Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1788/2022 02.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqaviləyə xitam verilməsi və borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “müqaviləyə xitam verilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 Müqaviləsinin xitam edilməsi, iddiaçıya məxsus “DAF FTXF 105 yük” markalı **-JN-*** dövlət və REİSCH yarımqosqu 10-ZK311 qeydiyyat nişanlı avtomobili və yarımqoşqunun öz mülkiyyətçisinə qaytarılması, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən yaranmış 55462.38 manat əsas borc, 25948.88 manat mükafat borcu 433.17 cərimə faizi, cəmi 81844.43 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10/0169/DİLİZ nömrəli X1 Müqaviləsinə əsasən iddiaçı təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2010-cu il buraxlışı olan, “DAF FTXF 105 yük” markalı **- JN-*** dövlət və REİSCH yarımqosqu **-ZK-*** qeydiyyat nişanlı avtomobili və yarımqoşqunu Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh sözügedən müqavilənin 9.4cü bəndinə əsasən lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 80478 manat təşkil edir. Bu ümumi məbləğdən 22727 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 2235,49 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay 2235,49 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2020-ci il tarixdən etibarən heç bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-JN-*** dövlət və REİSCH yarımqosqu **-ZK-*** qeydiyyat nişanlı avtomobili və yarımqosqu “DAF FTXF 105 yük” markalı avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi H.Ağayev məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbi qismən, əsas borcun tutulması hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, müqavilə üzrə 3 ay ödənişləri həyata keçirmiş, daha sonra Gürcüstan Respublikasında avtoqəza keçirdiyinə görə ödənişləri həyata keçirə bilməmişdir. Cavabdehlər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək verənin isə lizinq obyektini təhvil verilməsinə dair halları göstərən yazılı sənəd məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2012-ci il buraxılışlı olan, DAF FTXF 105 (yük) markalı, mühərrik, ban XLRTE 47MD0E961197 nömrəli və 1 ədəd, 2007-ci il buraxılışlı olan, REİSCH Yarımqoşqu markalı, mühərrik, ban, şassi W09103357ER30596 nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən lizinq verənin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklə lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3 faizi həcmində cərimə tələb etmək hüquq var. Müqavilənin 9.2-ci bəndinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki ilə müəyyən edilir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 80478 manat təşkil edir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (zamin) arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0167/DLİZ saylı zaminlik müqaviləsinə əsaəsn zamin müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borc, lizinq mükafatı, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən zərərin və əldən çıxmış faydanın ödənilməsi, lizinq predmetinə dəymiş zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar Cavabdeh1 ilə lizinq verən arasında, 36 ay müddətinə qaytarılmaq şərti ilə 57750 manat məbləğində lizinq verilməsinə dair bağlanmış 10/0169/DLİZ nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə lizinqi müqaviləsindən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir. Zamin həmçinin müqaviləyə əsasən lizinq alan tərəfindən lizinq verənə ödənilməli olan 22728 manat məbləğində lizinq mükafatının ödənilməsi üçün məsuliyyət daşıyır. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən lizinq obyektləri olan 2012-ci il buraxılışlı olan, DAF FTXF 105 (yük) markalı, mühərrik, ban XLRTE 47MD0E961197 nömrəli və 2007-ci il buraxılışlı olan, REİSCH Yarımqoşqu markalı, mühərrik, ban, şassi W09103357ER30596 nömrəli nəqliyyat vasitələri lizinq verənin mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçıya məxsus DAF FTXF 105 Yük markalı XLRTE47MS0E961197 Ban, 99JN 311 dövlət qeydiyyat nişanı olan avtomobil cavabdehə təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçıya məxsus REİSCH Yarımqoşqu markalı W09103357ER30596 Ban, ** ZK *** dövlət qeydiyyat nişanı olan avtomobil cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 10/0169/DLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən tərəflər arasında olan münasibətlərin məhkəmədən kənar həll etmək məqsədi ilə yaranmış 41521,67 manat borcun 5 gün müddətində tam şəkildə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlı etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 9/3134 nömrəli məlumatdan görünür ki, məhkəməmühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət üzrə lazımi sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 müqaviləsi və 18 dekabr 2019-cu il tarixli 10/0167/DLİZ saylı zaminlik müqaviləsinə əsasən lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 55462.38 manat gecikdirilmiş əsas borcu və 25948.88 manat mükafat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin 18 dekabr 2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 müqaviləsi və 18 dekabr 2019-cu il tarixli 10/0167/DLİZ saylı zaminlik müqavilələrinə əsasən üzərilərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların lizinq müqaviləsi üzrə iddiaçıya 55462.38 manat əsas borc və 25948.88 manat mükafat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 55462.38 manat əsas borc və 25948.88 manat mükafat borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 18 dekabr 2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 müqaviləsinin ləğv edilməsi tələbini də irəli sürmüşdür. İşin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini tam icra etməməsi müəyyən edilmiş, cavabdeh də bunu məhkəmə iclasında təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə iddia tələbinin lizinq obyektlərinin geri qaytarılmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xitam verildiyi üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin 4.1.2-ci bəndinə əsasən hesablanmış 433.17 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, onun tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 müqaviləsi ləğv edilməli, cavabdehdən 55462.38 manat əsas borc və 25948.88 manat mükafat borcu, 433,17 manat cərimə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, cavabdehin istifadəsində olan “DAF FTXF 105 yük” markalı **-JN-*** dövlət nömrə nişanlı və REİSCH yarımqosqu 10-ZK311 qeydiyyat nişanlı avtomobil və yarımqoşqu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/6-803 nömrəli 15 mart 2022-ci il tarixli arayışa əsasən, cavabdehlər mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 10/0169/DLİZ nömrəli X1 müqaviləsi ləğv edilsin və lizinq obyektləri olan “DAF FTXF 105 yük” markalı 99JN311 dövlət və REİSCH yarımqoşqu 10ZK311 qeydiyyat nişanlı avtomobil və yarımqoşqu Cavabdeh1 alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55462.38 manat əsas borc, 25948.88 manat mükafat borcu, 433.17 manat cərimə, ümumilikdə 81844.43 manat məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1788/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1788/2022
02.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver