Məhkəmə qərarları › İş №e-2-2(113)-1769/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1769/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1769/2021 23.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27559.69 USD – bundan 26207.80 USD əsas, 445.01 USD faiz, 131.56 USD cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.32 USD faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehdən tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.01.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanında olan 0.05753 ha torpaq sahəsi və həmin torpaq sahəsində 63 kv.m. yaşayış, 59.6 kv.m. köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəlməsi; yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulması; ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Dostluq filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03.09.2015-ci il tarixli CBHK-0001 saylı kredit müqaviləsi və həmin müqaviləyə 03.02.2016-cı il tarixli Əlavəyə əsasənCavabdeh2 MMC-yə 57 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 130000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06.01.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanında mülkiyyətində olan 0.05753 ha torpaq sahəsi və həmin torpaq sahəsində 63 kv.m. yaşayış, 59.6 kv.m. köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********038 saylı 12.01.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Nəsibov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə, əlavə olaraq telefon vasitəsilə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 03 sentyabr 2015-ci il tarixli CBHK-0001 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətinə illik 14% hesablanmaq şərti ilə *** **** USD məbləğində krеdit vеrilmişdir. - 03 sentyabr 2015-ci il tarixli CBHK-0001 saylı kredit müqaviləsinə düzəliş və əlavənin edilməsi barədə 03.02.2016-cı il tarixli 1 saylı Əlavədə 03.09.2015-ci il tarixdə bağlanmış CBHK-0001 saylı kredit müqaviləsi üzrə mövcud 14% dərəcə ilə olan illik faiz dərəcəsinin 12%-ə salınması və 03.09.2015-ci il tarixdə bağlanmış CBHK-0001 saylı kredit müqaviləsi üzrə müddətin 21 ay müddətinə uzadılması razılaşdırılmışdır. - 03 sentyabr 2015-ci il tariхli CBHK-0001 №-li İpoteka Müqaviləsindən görünür ki, 03 sentyabr 2015-ci il tarixli CBHK-0001 №-li kredit müqaviləsinin və ona əlavələrin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 2, 0.05753 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122.6 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, həmin əmlakın bazar qiyməti 220000 manat müəyyən edilmişdir. - 17 dekabr 2015-ci il tariхli CBHK-0001/01 №-li X1 görünür ki, 03 sentyabr 2015-ci il tarixli CBHK-0001 №-li kredit müqaviləsinin və ona əlavələrin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 2, 0.05753 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122.6 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, həmin əmlakın bazar qiyməti 220000 manat müəyyən edilmiş, ipoteka ilə təmin edilmiş öhdəliyin 36 ay müddətində icra edilməli olması göstərilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən aparılan daşınmaz əmlakın qiymətləndirilməsi barədə 18 avqust 2015-ci il tarixli mütəxəssis rəyindən məlum olur ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həmin tarixə olan bazar dəyəri 220.000 manat təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışının surətinə əsasən ünvan 2, 0.05753 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122.6 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 2, 0.05753 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122.6 kv.m olan bir mərtəbəli üç otaqlı fərdi yaşayış evi bankın xeyinə ipoteka ilə yüklü edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə **********082 nömrəli, 15.01.2021-ci il tarixli ərizə ünvanlanmış, həmin ərizə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş **********20 saylı, 11 yanvar 2021-ci il tarixli arayışa əsasən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 03.09.2015-ci il tarixli CBHK-0001 saylı kredit müqaviləsi üzrə 06.01.2021-ci il tarixinə yaranmış tələb: əsas borca görə 26207.80 USD, müqavilə müddəti üçün hesablanmış faiz borcuna görə 445.01 USD, müqavilə üzrə borcun gecikdirilməsinə görə 131.56 USD, gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə hesablanmış faiz məbləği 775.32 USD, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 27559.69 USD təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış **********022 saylı, 11 yanvar 2021-ci il tarixli bildirişlərə əsasən aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 27559.69 USD məbləğində borcu 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış **********036 saylı 12 yanvar 2021-ci il tarixli bildirişə əsasən Cavabdeh2 MMC-nin 27559.69 USD məbləğində borcunu ödəməmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 9/3048 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin iddiaçıya 03.06.2020-ci il tarixə olan ümumi borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 26270.80 ABŞ dolları, faiz borcu üzrə 445,00 ABŞ dolları; 06.01.2021-ci il tarixə olan ümumi borcu isə əsas borc üzrə 26270,80 ABŞ dolları, faiz borcu üzrə 1180,00 Abş dolları təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasında dair 31 may 2021-ci il tarixli MB-14/0700 nömrəli ekspert rəyindən görünür ki, Baki şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 205 000 manat, likvid dəyəri isə 184 500 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şətrlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 131.56 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan iddiaçıya təhvil verilməsinə dair hissəsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı qeyd olunan tələbləri irəli sürmək hüququna malik olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunaraq tərəflər arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli CBHK-0001 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 26207.80 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 445.01 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları cərimə, eləcə də, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.32 ABŞ dolları məbləğində faiz borcu, tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanında olan 0.05753 ha torpaq sahəsi və həmin torpaq sahəsində 63 kv.m. yaşayış, 59.6 kv.m. köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin mənzilin likvid dəyəri 184 500 manat müəyyən edilməklə açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-nin kredit müqavilələri üzrə borcu ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxlər əşyaları ilə birlikdə çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, eləcə də, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcləri cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" MMC-nin hesablarına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 03 sentyabr 2015-ci il tarixli CBHK-0001 №-li kredit müqaviləsi üzrə kreditin əsas borc üzrə 26207.80 (iyirmi altı min iki yüz yeddi dollar səksən sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 445.01 (dörd yüz qırx beş dollar 01 sent) ABŞ dolları məbləğində faiz borcu, eləcə də, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.32 (yeddi yüz yetmiş beş dollar otuz iki sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə, cəmi 27.478,13 (iyirmi yeddi min dörd yüz yetmiş səkkiz dollar on üç sent) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun əvəzi, cəmi 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı “LPO İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 3 ünvanında olan 0.05753 ha torpaq sahəsi və həmin torpaq sahəsində 63 kv.m. yaşayış, 59.6 kv.m. köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzilin likvid dəyəri 184.500,0 (bir yüz səksən dörd min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən əsas borc üzrə 26207.80 (iyirmi altı min iki yüz yeddi dollar səksən sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 445.01 (dörd yüz qırx beş dollar 01 sent) ABŞ dolları məbləğində faiz borcu, eləcə də, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.32 (yeddi yüz yetmiş beş dollar otuz iki sent) ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə, cəmi 27.478,13 (iyirmi yeddi min dörd yüz yetmiş səkkiz dollar on üç sent) ABŞ dolları ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində cəmi 70 (yetmiş) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxlər əşyaları ilə birlikdə çıxarılsın. Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 MMC-dən alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza ilə bağlı 145,0 (bir yüz qırx beş) manat və 300,0 (üç yüz) manat cəmi 445,0 (dörd yüz qırx beş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq müvafiq olaraq 145,0 (bir yüz qırx beş) manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 300 (üç yüz) manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar