Məhkəmə qərarları › İş №e-2-2(113)-178/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-178/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-178/2025 28.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbi və tutmanın ipoteka predmetinə yönləndirilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka, dəbbə pulu, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi X5 Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbi və tutmanın ipoteka predmetinə yönləndirilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC -dən, və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 245792,48 USD əsas borc, 26635,04 USD faiz, 8600 USD cərimə, 3590.9 USD 5% ilə hesablanmış əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 284618,42 USD kredit borcunun və 813,88 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumun və 72 manat xidmət haqqının tutularaq onun xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 706.2 kv.ırı ümumi, sahədən, 194.5 kv.m yaşayış sahəsindən, 154.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin X7 açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC yə xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən İddiaçı ASC-nin “MXD” filialından illik 29 faizlə 120 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC İddiaçı ASC-nin “MXD” filialından illik 5%-lə 36 ay müddətinə 500000 USD məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 57-57A, mənzil 135 (yeni qaydalarla: AZ 1072, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 137.1 kv.m ümumi, sahədən, 73.4 kv.m yaşayış sahəsindən ibarət mənzil xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 706.2 kv.m ümumi, sahədən, 194.5 kv.m yaşayış sahəsindən, 154.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş, Cavabdeh3 ilə xx.xx.2022-ci tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il fevralın 12-dək borcalan olan "xxxx" MMC -nin banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 303494.76 USD əsas borc, 4399.57 USD faiz, 2682.48 USD cərimə borcu olmaqla, ümumilikdə cəmi 310576.81 USD borcu vardır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2682.48 USD təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 268.25 USD məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq "xxxx" MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tutma yönəldilməsi tələb olunmuş əmlaklardan Cavabdeh3 miilkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu.Koroğlu Rəhimov küçəsi, ev 57-57A, mənzil 135( yeni qaydalarla: AZ 1072, ünvan 3 ünvanında yerləşən 3 otaqlı,137.1 kv.m ümumi, sahədən 73,4 kv.m yaşayış sahəsindən ibarət mənzil girovdan azad edilmişdir. Bundan başqa cavabdeh banka xx.xx.2024-cü il tarixdən sonra ödənişlər etmişdir və cavabdehin xx.xx.2025-ci il tarixə əsas borcu 245792,48 USD, faiz borcu 26635.04 USD, cərimə borcu 8600 USD (hesablanmış cərimə borcunun təxminən 10%) əldən çıxmış fayda (5%) borcu isə 3590.9 USD təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, 449.4, 501-ci maddələrinə, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 4, 34.1, 39.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh1 nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Yelo Bank" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İpoteka Müqaviləsinin 1-ci bəndinə əsasən Müqavilənin 2.1-ci bəndində göstərilən əmlak xx.xx.2022-ci il tarixli, 6-SME-1-884-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi İpotekaya verilmişdir. "xxxx" ASC-nin iddia tələbindən görünür ki, tələb olunan pul vəsaiti xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən "xxxx" MMC-yə verilmiş 500 000 USD məbləğin ödənilməmiş hissəsinin tutulması ilə bağlıdır. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən "xxxx" MMC-yə qeyd olunan məbləğdə kredit verilərkən Cavabdeh1 razılığı alınmamışdır. Həmçinin qeyd ed irəm ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra qeyd olunan kredit müqaviləsi üzrə 25690 ABŞ doları məbləğində ödənişlər edilsə də, hazırkı iddia tələbi üzrə qeyd olunan məbləğdə iddia tələbinin həcminin azaldılmamışdır. Sadalanan xüsusatlara əsaslanaraq iddia tələbinin Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Hüseynov küçəsi ev 49B saylı fərdi yaşayış evinə yönəldilməsi hissəsində təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 6-SME-İ-884-22 nömrəli xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə X4 N° 4 Razılaşmasına görə (Kredit limitinin ayrılmasına dair) Yelo Bank” ASC-nin “MXD” filialından illik 29 faizlə 120 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. Müştəri bu Razılaşmanı imzalamaqla bəyan edir ki, o, tam mülki hüquq və fəaliyyət qabiliyyətlidir; Müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir;Müştəri bu Razılaşman: imzalamaqla bəyan edir və təsdiq edir ki, X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusunu oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Şərtlər Toplusu bu Razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur. 6-SME-X-884-22/1 nömrəli xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə X4 № 7 Razıiaşmasına görə (Kredit xəttinin ayrılmasına dair) əsasən "xxxx" MMC İddiaçı ASC-nin “MXD” filialından illik 5%-lə 36 ay müddətinə 500000 USD məbləğində kredit götürmüşdür. Müştəri bu Razılaşmanı imzalamaqla bəyan edir ki, o, tam mülki hüquq və fəaliyyət qabiliyyətlidir;Müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir;Müştəri bu Razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxudu, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Kredit xətti nəğd verilir; Kredit xətti bərpa olunandır; Müştəri kredit xəttindən bu Razılaşmanın 2-ci bəndində qeyd edilən müddətin ilk 12 ayı ərzində istifadə edə bilər. 12 ay ərzində yalnız hesablanmış faizlər hər ay ödənilir. 12 aydan sonra kredit xəttinin istifadə olunmamış hissəsi ləğv edilir və kredit xətti üzrə qalıq borc məbləği və hesablanan faizlər annuitet qrafikinə əsasən bu Razılaşmanın 2-ci bəndində qeyd edilən qalan müddət ərzində X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər bu Razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur. Bu Razılaşma 6-SME-1-884-22 nömrəli xx/xx/2022 tarixli kredit limitinin ayrılması üzrə Razılaşma əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur. İddiaçı ASC (İpoteka saxlayan) ilə "xxxx" MMC (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DA/00966/22 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə məxsus olan Baki şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 57-57A, mənzil 135 Yeni Qaydalarla:AZ1072, Baki şəhəri, ünvan 4 ünvanında yerləşən əmlak tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2022 tarixli, 6-SME-1- 884-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka Saxlayana (İpoteka saxlayan həm də Kreditordur) ipotekaya verir.İpoteka predmetinin bazar dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 300000 manat müəyyən olunmuşdur. İddiaçı ASC (İpoteka saxlayan) ilə Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DA/00968/22 saylı ipoteka müqaviləsinə əsasən ipoteka Qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Baki şəhəri, ünvan 6 ünvanında 0.06 ha torpaq sahəsi və üzərində yerləşən X7 tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2022 tarixli, 6-SME-1-884-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka Saxlayana (İpoteka saxlayan həm də Kreditordur) ipotekaya verir.İpoteka predmetinin bazar dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 800000 manat müəyyən olunmuşdur. İddiaçı ASC (Bank) ilə Cavabdeh3 (Zamin) arasında bağlanmış xx.xx.2022-cü il tarixli, Z/10581/22 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə Bank İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında xx.xx.2022 tarixli, 6-SME-1-884-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə kredit limitinin ayrılmasına dair müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ilə bağlanmış və zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş, borclu ilə birgə məsuliyyət daşıyır. “Qarabağ-Uğur 2020" MMC tərəfindən ********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1 günlük yüklülük üçün 121,83 manat, ********** nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 121,83 manat İddiaçı ASC-nin hesabına ödənilmişdir. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən “Qarabağ-Uğur 2020" MMC-nin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 245792,48 USD əsas borc, 26635,04 USD faiz, 8600 USD cərimə borcu qalmışdır. “Qarabağ-Uğur 2020" MMC-nin İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, onun hesabına İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə 230000 USD, xx.xx.2025-ci tarixdə 270000 USD manat kredit məbləği köçürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 19 fevral 2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə İpoteka predmeti olan Bakı şəh., Binəqədi ray., M. Ə. Rəsulzadə qəs., S. Hüseynov küç., ev 49B fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, S. Hüseynov küç., ev 49B fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, S. Hüseynov küç., ev 49B fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsusdur. Bu hüquq********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə reyestrdə qeydə alınmışdır. **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, S. Hüseynov küç., ev 49B fərdi yaşayış evi 6-SME-1-884-22 saylı KLM xx.xx.2022-ci il tarixli müqavilə üzrə 120 ay müddətinə İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin yüklülük ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə reyestrdə qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 19 fevral 2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 57-57A, m.135, Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 57Ä, m. 15, m. 3 fərdi yaşayış evinə fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından çıxarışlardan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh3 məxsus İddiaçı ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 57-57A, m.135, Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 57Ä, m. 15, m. 3 fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. **********84-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, S. Hüseynov küç., ev 49B fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsusdur. Bu hüquq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə reyestrdə qeydə alınmışdır. **********72-05301-093124 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 57-57A, m.135, Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 57Ä, m. 15, m. 3 fərdi yaşayış evi 6-SME-1-884-22 saylı KLM xx.xx.2022-ci il tarixli müqavilə üzrə 120 ay müddətinə İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin yüklülük ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə reyestrdə qeydə alınmışdır. Müxtəlif tarixlərdə təqdim edilmiş mədaxil qəbzlərinə əsasən “Qarabağ-Uğur 2020" MMC tərəfindən İddiaçı ASC-nin hesabına ödənişlər edilmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı ASC cavabdehlərə pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin 5 günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 02-12/02-DR/2O24 nömrəli qiymətləndirici rəy ilə ünvan 7 ünvanda yerləşən X7 xx.xx.2024-cü il tarixə bazar dəyəri 790000 manat məbləğində müəyyən edilmişdir. Kredit Təkilatların yanında Qiymətləndirmə Təşkilatı tərəfindən verilmiş 01-05/24 nömrəli xx.xx.2024-cü il tarixli qiymətləndirici rəy ilə ünvan 7 ünvanda yerləşən X7 xx.xx.2024-cü il tarixə bazar dəyəri ******* manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinin bazar dəyərinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş QCM/F 09-016/25 saylı 26 fevral 2025-ci il tarixli rəyi ilə Cavabdeh1 məxsus ünvan 7 ünvanda 0,06 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 706,20 kv.m olan X7 bazar dəyəri 817000 manat, likvid dəyəri 735300 manat məbləğində müəyyən edilmişdir.Digər mənzilə baxış keçirilməsi və qiymətləndirilməsi mümkün olmamışdır. Borc məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/1609/2025 saylı rəyi ekspert rəyi ilə Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 302901,81 ABŞ dolları faiz borcu üzrə 4501,46 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 286649,86 ABŞ dolları faiz borcu üzrə 79,62 ABŞ dolları, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 283132,21 ABŞ dolları faiz borcu üzrə 5230,08 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 813,88 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-SME-X-884-22/1 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 29 %-lə qaytarmaq şərti ilə 500000 USD məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli DA/00968/22 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Baki şəhəri, ünvan 6 ünvanında 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 245792,48 ABŞ dolları əsas borc, 26635,04 ABŞ dolları faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 286649,86 ABŞ dolları, faiz borcu üzrə 79,62 ABŞ dolları hesablanmışdır. Ekspert rəyində aparılmış ödənişlər, borcun silinməsi qaydası ətraflı və aydın şəkildə izah olunmuş, cədvəldə açıq şəkildə göstərilmişdir. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, fazi borcun məbləği ekspert rəyinə uyğun olaraq 79,62 ABŞ dolları müəyyən olunmalıdır. Ancaq MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borcun məbləği isə iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən əsas borc iddia tələbinə uyğun olaraq 245792,48 ABŞ dolları müəyyən olunmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 8600 ABŞ dollar cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 8600 ABŞ Dolları cərimə məbləği tutulmalıdır. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 3590,9 ABŞ dolları pul vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini pretenziya verildiyi xx.xx.2024-cü il tarixdən 1 il 8 ay artıq gecikdirdiyinə və iddiaçı öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır. Əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə ekspert rəyində xx.xx.2025-ci il tarixə kimi illik beş faizin 5230,08 manat etməsinə baxmayaraq, məhkəmə, bir daha, MPM-in 218.3-cü maddəsinin tələbini, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarmalı olmasını nəzərə alaraq hesab edir ki, illik 5% ilə hesablanmış pul vəsaiti iddia tələbinə uyğun, 3590,9 ABŞ dolları müəyyən olunmalı və buna görə də iddia həmin hissədə təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehlər "xxxx" MMC və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 245792,48 ABŞ dolları əsas, 79,62 ABŞ dolları faiz, 8600 ABŞ dolları cərimə, illik 5 faiz məbləğində hesablanmaqla 3590,9 ABŞ dolları pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borc məbləği ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. İşin hallarından göründüyü kimi borclu kimi cavabdehlər əsas öhdəliyi icra etmədikləri üçün müqavilənin təminatı kimi qoyulmuş mənzil sahəsinə tutmanın yönəldilməsi barədə tələb də əsaslı və qanunidir. "xxxx" MMC tərəfindən verilmiş QCM/F 09-016/25 saylı 26 fevral 2025-ci il tarixli qiymətləndirici rəy ilə ünvan 1 ünvanında yerləşən əmlakın bazar dəyəri 817000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qiymətləndirici rəyində aparılmış tədqiqat metodlarını və tərəflərin bazar dəyərini mübahisələndirmədiklərini nəzərə alaraq hesab edir ki, bazar dəyəri müəyyən olunarkən qiymətləndirici rəy əsas götürülərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Əhmədov küçəsi, ev 46 B mənzilin bazar dəyəri 817000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 72 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 150 manatı cavabdehlərdən müştərək qaydada, 150 manatı isə iddiaçıdan tutularaq "xxxx" MMC -nin hesabına keçirilməli, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 46 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada, 4 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 245792,48 ABŞ dolları əsas, 79,62 ABŞ dolları faiz, 8600 ABŞ dolları cərimə, illik 5 faiz məbləğində hesablanmaqla 3590,9 ABŞ dolları pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 728,71 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 706.2 kv.ırı ümumi, sahədən, 194.5 kv.m yaşayış sahəsindən, 154.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın bazar dəyəri 817000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilsin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı müştərək qaydada cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən, 150 (yüz əlli) manatı isə İddiaçı ASCdən tutularaq tutularaq "xxxx" MMC-nin (AZ06 Al İB400600C**********103 "xxxx" ASC, Yasamal filialı 200037 VÖEN: ********* 1 S.W.İ.F.T.: AİİBAZ2X AZ37NABZ********************) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 44 (qırx dörd) manatı müştərək qaydada cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-dən, 6 (altı) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar