Məhkəmə qərarları › İş №e-2-2(113)-1750/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1750/2023

05.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1750/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Firmasının Cavabdeh QSC BOKT-a qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh QSC BOKT-a (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıdan xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsinə əsasən kreditə pul götürülmüşdür. Kredit müqaviləsi üzrə İddiaçı Firmasının 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcu yaranmışdır. "xxxx" ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 saylı Sərəcamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları üzrə) tələb hüququ xx.xx.2015-ci il və xx.xx.2017-i il tarixli müqavilələr əsasında Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin sərəncamın icrası ilə bağlı "xxxx" ASC-nin İddiaçı Firmasına qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli, S-100 saylı təhvil-təslim aktı əsasında Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bunun əsasında Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)- 1445/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsindən Cavabdeh QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilən qətnamələr qanuni qüvvələrini alsalar da, borc silinməmişdir. Bu isə iddiaçı üçün bəzi hüquqların məhdudlaşdırılmasına gətirib çıxarır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, iddiaçı Firmanın qanuni təmsilçisidir, həmin borcun silinməsi ilə bağlı iddiaçıya müraciət edilsə də, bundan imtina edilmişdir. Belə ki, həmin borcun olmaması barədə cavabdeh tərəfindən "xxxx" MMC-yə məlumat verilmədiyi üçün onun hüquqları pozulur, belə ki, məhz həmin borcun olması ilə bağlı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuş, ona məxsus torpaq sahəsi üzərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həbs qoyulmuşdur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcun silinməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkət edilmədiyi üçün iddiaçının qanuni təmsilçisinin hüquqları pozulmuş, pozulmaqda da davam edir. Belə ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulmuş, əmlakının üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Ağayev iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)- 1445/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsindən Cavabdeh QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)- 804/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilən qətnamələr qanuni qüvvələrini alsalar da, həmin məhkəmə aktları ilə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi ilə bağlı onların üzərilərinə hər hansı öhdəlik qoyulmamışdır. Hazırda həmin borc iddiaçıdan tələb edilməsə də, borc ödənilməmiş olaraq qalır. Cavabdeh, üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Beynəlxalq Bankın Sumqayıt filialı ilə iddiaçı arasında bağlanmış 03 noyabr 1998-ci il tarixli 54/98 nömrəli kredit xəttinin açılması haqqında müqaviləyə əsasən bank bu müqavilənin şərtlərinə əsasən borcalana 1 il müddətinə 102.000 manat məbləğində kredit xətti açır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S nömrəli Sərəncamının icrası ilə bağlı "xxxx" ASC ilə Cavabdeh QSC arasında imzalanmış S-100 nömrəli xx.xx.2017-ci il tarixli təhvil-təslim aktları əsasında Cavabdeh QSC-nin idarəetməsinə verilmiş İddiaçı Firması üzrə borclar barədə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçının əsas borcu 14218,80 manat, faiz borcu 7251,59 manat olmaqla, ümumilikdə 21470,39 manat təşkil edir. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Cavabdeh QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxsus problemli aktivlərin bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu Cavabdeh QSC-yə güzəşt edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1445/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı Firması və Nümayəndə qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 522/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı Firması və Nümayəndə qarşı iddiası üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 avqust 2021-ci il tarixli 2-2(103)-804/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən borc müqaviləsi üzrə iddia müddətinin keçməsi müqavilə üzrə öhdəliyin icrasını aradan qaldırmır, belə öhdəliyin xitamı deyildir. Eyni zamanda, məhkəmə tərəfindən həmin borcun silinməsi ilə bağlı Cavabdeh QSC-nin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən İddiaçı Firmasının Cavabdeh QSC-yə olan borcu hal-hazırda mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən vətəndaş Nümayəndə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 218 saylı BTK-nın 1027e saylı bağ sahəsi üzərinə məhdudiyyətin qoyulmasına əsas – Daxili İşlər Nazirliyinin 1/99 m nömrəli, xx.xx.2015-ci il tarixli məktubudur. Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 1/99 m nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Yaranmış zərurətlə əlaqədar təqdim edilmiş siyahıda adları qeyd edilmiş şəxslərə (o cümlədən Nümayəndə – xx.xx.1952-ci il təvəllüdlü) xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Firmasından 21.470,39 manat məbləğində kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1445/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh QSC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-804/2021 saylı qətnaməsindən Cavabdeh QSC kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(102)-522/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda iddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına 21.470,39 manat məbləğində kredit borcunun olmaması barədə "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Belə ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər: borcun ilkin məbləği; cari borc məbləği; borcun məqsədi; müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borcun ödənilməsi müddətinin uzadılması; borc öhdəliyinin təminatı; borcun təminat hesabına ödənilməsi; balansdan silinmiş ümidsiz borc; ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti; kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı artıq cavabdehə 21.470,39 manat məbləğində kredit borcunun olmaması barədə "xxxx" MMC-yə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar müraciət etdiyi halda tələbi cavabdeh tərəfindən təmin etmədiyindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıdan xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Firmasının Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.1998-ci il tarixli 54/98 nömrəli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar