Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1763/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 244949,47 manat əsas borc, 18208,79 manat faiz borcu və 146,8 manat cərimə borcu olmaqla, cəmi 263305,06 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 127119,46 manat əsas borc, 10995,86 manat faiz borcu və 90,08 manat cərimə borcu olmaqla, cəmi 138205,4 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 49484,59 manat əsas borc, 4180,76 manat faiz borcu olmaqla, cəmi 53665,35 manat borcun və 620,79 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 156 manat xidmət haqqının tutulması, tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195,2 m2, yaşayış sahəsi 116,4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə, xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi və həmin əmlakların açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 300000 manat kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əlavə sazişə əsasən kredit limitinin məbləği 800000 manat məbləğədək artırılır. Borcun təminatı olaraq Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195,2 m2, yaşayış sahəsi 116,4 m2, yardımçı sahəsi 78,8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh2 və xx.xx.2023-cü il tarixində isə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 13% olmaqla 24 ay müddətinə 300000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il oktyabrın 28-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 244949,47 manat əsas borc, 18208,79 manat faiz borcu və 1467,96 manat cərimə olmaqla, cəmi 264626,22 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 1467,96 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 146,8 manat məbləğində tələb olunur. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 13%-lə 24 ay müddətinə 150000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il oktyabrın 28-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 127119,46 manat əsas borc, 10995,86 manat faiz borcu və 900,8 manat cərimə olmaqla, cəmi 139016,12 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023- cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 900,8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 90,08 manat məbləğində tələb olunur. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 13%-lə 24 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il oktyabrın 28-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 49484,59 manat əsas borc, 4180,76 manat faiz borcu olmaqla, cəmi 53665,35 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 445.2.1, 448.1, 449.4, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1-ci maddəsinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsinə əsasən 18 dekabr 2024-cü il tarixli iddia ərizəsi üzrə Cavabdeh3 əsas borc-229949.47 manat, faiz borc-13208.79 manat, cərimə borcu üzrə 146.8 manat olmaqla, cəmi 243305.06 manat, xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsinə əsasən 18 dekabr 2024-cü il tarixli iddia ərizəsi üzrə Cavabdeh3 əsas borc- 115119.46 manat, faiz borc-6661.21 manat, cərimə borcu üzrə 90.08 manat olmaqla, cəmi 121870.75 manat borcun və 620.79 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsum və 156 manat xidmət haqqının tutulması; cavabdehlərdən tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İş üzrə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1- 1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin məzmunundan görünür ki, müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1- 1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2023-cü il tarixdə Əlavə sazişdə qeyd edilmişdir ki, 1. Bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1. müqavilə üzrə kredit limitinin məbləği 800000 manat məbləğədək artırılır; 1.2. ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 məxsus fərdi yaşayış evi ipotekası (xx.xx.2023-cü il tarixli, DA/00981/23 nömrəli ipoteka müqaviləsi), Cavabdeh1 tərəfindən verilən zaminlik (xx.xx.2023-cü il tarixli, Z/12135/23 nömrəli zaminlik müqavilə).
9. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1- 1383-22/4 nömrəli kredit verilməsinə dair razılaşmanın məzmunundan görünür ki, Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1- 1383-22/5 nömrəli kredit verilməsinə dair razılaşmanın məzmunundan görünür ki, Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.
11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1- 1383-22/6 nömrəli kredit verilməsinə dair razılaşmanın məzmunundan görünür ki, Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.
12. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/20429/22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
13. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/20429/22 nömrəli zaminlik müqaviləsinə xx.xx.2023-cü il tarixdə 1 nömrəli Əlavə sazişdə qeyd edilmişdir ki, 1.1. Bu saziş qüvvəyə mindiyi tarixdən müqaviləniun bağlı olduğu xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə kredit limitinin məbləği 800000 manat məbləğədək artırılır.
14. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/12135/23 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
15. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA/00116/23 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
16. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA/00981/23 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2022-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 225 nömrəli reyestr kitabının 20930 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2023-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 655 nömrəli reyestr kitabının 010 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
21. xx.xx.2024-cü il tarixli, KBD6124 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödəmişdir.
22. xx.xx.2024-cü il tarixli, KBD6125 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir.
23. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 244949,47 manat əsas borc, 18208,79 manat faiz, 1467,96 manat cərimə borcu olmaqla, cəmi borcu 264626,22 manat təşkil edir.
24. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 127119,46 manat əsas borc, 10995,86 manat faiz, 900,80 manat cərimə borcu olmaqla, cəmi borcu 139016,12 manat təşkil edir.
25. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/6 nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 49848,59 manat əsas borc, 4180,76 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi borcu 53665,35 manat təşkil edir.
26. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, KBD-958 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1- 1383-22/5 nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 115119,46 manat əsas borc, 6661,21 manat faiz, 90,08 manat cərimə borcu olmaqla, cəmi borcu 121870,75 manat təşkil edir.
27. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, KBD-959 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 bağlanmış xx.xx.2023-cü il tarixli, 6-SME-1- 1383-22/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə banka 229949,47 manat əsas borc, 13208,79 manat faiz, 146,80 manat cərimə borcu olmaqla, cəmi borcu 243305,06 manat təşkil edir.
28. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəlləri və hesabdan çıxarışlar əlavə edilmişdir.
29. İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2024cü il tarixli, KBD4957 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/6 nömrəli nömrəli nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
30. İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2024cü il tarixli, KBD4958 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 nömrəli nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 31.İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2024cü il tarixli, KBD4960 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 nömrəli nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2204 saylı ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 014A**********-SMS-İ- 1383-22\4 saylı və xx.xx.2023-cü il tarixli, 014A**********-SMS-İ-1383-22\5 saylı kredit müqavilələrinə əsasən cavabdeh X1 oğlunun kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı ASC-yə olan borcu 014A**********-SMS-İ-1383-22\4 saylı müqavilə üzrə xx.xx.2024-ci il tarixə əsas borc üzrə 241183,99 manat, faiz borcu üzrə 15502,77 manat; xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 226183,99, faiz borcu üzrə 19903; 014A**********-SMS-İ-1383-22\5 saylı müqavilə üzrə xx.xx.2024-ci il tarixə: əsas borc üzrə 128233,72 manat, faiz borcu üzrə 8242,58; xx.xx.2025-ci il tarixə: əsas borc üzrə 116233,72 manat; faiz borcu üzrə 8881,68 manat məbləğində müəyyən edilir.
33. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, ƏEM/A 56-462/25 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq və onun üzərində yerləşən ümumi sahəsi faktiki - 195.2 m2 fərdi yaşayış likvid dəyəri 320000 manat, bazar dəyəri 370000 manat təşkil edir.
34. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2026-cı il tarixli, CVN/Y 20-020/26 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin xx.xx.2026-cı il tarixinə likvid dəyəri 360000 manat, bazar dəyəri 400000 manat təşkil edir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə (əvvəlki redaksiya) iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
40. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə xx.xx.2023-cü il tarixdə Əlavə saziş bağlanmış, həmin əlavə sazişdə qeyd edilmişdir ki, 1. Bu saziş qüvvəyə mindiyi tarixdən: 1.1. müqavilə üzrə kredit limitinin məbləği 800000 manat məbləğədək artırılır; 1.2. ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 məxsus fərdi yaşayış evi ipotekası (xx.xx.2023-cü il tarixli, DA/00981/23 nömrəli ipoteka müqavilə), Cavabdeh1 tərəfindən verilən zmainlik (xx.xx.2023-cü il tarixli, Z/12135/23 nömrəli zaminlik müqavilə). İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılşamaya əsasən Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılşamaya əsasən Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/6 nömrəli kredit verilməsinə dair razılaşma bağlanmış və həmin razılşamaya əsasən Cavabdeh3 bankdan 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 13% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, Z/20429/22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z/20429/22 nömrəli zaminlik müqaviləsinə xx.xx.2023-cü il tarixdə 1 nömrəli Əlavə saziş bağlanmış, həmin sazişdə qeyd edilmişdir ki, 1.1. Bu saziş qüvvəyə mindiyi tarixdən müqaviləniun bağlı olduğu xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383- 22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə kredit limitinin məbləği 800000 manat məbləğədək artırılır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/12135/23 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA/00116/23 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 və borc alan – Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DA/00981/23 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6-SME-1-1383-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
41. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsi üzrə 229949,47 manat əsas borc, 13208,79 manat faiz borcu; xx.xx.2023-cü il tarixli, 6-SME-1- 1383-22/4 saylı kredit müqaviləsi üzrə 115119,46 manat əsas borc, 6661,21 manat faiz bоrcunun tutulması təşkil edir.
42. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, alınan pul vəsaitini müqavilədə müəyyən edilmiş faizlərlə birgə borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2204 saylı ekspert rəyini, AR MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 6-SME- 1-1383-22/4 saylı kredit müqaviləsi üzrə 226183,99 manat (iki yüz iyirmi altı min yüz səksən üç manat doxsan doqquz qəpik) (rəyə uyğun) əsas borc, 13208,79 manat (on üç min iki yüz səkkiz manat yetmiş doqquz qəpik) (tələbə uyğun) faiz borcu; xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 saylı kredit müqaviləsi üzrə 115119,46 manat (yüz on beş min yüz on doqquz manat qırx altı qəpik) (tələbə uyğun, tam) manat əsas borc, 6661,21 manat (altı min altı yüz altmış bir manat iyirmi bir qəpik) (tələbə uyğun, tam) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsi üzrə İddia tələbinin faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe və ekspert rəyi əsas götürülmüşdür.
43. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsi üzrə 146.8 manat cərimə borcu; xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 saylı kredit müqaviləsi üzrə 90.08 manat cərimə borcunun tutulması təşkil edir.
44. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
45. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsi üzrə 146,80 manat (yüz qırx altı manat səksən qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 saylı kredit müqaviləsi üzrə 90,08 manat (doxsan manat səkkiz qəpik) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
46. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi tələbini irəli sürmüşdür.
47. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və reyestrdə qeydiyyata alınmışdır.
48. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, hər iki müqavilə üzrə tutma Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.
49. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
50. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi ("xxxx" MMC) alınmışdır. Lakin Cavabdeh2 nümayəndəsi və vəkili qiymətlədirmə rəyinə etiraz etmiş, məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmiş, ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi ("xxxx" MMC) alınmışdır. Həmin rəyə ("xxxx" MMC) əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin likvid dəyəri 360000 manat, bazar dəyəri 400000 manat müəyyən edilmişdir.
51. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 360000 manat məbləğində müəyyən edilməlidir.
52. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
53. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 620,79 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 156 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir.
54. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 156 (yüz əlli altı) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 614,39 manat (altı yüz on dörd manat otuz doqquz qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
55. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 99 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 1 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
56. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 296,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 3,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.
57. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 296,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 3,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli, 6-SME-1-1383-22/4 saylı kredit müqaviləsi üzrə 226183,99 manat (iki yüz iyirmi altı min yüz səksən üç manat doxsan doqquz qəpik) əsas borc, 13208,79 manat (on üç min iki yüz səkkiz manat yetmiş doqquz qəpik) faiz borcu, 146,80 manat (yüz qırx altı manat səksən qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli, 6-SME-1-1383-22/5 saylı kredit müqaviləsi üzrə 115119,46 manat (yüz on beş min yüz on doqquz manat qırx altı qəpik) manat əsas borc, 6661,21 manat (altı min altı yüz altmış bir manat iyirmi bir qəpik) faiz borcu, 90,08 manat (doxsan manat səkkiz qəpik) manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 156 (yüz əlli altı) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 614,39 manat (altı yüz on dörd manat otuz doqquz qəpik) olmaqla, ümumilikdə 362210,72 manat (üç yüz altmış iki min iki yüz on manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 195.2 m2, yaşayış sahəsi 116.4 m2, yardımçı sahəsi 78.8 m2 və yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 360000 (üç yüz altmış min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 99 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 1 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 296,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 3,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 296,90 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 3,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova