Məhkəmə qərarları › İş №e-2-2(113)-175/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-175/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-175/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, tərcüməçi X1, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi Konstantin Chacisvilinin iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə pul tələbi barədə barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi dəyəri 43911 manat olan 67 ədəd 30 L-lik metal keqlər və 220 ədəd 30 L-lik poliuretan keqlər, dəyəri 203 manat olan, bb070200078-095 inventar nömrəsi olan “Xırdalan” işıqlı reklam lövhəsi, dəyəri 540 manat olan, bb070400001-080 inventar nömrəsi olan 2 pivə növü üçün Tayfun -90/M soyuducu və pivə süzmə aparatı, hər birinin dəyəri 719 manat olan, bb070400001- 081, bb070499026-007 və bb070499026-106 inventar nömrələri olan 3 ədəd içkilərin soyudulması və süzülməsi üçün kompressiyon tipli texnoloji xəttlər, cəmi dəyəri 2157 manat; hər birinin dəyəri 375 manat olan, bb**********264 və bb**********265 inventar nömrələri olan 2 ədəd tökmə pivənin soyudulması cihazları, cəmi dəyəri 750 manat, hər birinin dəyəri 1200 manat olan, bb**********061 və bb**********083 inventar nömrələri olan 2 ədəd Celli çəllək pivəsi üçün aparatlar, cəmi dəyəri 2400 manat, dəyəri 281 manat olan, bb**********-093 inventar nömrəsi olan 2 pivə növü üçün Tayfun-90M soyuducu və pivə süzmə aparatı, hər birinin dəyəri 590 manat olan, bb**********135 inventar nömrəsi olan 2 ədəd 2 pivə növü üçün Tayfun-90M soyuducu və pivə süzmə aparatı, cəmi dəyəri 1180 manat, hər birinin dəyəri 2,8 manat olan 147 ədəd 3/8x5/16 ölçüdə fitinqlər, cəmi dəyəri 411,6 manat, hər birinin dəyəri 3,5 manat olan 160 ədəd 3/8x5/8 ölçüdə fitinqlər, cəmi dəyəri 560 manat, hər birinin dəyəri 2,24 manat olan 120 ədəd 1/2x5/16 ölçüdə fitinqlər, cəmi dəyəri 268,8 manat, hər birinin dəyəri 2,4 manat olan 140 ədəd birləşdirici üçlük fitinqlər, cəmi dəyəri 336 manat, hər birinin dəyəri 66,4 manat olan 4 ədəd CO2 qazının reduktorları 2 növ pivə cıhazı üçün, cəmi dəyəri 265,6 manat, hər birinin dəyəri 44 manat olan 6 ədəd pivə kolonnasının kranları, cəmi dəyəri 264 manat, hər birinin dəyəri 148,3 manat olan 2 növ pivə üçün 12 ədəd kolonnaları, cəmi dəyəri 1779,6 manat, hər birinin dəyəri 10,3 manat olan 26 ədəd metal xrom medalyonlar, cəmi dəyəri 267,8 manat, hər birinin dəyəri 42 manat olan 61 ədəd Stipli alıcı başlıqlar, cəmi dəyəri 2562 manat, hər birinin dəyəri 227,5 manat olan 2 növ pivə üçün 50 ədəd kolonlar, cəmi 11375 manat; hər birinin dəyəri 98,15 manat olan 60 ədəd Peqas metal stuserlər, cəmi dəyəri 5889 manat, hər birinin dəyəri 0,91 manat olan PE6,7x9,5 ölçülü 600 ədəd şlanqlar, cəmi dəyəri 546 manat, hər birinin dəyəri 63,8 manat olan 2 növ pivə üçün 65 ədəd CO2 reduktorları, cəmi dəyəri 4147 manat məbləğində olmaqla ümumilikdə dəyəri 80094,4 manat olan əmlakların Cavabdeh MMC-dən alınaraq qaytarılması, həmin əmlakların qaytarılması mümkün olmadıqda dəyərinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 05.09.2017-ci il tarixdə İddiaçı MMC Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə Dil-01 nömrəli Təchizat müqaviləsi bağlamışdır. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, süzmə məhsulun realizasiyası üçün xüsusi avadanlıqdan istifadə etməklə Təchizatçının İddiaçı MMC-nin) və (və ya) digər istehsalçının mülkiyyəti olan təchizatçının işlətmək hüququ olan 30 l-lik keqlər Təchizatçıya geri qaytarılır. 05.08.2019-cu il tarixdə həmin müqavilə üzrə tara üzrə tərəflər arasında üzləşmə aktı təsdiqlənmişdir. Həmin aktda Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının rəhbəri, Litva Respublikasının vətəndaşı Chacisvili Konstantin təsdiq etmişdir ki, onun rəhbərlik etdiyi filialın öhdəsində ümumi dəyəri 43911 manat olan 67 ədəd 30 L-lik metal keqlər və 220 ədəd 30 L-lik poliuretan keqlər, cəmi 287 Keqlər vardır. Həmin aktda Chacisvili Konstantin keqləri 30 avqust 2019-cu il tarixə kimi qaytaracağını bildirmişdir. Lakin, Konstantin Chacisvili qaytarmalı olduğu keqləri müəssisəyə qaytarmamışdır. Bundan sonra 15.10.2019-cu il tarixdə həmin müqavilə üzrə 01.01.2017-29.02.2020-ci il dövrü üzrə tara üzrə tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Həmin aktda Chacisvili Konstantin təsdiq etmişdir ki, onun rəhbərlik etdiyi filialın öhdəsində ümumi dəyəri 43911 manat olan 67 ədəd 30 L-likmetal keqlər və 220 ədəd 30 L-li poliuretan keqlər, cəmi 287 keqlər vardır. Həmin aktda Konstantin Chacisvili aşağıdakıları yazmışdır: 30 litrlik 257 ədəd çəlləkləri 31 dekabr 2019-cu il tarixədək qaytaracağını qeyd etmişdir. Lakin, Konstantin Chacisvili təkrarən vədinə əməl etməmişdir və 31 dekabr 2019-cu il tarixə kimi vəd etdiyi əmlakı geri qaytarmamışdır. 06 mart 2020-ci il tarixdə 01.01.2017-29.02.2020-ci il dövrü üzrə tara üzrə tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir. Həmin aktı da Chacisvili Konstantin təsdiq etmişdir və orada qeyd olunmuşdur ki, onun rəhbərlik etdiyi filialın öhdəsində ümumi dəyəri 43911 manat olan 67 ədəd 30 L-lik metal keqlər və 220 ədəd 30 L-lik poliuretan keqlər, cəmi 287 keqlər vardır. Həmin aktı Konstantin Chacisvili təmsiletdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamışdır və möhürlə təsdiqləmişdir. 22.02.2018-ci il tarixli 000909/18 nömrəli Əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən, girov dəyəri 203 manat olan, bb070200078-095 inventar nömrəsi olan “Xırdalan” işıqlı reklam lövhəsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Həmin aktı Konstantin Chacisvili təmsil etdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamışdır və möhürlə təsdiqləmişdir. 15.05.2018-ci il tarixli 002643/18 nömrəli əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən, girov dəyəri 540 manat olan, bb070400001-080 inventar nömrəsi olan 2 pivə növü üçün Tayfun -90/M soyuducu və pivə süzmə aparatı, girov dəyəri 719 manat olan, bb070400001-081, bb070499026-007 və bb070499026-106 inventar nömrələri olan üç ədəd İçkilərin soyudulması və süzülməsi üçün kompressiyon tipli texnoloji xəttlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Həmin aktı Konstantin Chacisvili təmsil etdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamışdır və möhürlə təsdiqləmişdir. 06.03.2018-ci il tarixli 001111/18 nömrəli Əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən, girov dəyəri 281 manat olan, bb**********-093 inventar nömrəsi olan 2 pivə növü üçün Tayfun-90M soyuducu və pivə süzmə aparatı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Həmin aktı Konstantin Chacisvili təmsil etdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamışdır və möhürlə təsdiqləmişdir. Bundan başqa, 09.02.2018-ci il tarixli 000713/18 nömrəli əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən, girov dəyəri 375 manat olan, bb**********264 və bb**********265 inventar nömrələri olan iki ədəd Tökmə pivənin soyudulması cihazlar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Həmin aktı Konstantin Chacisvili təmsil etdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamışr və möhürlə təsdiqləmişdir. 30.10.2017-ci il tarixli 0006178/17 nömrəli Əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən, girov dəyəri 1200 manat olan, bb**********061 və bb**********083 inventar nömrələri olan iki ədəd Celli çəllək pivəsi üçün aparatlar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Həmin aktı Konstantin Chacisvili təmsil etdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamış və möhürlə təsdiqləmişdir. 25.06.2018-ci il tarixli 003 seriyalı 507/18 nömrəli qaimə-fakturaya əsasən, girov dəyəri 540 manat olan, bb070400003-067 inventar nömrəsi olan və girov dəyəri 590 manat olan, bb**********135 inventar nömrəsi olan iki ədəd 2 pivə növü üçün Tayfun-90M soyuducu və pivə süzmə aparatı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialına təhvil verilmişdir. Həmin aktı Konstantin Chacisvili təmsil etdiyi Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının adından imzalamışdır və möhürlə təsdiqləmişdir. Qaytarılmamış avadanlıqların ümumi dəyəri 8062 manat təşkil edir. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialı İddiaçı MMCdən aldığı əmlakları da qaytarmamışdır: hər birinin dəyəri 2.8 manat olan 147 ədəd 3/8x5/16 fitinq, cəmi 411,6 manat; hər birinin dəyəri 3,5 manat olan 160 ədəd 3/8x5/8 fitinq, cəmi 560 manat; hər birinin dəyəri 2,24 manat olan 120 ədəd 1/2x5/16 fitinq, cəmi 268,8 manat, hər birinin dəyəri 2,4 manat olan 140 ədəd birləşdirici üçlük fitinq, cəmi 336 manat; hər birinin dəyəri 66,4 manat olan 4 ədəd CO2 qazının reduktoru 2 növ pivə cihazı üçün, cəmi 265,6 manat; hər birinin dəyəri 44 manat olan 6 ədəd pivə kolonnasının kranı, cəmi 264 manat; hər birinin dəyəri 148,3 manat olan 12 ədəd 2 növ pivə kolonnası, cəmi 1779,6 manat; hər birinin dəyəri 10,3 manat olan 26 ədəd metal xrommedalyon, cəmi 267,8 manat; hər birinin dəyəri 42 manat olan 61 ədəd alıcı başlıq Stipli, cəmi 2562 manat; hər birinin dəyəri 227,5 manat olan 50 ədəd 2 növ pivə üçün kolon, cəmi 11375 manat; hər birinin dəyəri 98,15 manat olan 60 ədəd Peqas metalstuserlə,cəmi 5889 manat; hər birinin dəyəri 0,91 manat olan 600 ədəd şlanq PE 6,7x9,5, cəmi 546 manat; hər birinin dəyəri 63,8 manat olan 65 ədəd 2 növ pivə üçün CO2 reduktoru, cəmi 4147 manat. Qeyd olunan materialların ümumi dəyəri 28672,4 manat təşkil edir. Beləliklə, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı filialının müəssisədən alaraq bu günə kimi qaytarmadığı əmlakın ümumi dəyəri 80645 manat ( 43911 manat keqlər , 8062 manat avadanlıqlar və 28672,4 manat materiallar) təşkil edir. 05 sentyabr 2017-ci il tarixli № Dil-01 Təchizat müqaviləsinin 14-cü hissəsinin (Tərəflərin məsuliyyəti) 2-ci bəndinə əsasən, “Hazırkı Müqavilə vaxtından əvvəl ləğv edildikdə və müddəti bitdikdə, Diller Təchizatçıya sonuncunun mülkiyyəti olan həmçinin üçüncü şəxslərdə olanları, tək dövriyəli tara qaytarmalıdır. Qaytarılan tara Diller tərəfindən Təchizatçıya qaytarmadıqda, onlar itirilmiş hesab edilir, Diller isə onların dəyərini təchizatçıya hazırkı müqavilənin 11,3-cü bəndinə uyğun olaraq ödəyir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 74892,4 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, qaytarılmalı olan əmlakların dəyərinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilmiş, ekspert rəyində respublikada yerləşən ticarət məntəqələrində, bazarlarında, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə iddia ərizəsində göstərilən malların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 37100,0 manat müəyyən olunmuşdur. Ekspert rəyinin tədqiqat hissəsində malların hər birinin orta bazar qiymətləri göstərilmiş və həmin qiymətlərlə hesablanan malların ümumi dəyəri ilə iddia tələbində göstərilən malların girov qiyməti ilə hesablamış ümumi dəyəri arasında əhəmiyyətli dərəcədə qiymət fərqi yaranmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında əsas vasitələrin təhvil-təsliminə dair aktlarda qeyd olunmuşdur ki, müqavilə əsasında siyahıda qeyd olunan mallar, avadanlıqlar “Ssuda verən” tərəfindən verildi və “Ssuda alan” tərəfindən qəbul edildi. “Ssuda alan” “Ssuda verənin” ilk tələbi ilə onun bu aktla etibar edilmiş avadanlıqlarını tam və təlükəsiz şəkildə qaytarmağı, onu itirdikdə isə kompensasiya qismində onun girov qiymətini ödəmək öhdəliyini üzərinə götürür. Ekspert yuxarıda sadalanan xüsusatı təhvil-təslim aktlarından, eləcə də qaimələrdən də müəyyən edə bilərdi. Cavabdeh əmlakları iddiaçıya qaytarmamaqla müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə olan halda iddiaçı itirdiyi malların yenisini almağa məcburdur. Cavabdehin qaytarmadığı malların işlənmiş olanları satışda yoxdur. Eyni zamanda cavabdeh müqaviləyə əsasən malları qaytara bilmədikdə tərəflərin razılaşdırdıqları qirov dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. Buna görə də cavabdehdən ekspertin müəyyən etdiyi işlənmiş malların bazar dəyəri deyil, məhs onların girov dəyəri tutulmalıdır. İddiaçı həmin malları cavabdehə əvəzsiz istifadəyə vermişdir və həmin malların aşınmasını cavabdeh iddiaçıya kompensasiya etməmişdir, yəni malların aşınmasını cavabdeh özü icra etmişdir və bu vasitə ilə gəlir əldə etmişdir. Bundan əlavə, ekspert rəyində əmlakların sayı azaldılmışdır. Belə ki, 14-cü sıra nömrəsi ilə qeyd edilən CO2 reduktorlarının sayı 1 ədəd və qiyməti 40 manat olaraq göstərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktında CO2 reduktorlarının sayı 4 ədəd və girov qiyməti 66,4 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda 22-ci sıra nömrəsi ilə qeyd edilmiş CO2 reduktorlarının sayı 66 ədəd və qiyməti 40 manat olaraq göstərilmişdir. Lakin təhvil-aktında CO2 reduktorlarının sayı 65 ədəd və qiyməti 63,8 manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Konstantin Chacisvilinin oğlu iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, əmlakların bir hissəsi iddiaçıya qaytarılsa da, bəzi əmlaklar itirildiyinə görə qaytarılması mümkün olmamışdır. Əmlaklardan bəziləri isə Cavabdeh MMC-nin adına rəsmiləşdirilsə də, İddiaçı MMC-nin istifadəsində olmuşdur, konkret olaraq iddiaçının Fuad Cumayev adlı əməkdaşı həmin əmlakları istifadə etmişdir və ona qaytarılmamışdır. Əmlakların dəyərinin ödənilməsi barədə məsələ həll olunarkən həmin əmlakların istifadədə olması nəzərə alınmalıdır. Mülki iş materiallarında olan: - İddiaçı MMC Cavabdeh MMC arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli, Dil-01 saylı təchizat müqaviləsinin surətindən görünür ki, təzhizatçı İddiaçı MMC təchiz etməyi, diler Cavabdeh MMC isə qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - 30.10.2017-ci il tarixli əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən 05.09.2017-ci il tarixli, Dil-01 saylı müqavilə üzrə celli çəllək pivəsi üçün aparatlar (6 ədəd) və “Tayfun-90M” soyuducu və pivə süzmə aparatı, 09.02.2018-ci il tarixli, əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən 05.09.2017-ci il tarixli, Dil-01 saylı müqavilə üzrə Roll-bar MP-1989+2 tinkturalı, Roll-bar MP-1989+2 tinkturalı. Və iki ədəd tökmə pivənin soyudulması üçün avadanlıqlar, 22.02.2018-ci il tarixli əsas vasitələrin təhvil-təsliminə dair akta əsasən 05.09.2017-ci il tarixli, Dil-01 saylı müqavilə üzrə “Xirdalan” daxili işıq reklamı Cavabdeh MMC-yə təhvil verilmişdir. - 06.03.2018-ci il tarixli, 111/18 saylı qaiməyə fakturaya əsasən Cavabdeh MMC-yə 3805 manat dəyərində, 15.05.2018-ci il tarixli, 643/18 saylı qaimə fakturaya əsasən 6116 manat dəyərində, 25.06.2018-ci il tarixli, 507/18 saylı qaimə fakturaya əsasən 5538 manat dəyərində avadanlqılar göndərilmişdir. - 15.10.2019-cu il tarixli tara üzləşmə aktına əsasən 220 manat dəyərində məhsul Cavabdeh MMC-yə verilmiş və 06.03.2020-ci il tarixli tara üzləşmə aktına əsasən 106641 manat dəyərində məhsuldan Cavabdeh MMC tərəfindən 62730 manat tara qaytarılmış son qalıq 43911 manat təşkil etmişdir. - 22.09.2020-ci il tarixli məxaric aktına əsasən 4 ədəd çəllək 30l, ballon CO” və paddon standart olan 5202 manat dəyərində, 22.09.2020-ci il tarixli, 001656/20 saylı qəbul qəbzinə əsasən Keq30İ (poliuretan), 26.10.2020-ci il tarixli 001886/20 saylıq əbul qəbzinə əsasən 1 ədəd Keq 30İ, 02.11.2020-ci il tarixli məxaric aktına əsasən Çəllək 30l, pistolet, reduktor, krant, pegas, soyuducu göy Xırdalan olan 459 manat dəyərində, 16.10.2020-ci il tarixli məxaric aktına əsasən 4 ədəd çəllək 30l, vallon CO2, soyuducu göy Xırdalan avadanlıqları İddiaçı MMC tərəfindən qəbul edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 14.04.2021-ci il tarixli, 9/5439 saylı ekspert rəyinə əsasən iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 37100 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından görünür ki, 05.09.2017-ci il tarixdə İddiaçı MMC Cavabdeh MMCnin Azərbaycan Respublikasındakı filialı ilə Dil-01 nömrəli Təchizat müqaviləsi bağlanmış və həmin müqavilənin 11.1-ci bəndinə əsasən, süzmə məhsulun realizasiyası üçün xüsusi avadanlıqdan istifadə etməklə Təchizatçının İddiaçı MMC-nin) və (və ya) digər istehsalçının mülkiyyəti olan təchizatçının işlətmək hüququ olan 30 l-lik keqlər Təchizatçıya geri qaytarılması nəzərdə tutulmuşdur. Bundan başqa cavabdeh cəmiyyət tərəfindən müqavilə üzrə 5202 manat məbləğində avadanlıqlar iddiaçıya geri qaytarılmış, buna dair sübutlar iş materiallarına əlavə olmuş, o cümlədən də iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün məhkəmə tələbin həmin hissəsinə qiymət verilməsinə zərurət görmür. Cavabdeh iddiaya etirazını əmlaklardan bəzilərinin Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsinə baxmayaraq İddiaçı MMC-nin Fuad Cumayev adlı əməkdaşı tərəfindən həmin əmlakları istifadə edilməsi, ona qaytarılmaması ilə əsaslandırsa da, bu halları təsdiq edən hər hansı bir sübutü məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən əmlakların qaytarılması cavabdehin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Bununla belə hazırkı mübahisənin əsasını İddiaçı MMC Cavabdeh MMC arasında 05.09.2017-ci il tarixli Dil-01 saylı təchizat müqaviləsinin 11.3 və 14.2-ci bəndləri təşkil edir. İddiaçı MMC Cavabdeh MMC arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli, Dil- 01 saylı təchizat müqaviləsinin: - 11.3-cü bəndində qeyd olunmuşdur ki, çox dövriyyəli tara qaytarılan sayılır və girov qiyməti ilə hesablanır. Taranın girov qiyməti malların qaiməsində göstərilir. - 14.2-ci bəndində qeyd olunmuşdur ki, hazırkı müqavilə vaxtından əvvəl ləğv edildikdə və ya müddəti bitdikdə, diler təchizatçıya sonuncunun mülkiyyəti olan həmçinin üçüncü şəxslərdə olanları, çox dövriyyəli tara qaytarılmalıdır. Qaytarılan tara diler tərəfindən təchizatçıya qaytarılmadıqda onlar itirilmiş hesab edilir, diler isə onların dəyərini təzhizatçıya hazırkı müqavilənin 11.3-cü bəndinə uyğun olaraq ödəyir. Müqavilənin qeyd olunan bəndləri ilə bağlı tərəflərin iradə ifadəsi mövcud olsa da, qeyd etmək lazımdır ki, ictimai münasibətlərin nizamlanmasına böyük ölçüdə kömək edən ən önəmli və əsas vasitə olan müqavilənin hüquqi funksiyasını tam mənada yerinə yetirə bilməsi üçün müqavilə azadlığı prinsipinə olan ehtiyac böyükdür. Müqavilə azadlığı prinsipi qüvvədə olan milli mülki qanunvericiliyə də xasdır. Bu prinsip MM-in bir sıra normalarında (6.1.2, 6.1.5., 6.2, 390.1-ci maddələri və s.) aydın şəkildə öz əksini tapmışdır. Müqavilə azadlığının "müqavilə bağlayıb-bağlamama", "müqavilənin qarşı tərəfini seçmə", "müqavilənin məzmununu müəyyənləşdirmə", müqavilə formasını seçmə", "müqavilə şərtlərini dəyişdirmə", "müqaviləni ləğv etmək" azadlığı kimi müxtəlif alt görünüşləri vardır. Müqavilə azadlığının ən önəmli görünüşlərindən biri müqavilənin məzmununu müəyyənləşdirmə azadlığıdır; nəzərə almaq lazımdır ki, müqaviləyə fərqləndirici xüsusiyyət verən onun məzmunudur (şərtləridir). Buna görə də, müqavilə hüququnun ən əsas prinsiplərindən biri olan bu prinsipin vicdanlı şəkildə və ədalətlə istifadə edilməsi lazımdır. Müqavlə azadlığı prinsipinə müəyyən məhdudiyyətlərin tətbiqi məhz bu zərurətdən doğmuşdur. Başqa sözlə, müqavilə azadlığı mütləq deyildir, qanunvericilik bu azadlığıa müxtəlif səbəblərdən müəyyən məhdudiyyətlər gətirmişdir (Məsələn, MM-in 337.1, 390.2, 420-ci maddələr və s.). Müasir dövrdə əksər ölkələrin məhkəmələrinə haqsız müqavilə şərtlərini və ya vicdanlılıq və qarşılıqlı etimad prinsiplərinə zidd olaraq tərəflərin hüquq və vəzifələri arasında uyğunsuzluğa gətirib çıxaran şərtləri etibarsız hesab etmək səlahiyyəti verilmişdir. Müqavilə hüququnun bu istiqamətdə inkişafının əsas səbəbi ondan ibarətdir ki, müqavilə azadlığının əsaslandığı öz maraqlarının qayğısına qalman və öz hərəkətlərinin nəticələrini vaxtında və düzgün anlayan (qiymətləndirən) şəxs - müqavilə tərəfi barəsində ideallaşdırılmış təsəvvürlər müasir dövrdə reallığa uyğun gəlməməktədir. Müasir müqavilə hüququn əsas vəzifəsi "müqavilə ədalətliliyi"nin təcrübədə həyata keçirilməsini təmin etmək, eləcə də, müqavilənin zəif tərəfini qorumaq, müqavilə tərəflərinin biri-birinin maraqlarını nəzərə almağa və onları müqavilə münasibətlərini əməkdaşlıq və vicdanlılıq əsasında qurmağa məcbur etməkdən ibarətdir. Buna görə də məhkəmə iddiaçının təchizat müqaviləsinin yuxarıda qeyd olunan bəndlərinə əsaslanmaqla əmlakların dəyərini ekspert rəyində müəyyən olunduğu kimi orta bazar qiyməti ilə deyil, girov dəyəri ilə tələb etməsini müqavilə azadlığı prinsipinə, eləcə də, etimad və vicdanlılıq prinsiplərinə uyğun gəldiyini istisna edir. Çünki, həmin əmlaklar ona qaytarıldığı təqdirdə belə, həmin əmlakların real dəyəri girov qiyməti ilə uyğunsuzluq təşkil edəcəkdir. Borclu müqavilə öhdəliyini icra etmək üçün yalnız ədalətlilik prinsipinin icazə verdiyi ölçüdə və dərəcədə səy göstərməlidir, kreditor da borcludan yalnız həmin ölçüdə səy göstərməsini tələb etmək hüququna malikdir. Yəni, kreditor borcludan yalnız ədalətlilik prinsipi çərçivəsində öhdəliyinin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflərin öhdəliklərinin ekvivalentliyi qarşılıqlı ədalətliliyin ümumi tələbi kimi qəbul edilməlidir. Bu mənada məhkəmə (hakim) mübahisəyə baxarkən “qarşılıqlı etibar” və mülki dövriyyənin vicdanlı praktikasından çıxış etməlidir. Müqavilə üzrə qarşılıqlı öhdəliklərin balanslaşdırılmamış olması nə qədər nəzərə çarpan olarsa, məhkəmə müqavilənin bağlanması zamanı prisnispial xarakterli səhvlərə yol verilməsini iddia edən tərəfin bu mövqeyini o qədər inandırıcı qəbul edəcəkdir. İddiaçının özünün də hüquqi əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmlakların dəyəri hesablanarkən girov dəyəri deyil, ekspert rəyində müəyyən olunduğu kimi orta bazar qiyməti əsas götürülməlidir. Məhkəmə iddiaçının ekspertin rəyinə etirazı ilə qismən razılaşır. Belə ki, ekspert rəyində 14-cü sıra nömrəsi ilə qeyd CO2 reduktorların sayı 1 ədəd və qiyməti 40 manat olaraq göstərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş CO2 reduktorlarının sayı 4 ədəd, 22-cı sıra nömrəsi ilə qeyd edilmiş CO2 reduktorlarının saı 66 ədəd və qiyməti 40 manat olaraq göstərilmişdir. Lakin təhvil aktında CO2 reduktorlarının sayı 65 ədəd qeyd olunmuşdur. Buna görə hesablama aparılarkən qeyd olunanlar nəzərə alınaraq cavabdehdən tutulmalı olan məbləğ 37220 manat müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən tələbin təmin olunan hissəsinə müvafiq olaraq iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 15 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi cavabdehdən, 50 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə pul tələbi barədə iddiası qismən təmin edilsin. 37220 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən, 50 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar