Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1792/2023 02.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Simirna" MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Simirna” Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 14622,86 manat icarə haqqı borcunun, ƏDV daxil 48 manat yanacaq xərci, 105 manat cərimə, vurulmuş zərərə görə ƏDV daxil 10620 manat, dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxil cərimə 43199,80 manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat, toplam 78211,89 manat və 400 manat mediasiya xərcinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. I. Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanılmış AV- 135/2022 №li, xx.xx.2022-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1660 manat olmaqla İddiaçı mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1230 manat olmaqla 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər qeyd edilən müqavilənin ikinci bəndində göstərilən tarixlərədək cavabdehə icarəyə verilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobillərin icarəsinə görə icarə haqqı borcunu tam olaraq ödəməmiş və müqavilədə göstərilən icarə müddətləri bitmədən avtomobilləri qaytarmışdır. Cavabdeh İddiaçın 78211,89 manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin ikinci bəndinə əsasən icarə predmeti olmuş avtomobillərin illik sürülmə limiti 50000 km müəyyən edilmişdir. İcarəçi həmin limiti aşmış və qeyd edilən bəndə əsasən icarəçi hər km üçün əlavə olaraq 0,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobillər illik limitdən artıq sürülmüşdür. Müqavilənin 5-ci bəndinin 2-ci abzasına əsasən əgər icarəçi razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobilləri müqavilə müddətinin bitməsindən əvvəl icarəyə verənə qaytararsa icarəçi icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarəçi avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. İcarə müddətində icarəçi tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq edilmiş, lakin həmin cərimə icarəçinin əvəzinə icarəyə verən tərəfindən ödənilmişdir. Müqavilənin 8-ci bəndinin 4-cü abzasına əsasən icarəçi yol hərəkəti qaydalarını pozulmasına görə cərimələri ödəməlidir. Həmin cərimələr icarəyə verən tərəfindən ödənildikdə icarəçi ödənilmiş cərimə məbləğini icarəyə verənə ödəməlidir. İcarə müddətində icarəçi tərəfindən icarə predmeti olmuş avtomobilin dövlət qeydiyyat nişanı itirilmiş və icarəyə verənin vəsaiti hesabına yeni nömrə alınmışdır. Müqavilənin 8-ci bəndinin 2-ci abzasına əsasən icarəçi avtomobilin dövlət qeydiyyat nişanını itirərsə icarəyə verənə 600 manat ödəməyi qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan dövr ərzində sürülməmiş təzə 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər icarə müqaviləsinə əsasən “Otokoç Azərbaycan" MMC tərəfindən hazırki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" MMC-yə Bakı şəhərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları tərtib edilmişdir, daha sonra həmin avtomobillərin Cavabdeh MMC icarəyə verilməsi ilə bağlı sonuncu ilə xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmış, lakin həmin avtomobillər Qarabağ bölgəsində tikintiquraşdırma işləri aparan "xxxx" MMC-nin istifadəsində olduğuna görə avtomobillər “Otokoç Azərbaycan" MMC-nin əməkdaşları tərəfindən deyil, "xxxx" MMC tərəfindən Qarabağ bölgəsində Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh “Simirna" MMC-nin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. II. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli AV-135/2022 nömrəli İddiaçı ilə cavabdeh “Simirna" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış uzunmüddətli avtomobil icarə müqaviləsindən görünür ki, illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1660 manat olmaqla İddiaçı mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və illik sürülmə limiti 50000 kilometr, aylıq icarə haqqı 1230 manat olmaqla 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər qeyd edilən müqavilənin ikinci bəndində göstərilən tarixlərədək cavabdehə icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 8794 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixli 8795 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PX *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli 9231 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PN *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 9478 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 8739 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PS *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 9478 nömrəli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin təhvil formasından görünür ki, ** PR *** dövlət qeydiyyat nişanlı Renault Duster 1.5 M/T markalı avtomobil "xxxx" MMC-yə təhvil verilmişdir. 05 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 633904 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin noyabr ayı üçün ƏDV daxil 7327,80 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. 12 noyabr 2022-ci il tarixli EBCG seriyalı 980438 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayı üçün ƏDV daxil 7075,04 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. 16 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 261657 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat məbləğində cərimə yazılmışdır. 24 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 548526 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə 90PR274 dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq sərfiyyatına görə 48 manat məbləğində borc yazılmışdır. 11 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 905124 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PX *** dövlət qeydiyyat nişanlı və ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ƏDV daxil 10620 manat məbləğində borc yazılmışdır. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148941 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PJ *** və ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin 30 noyabr 2022-ci il tarixdən 02 dekabr 2022-ci il tarixə kimi istifadəsinə görə 220,02 manat məbləğində icarə haqqı borcu yazılmışdır. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148591 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PJ ***, ** PR ***, ** PX *** və ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillərin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat məbləğində borc yazılmışdır. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148591 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PJ ***, ** PR ***, ** PX *** və ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillərin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat məbləğində borc yazılmışdır. 19 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 501712 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PR *** və ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobillərdən istifadə zamanı 105 manat məbləğində inzibati cərimə yazılmışdır. 28 dekabr 2022-ci il tarixli EBCM seriyalı 148134 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** PJ *** və ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin icarə müddətininin bitməsindən əvvəl qaytarılmasına görə 19938,46 manat məbləğində borc yazılmışdır. 28 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 906612 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə ** AG *** və ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillərin icarə müddətininin bitməsindən əvvəl qaytarılmasına görə 23261,34 manat məbləğində borc yazılmışdır. 09 dekabr 2022-ci il tarixli 545153 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 12963,53 manat məbləğində pul ödəmişdir. 12 avqust 2022-ci il tarixli 365985 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 5000 manat məbləğində pul ödəmişdir. 01 noyabr 2022-ci il tarixli 545126 nömrəli kassa mədaxil orderindən çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 10000 manat məbləğində pul ödəmişdir. 23 avqust 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 15000 manat məbləğində pul ödəmişdir. 22 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC İddiaçınə icarə haqqı olaraq 2700 manat məbləğində pul ödəmişdir. III. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İV. Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, “Otokoç Azərbaycan" MMC tərəfindən 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan dövr ərzində sürülməmiş 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri icarə müqaviləsinə əsasən “Otokoç Azərbaycan" MMC tərəfindən hazırki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən "xxxx" MMC-yə Bakı şəhərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları tərtib edilmişdir, daha sonra Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixdə icarə müqavilə imzalanmış, lakin 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər Bakı şəhərində deyil, Qarabağ bölgəsində tikinti-quraşdırma işləri aparan "xxxx" MMC-nin istifadəsində olduğuna görə həmin avtomobilləri “Otokoç Azərbaycan" MMC-nin əməkdaşları Cavabdeh MMC-yə faktiki təhvil verə bilməmiş və bununla bağlı müvafiq təhvil-təslim aktları tərtib edilmiş, iddiaçının izahatına əsasən 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri "xxxx" MMC Qarabağ bölgəsində Cavabdeh MMC-yə təhvil vermişdir. Göründüyü kimi “Otokoç Azərbaycan" əvvəlki icarəçi olan "xxxx" MMC-yə avtomobilləri təhvil verərkən maşınların yürüşünü, mövcud olan aksessuarları, əlavə avadanlıqları, nasazlıqların olmamasını və təhvil tarixini müvafiq təhvil-təslim aktlarında qeyd etsələr də, 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillərin hansı tarixlərdə Cavabdeh MMC-yə təhvil verilməsi, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə sübut (təhvil-təslim aktları) təqdim etməmişlər. Bu isə o deməkdir ki, iddiaçı icarə haqqı borcu, yanacaq xərci, cərimə, vurulmuş zərərə görə, dövlət qeydiyyat nişanının itirilməsinə görə, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına və avtomobilin illik limitdən artıq sürülməsinə görə pul tələb edirsə, sonuncu öncə avtomobillərin Cavabdeh MMC-yə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları təqdim etməlidir. Belə ki, avtomobillər Cavabdeh MMC-yə təhvil verildiyi təqdirdə, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə məlumat olmadığına görə avtomobillərin hansı müddətlərdə Cavabdeh MMC-də icarədə olmasını, bununla yanaşı məhz Cavabdeh MMC tərəfindən avtomobillərin illik limitdən artıq sürüldüyünü, dövlət qeydiyyat nişanının itirildiyini və avtomobillərə zərər vurmasını müəyyən etmək mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, avtomobillərin zədələnməsi, artıq sürülməsi, dövlət qeydiyyat nişanının itməsi və sair avtomobillərin "xxxx" MMC-nin istifadəsində olduğu dövrdə də baş verə bilərdi. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ”Simirna” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ƏDV daxil 14622,86 manat icarə haqqı borcunun, ƏDV daxil 48 manat yanacaq xərci, 105 manat cərimə, vurulmuş zərərə görə ƏDV daxil 10620 manat, dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxil cərimə 43199,80 manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat, toplam 78211,89 manat və 400 manat mediasiya xərci tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı “Otokoç Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ”Simirna” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ƏDV daxil 14622,86 manat icarə haqqı borcunun, ƏDV daxil 48 manat yanacaq xərci, 105 manat cərimə, vurulmuş zərərə görə ƏDV daxil 10620 manat, dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxil cərimə 43199,80 manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 8908,23 manat, toplam 78211,89 manat və 400 manat mediasiya xərci tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1792/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1792/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver