Məhkəmə qərarları › İş №e-2-2(113)-1765/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1765/2020

20.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1765/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndələri Vəkil2 və Nümayəndə iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxx” X2 (MMM) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxx” MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMM-dən boş qaytarılan vaqonlara görə 53443,26 manat, 189239,23 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 242712 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh MMM-dən boş qaytarılan vaqonlara görə 67548,42 manat, 189239,23 manat dəbbə pulu, 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 256817,16 manat pul məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxx” MMM ilə Cavabdeh MMM arasında xx xxxxxx 2016-cı il tarixdə dəmir yolu ilə idxal, tranzit və daxili yükdaşımaları üzrə nəqliyyat-ekspredisiya xidmətinin gıstərilməsi haqqında SKT-15/16 nömrəli müqavilə bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulan öhdəlikləri qüsursuz olaraq yerinə yetirmişdir. Müqavilənin icrası ilə əlaqədar cavabdehin hər hansı bir iradı olmamışdır. Cavabdeh müqavilə şərtlərinə qismən əməl etmişdir. Müqavilənin 4.1.5-ci maddəsinə əsasən sifarişçi müqavilə şərtlərini yerinə yetirmədikdə,ödənişdən əsassız olaraq imtina etdikdə, ekspeditorun təqdim etdiyi hesabı vaxtında ödəmədikdə məsuliyyət daşıyır. Müqavilənin 4.1.6 maddəsinə əsasən tərəflər hər ay yerinə yetirilmiş xidmətlərlə bağlı növbəti ayın ilk 5 günü ərzində üzləşmə aparmalı və üzləşmə aktı bağlamalıdırlar. Əgər üzləşmə aktının bağlanması sifarişçi tərəfindən gecikdirilərsə, ekspeditorun təqdim etdiyi qiymətlər və digər məlumatlar əsaslı və qəbul edilmiş sayılacaqdır. xx xxxxxxx 2018ci ilə qədər təqdim olunmuş hesablara görə ödənilməyən məbləğ 53443,26 manat təşkil edir. Hesablar vaxtında təqdim olunsa da, cavabdeh vaqonların boş qayıtmasına görə nəzərdə tutulmuş məbləğləri ödəməmişdir. Cavabdehə yaranmış borca görə elektron qaydada bir neçə dəfə məktub göndərilsə də müraciətlər cavabsız qalmışdır. Müqavilənin 4.1.5-ci maddəsinə əsasən sifarişçi ekspeditorun təqdim etdiyi hesabı vaxtında ödəmədikdə ödəmə gecikdirildiyi hər gün üçün Sifarişçi hesab məbləğinin 0,5% həcmdə dəbbə pulu ödəyir və iddia ərizəsinin tərtib edildiyi günə dəbbə pulu 189239,23 manat təşkil edir. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, xx xxxxxxx 2018ci ilə qədər təqdim olunmuş hesablara görə ödənilməyən məbləğ 53443,26 manat göstərilsə də, ödənilməyən hesablardan görünür ki, bərə ilə vaqonların boş qayıtmasına görə borc 39734,37 ABŞ dollarıdır ki, bu məbləğin də Azərbaycan manatına olan nisbəti 67548,42 manat təşkil edir. Tərəflər arasında yükdaşıma münasibətləri 2007-ci ildən mövcuddur və əvvəllər boş vaqonların qaytarılmasına görə hesablar ödənilmişdir. Məsələn 2010-cu ildə boş vaqonların qaytarılmasına görə 3231,9 manat ödənilmişdir. Lakin 2016-cı ildən sonra boş vaqonların qaytarılmasına görə tələb olunan məbləğlər ödənilməmişdir. Yük daşımaları davam etdiyindən və cavabdeh verilmiş hesabları ödəməkdən imtina etmədiyindən onlara SKT-15/16 nömrəli müqavilə üzrə xidmətlər göstərilməsi davam etdirilmişdir. Davam edən münasibətlərə görə iddia müddəti sonuncu hesabın verildiyi vaxtdan, yəni, xx xxxxxxx 2018-ci ildən hesablanmalıdır. Başqa bir məqam ondan ibarətdir ki, tərəflər arasındakı xx xxxxxx 2016-cı il tarixli, SKT-15/16 nömrəli müqavilə 3 il müddətinə bağlansa da, həmin müqaviləyə xitam verilməyib və 3 il müddətinə uzadılmış hesab edilib. Ödəniş qaydası haqqında əlavə razılaşma olmadığı üçün ödəniş müqavilənin qüvvədə olduğu müddətlə hesablanmalıdır ki, müqavilə münasibətlərinə xitam verilməmişdir. xx.xx.2016-cı il tarixli, SKT-15/16 nömrəli müqavilənin 1.1 maddəsinin 5-ci yarımbəndinə əsasən tərəflərin razılığı ilə digər əməliyatların ekspeditora ödənişi nəzərdə tutulub ki, bura boş vaqonların qaytarılması da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Boş vaqonların qaytarılmasına görə haqq ödənilməsi həm də işgüzar adətlərə aiddir. Nəzərə almaq lazımdır ki, vaqonlar təyinat yerinə cavabdehin sifarişinə əsasən gətirilib və boşaldıqdan sonra da əvvəlki yerinə qaytarılmalıdır. Yəni boş vaqonların qaytarılmasına görə haqq ödənilməsinin ayrıca bənd kimi müqaviləyə daxil edilməsinə zərurət qalmır və boş vaqonların qaytarılması nəqliyyat ekspedisiya müqaviləsinin tərkib hissəsidir. İddiaçı boş vaqonların qaytarılmasına görə cavabdehdən tələb olunan məbləği Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə ödəmişdir. Müqavilənin 4.1.5-ci maddəsinə əsasən sifarişçi ekspeditorun təqdim etdiyi hesabı vaxtında ödəmədikdə ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi hesab məbləğinin 0,5% həcmdə dəbbə pulu ödəyir. İddia ərizəsinin tərtib edildiyi günə dəbbə pulu 189239,23 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMM boş qaytarılan vaqonlara görə pul ödənilməsi barədə öz üzərinə heç bir öhdəlik götürməmişdir. Cavabdeh MMM iddiaçı tərəfindən göndərilən elektron vergi hesab fakturalar əsasında ödənişlər aparmaqla öhdəliyini tam icra etmişdir. Belə ki, müqavilənin predmeti yüklərin daşınması olmuş, yüklər daşınmış və pulu da ödənilmişdir. Bundan başqa, müqavilə 2016-cı il tarixdə imzalansa da, iddia ərizəsi ilə məhkəməyə 2020-ci ildə müraciət olunduğundan iddia müddəti də ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, SKT-15/16 №-li “Dəmir yolu ilə idxal, ixrac, tranzit və daxil yük daşımaları üzrə nəqliyyat – ekspedisiya xidmətlərinin göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, ekspeditor - “xxxxxxxxxxxxxxxxxxx” MMM sifarişçi - Cavabdeh MMM-nin sifarişinə əsasən ekspedisiya xidməti (tələb olunan marşrut hissəsi və ya hissələri üzrə), yüklərin daşınmasının təşkili, yükvurma – yükboşaltma və yüklərin emalı işlərinin yerinə yetirilməsi, yüklərin anbarda saxlanılması, tərəflərin razılığı ilə digər əməliyyatların yerinə yetirilməsini təşkil etməyi, sonuncu isə həmin əməliyyatlar müqabilində ödəniş aparmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddia tələbinin mahiyyətini boş qaytarılmış vaqonlara görə pul vəsaitinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. xx xxxxxx 2016-cı il tarixli, SKT-15/16 №-li müqavilənin 1.1-ci bəndində tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, konkret olaraq sifarişçinin hansı əməliyyatların müqabilində ödəniş aparmaq öhdəliyini götürməsi də göstərilmişdir. Həmin bənddə və müqavilənin digər bəndlərində boş qaytarılan vaqonlara görə pul vəsaitinin ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçının nümayəndəsi bu barədə öhdəliyin götürülməsini müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndi ilə əsaslandırır ki, həmin yarımbənddə tərəflərin razılığı ilə digər əməliyyatların aparılması nəzərdə tutulur. Lakin həmin yarımbəndin özündə də “tərəflərin razılığı ilə” ifadəsi işlənir ki, bunun üçün də tərəflərin arasında digər razılaşma mövcud olmalıdır və müqavilə yazılı formada bağlandığına görə mülki qanunvericiliyin tələbinə uyğun olaraq həmin razılaşma da yazılı formada bağlanmalıdır. İddiaçı tərəfindən isə belə bir razılaşmanın mövcud olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddiaçı iddianın digər əsası kimi boş vaqonların qaytarılmasına görə haqq ödənilməsinin həm də işgüzar adətlərə aid olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Lakin iddiaçı tərəfindən məhkəməyə yükdaşıma sahəsində boş vaqonların qaytarılmasına görə haqq ödənilməsinin tətbiqi ilə bağlı da heç bir sübut təqdim olunmadığına görə məhkəmə hesab edir ki, bu müddəa hazırkı mübahisəyə tətbiq edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə 2010-cu ildə Cavabdeh MMM tərəfindən “xxxxxxxxxxxxxxxxxxx” MMM-nə boş qaytarılmış vaqonlara görə hesab fakturalar təqdim olunmuşdur. İlkin olaraq onu qeyd etmək lazımdır ki, həmin hesab fakturaların tərtib olunması üçün əsas hazırkı mübahisənin predmeti olan müqavilə deyildir, bu fakturalar tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən tərtib olunmuşdur və həmin müqavilədə belə bir şərtin nəzərdə tutulub – tutulmadığı da məhkəməyə məlum deyildir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan xüsusat iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. İddianın əsasını təşkil edən sübut kimi məhkəməyə “xxxxxxxxxxxxxxxxxxx” MMM tərəfindən tərtib olunmuş 18 ədəd hesab təqdim olunmuşdur. İddia ərizəsi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət olunduğu nəzərə alınarsa, xx xxxx 2017-ci il tarixə kimi tərtib olunmuş 7 hesab (xx xxxx 2016-cı il tarixli, 344/16 №-li, xx xxxx 2016-cı il tarixli, 468/16 №-li, xx xxxxxxx 2016-cı il tarixli, 1630/16 №-li, xx xxxx 2017-ci il tarixli, 08/17 №-li, xx xxx 2017-ci il tarixli, 250/17 №-li, xx xxxx 2017-ci il tarixli, 125/17 №-li, xx xxxx 2017-ci il tarixli, 224/17 №-li) üzrə iddia müddəti də ötürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək və işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia rədd olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxx” X2 Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar