Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1760/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması, dəbbə pulu) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada POF0601/07 saylı kredit müqaviləsinə əsasən 416257,16 (dörd yüz on altı min iki yüz əlli yeddi manat on altı qəpik) manat əsas borc, 117696,72 (bir yüz on yeddi min altı yüz doxsan altı manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 533953,88 (beş yüz otuz üç min doqquz yüz əlli üç manat səksən səkkiz qəpik) manat məbləğində borcun; POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat əsas borc, 636,84 (altı yüz otuz altı manat səksən dörd qəpik) manat faiz borcu, 9221,52 (doqquz min iki yüz iyirmi bir manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 44700,36 (qırx dörd min yeddi yüz manat otuz altı qəpik) manat məbləğində borcun; POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846,62 (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) manat əsas borc, 1678,75 (bir min altı yüz yetmiş səkkiz manat yetmiş beş qəpik) manat faiz borcu, 24158,21 (iyirmi dörd min bir yüz əlli səkkiz manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 117683,58 (bir yüz on yeddi min altı yüz səksən üç manat əlli səkkiz qəpik) manat məbləğində borcun; POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 (yeddi min manat) manat əsas borc, 117,05 (bir yüz on yeddi manat beş qəpik) manat faiz borcu, 1835,56 (bir min səkkiz yüz otuz beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8952,61 (səkkiz min doqquz yüz əlli iki manat altmış bir qəpik) manat məbləğində borcun; POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 78,93 (yetmiş səkkiz manat doxsan üç qəpik) manat faiz borcu, 1111,45 (bir min bir yüz on bir manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 5508,56 (beş min beş yüz səkkiz manat əlli altı qəpik) manat məbləğində borcun; POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat əsas borc, 18279,03 (on səkkiz min iki yüz yetmiş doqquz manat üç qəpik) manat faiz borcu, 96573,84 (doxsan altı min beş yüz yetmiş üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 509837,87 (beş yüz doqquz min səkkiz yüz otuz yeddi manat səksən yeddi qəpik) manat məbləğində borcun; POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat əsas borc, 235,28 (iki yüz otuz beş manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 1202,36 (bir min iki yüz iki manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6437,64 (altı min dörd yüz otuz yeddi manat altmış dörd qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1004 (min dörd) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə POF0601 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə bank tərəfindən borc alana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəi 14%, illik cərimə faiz dərəcəsi 29% olmaqla 600000 (altı yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə limit məbləği ayrılmışdır. Daha sonra həmin limit müqaviləsinə xx.xx.2022-ci il tarixdə 01 saylı əlavə olunmuş və müqavilənin 1.1-ci limitin məbləği ******* (bir milyon), 1.8-ci bəndi ilə təminat ZF0598 saylı zaminlik müqaviləsi və xx.xx.2022-ci il tarixli GL5458 saylı kredit limit müqaviləsi müəyyən edilmişdir. Bank ilə borc alan arasında bağlanmış xx.xx.2022-ci il tarixdə POF0601 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi üzrə borc alanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, ZF0598 saylı zaminlik müqaviləsi və xx.xx.2022-ci il tarixli, 1 saylı əlavə bağlanmışdır. Bundan əlavə bankla borc alan arasında xx.xx.2022-ci il tarixdə GL5458 saylı kredit limiti müqaviləsi imzalanmışdır. Sonradan tərəflər arasında POF0601 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində: xx.xx.2022-ci il tarixli POF0601/07 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 510993,19 (beş yüz on min doqquz yüz doxsan üç manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti ayrılmış; xx.xx.2022-ci il tarixli, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat məbləğində pul vəsaiti ayrılmış; xx.xx.2022-ci il tarixli, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 91846,62 (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti ayrılmış; xx.xx.2022-ci il tarixli, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 7000 (yeddi min) manat məbləğində pul vəsaiti ayrılmış; xx.xx.2022-ci il tarixli POF0601/11 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 4318,18 (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti ayrılmış; xx.xx.2022-ci il tarixli, POF0601/12 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti ayrılmış; xx.xx.2022-ci il tarixli POF0601/13 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək Cavabdeh2 MMC-nin borclusu “Kalyon RSY X5 Ticari İşletmesi” şirkətinin Azərbaycandakı filialı qarşısında öhdəliyi üzrə hesab fakturasını maliyyələşdirməklə illik faiz dərəcəsi 14%, müddəti bitdikdən sonra illik cərimə faizi 29% olmaqla, 5000 (beş min) manat məbləğində pul vəsaiti ayrılmışdır. Borc alan öz üzərinə düşən öhdəlikləri icra etməyərək, üzərinə düşən öhdəliyi icra etməmişdir. Borc alanın xx.xx.2023-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri: POF0601/07 saylı kredit müqaviləsinə əsasən 416257,16 (dörd yüz on altı min iki yüz əlli yeddi manat on altı qəpik) manat əsas borc, 117696,72 (bir yüz on yeddi min altı yüz doxsan altı manat yetmiş iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 533953,88 (beş yüz otuz üç min doqquz yüz əlli üç manat səksən səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 370. POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat əsas borc, 636,84 (altı yüz otuz altı manat səksən dörd qəpik) manat faiz borcu, 9221,52 (doqquz min iki yüz iyirmi bir manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 44700,36 (qırx dörd min yeddi yüz manat otuz altı qəpik) manat təşkil edir. Gecikmə günü: 333. POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846.62 (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) manat əsas borc, 1678,75 (bir min altı yüz yetmiş səkkiz manat yetmiş beş qəpik) manat faiz borcu, 24158,21 (iyirmi dörd min bir yüz əlli səkkiz manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 117683,58 (bir yüz on yeddi min altı yüz səksən üç manat əlli səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 330. POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 (yeddi min) manat əsas borc, 117,05 (bir yüz on yeddi manat beş qəpik) manat faiz borcu, 1835,56 (bir min səkkiz yüz otuz beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8952,61 (səkkiz min doqquz yüz əlli iki manat altmış bir qəpik) manat təşkil edir. Gecikmə günü: 329. POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 78,93 (yetmiş səkkiz manat doxsan üç qəpik) manat faiz borcu, 1111,45 (bir min bir yüz on bir manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 5508,56 (beş min beş yüz səkkiz manat əlli altı qəpik) manat təşkil edir. Gecikmə günü: 323. POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat əsas borc, 18279,03 (on səkkiz min iki yüz yetmiş doqquz manat üç qəpik) manat faiz borcu, 96573,84 (doxsan altı min beş yüz yetmiş üç manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 509837,87 (beş yüz doqquz min səkkiz yüz otuz yeddi manat səksən yeddi qəpik) manat təşkil edir. Gecikmə günü: 351. POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat əsas borc, 235,28 (iki yüz otuz beş manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 1202,36 (bir min iki yüz iki manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6437,64 (altı min dörd yüz otuz yeddi manat altmış dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 349. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1004 (min dörd) manat dövlət rüsumu ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 216257,20 manat (iki yüz on altı min iki yüz əlli yeddi manat iyirmi qəpik) əsas borc, 156200,50 manat (yüz əlli altı min iki yüz manat əlli qəpik) cərimə borcu olmaqla, cəmi 372457,70 manat (üç yüz yetmiş iki min dörd yüz əlli yeddi manat yetmiş qəpik) məbləğində borcun, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat əsas borc, 596,19 manat (beş yüz doxsan altı manat on doqquz qəpik) faiz borcu, 15128,20 manat (on beş min bir yüz iyirmi səkkiz manat iyirmi qəpik) cərimə borcu olmaqla, cəmi 50566,39 manat (əlli min beş yüz altmış altı manat otuz doqquz qəpik) məbləğində borcun, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846,62 manat (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) əsas borc, 1643,03 manat (min altı yüz qırx üç manat üç qəpik) faiz borcu, 39656,68 manat (otuz doqquz min altı yüz əlli altı manat altmış səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 133146,33 manat (bir yüz otuz üç min bir yüz qırx altı manat otuz üç qəpik) məbləğində borcun, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 (yeddi min) manat əsas borc, 114,33 manat (bir yüz on dörd manat otuz üç qəpik) faiz borcu, 3016,81 manat (üç min on altı manat səksən bir qəpik) cərimə borcu olmaqla, cəmi 10131,14 manat (on min bir yüz otuz bir manat on dörd qəpik) məbləğində borcun, POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 manat (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) əsas borc, 77,25 manat (yetmiş yeddi manat iyirmi beş qəpik) faiz borcu, 1840.14 manat (min səkkiz yüz qırx manat on dörd qəpik) cərimə borcu olmaqla, cəmi 6235,57 manat (altı min iki yüz otuz beş manat əlli yeddi qəpik) məbləğində borcun, POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat əsas borc, 18125,43 manat (on səkkiz min bir yüz iyirmi beş manat qırx üç qəpik) faiz borcu, 163227,55 manat (yüz altmış üç min iki yüz iyirmi yeddi manat əlli beş qəpik) cərimə borcu olmaqla, cəmi 576337,98 manat (beş yüz yetmiş altı min üç yüz otuz yeddi manat doxsan səkkiz qəpik) məbləğində borcun, POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat ǝsas borc, 233,33 manat (iki yüz otuz üç manat otuz üç qəpik) faiz borcu, 2046,11 manat (iki min qırx altı manat on bir qəpik) cərimə borcu olmaqla, cəmi 7279,44 manat (yeddi min iki yüz yetmiş doqquz manat qırx dörd qəpik) məbləğində borcun mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1004 (min dörd) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, POF0601 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borc alana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəi 14%, illik cərimə faiz dərəcəsi 29% olmaqla 600000 (altı yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə limit məbləği ayrılmışdır. Daha sonra həmin limit müqaviləsinə xx.xx.2022-ci il tarixdə 01 saylı əlavə olunmuş və müqavilənin 1.1-ci limitin məbləği ******* (bir milyon) manat müəyyən edilmişdir.
9. xx.xx.2022-ci il tarixli POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 510993,19 manat məbləğində kredit verilmişdir.
10. xx.xx.2022-ci il tarixli POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 34842 manat məbləğində kredit verilmişdir.
11. xx.xx.2022-ci il tarixli POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 91846,62 manat məbləğində kredit verilmişdir.
12. xx.xx.2022-ci il tarixli POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 7000 manat məbləğində kredit verilmişdir.
13. xx.xx.2022-ci il tarixli POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 4318,18 manat məbləğində kredit verilmişdir.
14. xx.xx.2022-ci il tarixli POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 394985 manat məbləğində kredit verilmişdir.
15. xx.xx.2022-ci il tarixli POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 14%-dək, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 5000 manat məbləğində kredit verilmişdir.
16. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanan xx.xx.2022-ci il tarixli, ZF0598 saylı zaminlik müqaviləsinə əsasən zamin – Qanuni nümayəndə borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, ZF0598 saylı zaminlik müqaviləsinəə xx.xx.2022-ci il tarixli, 1 saylı əlavə bağlanmışdır.
17. xx.xx.2024-cü il tarixli, PB/BPŞ-OUT-00205-2024/1 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 416257,16 manat əsas borc, 117696,72 manat cərimə borcu olmaqla, cəmi 533953,88 manat (gecikmə günün sayı – 370), POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 manat əsas borc, 636,84 manat faiz borcu, 9221,52 manat cərimə borcu olmaqla, cəmi 44700,36 manat (gecikmə günün sayı – 333), POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846,62 manat əsas borc, 1678,75 manat faiz borcu, 24158,21 manat cərimə borcu olmaqla, cəmi 117683,58 manat (gecikmə günün sayı – 330), POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 manat əsas borc, 117,05 manat faiz borcu, 1835,56 manat cərimə borcu olmaqla, cəmi 8952,61 manat (gecikmə günün sayı – 329), POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 manat əsas borc, 78,93 manat faiz borcu, 1111,45 manat cərimə borcu olmaqla, cəmi 5508,56 manat (gecikmə günün sayı – 323), POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 manat əsas borc, 18279,03 manat faiz borcu, 96573,84 manat cərimə borcu olmaqla, cəmi 509837,87 manat (gecikmə günün sayı – 351), POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 manat əsas borc, 235,28 manat faiz borcu, 1202,36 manat cərimə borcu olmaqla, cəmi 6437,64 manat təşkil edir (gecikmə günün sayı – 349).
18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3216 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, POF0601/07 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/07 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 460993,19 manat, faiz borcu 7529,56 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 416257,16 manat, faiz borcu 0 manat, xx.xx.2024cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 416257,16 manat, faiz borcu 0 manat, xx.xx.2022-ci il tarixli, POF0601/08 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/08 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 34842 manat, faiz borcu 596,18 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 34842 manat, faiz borcu 596,18 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 34842 manat, faiz borcu 596,18 manat, xx.xx.2022-ci il tarixli, POF0601/09 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/09 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASCyə olan əsas borcu 91846,62 manat, faiz borcu 1571,60 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 91846,62 manat, faiz borcu 1571,60 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 91846,62 manat, faiz borcu 1571,60 manat, xx.xx.2022-ci il tarixli, POF0601/10 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/10 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 7000 manat, faiz borcu 114,33 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 7000 manat, faiz borcu 114,33 manat, xx.xx.2024cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 7000 manat, faiz borcu 114,33 manat, xx.xx.2022-ci il tarixli, POF0601/11 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/11 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 4318,18 manat, faiz borcu 73,89 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 4318,18 manat, faiz borcu 73,89 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 4318,18 manat, faiz borcu 73,89 manat, xx.xx.2022-ci il tarixli, POF0601/12 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/12 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASCyə olan əsas borcu 394985 manat, faiz borcu 18125,42 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 394985 manat, faiz borcu 18125,42 manat, xx.xx.2024-cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 394985 manat, faiz borcu 18125,42 manat, xx.xx.2022-ci il tarixli, POF0601/13 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, POF0601/13 nömrəli maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə MMC-nin xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-yə olan əsas borcu 5000 manat, faiz borcu 229,44 manat, xx.xx.2023-cü il tarixə (ilk maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 5000 manat, faiz borcu 229,44 manat, xx.xx.2024cü il tarixə (sonuncu maliyyə arayışında qeyd edilən tarixə) İddiaçı ASC-yə olan əsas borcu 5000 manat, faiz borcu 229,44 manat təşkil edir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
24. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022ci il tarixli, POF0601 saylı alış sifarişi üzrə maliyyələşdirmə limiti müqaviləsi bağlanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli POF0601/07 saylı, xx.xx.2022-ci il tarixli POF0601/08 saylı, xx.xx.2022-ci il tarixli POF0601/09 saylı, xx.xx.2022-ci il tarixli POF0601/10 saylı, xx.xx.2022-ci il tarixli POF0601/11 saylı, xx.xx.2022-ci il tarixli POF0601/12 saylı, xx.xx.2022-ci il tarixli POF0601/13 saylı maliyyələşdirmə üçün ərizələr bağlanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə illik faiz dərəcəsi 14%, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 29% olmaqla, (gündəlik 0,0805%) 510993,19 manat, 34842 manat, 91846,62 manat, 7000 manat, 4318,18 manat, 394985 manat, 5000 manat məbləğində kredit verilmişdir. Paşa Bank” ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, ZF0598 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin – Qanuni nümayəndə borc alan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borc alanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
25. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 216257,20 manat (iki yüz on altı min iki yüz əlli yeddi manat iyirmi qəpik) əsas borc, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat əsas borc, 596,19 manat (beş yüz doxsan altı manat on doqquz qəpik) faiz borcu, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846,62 manat (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) əsas borc, 1643,03 manat (min altı yüz qırx üç manat üç qəpik) faiz borcu, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 (yeddi min) manat əsas borc, 114,33 manat (bir yüz on dörd manat otuz üç qəpik) faiz borcu, POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 manat (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) əsas borc, 77,25 manat (yetmiş yeddi manat iyirmi beş qəpik) faiz borcu, POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat əsas borc, 18125,43 manat (on səkkiz min bir yüz iyirmi beş manat qırx üç qəpik) faiz borcu, POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat ǝsas borc, 233,33 manat (iki yüz otuz üç manat otuz üç qəpik) faiz borcunun tutulması təşkil edir.
26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 Məhdud Məsuliyətli Cəmiyyəti və Qanuni nümayəndə birgə qaydada xx.xx.2022-ci il tarixli POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 216257,20 manat (iki yüz on altı min iki yüz əlli yeddi manat iyirmi qəpik) əsas borc, xx.xx.2022-ci il tarixli, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat əsas borc, 596,18 manat (beş yüz doxsan altı manat on səkkiz qəpik) faiz borcu, xx.xx.2022-ci il tarixli, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846,62 manat (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) əsas borc, 1571,60 manat (min beş yüz yetmiş bir manat altmış qəpik) faiz borcu, xx.xx.2022-ci il tarixli, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 (yeddi min) manat əsas borc, 114,33 manat (yüz on dörd manat otuz üç qəpik) fazi borcu, xx.xx.2022-ci il tarixli POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 manat (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) əsas borc, 73,89 manat (yetmiş üç manat səksən doqquz qəpik) faiz borcu, xx.xx.2022-ci il tarixli, POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat əsas borc, 18125,42 manat (on səkkiz min yüz iyirmi beş manat qırx iki qəpik) faiz borcu, xx.xx.2022-ci il tarixli POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat əsas borc, 229,44 manat (iki yüz iyirmi doqquz manat qırx dörd qəpik) faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini və iş üzrə verilən ekspert rəyini əsas götürmüşdür.
27. İddia tələbinin digər hissəsini cavabdehlərdən POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 156200,50 manat (yüz əlli altı min iki yüz manat əlli qəpik) cərimə borcu, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15128,20 manat (on beş min bir yüz iyirmi səkkiz manat iyirmi qəpik) cərimə borcu, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 39656,68 manat (otuz doqquz min altı yüz əlli altı manat altmış səkkiz qəpik) cərimə, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3016,81 manat (üç min on altı manat səksən bir qəpik) cərimə borcu, POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1840.14 manat (min səkkiz yüz qırx manat on dörd qəpik) cərimə, POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163227,55 manat (yüz altmış üç min iki yüz iyirmi yeddi manat əlli beş qəpik) cərimə, POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2046,11 manat (iki min qırx altı manat on bir qəpik) cərimə borcunun tutulması təşkil edir.
28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləğləri azaldılmalı, cavabdehlərdən birgə qaydada POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 12000 (on iki min) manat cərimə borcu, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2000 (iki min) manat cərimə borcu, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4700 (dörd min yeddi yüz) manat cərimə, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 400 (dörd yüz) manat cərimə borcu, POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 250 (iki yüz əlli) manat cərimə, POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 20000 (iyirmi min) manat cərimə, POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 (üç yüz) manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
30. Eləcə də, iddiaçı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 1004 (min dörd) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 989 (doqquz yüz səskən doqquz) manat məbləğində pul cavabdehdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
32. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 70,50 manat hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada, 29,50 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə xx.xx.2022-ci il tarixli POF0601/07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 216257,20 manat (iki yüz on altı min iki yüz əlli yeddi manat iyirmi qəpik) əsas borc, 12000 (on iki min) manat cərimə olmaqla, cəmi 228257,20 manat (iki yüz iyirmi səkkiz min iki yüz əlli yeddi manat iyirmi qəpik), xx.xx.2022-ci il tarixli, POF0601/08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34842 (otuz dörd min səkkiz yüz qırx iki) manat əsas borc, 596,18 manat (beş yüz doxsan altı manat on səkkiz qəpik) faiz borcu, 2000 (iki min) manat cərimə borcu olmaqla, cəmi 37438,18 manat (otuz yeddi min dörd yüz otuz səkkiz manat on səkkiz qəpik), xx.xx.2022-ci il tarixli, POF0601/09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 91846,62 manat (doxsan bir min səkkiz yüz qırx altı manat altmış iki qəpik) əsas borc, 1571,60 manat (min beş yüz yetmiş bir manat altmış qəpik) faiz borcu, 4700 (dörd min yeddi yüz) manat cərimə borcu olmaqla, cəmi 98118,22 manat (doxsan səkkiz min yüz on səkkiz manat iyirmi iki qəpik), xx.xx.2022-ci il tarixli, POF0601/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7000 (yeddi min) manat əsas borc, 114,33 manat (yüz on dörd manat otuz üç qəpik) fazi borcu, 400 (dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 7514,33 manat (yeddi min beş yüz on dörd manat otuz üç qəpik), xx.xx.2022-ci il tarixli POF0601/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4318,18 manat (dörd min üç yüz on səkkiz manat on səkkiz qəpik) əsas borc, 73,89 manat (yetmiş üç manat səksən doqquz qəpik) faiz borcu, 250 (iki yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 4642,07 manat (dörd min altı yüz qırx iki manat yeddi qəpik), xx.xx.2022-ci il tarixli, POF0601/12 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 394985 (üç yüz doxsan dörd min doqquz yüz səksən beş) manat əsas borc, 18125,42 manat (on səkkiz min yüz iyirmi beş manat qırx iki qəpik) faiz borcu, 20000 (iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 433110,42 manat (dörd yüz otuz üç min yüz on manat qırx iki qəpik), xx.xx.2022-ci il tarixli POF0601/13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat əsas borc, 229,44 manat (iki yüz iyirmi doqquz manat qırx dörd qəpik) faiz borcu, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 5529,44 manat (beş min beş yüz iyirmi doqquz manat qırx dörd qəpik), ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 989 (doqquz yüz səskən doqquz) manat olmaqla, ümumilikdə 815598,86 manat (səkkiz yüz on beş min beş yüz doxsan səkkiz manat səksən altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 70,50 manat hissəsi cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada, 29,50 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova