Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-179/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15378,83 (on beş min üç yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 25572,30 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz qəpik) manat, cəmi 40951,13 (qırx min doqquz yüz əlli bir manat on üç qəpik) manat borc, xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50173,58 (əlli min yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 244204,80 (iki yüz qırx dörd min iki yüz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 294378,38 (iki yüz doxsan dörd min üç yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə 335329.51 (üç yüz otuz beş min üç yüz iyirmi doqquz manat əlli bir qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 625,33 (altı yüz iyirmi beş manat otuz üç qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsinə əsasən, 48 (qırx səkkiz) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə mis məmulatlarının istehsalını artırmaq üçün "xxxx" MMC-yə ******* (iki milyon dörd yüz iki min dörd yüz bir) manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1782/15 kredit müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə illik 4 (dörd) faiz dərəcəsi ilə "xxxx" MMC-yə ******* (bir milyon yeddi yüz iyirmi min səkkiz yüz otuz dörd) manat məbləğində kredit verilmişdir. "xxxx" MMC kredit üzrə öhdəliklərini vaxtında icra etmədiyindən bank tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və 16 may 2018-ci il tarixli, 2(005)-333/2018 saylı qətnamə ilə cavabdeh "xxxx" MMC-dən 1781/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə 155341,5 manat əsas borc, 49644,07 manat faiz borcu, 1748,52 dəbbə pulu olmaqla, cəmi 206734,09 manat borc, 1782/15 saylı müqaviləyə əsasən 1520409,92 manat əsas borc, 84296,19 manat faiz borcu, cəmi 1604706,11 manat borc olmaqla, ümumilikdə 1811440,2 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 551/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2015-ci i tarixli, 1781/15 saylı müqaviləyə görə faiz borcu dəyişdirilərək 18981,94 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsi üzrə əsas borc dəyişdirilərək, 1483786,92 manat, faiz borcu dəyişdirilərək 80170,61 manat məbləğində müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-187/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-551/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kredit müqavilələrinin müddəti bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitdiyindən və borc bugünə kimi ödənilmədiyindən xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 15378,83 (on beş min üç yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 25572,30 (iyirmi beş min beş yüz yetmiş iki manat otuz qəpik) manat, cəmi 40951,13 manat (qırx min doqquz yüz əlli bir manat on üç qəpik) borc, xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən (bankın məhkəmədə sonuncu tələbinin tarixi) xx.xx.2019-cu il tarixinədək (müqavilə müddətinin sonunadək) hesablanmış faiz məbləği 50173,58 (əlli min yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 08 iyun 2022-ci il tarixinə kimi hesablanmış faiz məbləği 244204,80 (iki yüz qırx dörd min iki yüz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 294378,38 (iki yüz doxsan dörd min üç yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat, ümumilikdə 335329,51 (üç yüz otuz beş min üç yüz iyirmi doqquz manat əlli bir qəpik) manat təşkil edir. Cavabdehin bank qarşısında 08 iyun 2022-ci il tarixinə ümumilikdə 2108398,19 (iki milyon bir yüz səkkiz min üç yüz doxsan səkkiz manat on doqquz qəpik) manat icra edilməmiş borcu mövcuddur. Qeyd olunanları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-551/2021 saylı qətnaməsi ilə müəyyən edilən borcdan əlavə, cavabdehə xx.xx.2015-ci il tarixli, 1781/15 saylı və xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqavilələri üzrə ümumilikdə 335329,51 manat (üç yüz otuz beş min üç yüz iyirmi doqquz manat əlli bir qəpik) borc məbləği hesablanmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür. Bank kreditorlar qarşısında onların tələbərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Borclular tərəfindən öhdəliklərin yerinə yetirilməməsi ləğvetmə müddətinin uzadılmasına rəvac verir və bu da özlüyündə ləğv etməyə çəkilmiş xərcləri və məsrəfləri artırır. Bu, kreditor növbəliliyinin yekunlaşmamasına əsasdır. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 12 faiz olmaqla ******* manat kredit verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Həmçinin "xxxx" MMC ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 4 faiz olmaqla 1 720,834 manat kredit verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilələrin təmini üsulu kimi cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinin ipoteka qoyulmasına dair ipoteka müqaviləsi imzalanmışdır. Sonradan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin siğortalanması Fondu cavabdeh qismində "xxxx" MMCyə və digər cavabdehlər X3, X1 qarşı 1781/15 saylı kredit müqaviləsi 185341,50 manat borcun, 33439,85 manat faiz borcun, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi olaraq 220529,87 manat borcun, 1782/15 saylı müqaviləyə əsasən 1520409,92 manat əsas, 46846,05 manat faiz borcu olmaqla, ümumilikdə 1567255,97 manat borcun ümumilikdə iki müqaviləyə görə 1705751,42 manat əsas borcu, 80285,90 manat faiz borcu, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1787785, 84 manat borcun iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş kimi cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinə yönəldilməsinə dair 2018-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 333/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş "xxxx" MMC-dən 1781/15 saylı kredit müqaviləsi üzrə 155341,5 manat əsas borcun, 49644,07 manat faiz borcunun, 1748,53 manat dəbbə pulu olmaqla, cəmi 206734,09 manat borcun, 1782/15 müqaviləyə əsasən isə 1520409,92 manat əsas, 84296,19 manat faiz cəmi olaraq 160706,11 manat borcun ümumilikdə iki müqaviləyə görə 1675751,42 manat əsas, 133940,26 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1811440,2 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat tələbin tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahələrinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-333/2018 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2771/19 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, 1781/15 saylı müqavilə üzrə 49644,07 manat əvəzinə 31833,84 manat, 1782/15 saylı müqavilə üzrə 84296,19 manat əvəzinə 41894,04 manat tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-2771/19 saylı qərarı ləğv edilmiş və yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-551/2021 saylı qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-187/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 551/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin həmin qərarı qanuni qüvvəyə minərək icraya yönəldilmişdir və hazırda Abşeron rayon İcra və Probasiya şöbəsində icraatdadır. İddiaçı tərəfindən xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixinə qədər hesablanmış hər iki müqavilə üzrə faiz məbləğinin iddia müddəti bitmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsinin müddəti bitmişdir. 23 fevral 2019-cu il tarixdə müddət bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Ona görə də xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixnə qeyd edilmiş faizlər tutula bilməz. Bundan başqa, bankın özü tərəfindən icranın edilməməsinə maraq göstərilmir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə mübahisəsi zamanı iddiaçı tərəfindən iddia həcminin artırılmasına dair ərizə vermişdir. Məhkəmə faiz və dəbbə pulu ilə bağlı ekspertiza rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Cavabdeh olaraq əvvəlki məhkəmə iclaslarında da öz mövqelərini bildirərək, faiz dərəcəsinin çox olmasını bildirmiş, məhkəmə tərəfindən də bununla bağlı ekspertiza təyin etmişdir. Ali Məhkəmə son olaraq faiz və dəbbə pulu ilə bağlı qərarını vermişdir. Bundan başqa, məhkəmə qətnaməsi ilə cavabdehlərdən pulun tutularaq tələbin ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi qət edilmişdir. İpoteka predmetinə tutmanın yönəldiməsinə cavabdeh olaraq tərəflərindən heç bir maneə yaratmamışlar. İstər köhnə, istərsə də hazırda qüvvə olan redaksiyada qanunvericilik ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu müəyyən etmiş və qanunda bu proseduran icra məmuru tərəfindən həyata keçirilməsi təsbit olunmuşdur. Yəni ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, tələbin ipoteka predmetinə yönəldilməsi təmin edilir. Buna görə də ipoteka ilə təmin edilmiş öhdəliyin hansı səbəbdən icra edilməməsi və ya gec icra edilməsi halı müəyyən edilmədən hərracın vaxtında keçirilməməsi, başqa sözlə ipotekaya tutma yönəldilməməsi səbəbindən qətnamənin icra olunmaması və buna görə əldən çıxmış fayda qismində zərərin hesablanması və zərərin ödənilməməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdeh kimi üzərinə qoyulması nəticəsinə də gəlmək mümkün deyildir. Cavabdeh olaraq girov qoyulmuş əmlakın hərrac vasitəsilə satılmasına əldə edilmiş məbləğin müqavilə üzrə borc və faizlərin ödənmilməsinə etiraz etmir və bunun üçün icra məmuruna maneə törədilmir. Qeyd edildiyi kimi, cavabdeh olaraq "xxxx" MMC-dən yetəri qədər gecikdirilməyə görə məhkəmə yolu ilə faizlər hesablamış və buna dair də məhkəmə qərarı mövcuddur. Ali Məhkəmənin qərarına nəzər yetirilsə faizlərin yetəri qədər hesablanmasını görmək mümkündür. Bununla bağlıda AR Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin rəyidə mövcuddur. Buna görə də iddiaçı tərəfindən daha yüksək məbləğdə faizlərin istənilməsi əssasızdır. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi, iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2015-ci il tarixli, 1781/15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 48 ay müddətinə illik 12 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 48 ay müddətinə illik 4 faiz ödəmək şərtilə ******* manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli, **********865 saylı maliyyə arayışında qeyd edilir ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 201PVNW150540004 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmış faiz məbləği 50713,58 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 244204,80 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, **********866 saylı maliyyə arayışında qeyd edilir ki, "xxxx" MMC-nin İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 201PVNW150540001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək hesablanmış faiz məbləği 15378,33 manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 25572,30 manat təşkil edir. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-333/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" MMC-dən 1781/15 saylı kredit müqaviləsi üzrə 155341,50 manat əsas borcun, 49644,07 manat faiz borcunun, 1748,53 manat dəbbə pulu olmaqla, cəmi 206734,09 manat borcun, 1782/15 müqaviləyə görə 1520409,92 manat əsas, 84296,19 manat faiz borcu olmaqla, cəmi 160706,11 manat, borcun, ümumilikdə iki müqaviləyə görə 1675751,42 manat əsas, 133940,26 manat faiz, 1748,52 manat dəbbə pulu olmaqla, cəmi 1811440,2 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğin iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh X1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4375 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 157500 manat, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1734 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 60690 manat, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,45 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 256500 manat və cavabdeh X2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1476 ha-dan ibarət torpaq sahəsinə, həmin torpaq sahəsinin ilkin satış qiyməti 91512 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçının borcunun ödənilməsi, satışdan götürülən və ya əldə olunan məbləğ tutulan məbləğdən artıq oilduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 551/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh "xxxx" MMCdən İddiaçı ASC-nin xeyrinə hər 2 kredit müqaviləsi üzrə tutulmalı olan fazi borcunun və xx.xx.2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1781/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna nesablanmış faiz borcunun 18981,94 manat (on səkkiz min doqquz yüz səksən bir manat doxsan dörd qəpik) məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun 1483786,92 manat (bir milyon dörd yüz səksən üç min yedi yüz səksən altı manat doxsan iki qəpik) məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 1782/15 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun 80170,61 manat (səksən min yüz yetmiş manat altmış bir qəpik) məbləğində müəyyən edilməsi və həmin məbləğdə pulun cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ASC-yə ödənilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan qalan hissəsində, yəni 1781/15 saylı kredit müqaviləsinə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 155341 (yüz əlli beş min üç yüz qırx bir manat beş qəpik) manat, tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1748,52 manat (min yeddi yüz qırx səkkiz manat əlli iki qəpik) məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-187/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-551/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/628 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, 1781/15 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 157341,50 manat, faiz borcu üzrə 58776,23 manat olmaqla, 216117,73 manat məbləğində müəyyən olunur. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 12% dərəcəsi ilə hesablanan faiz borcu 15576,81 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% ilə hesablanmış faiz borcu 25895,79 manat təşkil edir. "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, 1782/15 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 1520409,92 manat, faiz borcu üzrə 120487,44 manat olmaqla, 1640897,36 manat məbləğində müəyyən olunur. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 4% dərəcəsi ilə hesablanan faiz borcu 50173,53 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% ilə hesablanmış faiz borcu 244770,56 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə **********855 saylı pretenziya qaydasında xəbərdarlıqla "xxxx" MMC-yə müraciət edilərək, kredit müqavilələri üzrə yaranmış ümumilikdə 355329,51 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. "xxxx" MMC kredit üzrə öhdəliklərini vaxtında icra etmədiyindən bank tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və 16 may 2018-ci il tarixli, 2(005)-333/2018 saylı qətnamə ilə ümumilikdə 1811440,2 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-551/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-187/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-551/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Kredit müqavilələrinin müddəti bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra bitdiyindən və borc ödənilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən xx.xx.2015-ci il tarixli 1781/15 saylı və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin işin yuxarıda göstərilən hallarından göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili hazırkı işə məhkəmədə baxılarkən “AZEMİS” Elektron məhkəmə inormasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 32.1.9-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6-ci maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Qeyd olunmalıdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 1781/15 saylı və xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqavilələri 48 ay müddətinə bağlanmış və müqavilələr üzrə öhdəliklərin müddətinin son icra tarixi – xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli 1781/15 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə, xx.xx.2015-ci il tarixli 1782/15 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixdə olmuşdur. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu 23 iyun 2022-ci il tarixli olsa da, həmin məktubun Cavabdeh MMCyə göndərilməsini təsdiq edən, iş materiallarına əlavə edilmiş ƏİV seriyalı, 266128 nömrəli və ƏİV seriyalı, 266129 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzlərindən görünür ki, məktubun göndərilmə tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayış xx.xx.2022-ci il tarixdə verilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bununla da, sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-179/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-179/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver