Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1743/2021 18.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X3, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 nümayəndələri X10 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı “tender təklifinin kənarlaşdırılması barədə qərarın qanunsuz hesab edilməsi və s. tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 İddiaçı tender təklifinin kənarlaşdırılması barədə qərarının qanunsuz hesab edilməsi və tenderin qalibi kimi İddiaçı MMC ilə podrat müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində ixtisaslaşmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 (bundan sonra Agentlik) 28 sentyabr 2020-ci ildə X5 İnternet Portalında dərc etdiyi “Əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi” üzrə xidmətlərin satınalınması adlı Açıq tender (eTender) 015591 nömrəli müsabiqəsində qalib elan olunmuşdur. İddiaçı tenderə müraciəti, tenderin gedişatı və tender nəticəsinin əldə olunduğu zamanlarda heç bir hüquq pozuntusuna yol verməmiş, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində göstərilən bütün tələblərə riayət etmiş, mülki hüquq münasibətlərinə məsuliyyətlə yanaşmış, tenderin şərtlər toplusunda göstərilən bütün əməliyyatları yerinə yetirmiş, lazımi məlumatları təqdim etmiş və tenderdə ən uyğun aşağı qiyməti (şişirdilmiş rəqəmlərin cəmi olmayan və yüksək gəlir məqsədi güdməyən real komanda xərclərinin cəmini) göstərərək qalib gəlmişdir. Bununla belə, Cavabdeh 28 sentyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubunda ancaq və yalnız İddiaçı tərəfindən təklif edilən qiymət təklifinin müəyyən edilmiş ehtimal olunan qiymətlə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını əsas gətirərək, təklif olunan qiymət üzrə ətraflı məlumatları və eyni zamanda “Dövlət satınalmaları haqqında” Qanunun 27.4-cü maddəsinin tələblərini pozaraq və heç bir əsaslı izah, arqument və səbəb göstərmədən İddiaçının bənzər sahədəki iş təcrübəsi haqqında məlumatları Agentliyə təqdim etməyini tələb etmiş, əks halda İddiaçının tender təklifinin kənarlaşdırılacağını bildirmişdir. İddiaçının 30 sentyabr 2020-ci il tarixli, 440 saylı cavab məktubunda xidmətləri yüksək peşakarlıqla göstərəcəyi, təklif etdiyi qiymətin arqumentləri və həmin tenderə qədər digər layihələrdə təcrübəsi ətraflı göstərilsə də, Cavabdeh tərəfindən 2 oktyabr 2020-ci il tarixli, **********0 nömrəli məktub ilə heç bir hüquqi əsasa istinad edilmədən, heç bir tutarlı, əsaslandırılmış və obyektiv səbəb təqdim edilmədən, habelə daha öncə göndərdiyimiz məlumatların hansı səbəblərdən dolayı Agentliyi qane etmədiyini izah edilmədən, ancaq özünün subyektiv xarakterli ümumi mülahizələrini rəhbər tutaraq bir daha İddiaçıdan layihənin icrası ilə bağlı əlavə məlumatlar (işə cəlb olunacaq kadrlar, onların peşəkar keyfiyyətləri və s.) tələb etmişdir. Bu məlumatlar əsas göstərilmədən tələb olunsa da, İddiaçı sual doğuran məsələlərin şişirdilməsi deyil, kiçildilməsi yönümündə hərəkət etmiş, beynəlxalq və milli səviyyədə mülki hüquq münasibətlərini tənzimləyən işgüzar adətləri, korporativ səmimiyyət və şəffaflığı rəhbər tutmuş, 7 oktyabr 2020ci il, 470 nömrəli məktubu ilə Cavabdehə tələb edilən məlumatları müfəssəl şəkildə təqdim etmişdir. Cavabdeh isə 09.10.2020 tarixli, **********9 nömrəli məktubu ilə “Dövlət satınalmaları haqqında” Qanunun 27.4 və 50-6-cı maddələrinin ziddinə olaraq, “əsaslı şübhələr” qaldığını iddia edərək, lakin bu şübhələrin hansı səbəbdən əsaslı olması və nə üçün qaldığını izah etməyərək tender komissiyası vastiəsi ilə təklifimizin kənarlaşdırıldığını bildirmişdir. Tərəfimizdən Cavabdehə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Əmək və Sosial Müdafiə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Kiçik və X15 Agentliyinə edilən şikayətlər nəticə verməmişdir. Cavabdehin davranışı, xüsusilə də İddiaçının tender təklifinin kənarlaşdırılması üzrə qərarı, bütövlükdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üzrə müəyyən olunan dövlət siyasəti ilə, qeyri-neft sektorunun inkişafı və elektron dövlət strategiyaları ilə tam ziddiyyət təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 və cəmiyyətin vəkili X8 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 nümayəndələri X13, X7 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 tender komissiyası tərəfindən 19 avqust 2020-ci il tarixdə “əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi” üzrə xidmətlərin satınalınması ilə əlaqədar açıq tenderin əsas şərtlər toplusu təsdiq edilmiş və açıq tenderin www.etender.gov.az portalında elektron satınalma vasitəsi ilə həyata keçirilməsi qərara alınmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 09.09.2020-ci il tarixdə məktub ünvanlayaraq hüquqi şəxs haqqqında, aktiv və passivləri eyni zamanda işçilər barədə məlumat vermişdir. 24.09.2020-ci il tarixdə iddiaçı cavabdehə məktub ünvanlayaraq qeyd olunan xidmətlərin göstərilməsi üçün 485.654,37 manat təklif olunmuş bank təminatı təqdim edilmişdir. Tender Komissiyası 28.09.2020-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif olunmuş qiymətin ehtimal olunan qiymətdən 20 faiz və ya daha artıq aşağı olduğu üçün qiymət təklifi ilə bağlı ətraflı məlumatların verilməsi məqsədilə sorğu ünvanlanması qərara alınmışdır, qeyd olunan qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 30.09.2020-ci il tarixdə cavab məktubu ünvanlayaraq icra edilməli olan xidmətin beyin məhsulu olduğunu, yerli mütəxəssislərdən istifadə ediləcəyini və mənbə kodlarının kənarda alınmayacağı səbəbindən görüləcək işin maya dəyərinin aşağı olacağı ilə əsaslandırmışdır. Tender Komissiyası 02.10.2020-ci il tarixdə “əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi” üzrə xidmətlərin satınalınması ilə bağlı qiymət təklifi ilə bağlı sorğuya “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş izahat və məlumatlara əsasən onun müqaviləni yerinə yetirmək qabiliyyəti şübhəli göründüyündən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təkrar sorğu ünvanlanması qərara alınmışdır. Təkrar sorğuda kadrlar barədə məlumatlar, sertifikatlı mütəxəssislərin olmasını təsdiq edən sənədlər, oxşar layihələrin icrası ilə bağlı sənədlər və texniki həll təkliflərinin 07.10.2020-ci il tarixə saat 15:00-dək verilməsi xahiş olunmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sorğuya cavab olaraq 07.10.2020-ci il tarixdə kadrların sertifikatları və tövsiyyə məktublarının surətləri göndərilmişdir. Tender Komissiyası 08.10.2020-ci il tarixdə “Dövlət satınalmaları haqqında” qanunun 27.4-cü maddəsinə istinad edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin tender təklifi rədd edilmiş və qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Qeyd olunan qərardan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati qaydada 30.10.2020-ci il tarixdə şikayət vermişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23.12.2020-ci il tarixli məktubundan görünür ki, tender komissiyasının qərarı təsdiqlənmiş və bu barədə tərəflərə məlumat verilmişdir. 25.12.2020-ci il tarixdə tenderin nəticələrinə dair yekun protokol tərtib edilərək, tenderin qalibi 678.500 manat təklif etmiş “xxxx” MMC elan edimiş və protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstahlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Həmçinin 25.12.2020-ci il tarixdə X9 ilə “xxxx” MMC arasında DMA/ƏMAS/01/2020 saylı satınalma müqaviləsi bağlanmışdır. Qeyd olunan iş həyata keçirildikdən sonra X9 ilə “xxxx” MMC arasında 31.03.2021-ci il tarixdə təhvil-təslim aktı imzalanmış və icra edilmiş iş müəyyən edilmiş informasiya resurslarına yerləşdirilmiş və ödənişin həyata keçirilməsi üçün elektron qaimə göndərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə edilən “əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi” üzrə xidmətlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 679.316 manat təşkil etmişdir. Ehtimal olunan qiymət Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq sahədə kifayət qədər təcrübəsi olan təşkilatlardan bazar (sorğu) üsulu ilə aparılaraq əldə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 25.1-1ci maddəsinə əsasən elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl X5 internet portalı vasitəsilə dərc olunur. Həmin Qanunun 27.4, 27.4.1 və 27.4.2-ci maddələrinə əsasən hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər: satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda; malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda. Göründüyü kimi “əmək müqaviləsi bildirişləri altsisteminin təkmilləşdirilməsi” üzrə xidmətlərin həyata keçirilməsi üçün ehtimal olunan qiymət 679.316 manat təşkil etmiş və qeyd olunan xidmətlərin göstərilməsi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 485.654,37 manat təklif olunmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif edilən qiymətin ehtimal olunan qiymətdən 20 faiz və daha artıq aşağı olmasını əslandırılması üçün yazılı sorğu verilsə də, iddiaçı tərəfindən qeyd olunan hallar əsaslandırıla bilməmişdir. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən tender X5 internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq X5 internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün X5 internet portalında yerləşdirir. Həmin Qanunun 50-6.1-ci maddəsinə əsasən elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur. Həmin Qanunun 50-6.2-ci maddəsinə əsasən satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir. Həmin Qanunun 50-6.3-cü maddəsinə əsasən satınalan təşkilat elektron satınalma müqaviləsinin bağlanılması anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olduğu və onun da satınalma müqaviləsinin yerinə yetirilməməsi ilə nəticələnəcəyi qənaətinə gələrsə, bu Qanunun 27-ci maddəsini tətbiq edə bilər. Bu halda satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalma müqaviləsinin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, işin hallarından eyni zamanda qeyd olunan normaların tələblərindən də göründüyü kimi, satıanlan təşkilat olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş “xxxx” MMC-ni seçmiş, onunla müqabilə bağlamış və qeyd olunan xidmət icra edilərək təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı “tender təklifinin kənarlaşdırılması barədə qərarın qanunsuz hesab edilməsi və s. tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1743/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1743/2021
18.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver