Məhkəmə qərarları › İş №e-2-2(113)-175/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-175/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-175/2023 14.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh1 X3 və Cavabdeh2 qarşı “borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, ipoteka, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh1 X3 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (1-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh1 MTK-nın xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısındakı 210347,86 ABŞ dolları məbləğində əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış 23692,82 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 50605,67 ABŞ dolları məbləğində penyanın, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 2223,52 ABŞ doları məbləğində əldən çıxmış faydanın, cəmi 286869,87 ABŞ dollarının və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manatın, iddia ərizəsinin verilməsinə görə 777.68 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (1-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli **********47319/İM-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış binasına (3-cü İpoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh1 X2 xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısındakı 247111.46 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 16500.26 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 28522.49 ABŞ dolları məbləğində penya, cəmi 292134.21 ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış 2/3 fayda və illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin verilməsinə görə 786.63 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh1 X5 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsinə əsasən İddiaçı tərəfindən Borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərtilə, 300000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə 01 nömrəli Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, kredit xətti limiti 50000 ABŞ dolları məbləğində artırılaraq 350000 ABŞ dolları müəyyən edilmişdir. Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə saziş bağlanmaqla Kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 12 ay artırılmış (xx.xx.2023cü il tarixədək), buna uyğun olaraq hesablaşma qaydası dəyişdirilmişdir. Nəhayət, Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 03 nömrəli Əlavə sazişə əsasən kredit üzrə hesablaşma qaydası yenidən dəyişdirilmiş, xx.xx.2020-ci il tarixdən etibarən ilk 4 (dörd) ay ərzində hesablanmış faizlərin və 4500 ABŞ dollarından az olmayan məbləğdə əsas borcun ödənilməsi, sonrakı kreditləşmə müddəti ərzində isə hər ay əsas borcun qalıq məbləğinin bərabər hissələrlə qaytarılması və hesablanmış faizlərin ödənilməsi razılaşdırılmışdır. Borcalanın Kredit xətti müqaviləsi (o cümlədən xx.xx.2020-ci il tarixli 01 nömrəli, xx.xx.2020-ci il tarixli 02 nömrəli və xx.xx.2020-ci il tarixli 03 nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 MTK arasında sonuncuya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin (bundan sonra «1-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 01 nömrəli, xx.xx.2020-ci il tarixli 02 nömrəli və xx.xx.2020-ci il tarixli 03 nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra “1-ci İpoteka müqaviləsi” adlandırılacaq), iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh1 MTK arasında sonuncuya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyriyaşayış sahəsinin (bundan sonra «2-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra “2-ci İpoteka müqaviləsi” adlandırılacaq), iddiaçı ASC “Xalq” Bankı, Borcalan və Cavabdeh2 arasında sonuncuya məxsus olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyri-yaşayış binasının (bundan sonra «3-cü İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2020-ci il tarixli **********47319/İM-2 nömrəli İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra “3-cü İpoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Bankın 1-ci İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli (qeydiyyat №-si: **********) Çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli 01 nömrəli, xx.xx.2020-ci il tarixli 02 nömrəli və xx.xx.2020-ci il tarixli 03-№li Əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si:**********), xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) və xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) Çıxarışlar verilmişdir. Bankın 2-ci İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) Çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) və xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) Çıxarışlar verilmişdir. Bankın 3-cü İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) Çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli 01 nömrəli və xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə sazişlərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) və xx.xx.2020-ci il tarixli (qeydiyyat №-si: **********) Çıxarışlar verilmişdir. Borcalan Cavabdeh1 MTK Kredit xətti müqaviləsi üzrə razılaşdırılmış ödəniş şərtlərinə əməl etməmiş, Bank qarşısında götürdüyü öhdəliklərini kobud şəkildə pozmuşdur. Borcalan tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə İddiaçının Kredit xətti müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, xx.xx.2022-ci il tarixinə borc alan Cavabdeh1 MTK-nın Kreditor qarşısında ümumi borcu 255668.01 ABŞ dolları təşkil edir ki, bunun da 247111.46 ABŞ dolları vaxtı keçmiş əsas borcdan, 8556.55 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdirdir. Bundan əlavə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit xətti müqaviləsinin 6.2ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixinə bu məbləğ 9474.31 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh1 MTK-ya 1-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli BO-XO-6.4.2022-001 nömrəli bildiriş, 2-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli BO-XO-6.4.2022-003 nömrəli bildiriş, Cavabdeh2 isə 3-cü İpoteka predmetinə tutumanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli BO-XO-6.4.2022-002 nömrəli bildirişlər göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli BO-XO-6.4.2022-001 nömrəli, BO-XO6.4.2022-003 nömrəli və BO- XO-6.4.2022-002 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli BO-XO-13.4.2022-003 və BO-XO-13.4.2022-005 nömrəli ərizələr ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, xx.xx.2022-ci il tarixli BO-XO-13.4.2022- 004 nömrəli ərizə ilə isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin İdarələr tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla Banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə borc alan Cavabdeh1 MTK arasında bağlanmış Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur.

3. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh1 X3 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (1-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh1 X2 xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısındakı 210935.51 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 22626.42 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 41649.97 ABŞ dolları məbləğində penya, cəmi 275211.90 ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin verilməsinə görə 786.63 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

10. “İpoteka haqqında” Qanun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

11. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

12. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

13. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 X5 arasında xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 X3 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 7 % ödənilməsi şərtilə, 300000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 X5 ilə iddiaçı arasında Kredit xətti müqaviləsinə 01 nömrəli Əlavə saziş bağlanmış və Sazişə əsasən kredit xətti limiti 50000 ABŞ dolları məbləğində artırılaraq 350000 ABŞ dolları müəyyən edilmişdir. Sonra Cavabdeh1 X5 ilə iddiaçı arasında Kredit xətti müqaviləsinə xx.xx.2020-ci il tarixli 02 nömrəli Əlavə saziş bağlanmaqla Kredit xətti müqaviləsi üzrə kreditləşmə müddəti 12 ay artırılmışdır (xx.xx.2023-cü il tarixədək). Daha sonra Cavabdeh1 X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03 nömrəli Əlavə sazişə əsasən kredit üzrə hesablaşma qaydası yenidən dəyişdirilərək xx.xx.2020-ci il tarixdən etibarən ilk 4 (dörd) ay ərzində hesablanmış faizlərin və 4500 ABŞ dollarından az olmayan məbləğdə əsas borcun ödənilməsi, sonrakı kreditləşmə müddəti ərzində isə hər ay əsas borcun qalıq məbləğinin bərabər hissələrlə qaytarılması və hesablanmış faizlərin ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda Krеdit müqaviləsinin təminatı оlaraq cavabdehlərlə iddiaçı arasında xx.xx.2019cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi, xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli və xx.xx.2020-ci il tarixli **********47319/İM-2 nömrəli İpoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsi, eyni zamanda Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 73 kv.m olan qeyriyaşayış binası iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 X5 tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə Cavabdeh1 X2 iddiaçıya borcu yaranmışdır.

14. Kredit müqaviləsi, ödəniş planı və ipoteka müqavilələri tərəflərin imzası, bankın və Cavabdeh1 X2 möhürü ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

18. X8 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

19. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 350.000 ABŞ dolları məbləğində pul cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

22. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissələrində əsaslıdır və həmin borc cavabdehdən tutulmalıdır.

23. Məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 23692,82 ABŞ dolları tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6765 saylı rəyi ilə Cavabdeh1 X2 iddiaçıya ödəməli olduğu faiz borcu 22626,42 ABŞ dolları məbləğində müəyyən olunmuşdur.

24. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

25. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.

26. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 X1 kredit müqaviləsi üzrə faiz borcu, ekspert rəyi ilə müəyyən edilmiş 22626,42 ABŞ dolları tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.

27. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

28. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 6.2-ci bəndinə əsasən borcalan borc verənə ödənişləri gecikdirdiyi təqdirdə dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 10500 ABŞ dolları məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.

31. Məhkəmə tədqiqatı zamanı Cavabdeh1 X5 tərəfindən xx.xx.2023-cü il tarixdə cərimə faizi üzrə 499,71 ABŞ dolları ödəniş olunduğu müəyyən olunmuşdur ki, bu halda həmin ödəniş hesablanmış cərimə məbləğindən çıxılmaqla qalan 10.000,29 ABŞ dolları (10500 – 499,71) məbləğində cərimə cavabdehdən tutulmalıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

33. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

34. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

35. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

36. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

37. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

38. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

39. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan göstərilən əsasa görə hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. İddia tələbinin tutumanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi və xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.

41. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 720000 manat məbləğ müəyyən edilməlidir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2613-9/2787 saylı rəyi ilə həmin qeyri-yaşayış sahəsinin likvid dəyəri 720000 manat müəyyən edilmişdir.

42. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsindəki 30000 manat məbləğ müəyyən edilməlidir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/2613-9/2787 saylı rəyindən görünür ki, həmin qeyri-yaşayış sahəsi zirzəmi mərtəbədə yerləşdiyindən, faktiki olaraq istifadəyə yararsız vəziyyətdə olduğuna görə onun satış və likvid qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.

43. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 6 saylı Mediasiya təşkilatına ödənilmişdir.

44. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

45. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən 777.68 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

48. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 777.68 manat dövlət rüsumu məbləğindən onun iddiaçıya aid edilməli məbləği çıxılmaqla, qalan 666,08 manat məbləğ cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

49. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tutma, ilkin satış qiyməti 720.000 manat müəyyən edilməklə xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (1-ci İpoteka predmeti), ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci İpoteka predmeti) yönəldilməli, ipoteka predmetləri açıq hərracda satılmalı, ipoteka predmeti olan əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Cavabdeh1 X2 xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsi üzrə 210347,86 ABŞ dolları məbləğində əsas borcu, 22626,42 ABŞ dolları məbləğində faiz borcu, 10.000,29 ABŞ dolları məbləğində penya, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 2223,52 ABŞ doları, cəmi 245.697,8 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat, dövlət rüsumuna görə 666,08 manat və mediasiya xərcinə görə 400 manat cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir.

50. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 400 manat məbləğində ekspertiza xərclərinin 342,6 manat məbləği cavabdehlərdən birgə qaydada, qalan 57,4 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

51. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Tutma, ilkin satış qiyməti 720.000 manat müəyyən edilməklə xx.xx.2019-cu il tarixli **********47319/SİM nömrəli Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində istifadədə olan 0.1979 ha torpaq sahəsində yerləşən 189 nömrəli binanın 1 və 2-ci mərtəbəsində, 301 kv.m ümumi, 211.4 kv.m əsas, 89.6 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (1-ci İpoteka predmeti), ilkin satış qiyməti 30.000 manat müəyyən edilməklə xx.xx.2020-ci il tarixli **********47319/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında yerləşən ümumi sahəsi 43.30 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci İpoteka predmeti) yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın. İpoteka predmeti olan əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Cavabdeh1 X2 xx.xx.2019-cu il tarixli **********47319 nömrəli Kredit xətti müqaviləsi üzrə 210347,86 ABŞ dolları məbləğində əsas borcu, 22626,42 ABŞ dolları məbləğində faiz borcu, 10.000,29 ABŞ dolları məbləğində penya, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 2223,52 ABŞ doları, cəmi 245.697,8 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 405 manat, dövlət rüsumuna görə 666,08 manat və mediasiya xərcinə görə 400 manat cavabdehlər Cavabdeh1 X1 və Cavabdeh2 birgə qaydada iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 400 manat məbləğində ekspertiza xərclərinin 342,6 manat məbləği cavabdehlər Cavabdeh1 X1 və Cavabdeh2 birgə qaydada, qalan 57,4 manat məbləği iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X6, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar