Məhkəmə qərarları › İş №e-2-2(113)-1766/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1766/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1766/2021 10.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi unun Cavabdehnə qarşı borcun qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO İddiaçı ASC) Ləğvedicisi Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* (dörd milyon səkkiz yüz səksən səkkiz min bir yüz beş) manat əsas, 589831,34 (beş yüz səksən doqquz min səkkiz yüz otuz bir manat otuz dörd qəpik) manat faiz, 43992,94 (qırx üç min doqquz yüz doxsan iki manat doxsan dörd qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 19688,10 (on doqquz min altı yüz səksən səkkiz manat on qəpik) manat faiz borcu, 12 (on iki) manat notarial xərclər və iş üzrə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 1042H nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə ******* (dörd milyon min səkkiz yüz səksən səkkiz min bir yüz beş) manat məbləğində borc öhdəliyinin icrası üçün kredit verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyini yerinə yetirməmişdir. 25.01.2021-ci il tarixə Cavabdeh MMC-nin kredit üzrə cəmi borcu 5541617,38 (beş milyon beş yüz qırx bir min altı yüz on yeddi manat otuz səkkiz qəpik) manat təşkil edir. Bunun ******* (dörd milyon səkkiz yüz səksən səkkiz min bir yüz beş) manatını əsas, 589831,34 (beş yüz səksən doqquz min səkkiz yüz otuz bir manat otuz dörd qəpik) manatını faiz, 43992,94 (qırx üç min doqquz yüz doxsan iki manat doxsan dörd qəpik) manatını cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 19688,10 (on doqquz min altı yüz səksən səkkiz manat on qəpik) manatını faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********262 saylı 02.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - 26.12.2019-cu il tarixli, 1042H nömrəli müqavilədən görünür ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana 12 (on iki) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə ******* (dörd milyon min səkkiz yüz səksən səkkiz min bir yüz beş) manat məbləğində borc öhdəliyinin icrası üçün kredit verilmişdir. - 03.02.2021-ci il tarixli, **********294 saylı maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən kredit üzrə 25 yanvar 2021-ci il tarixə əsas borcu ******* manat, faiz borcu 589831,34 manat, cərimə borcu 43992,94 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu (5%) 19688,10 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranan ümumi borc 5541617,38 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 02.02.2021-ci il tarixli, **********0262 bildiriş məktubundan görünür ki, sonuncuya 5541617,38 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli, 9/4804 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 15 iyul 2019-cu il tarixli DSF0023H saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu ******* manat, faiz borcu 586572,60 manat məbləğində müəyyən edilir; Cavabdeh MMCnin məhkəməyə müraciət olunan tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu ******* manat, faiz borcu 636132,55 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləği və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuş, nəticədə cavabdehin İddiaçı ASC-yə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddia tələbinin bir hissəsini ******* (dörd milyon səkkiz yüz səksən səkkiz min bir yüz beş) manat məbləğində əsas borcun cavabdehdən tutulması təşkil edir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapdığından iddia həmin hissədə tam təmin olunmalıdır. İddia tələbinin digər hissəsi iddia müddətinin sonuna olan 589831,34 (beş yüz səksən doqquz min səkkiz yüz otuz bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcunun cavabdehdən tutulmasından ibarətdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia həmin hissədə qismən - iddia müddətinin sonuna olan 586572,60 manat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmalı (ekspert rəyinə uyğun olaraq), qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdeh "X3" MMC-dən 43992,94 manat məbləğində cərimənin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 40000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı həmçinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 19688,10 (on doqquz min altı yüz səksən səkkiz manat on qəpik) manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğin ödənilməsini tələb etmək hüququ yarnmışdır. Ona görə də iddia həmin hissədə tam təmin olunaraq, illik beş faizlə hesablanmış 19688,10 (on doqquz min altı yüz səksən səkkiz manat on qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli, 9/4804 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ******* manat əsas borc, 586572,60 manat faiz borcu (müqavilə müddətinin sonuna olan borc), 40000 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən 5%-lə hesablanmış 19688,10 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 12 (on iki) manat notarial xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və 12 (on iki) manat məbləğində notarial xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ******* (dörd milyon səkkiz yüz səksən səkkiz min yüz beş) manat əsas borc, 586572,60 manat (beş yüz səksən altı min beş yüz yetmiş iki manat altmış qəpik) faiz, 40000 (qırx min) manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 %-lə hesablanmış 19688,10 (on doqquz min altı yüz səksən səkkiz manat on qəpik) manat faiz borcu, 12 (on iki) manat notarial xərclər və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, ümumilikdə 5534408,1 (beş milyon beş yüz otuz dörd min dörd yüz səkkiz manat on qəpik) manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar