Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-178/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X6, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş zərərə görə 204 867,00 manat, faizə görə 10243,00 manat və ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 510 manat olmaqla, cəmi 215 620,00 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus “X9”də qaz xəttinə quraşdırılmış G-25 markalı qaz sayğacına əsasən qazdan istifadəyə dair hesabatın aparılmasının cavabdehə qadağan edilməsi və iddiaçının qaz sərfiyyatının yalnız G-650 markalı qaz sayğacına əsasən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən İddiaçı MMC-nin qaz sərfiyyatı hesabatının düzgün aparılmaması və istehlakçı hüquqları pozularaq faktiki istifadə həcmindən artıq qaz sərfiyyatının hesablanması ilə bağlı İddiaçının rəhbərliyi tərəfindən 2019-2022-ci illərin müxtəlif aylarında edilmiş müraciətlərə əsasən X2 Agentliyi (“Agentlik”) tərəfindən bir sıra araşdırmalar aparılmış və araşdırmaların nəticəsi olaraq Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən hesabatların aparılması zamanı ciddi pozuntulara yol verildiyi aşkar olunmuşdur. Hesabatlarda yol verilmiş nöqsanların araşdırılması ilə bağlıAgentlik tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla Cavabdeh ARDNŞ Cavabdeh İB-nə müraciət olunsa da, bu günədək hər hansı tədbir görülməmişdir. Cavabdeh İB tərəfindən yol verilən qanun pozuntuları aşağıdakılardan ibarətdir: 1. "Azəriqaz" İB-nin Xaçmaz RQİİ tərəfindən "xxxx" MMC-nin “X10”inə məxsus G-650 markalı qaz sayğacı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi dövlət yoxlanılması ilə əlaqədar əvəzedici sayğac quraşdırılmadan qaz xə6ndən çıxarılmış və həmin müddət ərzində qaz təchiza9 dəmir ötürücü ilə bərpa edilmişdir. Qaz sayğacının yoxlanması qeyri-müəyyən səbəblərdən uzun müddət - təqribən 4 (dörd) aya yaxın davam etmişdir. Müvafiq dövrdə qaz sərfiyyatna görə hesabatlar “Qazdan istfadə qaydaları”nın 5.4-cü bəndinin tələbləri pozulmaqla əvvəlki aylara uyğun deyil, hər hansı normativ əsas olmadan 2017-ci ilin analoji aylarında istifadə edilmiş qaz sərfiyyatına uyğun aparılmışdır və 2018-ci ilin sentyabr ayında 52498 m3, oktyabr ayında 66715 m3, noyabr ayında 185253 m3, dekabr ayında 312370 m3 (dekabrda 25 gün - 2017-ci ilin müvafiq dövründə istifadə edilmiş orta gündəlik qaz sərfinə görə hesablanmış qaz həcmi 291455 m + sayğac göstəricisinə görə 20915 m) qaz həcmi sərfiyyat kimi daxil edilmişdir. Ümumilikdə, Cavadeh Cavabdeh İB tərəfindən qaz sayğacının dövlət yoxlamasında olduğu 2018-ci ilin sentyabr-oktyabr-noyabr-dekabr aylarında qanunvericiliyin tələblərinə zidd olaraq 441923m həcmində artıq qaz sərfi iddiaçı "xxxx" MMC-nin abonent koduna daxil edilmişdir. Nəticədə Cavabdeh İB-nin qaz təchizatının dayandırılacağı barədə xəbərdarlığından sonra məcbur qalaraq qaz sayğacının yoxlanılması dövründə səhv olaraq hesablanmış 441923m artıq qaz həcminə görə İddiaçı tərəfindən Cavabdeh İB-nə 88 384,00 AZN artıq ödəniş edilmişdir. İddiaçıya məxsus “X9”də qaz xəttinə qoşulma nöqtəsində quraşdırılmış G-650 markalı qaz sayğacından başqa İddiaçıya məxsus obyektin daxilində 2 ədəd əlavə G-25 markalı sayğaz quraşdırılmışdır və 2017-ci ilin aprel ayından başlamaqla hesabatların aparılması zamanı tamamilə əsassız olaraq G-650 markalı və bir ədəd G-25 markalı sayğacların göstəriciləri toplanaraq hesabat aparılır. Agentliyin Xaçmaz filialı tərəfindən hesabatların G-25 markalı sayğacın göstəriciləri nəzərə alınmadan aparılması barədə Cavabdeh İB Xaçmaz RQİİ-nə xx.xx.2019-cu il tarixli göstəriş verilsə də və Agentliyin xx.xx.2021-ci il tarixli cavab məktubunda müvafiq hesabatın yanlış aparılması əksini tapsa da, həmin pozuntu bu gün də davam edir və nəticədə bu günədək İddiaçıya təqribən 116 483,00 AZN dəyərində artıq qaz sərfiyyatı hesablanmış və qaz təchizatının dayandırılmaması üçün iddiaçı tərəfindən ödənilmişdir. Ümumilikdə, cavabdeh tərəfindən artıq qaz sərfiyyatının hesablanması və alınması nəticəsində iddiaçıya204 867,00 AZN məbləğində maddi ziyan dəymişdir. Tərəflərindən qeyd edilən pozuntuların qarşısının alınması və dəymiş zərərin ödənilməsi üçün cavabdehə və müxtəlif dövlət orqanlarına müraciətlər edilsə də, bu günədək nə pozuntuların aradan qaldırılması, nə də dəymiş zərərin ödənilməsi təmin edilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən hal-hazırda hüquq pozuntusu davam etdirilməkdə və İddiaçıya yuxarıda qeyd edilən G-25 markalı qaz sayğacının göstəriciləri əlavə edilməklə artıq qaz sərfiyyatı hesablanmaqdadır. Belə ki, cavabdeh tərəfindən hələ də Agentliyin hesablamanın dayandırılması barədə göstərişinə və sayğac göstəricilərinin cəmlənməsi üçün hər hansı əsasın olmamasına baxmayaraq G- 650 markalı və bir ədəd G-25 markalı sayğacların göstəriciləri toplanmaqda və hər ay İddiaçıya artıq qazdan istifadə xərci hesablanmaqdadır. Hesab edir ki, cavabdehin qeyd edilən qanunsuz hərəkətinə son qoyulmalı və məhkəmə qətnaməsi ilə cavabdehə G25 markalı qaz sayğacı ilə uçotun aparılması qadağan edilməlidir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən dəymiş zərərə görə 216 014,25 manat, faizə görə 10243,00 manat və ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 520 manat olmaqla, cəmi 226777,25 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus “X9”də qaz xəttinə quraşdırılmış G-25 markalı qaz sayğacına əsasən qazdan istifadəyə dair hesabatın aparılmasının cavabdehə qadağan edilməsi və iddiaçının qaz sərfiyyatının yalnız G-650 markalı qaz sayğacına əsasən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız sayılması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, “Fəsil Turizm" MMC Quba rayonunun Əski-İqriq kəndində yerləşən obyektinə əlavə heblanmış qaz sərfiyyatı üçün dəymiş zərərə görə 215620 manat pulun tutularaq iddiaçıya ödənilməsi və İddiaçı MMC-nin qaz sərfiyyatının yalnız G-650 markalı qaz sayğacına əsasən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, 2018- ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında onun qaz sərfiyyatı düzgün hesablanmayıb G-650 markalı qaz sayğacından keçən qaz sərfiyyatının təkrarən G-25 markalı qaz sayğacına ən də hesablanması əsassız borcun yaranmasına səbəb olmuşdur. Göstərilən sübut və dəlillərdən aydın olur ki, “Fəsil Turizm" MMC-nin Cavabdehnə qarşı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Abonent İddiaçı MMC öz iddiasının əsası kimi 2018-ci ilin 9-12-ci aylarında qaz sayğacı dövlət yoxlamasına göndərilərkən dəmir ötürücü ilə hesablanan qaz sərfiyyatının “Qazdan istifadə Qaydalarının 5.4-cü bəndinə zidd olduğunu, yəni sayğac çıxarıldıqdan sonra əvvəlki ayın sərfiyyatına uyğun deyil. 2017-ci ilin müvafiq ayının qaz sərfiyyatına uyğun hesablandığını istərmişdir. Birincisi, sayğac xətdən 2018-ci ilin sentyabr ayının 9-da açılıb. Sentyabr ayından əvvəlki təqvim ayı avqustdur. Avqust ayında insanlar istidən qorunmaq üçün yaşadığı mənzili soyutmaq məqsədi ilə kondinsionerdən istifadə edir, istilik vasitələrindən, o cümlədən təbii qaz ilə işləyən isitmə sistemindən avqust ayında heç kim istifadə etmir. Quba rayonunda ("Fəsil Turizm” MMC-nin X9”i yerləşən dağın dibində) sentyabr ayında, xüsusən də ayın 9-dan sonra isə soyuqlar düşür, hamı soyuqdan qorunmaq üçün istilik vasitələrindən istifadə edir. Buna görə də qarşılıqlı razılaşmaya əsasən hər iki tərəfin iştirakı və razılığı ilə xx.xx.2018-ci il tarixdə “sayğacsız obyektə təbii qazın verilməsi barədə' akt tərtib edilmiş, 2017-ci ilin sentyabr ayına müvafıq olaraq 47328 m3 qaz sərfiyyatı hesablanmışdır. İkincisi, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə TƏLİMAT-ın 3.1 -ci bəndində qeyd olunur ki, Qaz sayğacları Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarıla çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmaların sayğac çıxarıldığı gündən əvvəlki üç ayın, fəaliyyətləri və ya qazdan istifadəsi mövsümü xarakter daşıyan istehlakçılara münasibətdə isə əvvəlki mövsümün sonuncu üç ayının orta gündəlik sərfinə uyğun aparılması. "Azəriqaz" İB-nin təbii qazla təmin etdiyi bütün istixanalarda və digər mövsümü təbii qazdan istifadə edən abonentlər üçün bu təlimata uyğun sərfıyyat hesablanır. İddiaçı da həmin hesablama metodu ilə razılaşıb ki, aktları imzalayıb və möhürü ilə təsdiq edib. Üçüncüsü, 2018-ci ilin sentyabr ayı üçün sərfıyyat hesablananda sentyabr ayının 9 günündə sayğacla müəyyən edilən göstərici 2017-ci ilin sentyabr ayının göstəricisinin üstünə hesablanmışdır. Lakin sonradan Azəriqaz" İB-də fəaliyyət göstərən komissiya həmin 9 günün sərfiyyatını “Fəsil Turizm" MMC- abonent kodundan silmişdir.“Fəsil Turizm" MMC üçün quraşdırılan G-25 markalı qaz sayğac abonentin 7-1649-12D nömrəli sifarişi ilə podratçı təşkilat tərəfindən Layihə-smeta sənədlərinə uyğun surətdə quraşdırılmışdır.Ona görə də sayğacın çıxarılması və yaxud göstəricilərinin nəzərə alınmaması üçün müvafiq qaydada yeni texniki şərtin alınması (Qaydaların 2.1-ci bəndinə əsasən yalnız tikintisi və yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qazpaylayıcıdan texniki şərtlər alınmalıdır) və layihə smeta sənədlərində dəyişikliklər məqsədi ilə müraciət olunmalıdır. Belə ki, G-25 markalı qaz sayğacından keçən təbii qazın sərfiyyatını G-650 markalı sayğac qeyd etmir. Buna görə də hər sayğacın sərfiyyatı ayrılıqda aparılması həm fizika qanunlarına, həm də normativ sənədlərə uyğundur.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, G-650 markalı və G-25 markalı qaz sayğacları eyni qaz xəttinin üzərində yerləşir, hər ay hər iki sayğacın göstəriciləri cəmlənərək iddiaçıya hesab faktura təqdim edilir, iddiaçı sahibkarlıq fəaliyyətinə xələl gəlməməsi və qaz təchizatının dayanmaması üçün həmin məbləğləri məcbur qalaraq tam şəkildə ödəmişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Muradov iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi B.Seyfullayev iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, G-650 markalı və G-25 markalı qaz sayğacları eyni qaz xəttinin üzərində yerləşir, belə ki, ikinci qaz xətinin çəkilməsi üçün iddiaçı əlavə vəsait çəkməli, texniki şərtə dəyişiklik edilməlidir. Belə ki, G-650 markalı qaz sayğacı balans sayğacıdır, texniki xüsusiyyətlərinə görə yay aylarında abonentin qaz sərfiyyatı aşağı düşdükdə aşağı sərfiyyatı qeydə ala bilmir, bu səbəbdən aşağı sərfiyyatı qeydə almaq üçün G-25 markalı qaz sayğacı qoyulmuşdur. Həmin qaz sayğacı çıxarılacağı təqdirdə, yay aylarında sərf edilmiş qazın dəyərini müəyyən etmək mümkün olmayacaqdır. Belə ki, rəydə də qeyd edilmişdir ki,məhz həmin sayğacın tənzimləyicisi olmadığı üçün sayğac düzgün quraşdırılmamışdır.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı ilə cavabdeh arasında bağlanmış 26 iyul 2017-ci il tarixli 2636-07-17 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesab əsasən ödəyir.
12. İddiaçı tərəfindən verilmiş – sentyabr 2018-ci il tarixli sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktdan görünür ki, “X11” MMC-nin 2018-ci ilin sentyabr ayında sayğacsız istifadə olunan 47328 m3 qaz sərfi olmuşdur.
13. İddiaçı tərəfindən verilmiş --- oktyabr 2018-ci il tarixli sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktdan görünür ki, “X11” MMC-nin 2018-ci ilin sentyabr ayında sayğacsız istifadə olunan 126932 m3 qaz sərfi olmuşdur.
14. İddiaçı tərəfindən verilmiş 27 noyabr 2018-ci il tarixli sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktdan görünür ki, “X11” MMC-nin 2018-ci ilin noyabr ayında sayğacsız istifadə olunan 185253 m3 qaz sərfi olmuşdur.
15. İddiaçı tərəfindən verilmiş ---- dekabr 2018-ci il tarixli sayğacsız obyektə təbii qazın müvəqqəti verilməsi barədə aktdan görünür ki, “X11” MMC-nin 2018-ci ilin dekabr ayında sayğacsız istifadə olunan 291455 m3 qaz sərfi olmuşdur.
16. xx.xx.2018-ci il tarixli 19 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 11702,71 manat pul köçürülmüşdür.
17. xx.xx.2018-ci il tarixli 111 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 22170,85 manat pul köçürülmüşdür.
18. xx.xx.2018-ci il tarixli 207 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 22049,83 manat pul köçürülmüşdür.
19. xx.xx.2018-ci il tarixli 337 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 49413,9 manat pul köçürülmüşdür.
20. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 806 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 26767,99 manat təşkil edir.
21. Cavabdehin 10 iyun 2019-cu il tarixli protokolundan görünür ki, İddiaçı MMC-nin qaz xətti üzərində istismarda olmuş G-650 markalı, 83047657 zavod nömrəli sayğac növbəti Dövlət yoxlamasına göndərildikdən sonra sayğacsız dövr üçün hesablanmış 47328 m3 normativ hesabatda xx.xx.2018-ci il tarixinə qədər sayğacla istehlak olunmuş 5170 m3 qaz sərfi nəzərə alınmadığından, müəssisənin hesabında yaanmış 1034 manat borc məbləğinin silinməsi qərara alınmışdır.
22. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 671 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 8532,59 manat təşkil edir.
23. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 918 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 40116,18 manat təşkil edir.
24. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli 19 nömrəli ödəniş tapşırığı ilə 11702,71 manat, xx.xx.2018-ci il tarixli 94 nömrəli ödəniş tapşırığı ilə 300 manat, xx.xx.2018-ci il tarixli 111 nömrəli ödəniş tapşırığı ilə 22170,85 manat, xx.xx.2018-ci il tarixli 197 nömrəli ödəniş tapşırığı ilə 153,1 manat, xx.xx.2018-ci il tarixli 207 nömrəli ödəniş tapşırığı ilə 22049,83 manat, xx.xx.2018-ci il tarixli 337 nömrəli ödəniş tapşırığı ilə 49413,9 manat, xx.xx.2018-ci il tarixli 345 nömrəli ödəniş tapşırığı ilə 8894,5 manat, xx.xx.2020-ci il tarixli 55 nömrəli ödəniş tapşırığı ilə 38501,53 manat, xx.xx.2020-ci il tarixli 58 nömrəli ödəniş tapşırığı ilə 6930,27 manat, xx.xx.2020-ci il tarixli 57 nömrəli ödəniş tapşırığı ilə 34805,93 manat, xx.xx.2020-ci il tarixli 58 nömrəli ödəniş tapşırığı ilə 6265,07 manat, xx.xx.2020-ci il tarixli 20 nömrəli ödəniş tapşırığı ilə 8531,86 manat, xx.xx.2020-ci il tarixli 21 nömrəli ödəniş tapşırığı ilə 1535,74 manat, xx.xx.2020-ci il tarixli 35 nömrəli ödəniş tapşırığı ilə 6415,42 manat, xx.xx.2020-ci il tarixli 36 nömrəli ödəniş tapşırığı ilə 1154,78 manat, xx.xx.2020-ci il tarixli 5 nömrəli ödəniş tapşırığı ilə 4386,95 manat, xx.xx.2020-ci il tarixli 6 nömrəli ödəniş tapşırığı ilə 789,65 manat, xx.xx.2020-ci il tarixli 8 nömrəli 2502,88 manat, xx.xx.2020-ci il tarixli 9 nömrəli 450,52 manat, xx.xx.2020-ci il tarixli 1 nömrəli 2546,78 manat, xx.xx.2020-ci il tarixli 2 nömrəli ödəniş tapşırığı 458,42 manat, xx.xx.2020-ci il tarixli 07 nömrəli 9135,59 manat, xx.xx.2020-ci il tarixli 08 nömrəli ödəniş tapşırığı ilə 1644,41 manat, xx.xx.2020-ci il tarixli 3 nömrəli ödəniş tapşırığı ilə 5500,34 manat, xx.xx.2020-ci il tarixli 4 nömrəli ödəniş tapşırığı ilə 990,06 manat, xx.xx.2020-ci il tarixli 1 nömrəli ödəniş tapşırığı ilə 12061,02 manat, xx.xx.2020-ci il tarixli 2 nömrəli ödəniş tapşırığı ilə 2170,98 manat pul köçürülmüşdür.
25. İddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5851,29 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 11146,19 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 8103,18 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 1944,42 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10802,34 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 5678,47 manat və 31547,03 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2871,88 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 15954,87 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2268,23 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 12601,27 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 14908,26 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 15690,47 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 15804,87 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4617,61 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 25653,39 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 44884,32 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4063,77 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 22576,48 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 9242,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 2943,34 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 16351,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 8502,1 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 47233,9 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 2775,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 15419,92 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 6827,07 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 37928,18 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 3049,22 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 44209,53 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 8290,22 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 46056,78 manat, pul köçürülmüşdür.
26. İddiaçının ƏDV sub-uçot hesabından cavabdehin hesabına xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə 4908,50 manat, xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1663,67 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 8079,18 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 2844,88 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1459,49 manat, xx.xx.2022-ci il tarixli ödənişin aparılması haqqında bildirişlə 2824,28 manat, xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 2683,49 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1598,56 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1458,56 manat, xx.xx.2021ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 2006,31 manat, xx.xx.2021-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 3918,89 manat, xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə 7749,45 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 5822,51 manat, xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə 5399,64 manat, xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə 6146,30 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 2366,33 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 1624,09 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 1411,50 manat, xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə 2146 manat, xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1697,58 manat, xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişlə 3756,75 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 6309,39 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 5931,24 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 4229,91 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 2649,23 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1968,19 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 421,59 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 859,15 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 2106,49 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 3990,75 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 27,56 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 3868,97 manat, xx.xx.2018-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 100 manat, xx.xx.2017-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1369,71 manat, xx.xx.2017-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1653,10 manat, xx.xx.2017-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 1301,58 manat, xx.xx.2017-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 3128,43 manat, xx.xx.2017ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 4083,26 manat, xx.xx.2017-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə 6119,42 manat köçürmə aparılmışdır.
27. "xxxx" MMC tərəfindən Azəriqaz İB RUQİİ hesabına xx.xx.2017-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 10000 manat, xx.xx.2017-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 9059,61 manat, xx.xx.2017-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 1995,40 manat, xx.xx.2017-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 3433,40 manat, xx.xx.2017-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə 5000 manat pul köçürülmüşdür.
28. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 598 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 10836,99 manat təşkil edir.
29. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 598 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 10836,99 manat təşkil edir.
30. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 671 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 8532,59 manat təşkil edir.
31. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 735 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 20508,60 manat təşkil edir.
32. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 735 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 26767,99 manat təşkil edir.
33. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2017ci il tarixli 918 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixə qalıq borc məbləği 40116,18 manat təşkil edir.
34. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 980 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 56145,78 manat təşkil edir.
35. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 65 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 41361,58 manat təşkil edir.
36. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 92 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 38882,58 manat təşkil edir.
37. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 27729,38 manat təşkil edir.
38. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 202 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 17367,20 manat təşkil edir.
39. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 305 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 12908,60 manat təşkil edir.
40. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 363 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 2763,81 manat təşkil edir.
41. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 433 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 5354,62 manat təşkil edir.
42. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 463 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 13531,62 manat təşkil edir.
43. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2018ci il tarixli 520 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2018-ci il tarixə qalıq borc məbləği 25884,02 manat təşkil edir.
44. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 1 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 51877,62 manat təşkil edir.
45. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 88 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 39245,42 manat təşkil edir.
46. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 184 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 36473,22 manat təşkil edir.
47. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 313 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 41368,02 manat təşkil edir.
48. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 406 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 16588,22 manat təşkil edir.
49. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 484 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 11722,42 manat təşkil edir.
50. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 545 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 10328,82 manat təşkil edir.
51. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 606 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 15143,82 manat təşkil edir.
52. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 665 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 12204,22 manat təşkil edir.
53. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 967 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 15280,62 manat təşkil edir.
54. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 1350 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 25703,22 manat təşkil edir.
55. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019cu il tarixli 1655 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2019-cu il tarixə qalıq borc məbləği 41499,23 manat təşkil edir.
56. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli 576 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 42146,63 manat təşkil edir.
57. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 27085,23 manat təşkil edir.
58. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 11143,23 manat təşkil edir.
59. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 8645,83 manat təşkil edir.
60. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 6272,23 manat təşkil edir.
61. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 4049,03 manat təşkil edir.
62. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 4100,83 manat təşkil edir.
63. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 11875,63 manat təşkil edir.
64. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 7249,03 manat təşkil edir.
65. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 14996,63 manat təşkil edir.
66. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 23393,43 manat təşkil edir.
67. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 28888,64 manat təşkil edir.
68. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixə qalıq borc məbləği 30205,44 manat təşkil edir.
69. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 35827 manat təşkil edir.
70. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği -12265,96 manat təşkil edir.
71. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 6630,18 manat təşkil edir.
72. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 13214,64 manat təşkil edir.
73. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 9410,94 manat təşkil edir.
74. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 11971,34 manat təşkil edir.
75. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 24915,09 manat təşkil edir.
76. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 37828,09 manat təşkil edir.
77. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixə qalıq borc məbləği 52433,10 manat təşkil edir.
78. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 36614,35 manat təşkil edir.
79. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 29740,60 manat təşkil edir.
80. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 16700,35 manat təşkil edir.
81. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 18119,35 manat təşkil edir.
82. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 9037,35 manat təşkil edir.
83. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 17984,35 manat təşkil edir.
84. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 17061,35 manat təşkil edir.
85. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 14339,10 manat təşkil edir.
86. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 18296,35 manat təşkil edir.
87. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 36695,10 manat təşkil edir.
88. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2022-ci il tarixə qalıq borc məbləği 53816,60 manat təşkil edir.
89. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023cü il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə qalıq borc məbləği 51636,85 manat təşkil edir.
90. Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022ci il tarixli hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə qalıq borc məbləği 44224,85 manat təşkil edir.
91. Azərbaycan Republikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş 15 oktyabr 2014-cü il tarixli 21598 nömrəli qaz təchizatı üçün texniki şərtdən görünür ki, ünvan 1i ünvanında yerləşən "xxxx" MMC-yə məxsus Turizm və istirahət mərkəzi sifarişçinin vəsaiti hesabına obyektin təbii qaz mənbəyi olan QPS-in çıxışında Cavabdeh İB-yə məxsus şəbəkədə istismara yararsız texnoloki avadanlıqlar və qurğular cari təmir edilməsi müəyyən edilmişdir.
92. Azərbaycan Republikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş 12 dekabr 2013-cü il tarixli 17885 nömrəli qaz təchizatı üçün texniki şərtdən görünür ki, ünvan 1i ünvanında yerləşən "xxxx" MMC-yə məxsus Turizm və istirahət mərkəzinə texniki şərt verilmişdir.
93. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8406; 9/8652 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın birinci sualı üzrə: Qaz sayğaclarının layihə və texniki şərtin deyil, «Qaz təchizatı. Layihələndirmə normaları» 2.13-1 AzDTN-nin tələblərinə uyğun quraşdırıldığını nəzərə alaraq, baxış zamanı əldə edilmiş məlumatlara əsasən TRZ2 G650 DN150 PN16 nömrəli qaz sayğacının həmin qaydanın tələblərinə uyğun quraşdırıldığı müəyyən edilir. Mübahisə predmeti olan obyektin ərazisində yerləşən FMR DN50 G25 nömrəli mexaniki sayğacı quraşdırıılmış xəttin üzərində qaz təzyiq tənzimləyicisinin olmadığını nəzərə alaraq,həmin sayğacın quraşdırılması zamanı “Qaz təchizatı.Layihələndirmə normaları” 2.13-1 AzDTN-nin tələblərinə riayət olunmadığı müəyyən edilir. «Qazdan istifadə qaydaları»nın 4.1 bəndinin tələblərinə əsasən qaz paylayıcısı və istehlakçı arasında qazın sərfinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Təqdim edilmiş iş materiallarında olan “Texniki şərflərin məlumatlarına əsasən qaz mənbəyinin Quba QPS-nin çıxış xəttindəki kollektorun qəbul edildiyini, həmin hissədə TRZ2 G650 DN150 PN16 nömrəli qaz sayğacının quraşdırıldığını, eləcə də mübahisə predmeti olan qaz sayğaclarının hər ikisinin eyni qaz xətti üzərində yerləşdiyini nəzərə alaraq, iddiaçı “Fəsil Turizm" MMC-nin istifadə etdiyi qazın sərfiyyatı Quba QPS-nin ərazisində quraşdırılmış TRZ2-G650 DN150 PN16 nömrəli qaz sayğacının göstəriciləri nəzərə alınmaqla aparılmalıdır. Qərardadın ikinci, üçüncü, dördüncü və beşinci sualları üzrə:Rəyin tədqiqat hissəsində göstərilənlərə, əsasən, tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər G-650 markalı sayğacın göstəriciləri əsasında hesablanmış borcun məbləği ümumilkdə 1.589.034,00 manat məbləğində müəyyən edilir. Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər G-650 markalı sayğacın göstəriciləri əsasında hesablanmış borc üzrə İddiaçı MMC tərəfindən ümumilikdə 1.683.113,4 manat məbləğində ödəniş edildiyi müəyyən edilir. Tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər G-25 markalı sayğacın göstəriciləri əsasında hesablanmış borcun məbləği ümumilkdə 104.244,65 manat məbləğində müəyyən edilir. Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən iddiaçı “Fəsil Turizm" MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər G-25 markalı sayğacın göstəriciləri əsasında hesablanmış borc üzrə İddiaçı MMC tərəfindən ümumilikdə 118.488.75 manat məbləğində ödəniş edildiyi müəyyən edilir.
94. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2775,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 8502,1 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 16351,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 9242,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 22576,48 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 15034,11 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 16322,03 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 22217,16 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 21974,58 manat pul köçürülmüşdür.
95. Belə ki, iddia tələbləri dörd hissədən ibarətdir: 1. Cavabdeh tərəfindən 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə tərtib edilmiş aktlar əsasında hesablanmış 88384 manat pulun qaytarılması; 2. İddiaçıya məxsus “X9”də qaz xəttinə quraşdırılmış G-25 markalı qaz sayğacına əsasən qazdan istifadəyə dair hesabatın aparılmasının cavabdehə qadağan edilməsi və iddiaçının qaz sərfiyyatının yalnız G-650 markalı qaz sayğacına əsasən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması; 3.G-25 markalı sayğacın göstəriciləri üzrə ödənilmiş 127630,25 manat pul vəsaitinin geri qaytarılması; 4. Artıq ödənilmiş vəsaitin vaxtında qaytarılmadığına görə hesablanmış 10243 manat faiz borcunun tutulması.
96. Məhkəmə iddia tələbini birinci hissədə əsassız hesab edir. Belə ki, “Qazdan istifadə Qaydalarının 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
97. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlardan göründüyü kimi 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə borc məbləğləri əvvəlki ilin müvafiq dövrlərində abonentin qaz sərfiyyatına uyğun hesablanmışdır.
98. İddiaçı tərəfindən 2018-ci ilin avqust ayında sentyabr ayında olduğu qədər qaz sərf etməsi ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh 2018-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə borcu əvvəlki ayın göstəriciləri əsasında deyil, əvvəlki ilin həmin aylarına uyğun aparmaqda haqlı olmuşdur.
99. Bundan əlavə, materiallardan görünür ki, həmin aktlar əsasında hesablanmış borclar 2020-ci ilin dekabr ayında tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı hazırda ödənilmiş həmin vəsaitin geri qaytarılmasını tələb edir.
100. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
101. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı tələblə bağlı qanunla müəyyən edilmiş müqavilələrdən irəli gələn öhdəliklərə şamil olunan 3 illik iddia müddəti də ötürülmüşdür.
102. Bu səbəbdən məhkəmə həmin aktlar əsasında cavabdehə ödənilmiş ümumilikdə 88384 manat vəsaitin geri qaytarılması barədə tələblərin eyni zamanda iddia müddəti ötürüldüyü üçün də təmin olunmaması qənaətinə gəlir.
103. Məhkəmə iddia ərizəsinin ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
104. Belə ki, materiallarda olan 15 dekabr 2023-cü il tarixli ekspert rəyi və tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına əsasən müəyyən edilmişdir ki, G-25 markalı qaz sayğacı və G-650 markalı qaz sayğacı eyni qaz xəttinin üzərində quraşdırılmaqla, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində istifadə olunan təbii qaz sərfiyyatını qeydə alır, G-650 markalı qaz sayğacı balans sayğacı olmaqla balans mənsubiyyət sərhəddində yerləşir.
105. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, balans sayğacı yay aylarında aşağı qaz sərfiyyatını tam qeydə ala bilmədiyi üçün əlavə olaraq iddiaçıya G-25 markalı qaz sayğacı quraşdırılmışdır.
106. Məhkəmə cavabdehin həmin arqumenti ilə razılaşmır.
107. Belə ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və “Qazdan istifadə Qaydaları”na əsasən balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir.
108. “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
109. Yuxarıda sadalanan normalardan da göründüyü kimi qaz paylayıcısı və istehlakçı arasında qazın sərfinə görə hesablaşma aparılması balans mənsubiyyəti sərhəddində quraşdırılmış müvafiq qaz sayğacları vasitəsilə aparılmalı olduğundan məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab edir.
110. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən istifadə edilmiş qazın sərfiyyatına görə hesabatın aparılması G-650 markalı qaz sayğacına əsasən müəyyən edilməli, G-25 markalı qaz sayğacına görə sərfiyyatın aparılması cavabdehə qadağan edilməlidir.
111. Məhkəmə iddia tələbinin üçüncü hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
112. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz xətti üzərində quraşdırılmış G-25 markalı qaz sayğacına əsasən hesabatın aparılmasının qanunsuz və əsassız olması məhkəmə tərəfindən müəyyən edildiyindən iddiaçının həmin sayğacın göstəriciləri əsasında ödədiyi vəsaitlərin geri qaytarılmalı olması barədə iddia tələblərini məhkəmə əsaslı hesab edir.
113. Belə ki, materiallarda olan 15 dekabr 2023-cü il tarixli rəydən görünür ki, G-25 markalı sayğacın göstəriciləri əsasında hesablanmış borcun məbləği ümumilikdə 104244,65 manat təşkil etməsi müəyyən edilmiş, məhkəmə baxışının gedişində cavabdehə əlavə olaraq həmin sayğacın göstəriciləri üzrə 9141,50 manat vəsait ödənilmişdir.
114. Bununla yanaşı cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir.
115. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
116. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
117. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.
118. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
119. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
120. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərildiyi gün (xx.xx.2022-ci il) nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən sonrakı dövrdə ödənilmiş vəsaiti geri tələb edə bilər.
121. Belə ki, iddiaçının təqdim etdiyi ödəniş tapşırıqları və iddiaçının abonent saldosundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin dekabr ayında 1247 manat, 2021-ci ilin yanvar ayında 200 manat, fevral ayında 3162 manat, mart ayında 2856 manat, aprel ayında 8163,16 manat, iyun ayında 374,06 manat, iyul ayında 2000 manat, avqust ayında 1122,60 manat, oktyabr ayında 1051,25 manat, noyabr ayında 2603,50 manat, dekabr ayında 2494,75 manat, 2022-ci ilin yanvar ayında 3580,75 manat, fevral ayında 3234,75 manat, marta ayında 2489 manat, aprel ayında 1940,50 manat, may ayında 1004,75 manat, iyun ayında 1441,50 manat, avqust ayında 31,25 manat, sentyabr ayında 266,75 manat, oktyabr ayında 4380,75 manat, noyabr ayında 125 manat, 2023-cü ilin yanvar ayında 4329,50 manat, fevral ayında 3049,22 manat, mart ayında 3760.28 manat, aprel ayında 207,50 manat, may ayında 1293,50 manat, iyun ayında 1266,25 manat, avqust ayında 2575,75 manat, oktyabr ayında 3247,75 manat, noyabr ayında 1716,25 manat, ümumilikdə 68742,32 manat vəsait ödənilmişdir.
122. Bu səbədən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, 68742,32 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.
123. Məhkəmə iddia tələbinin dördüncü hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş müddət üçün 10243 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 10243 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
124. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
125. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməli, ödənilmiş 110 manat məbləğində dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
126. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. V. Nəticə:
127. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB-dən 68742,32 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 69142,32 (altmış doqquz min bir yüz qırx iki manat otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC-yə məxsus “X9”də qaz xəttinə quraşdırılmış G-25 markalı qaz sayğacına əsasən qazdan istifadəyə dair hesabatın aparılması Cavabdehnə qadağan edilsin. İddiaçı MMC-nin qaz sərfiyyatının yalnız G-650 markalı qaz sayğacına əsasən aparılması öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 200 (iki yüz) manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş qalan 120 (bir yüz iyirmi) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova