, cəmi 674432,55 manat məbləğində pul vəsaitinin İddiaçıxxxxCavabdeh3 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2019-cu iltarixli 19011- 0166/074455 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 285736,41 ABŞ dolları məbləğində əsas kredit borcunun, 2571,63 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 288308,04 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi saat 12:00-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş və məhkəməyə telefonoqram verərək, hazırda Bakı Apelyasiya Məhkəməsində başqa bir işdə nümayəndə qismində iştirak etdiyindən məhkəmə iclasına qısa müddətə fasilə verilməsini xahiş etmiş, məhkəmə fasilə elan etmiş və saat 12:42-də məhkəmə baxışı davam etdirilmiş, lakin nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi, Vəkil iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixli 19011-0164/074455 saylı kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı onlara təklif-pretenziya göndərilmədiyini və bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinin tələblərinə riayət edilmədiyini bildirmiş, həmçinin Vəkil bankın nümayəndəsinin uzun müddətli fasilədən sonra iclasa gəlmədiyinə görə işin mahiyyəti üzrə baxılmasını tələb etməyərək iş üzrə pretenziya qaydasına riayət edilməsi məqsədi ilə icraatın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçı tərəfindən xx xxxxxx 2019-cu iltarixli 19011- 0164/074455 saylı kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehlərə təklif göndərilməməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin149.2-ci maddəsinə görə iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7 və 259.0.12-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə və ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda və məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı"xxxxCavabdeh3 MMC, X1, Cavabdeh2 və Cavabdeh4 qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar