Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-175/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 İstehsal-Kommersiya Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbi barədə ilkin, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasının nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 İstehsal-Kommersiya Firmasının cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin ləğv edilməsi və s." tələbi barədə ilkin, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı1 İstehsal- Kommersiya Firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı1 İstehsal-Kommersiya Firması cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 İstehsalat-Kommersiya firması tərəfindən artıq ödənilmiş 2.000.000 (iki milyon) manat pul vəsaitinin geri qaytarılması və xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx ilə İddiaçı1 İstehsalat-Kommersiya firması (təsisçi X17) arasında müxtəlif vaxtlarda “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə Kredit müqavilələri imzalanmışdır. Bu müqavilələrdən biri də xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi olmuşdur. Kredit müqaviləsinin qüvvədə olduğu müddətdə təsərrüfat fəaliyyətində yaranmış çətinliklərlə bağlı olaraq İddiaçı1 İstehsalat-Kommersiya firmasının öhdəliklərinin icrasında ləngimələr olmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2020-ci il tarixində İddiaçı1 İstehsalat-Kommersiya firması tərəfindən, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakların məhkəmədənkənar qaydada satılmaqla borcun ödənilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixində "xxxx" MMC tərəfindən hərrac təşkil edilmiş və ipoteka ilə yüklü edilmiş əmlaklar xxxx tərəfindən alınmışdır. Bununla da, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmişdir. Bir müddət əvvəl, qeyd edilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə guya İddiaçı1 İstehsalat-Kommersiya firmasının bank qarşısında öhdəliklərinin mövcud olmasına, guya öhdəliklərin tam icra olunmamasına dair xxxx tərəfindən firmaya xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubu ünvanlanmışdır. Xəbərdarlıq məktubu ilə əlaqədar, İddiaçı1 İstehsalat-Kommersiya firmasının arxiv sənədləri ailə üzvləri tərəfindən araşdırılarkən məlum olmuşdur ki, borcalan İddiaçı1 İstehsalat- Kommersiya firması tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş, xxxxna müqavilə üzrə nəzərdə tutulan vəsaitdən ******* (iki milyon) manatdan artıq vəsait ödənilmişdir. Halhazırda, cavabdeh hüquqi şəxs bununla bağlı İddiaçı1 İstehsalat- Kommersiya firması ilə üzləşmələr aparılmasından, müvafiq hesablaşmaların razılıqla bağlanmasından imtina edir, bunun danışıqlar yolu ilə həllindən yayınır. Belə ki, cavabdeh pretenziya tələbimizi cavablandırmamış, eləcə də, mübahisənin mediasiya orqanında baxılmasında iştirak etməsinə baxmayaraq iddia tələbimizi qəbul etməmişdir. Bu üzdən, artıq ödənilmiş pul vəsaitinin geri tələb edilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Hesab edirik ki, mübahisəyə məhkəmədə baxılmalı, məhkəmənin tələbi ilə cavabdeh hüquqi şəxsdən hesablar üzrə çıxarışlar alınaraq iş materiallarına əlavə edilməli və araşdırılmalı, xüsusi bilik tələb etdiyinə görə borcun olub-olmamasınının müəyyən olunması üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, cavabdehdən götürüləcək yazılı sənədlər, eləcə də bizim təqdim edəcəyimiz müvafiq sənədlər tədqiqat və qiymətləndirilmə üçün ekspertlərə təqdim edilməlidir.
3. Daha sonra, "xxxx" ASC cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasına qarşı qarşılıqlı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsi üzrə cavabdeh İddiaçı1 İKF-nin iddiaçı ASC «Xalq» Bankı qarşısında 5 106 597,86 (beş milyon bir yüz altı min beş yüz doxsan yeddi ABŞ dolları 86 sent) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kredtin qaytarılması müddətinin bitdiyi xx.xx.2019-cu il tarixinə kimi kreditdən istifadəyə görə hesablanmış 934 741,66 (doqquz yüz otuz dörd min yeddi yüz qırx bir ABŞ dolları 66 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 2.118.356,14 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 8.159.695,66 ABŞ dolları məbləğində pul vəsaiti, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 7.725,74 manat məbləğində çəkilmiş xərclər cavabdeh İddiaçı1 İKF-dən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, kreditor ASC «Xalq» Bankı ilə borc alan İddiaçı1 İKF arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsinə (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2015-ci il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2016-cı il tarixli 04 №-li, xx.xx.2017-ci il tarixli 05 №-li, xx.xx.2017-ci il tarixli 06 №-li və xx.xx.2017-ci il tarixli 07 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) əsasən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 5 % (beş faiz) ödənilməsi (xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 12%, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 10%, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 7 %, xx.xx.2017-ci il tarixdən sonra isə illik 5 % olmaqla) şərtilə 20 544 519,19 (iyirmi milyon beş yüz qırx dörd min beş yüz on doqquz ABŞ dolları 19 sent) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan İddiaçı1 İKF-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə: 1. İddiaçı, Borc alan və X9 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin (bundan sonra «1-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-1 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «1-ci İpoteka müqaviləsi»); 2. İddiaçı, Borc alan və X7 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin (bundan sonra «2-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «2-ci İpoteka müqaviləsi»); 3. İddiaçı, Borc alan və X4 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,75 ha torpaq sahəsinin (bundan sonra «3-cü İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «3-cü İpoteka müqaviləsi»); 4. İddiaçı, Borc alan və Qurbanova (Babayeva) Yeganə Əliqulu qızı arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin («4-cü İpoteka predmeti») ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «4-cü İpoteka müqaviləsi»); 5. İddiaçı, Borc alan və X1 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin (bundan sonra «5-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2017-ci il tarixli 02 №-li və xx.xx.2017-ci il tarixli 03 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «5-ci İpoteka müqaviləsi»); 6. İddiaçı, Borc alan və X8 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 1,74 ha torpaq sahəsinin («6-cı İpoteka predmeti») ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-6 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; birlikdə «6-cı İpoteka müqaviləsi»); 7. İddiaçı, Borc alan və X10 arasında paylı mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə, 35 H ünvanında istifadədə olan 0,14337 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1 225.8 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 885.1 kv.m təşkil edən hissəsinin (bundan sonra «7-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-7 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015- ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2017-ci il tarixli 04 №-li və xx.xx.2017-ci il tarixli 05 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «7-ci İpoteka müqaviləsi»); 8. İddiaçı və Borc alan İddiaçı1 İKF arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 59 ünvanında icarədə olan 0.31586 ha torpaq sahəsində yerləşən 3605,7 kv.m ümumi, 1 882,8 kv.m əsas, 1 722,9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (bundan sonra «8-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-8 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «8-ci İpoteka müqaviləsi»); 9. İddiaçı, Borc alan və X10 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 5,0 ha torpaq sahəsinin (bundan sonra «9-cu İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********37215/SİM-9 №-li Sonrakı İpoteka müqaviləsi (xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2017-ci il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «9-cu İpoteka müqaviləsi»); 10. İddiaçı, Borc alan və X11 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlarına, məqsədli istifadə növünə görə sahibkarlığa aid olan 3,44 ha torpaq sahəsinin (bundan sonra «10-cu İpoteka predmeti» adlandırılacaq) (1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu İpoteka predmetləri bundan sonra birlikdə «İpoteka predmetləri») ipoteka qoyulması barədə xx.xx.2016-cı il tarixli **********37215/İM-10 №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li, xx.xx.2017-ci il tarixli 02 №-li və xx.xx.2017-ci il tarixli 03 №-li Əlavə sazişlər nəzərə alınmaqla; bundan sonra birlikdə «10-cu İpoteka müqaviləsi») (1-ci, 2ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu İpoteka müqavilələri bundan sonra birlikdə «İpoteka müqavilələri» adlandırılacaq) bağlanmışdır. Sonradan borc alan İddiaçı1 İKF tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə tərəflərin razılaşması ilə müvafiq ipoteka predmetlərinin məhkəmədən kənar qaydada satışı həyata keçirilmiş (sazişlər iddiaya əlavə edilir) və müvafiq hərraclarda həmin əmlaklar Bank tərəfindən əldə edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakların ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq cavabdehin iddiaçı qarşısında ödənilməmiş borcu qalmışdır. Belə ki, xx.xx.2023-cü il tarixə Kredit müqaviləsi üzrə borc alan İddiaçı1 İKF-nin Bank qarşısında gecikdirilmiş ümumi borcu 6 041 339,52 (altı milyon qırx bir min üç yüz otuz doqquz ABŞ dolları 52 sent) ABŞ dolları məbləğindən ibarət olmuşdur ki, bunun da 5 106 597,86 (beş milyon bir yüz altı min beş yüz doxsan yeddi ABŞ dolları 86 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc məbləği, 934 741,66 (doqquz yüz otuz dörd min yeddi yüz qırx bir ABŞ dolları 66 sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 İstehsal-Kommersiya Firmasının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın təmin olunmasını, iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınaraq qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia qismən təmin olunmalıdır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə, İddiaçı2 "xxxx" ASC-yə qarşı torpaq sahəsinin üzərindəki tikililərlə geri alınması və s.” tələbinə dair icraat ayrılmışdır. (İ cild, səh.173)
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı1 İstehsal-Kommersiya Firması ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsi və müqaviləyə xx.xx.2015-ci il tarixli 01 №-li, xx.xx.2015-ci il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li, xx.xx.2016-cı il tarixli 04 №-li, xx.xx.2017-ci il tarixli 05 №-li, xx.xx.2017-ci il tarixli 06 №-li və xx.xx.2017-ci il tarixli 07 №-li Əlavə sazişlər bağlanmışdır.
12. İddiaçı1 İstehsal-Kommersiya Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % ödənilməsi şərtilə 19.110.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
13. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən borc alanın bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində aşağıdakı sonrakı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan daşınmaz əmlak obyektləri çıxış edir: 30 aprel 2015-ci il tarixli **********37215/SİM-1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.1-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.2-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-3 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.3-cü bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-4 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.4-cü bənd), 30 aprel 2015ci il tarixli **********37215/SİM-5 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.5-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-6 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsi (1.3.6-cı bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM-7 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak kompleksi (1.3.7-ci bənd), 30 aprel 2015-ci il tarixli **********37215/SİM- 8 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisə (1.3.8-ci bənd).
14. xx.xx.2017-ci il tarixdə imzalanmış 07 nömrəli sonuncu Əlavə sazişin 1.1-ci bəndinə əsasən bu sazişin predmetini kredit müqaviləsi üzrə borc alana verilmiş kedit məbləğinin 415.000 ABŞ dolları artırılaraq 20.544.519,19 ABŞ dolları məbləğində müəyyən edilməsi ilə bağlı kredit müqaviləsinə dəyişiklik edilmişdir.
15. Həmin Əlavənin 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu əlavə sazişin imzalanması tarixinə borc alanın kredit müqaviləsi üzrə əsas borcunun qalığı 14.465.000 ABŞ dolları məbləğini təşkil edir.
16. X20 ilə artırılan məbləğ və əsas borcun qalıq məbləği nəzərə alınmaqla kreditin müddəti xx.xx.2019-cu ilədək uzadılmışdır.
17. Müqavilə və müqaviləyə əlavə sazişlər hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
18. Bundan başqa, iş materiallarından görünür ki, ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan şəxslər arasında, eyni zamanda "xxxx" ASC ilə İddiaçı1 İstehsal-Kommersiya Firması arasında, xx.xx.2020-ci il tarixdə, məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişlər imzalanmış, "xxxx" ASC ilə İddiaçı1 İstehsal- Kommersiya Firması arasında xx.xx.2020-ci il tarixdə imzalanmış məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişin 4.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bu sazişin imzalanması anına ipoteka predmetinin satılması hesabına ipoteka saxlayanın ödənilməli olan tələblərinin həcminə 1) kredit müqaviləsi üzrə borc alanın ipoteka saxlayan qarşısında 14.780.000 ABŞ dolları məbləğində əsas borcu, 2) kredit müqaviləsi üzrə borc alanın ipoteka saxlayan qarşısında 1.909.811,11 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu olmaqla, cəmi 16.689.811,11 ABŞ dolları təşkil edir.
19. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli sazişi imza və möhürü ilə təsdiq etməklə İddiaçı1 İstehsal-Kommersiya Firmasının "xxxx" ASC-yə, ümumilikdə, 16.689.811,11 ABŞ dolları məbləğində borcu olduğunu qəbul etməsi işin digər mübahisələndirilməyən halıdır.
20. Məhkəmə qeyd edir ki, həm ilkin, həm də qarşılıqlı iddianın faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsi təşkil edir.
21. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün ilkin və qarşılıqlı iddiaya paralel qiymət verilməlidir.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
25. X6 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
26. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-175/2024 saylı qərardadı ilə İddiaçı1 İKF-nın əmlakının satışından əldə edilmiş vəsaitin, İddiaçı1 İKFnın əmlakının satışından əldə edilmiş vəsaitdən ödənilmiş 18% ƏDV, hərrac xərci və sadələşdirilmiş vergi borcu (sair ödənişlərin), İddiaçı1 İKF-nın əmlakının satışından əldə edilmiş vəsaitdən 18% ƏDV, hərrac xərci və sadələşdirilmiş vergi borcu (sair ödənişlər) ödəniləndən sonra qalan vəsaitdən İddiaçı1 İKF-nın 14780000 ABŞ dolları əsas və 1909811,11 ABŞ dolları faiz borcundan silinmələr olduğu təqdirdə İddiaçı1 İKF-nın əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinin 3-cü sual üzrə nəticəsinə əsasən xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə "xxxx" ASC-nin müəyyən etdiyi İddiaçı1 İstehsal-Kommersiya Firmasının xx.xx.2020-ci il tarixə banka olan 14.780.000 ABŞ dolları məbləğində əsas borc və 1.909.811,11 ABŞ dolları faiz borcdan xx.xx.2020-ci il tarixli məhkəmədən kənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişlərə və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqavilələrinə əsasən İddiaçı1 İstehsal-Kommersiya Firmasının əmlaklarının satışından əldə edilmiş vəsaitdən hərrac xərci və sadələşdirilmiş vergi borcu çıxıldıqdan sonra müəyyən edilmiş 11.221.258,58 ABŞ dolları 14.780.000 ABŞ dolları əsas borcdan çıxıldıqda İddiaçı1 İstehsal-Kommersiya Firmasının banka olan əsas borcu 3.558.741,42 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları, əldən çıxmış fayda borcu üzrə 975.069,45 ABŞ dolları təşkil edir.
29. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən müəyyən edilmiş 3.558.741,42 ABŞ dolları əsas borc məbləği ilə, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən dövlət büdcəsinə ƏDV üçün ödənilmiş 2.631.355,93 manat (1.547.856,43 ABŞ dolları) toplandıqda əsas borc 5.106.597,85 ABŞ dolları təşkil edir.
30. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 5.106.597,85 ABŞ dolları, faiz borcu üzrə 934.741,66 ABŞ dolları məbləğində pul İddiaçı1 İstehsal-Kommersiya Firmasından "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
31. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlili əsassızdır.
32. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
33. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
34. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci bəndinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
37. Həmin Məcəllənin 380.2-ci bəndinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
38. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli **********37215 №-li Kredit müqaviləsinin müddəti, xx.xx.2017-ci il tarixli 07 nömrəli Əlavə Saziş ilə xx.xx.2019-cu ilədək uzadılmışdır.
39. Yəni, zahirən iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlamışdır.
40. Ancaq yuxarıda da, qeyd edildiyi "xxxx" ASC ilə İddiaçı1 İstehsal-Kommersiya Firması arasında xx.xx.2020-ci il tarixdə məhkəmədənkənar qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sazişdə, borclu tərəf (sazişdə ipotekaqoyan kimi göstərilsə də) əsas və faiz borcunun olduğunu etiraf etmişdir.
41. Bu isə, o nəticəyə gəlmək üçün əsasdır ki, xx.xx.2020-ci il tarixdə iddia müddətinin axımı kəsilmişdir.
42. Qarşılıqlı iddiaçı isə Məhkəməyə iddia müddəti keçmədən xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
43. Bundan başqa, məhkəmə "xxxx" ASC-nin əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 2.118.356,14 ABŞ dolları məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
44. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixində, yəni təxmini 64 ay sonra müraciət edilmişdir.
45. Göründüyü kimi, cavabdeh tərəfin əsas borca illik 5 faiz hesablanmaqla 1.361.759,43 (5.106.597,85x5/100=255.329,892 (1 il üçün), 255.329,892/12=21.277,491 (1 ay üçün), 21.277,491x64=1.361.759,43 ABŞ dolları məbləğində borcu vardır.
46. Ona görə də, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.361.759,43 ABŞ dolları məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
47. Belə olan halda, Məhkəmə qeyd edir ki, İddiaçı1 İstehsal-Kommersiya Firmasının "xxxx" ASC-yə borcu olduğundan, artıq ödənilmiş pulun geri qaytarılması tələbi təmin edilə bilməz.
48. Bundan başqa, məhkəmə hesab edir ki, ilkin iddia xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xitam verilməsi hissəsində təmin edilməlidir.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
50. Məhkəmə qeyd edir ki, hazırda xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi İddiaçı1 İstehsal-Kommersiya Firması tərəfindən pozulduğundan xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir.
51. Bundan başqa, məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
52. Belə ki, işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 400 manat məbləğində pul Bakı 8 saylı Mediasiya Təşkilatına ödənmişdir.
53. Məhkəmə həmçinin, dövlət rüsumunun əvəzi olaraq 7.725,74 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
54. Belə ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləğinin 7.082,63 manat təşkil etdiyini, həmin məbləğin 400 manatının mediasiya xərci ilə əhatə olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 6.682,63 manat məbləğində pul da İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilməlidir.
55. Beləliklə, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
56. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. "xxxx" ASC ilə İddiaçı1 İstehsal-Kommersiya Firması arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.106,597 (beş milyon bir yüz altı min beş yüz doxsan yeddi) ABŞ dolları, 86 (səksən altı) sent, faiz borcu üzrə 934.741 (doqquz yüz otuz dörd min yeddi yüz qırx bir) ABŞ dolları, 66 (altmış altı) sent, cəmi 6.041.339 (altı milyon qırx bir min üç yüz otuz doqquz) ABŞ dolları, 52 (əlli iki) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 1.361,759 (bir milyon üç yüz altmış bir min yeddi yüz əlli doqquz) ABŞ dolları, 43 (qırx üç) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 6.682 (altı min altı yüz səksən iki) manat, 63 (altmış üç) qəpik məbləğində pul İddiaçı1 İstehsal-Kommersiya Firmasından tutularaq "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov