Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1768/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “xxxx” ASC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin strukturunda vahid idarəetmə orqanı kimi yaradılmış Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin strukturuna daxil olan Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış cəmi 81751,85 (səksən bir min yeddi yüz əlli bir manat, səksən beş qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X2 tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” ASC-nin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1768/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1768/2021
17.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver