Məhkəmə qərarları › İş №e-2-2(113)-1795/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1795/2022

31.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1795/2022 31.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, “Bəhrəmtəpə-Çınqıl-Servis” şirkətinin pul məbləğinin indeksasiya olunması barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “Bəhrəmtəpə-Çınqıl-Servis” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04/1-118 saylı, 17 noyabr 2016-cı il tarixli məktubu ilə müəyyən olunan inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri səviyyəsinin 28,3% artmasına uyğun olaraq, 15391,6 manatın indeksasiya olunaraq 28,3% artırılmş hisssi olan 4355,82 manatın borclu "xxxx" MMC-dən tutularaq tələbkar “Bəhrəmtəpə-Çınqıl-Servis” şirkətinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2 – ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin ərizədə cavabdeh olan hüquqi şəxsin adı, təşkilati – hüquqi forması, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, VÖEN göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Lakin, “Bəhrəmtəpə-Çınqıl-Servis” şirkəti tərəfindən məhkəməyə ərizəçi kimi deyil, iddiaçı qismində iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmçinin, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın Aparılmasına dair Təlimatın tələbləri nəzərə alınaraq, “8-məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” qaydasında baxılmalı olduğu təqdirdə, ərizə ilə məhkəməyə müraciət olunduqda, ərizəçi tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemində “2-2 – kommersiya mübahisələrinə dair işlər üzrə icraat” indeksi ilə e-iddia ərizəsi formasında yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Bəhrəmtəpə-Çınqıl-Servis” şirkətinin pul məbləğinin indeksasiya olunması barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar