Məhkəmə qərarları › İş №e-2-2(113)-1760/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1760/2025

26.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1760/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Binazir Tofiq qızının katibliyi, İddiaçı ASC Cavabdeh QSC-yə qarşı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh QSC tərəfindən billet satışına dair 28 noyabr 2022-ci il tarixli və armatur satışına dair 28 noyabr 2022-ci il tarixli Üzləşmə Aktları üzrə ödənilməli olan 22 500 ABŞ dolları vəsaitin və həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 3,683.95 ABŞ dolları cərimə məbləğinin, İddiaçı tərəfindən ödənilmiş 226.54 AZN dəyərində dövlət rüsumu, hüquqi xidmətin göstərilməsinə dair 1000 AZN, ümumilikdə 26 906 (iyirmi altı min doqquz yüz altı) ABŞ dolları dəyərində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi (qanuni təmsilçisi) məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh QSC tərəfindən iddia tələbi üzrə borc olmuş 22500 ABŞ dolları miqdarında boc ödənildiyindən iddiadan imtina edilməsinə dair ərizə verərək, borc məbləği tam ödənildiyi üçün iddiadan imtinanın qəbul edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh QSC-yə qarşı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar