Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1799/2023 04.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun tutulması və ipoteka predmetin yönəldilmə tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 056R********** saylı krеdit razılaşması üzrə 195.673,63 manat krеdit bоrcu, 22.840,03 manat faiz bоrcu və 15.037,10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 233.550,76 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123,55 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal küçəsində 79V saylı fərdi yaşayış evinə (0.018212 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 233.550,76 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,55 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 15 manat və xidmət haqqının əvəzi olaraq 30 manat bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal küçəsi 79V saylı fərdi yaşayış evinə (0.018212 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013cü il tarixli 10L000005553 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit razılaşması: Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 056R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.2917% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 056R**********S saylı, xx.xx.2020-ci il tarixli 056R**********SA saylı, xx.xx.2021-ci il tarixli 056R**********SB saylı, xx.xx.2021- ci il tarixli 056R**********SC saylı, xx.xx.2021-ci il tarixli 056R**********SD saylı, xx.xx.2021-ci il tarixli 056R**********SE saylı, xx.xx.2022-ci il tarixli 056R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 104.326,37 manat ödəmiş, onun 195.673,63 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 85 gün üçün hesablanmış faiz borcu 22.840,03 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 85 gün üçün hеsablanmış cərimə 15.037,10 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Zaminlik müqaviləsi: Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İpoteka müqaviləsi: Kredit xətti müqaviləsiüzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 10M000001243 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi xüsusi mülkiyyətdə olan 0.018212 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 437,7 kv.m ümumi sahədən ibarət 6 otaqlı 3 mərtəbəli 79V nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 234 №-li reyestr kitabının 21684 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-liçıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi xüsusi mülkiyyətdə olan 0.018212 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 437,7 kv.m ümumi sahədən ibarət 6 otaqlı 3 mərtəbəli 79V nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh4 ilə bağlı əlavə sazişi tapa bilməmiş, belə bir sənəd yoxdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək, izahatında kredit borclarının olduğunu, əmlaka baxış keçirilən vaxt onlara məlumat verilmədiyini, iş materialları ilə tanış olduqalrını və ekspertin əlavə etdiyi sənədlərdə də onlara məxsus əmlakın yaxınlığında olan daha kiçik əmlakın dəyərinin 1 milyon manat məbləğində satıldığının göstərildiyini, hər bir halda bu hissədə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı QSC-nin “Elmlər Akademiyası” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 28 oktyabr 2013-cü il tarixli, 10L000005553 saylı kredit xətti müqaviləsinə əsasən bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 5.000.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə» və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ (120 ay) 28 oktyabr 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. Kredit xətti müqaviləsində R.Tanırverdiyevin şəxsiyyətini təsdiq edən sənədin nömrəsi ilə yanaşı vergi ödəyicisinin nömrəsi də (VÖEN) qeyd edilmişdir. "xxxx" QSC-nin Nərimanov filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 28 oktyabr 2013-cü il tarixli, 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 300.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.2917 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi kiçik kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ76ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 1.500 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 16.14 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh1 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ödəniş sənədi ilə müəyyən edilir ki, 300.000 manat kredit (komissiya 1.500 manat) Cavabdeh1 AZ76ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 056R********** saylı kredit razılaşmasının xx.xx.2019-cu il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixənədək ödəyəcək əsas məbləğ 300.000 manat, faizin məbləği 78.535,72 manat, cəmi ödəniləcək məbləğ 378.535,72 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 056R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixənədək ödəyəcək əsas məbləğ 230.270,64 manat, faizin məbləği 46.019,89 manat, cəmi ödəniləcək məbləğ 276.590,53 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 056R**********SA saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 223.028,4 manat, faizin məbləği 54.585,06 manat, hesablanmış faiz borcu 2.678,19 manat, hesablanmış cərimə borcu 300 manat cəmi ödəniləcək məbləğ 280.591,65 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 056R**********SB saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 215.301,16 manat, faizin məbləği 42.332,58 manat, hesablanmış faiz borcu 0 manat, hesablanmış cərimə borcu 300 manat, cəmi ödəniləcək məbləğ 257.933,74 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 056R**********SC saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 215.301,16 manat, faizin məbləği 42.907,21 manat, hesablanmış faiz borcu 5.376,1 manat, hesablanmış cərimə borcu 300 manat, cəmi ödəniləcək məbləğ 263.584,47 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 056R**********SD saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 210.625,84 manat, faizin məbləği 39.846,95 manat, hesablanmış faiz borcu 5.376,1 manat, hesablanmış cərimə borcu 300 manat, cəmi ödəniləcək məbləğ 255.848,89 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 056R**********SE saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 200.765,81 manat, faizin məbləği 40.535,03 manat, hesablanmış faiz borcu 5.376,1 manat cəmi ödəniləcək məbləğ 246.676,94 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 056R**********SF saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 28 oktyabr 2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə 056R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2022-ci il olan ödəniş planına əsasən Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 197.445,79 manat, faizin məbləği 37.292,52 manat, hesablanmış faiz borcu 15.006 manat, hesablanmış cərimə borcu 11.120,02 manat cəmi ödəniləcək məbləğ 249.744,31 manat müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh3, zamin Cavabdeh2 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Elmlər Akademiyası filialı (bank) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 28 oktyabr 2013-cü il tarixli, 10S000011378, 10S000011379 və 10S000011380 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilələr bankın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Elmlər Akademiyası (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka verən) arasında 28 oktyabr 2013-cü il tarixli, 10M000001243 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 28 oktyabr 2013-cü il tarixdə Bakı şəhərində bağlanmış 10L000005553 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 437.7 m2 ümumi, o cümlədən 229.7 m2 yaşayış, 229.7 m2 yardımçı sahədən ibarət 6 otaqlı 3 mərtəbəli 79 V nömrəli fərdi yaşayış evidir. 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 277.677 manat məbləğində müəyyən edilmişdir. 3.2.2-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. 4.6-cı bəndinə əsasən borc alan bu müqavilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanında ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Elmlər Akademiyası filialı qarşısında xx.xx.2013-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. "xxxx" QSC cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən "xxxx" QSC ilə Cavabdeh1 oğlu arasında bağlanan kredit müqaviləsi üzrə əsas və faiz borcunun xx.xx.2023-cü il tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. "xxxx" QSC tərəfindən ipoteka qoyan Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə 056R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-yə əsas borcu 195.673,63 manat, faiz borcu 22.840,03 manat, (gecikdirilən günlərin sayı 85 gün) cərimə borcu 15.037,1 manat olmaqla, cəmi borc 233.550,76 manat təşkil edir. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2022-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli, 9/3484 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqavilələri, həmçinin həmin müqavilələrin əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh1 iddiaçı "xxxx" QSC-yə olan borcu xx.xx.2023-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas kredit borcu 195.676,63 manat, faiz borcu 21.162,69 manat olmaqla, cəmi borc 216.839,32 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. "xxxx" MMC-nin 01 avqust 2023-cü il tarixli, LP-112/2023 saylı mütəxəssis rəylərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 525.000 manat, likvid qiyməti 446.000 manat dəyərində müəyyən edilmişdir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı «AccеssBank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 300.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, kredit razılaşması üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixə) əsas kredit borcunun 195.676,63 manat, faiz borcunun 21.162,69 manat təşkil etməsi müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisəli kredit müqaviləsinə iddiaçı tərəfindən cavabdehlərə kredit borcunun vaxtından əvvəl ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilməklə xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı "xxxx" QSC xx.xx.2023-cü il tarixə, yəni xitam tarixindən əvvəlki tarixə olan əsas və faiz borcunun ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyində əsas borc məbləği 195.676,63 manat məbləğində müəyyən edilsə də, iddiaçı iddia ərizəsində 95.673,63 manat məbləğində əsas borcun tutulması tələbini irəli sürmüşdür. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə tutulacaq əsas borc 95.673,63 mana məbləğində, xx.xx.2023-cü il tarixə (iddia ərizəsində tələb olunan tarixə) olan faiz borcu isə ekspert rəyinə əsasən 21.162,69 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda məhkəmə Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşması üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə 195.673,63 manat məbləğində əsas, 21.162,69 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh1 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 056R**********saylı kredit razılaşması üzrə 9.000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, «AccеssBank” QSC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi «AccеssBank” QSC (kreditor) ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında müvafiq olaraq 28 oktyabr 2013-cü il tarixli, 10S000011378, 10S000011379 və 10S000011380 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi və kredit razılaşmalarından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Zaminlər Cavabdeh2, Cavabdeh3 həmin müqaviləsi üzrə 06 may 2019-cu il tarixdə bağlanmış 056R********** saylı kredit razılaşmasının mühüm şərtlərini əks etdirən (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ödəniş cədvəllərini imzalamaqla həmin kredit razılaşmasında əks olunan mühüm şərtlərlə razılıqlarını ifadə etdiklərindən həmin kredit razılaşması üzrə borclunun öhdəliklərinə görə borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyırlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, "xxxx" QSC-nin kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlər Cavabdeh2, Cavabdeh3 tutulması hissəsində iddia əsaslıdır. İddianın zamin Cavabdeh4 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh4 ilə "xxxx" QSC arasında bağlanmış zaminlik müqaviləsində, eləcə də sonuncunun zamin durduğu kredit xətti müqaviləsində əsas öhdəliyin mühüm şərtlərindən biri olan “kreditin faiz dərəcəsi” əks olunmamış, eyni zamanda digər zaminlərdən fərqli olaraq Cavabdeh4 mübahisəli kredit razılaşması və həmin razılaşmaya əlavə sazişlər üzrə ödəniş cədvəllərini imzalamamış və ya kredit razılaşması və əlavə sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə zamin durmasına dair iradəsinə hər hansı başqa formada ifadə etməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına görə isə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. AR Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə hazırkı halda kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyindən və sonradan bağlanmış kredit razılaşmasında nəzərdə tutulmuş faiz dərəcəsinə dair zamin Cavabdeh4 razılığı alınmadığından, yəni zaminin razılığı olmadan əsas öhdəliyə zaminin məsuliyyətinin artmasına səbəb olan dəyişiklik edildiyindən Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə əsasən Cavabdeh4 zaminliyinə xitam verilmişdir. Odur ki, iddiaçı «AccеssBank” QSC-nin iddia tələbi Cavabdeh4 münasibətdə rədd edilməlidir. Bundan əlavə iş materiallardan görünür ki, iddiaçı "xxxx" QSC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 10L000005553 saylı kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" QSC və Cavabdeh3 arasında bağlanmış 28 oktyabr 2013-cü il tarixli, 10M000001243 saylı ipoteka müqaviləsinə əsasən hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpotekahaqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, LP-112/2023 saylı qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evinin hazırkı bazar dəyəri 525.000 manat, likvid qiyməti 446.000 manat dəyərində müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 79 V nömrəli fərdi yaşayış evi 277.677 manat məbləğində dəyərləndirilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyərləndirilmiş qiymət ilə bağlı qeyd edilməlidir ki, həmin ipoteka müqaviləsinin bağlanması, yəni sözügedən əmlakın tərəflər arasında dəyərləndirilməsindən 10 ilə yaxın müddət keçmişdir. Belə olan halda məhkəmə ipoteka müqaviləsində ipoteka predmeti olaraq "xxxx" MMC-nin rəyində müəyyən edilmiş fərdi yaşayış evinin likvid dəyərinin (446.000 manat) ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Cavabdeh1 nümayəndəsi X1 istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyini verərkən ipoteka predmeti olan fərdi yaşayış evinə onların iştirakı təmin edilməməklə baxış keçirilməməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsə də, tərəflər tədqiqat obyektinə baxışın təyin olunduğu tarixdə məhkəməyə gəlmədiyindən və göstərilən səbəbdən obyektə baxış keçirilməsi qeyri-mümkün olduğundan qiymətləndirmə təqdim olunmuş fotoşəkillər əsasında analoji təhlil metodu ilə aparılmışdır. Halbuki sözügedən ipoteka predmetinə baxış keçirilməsi üçün şərait yaradılması məhz ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh1 vəzifələrinə daxil idi. Mülki Məcəllənin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 446.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin qanunun 59.3-cü maddəsinə görə isə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Hazırkı halda məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh3 həmin evdən çıxarılması, yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 123,55 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 523,55 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 100 manat və işə baxılması ilə əlaqədar olan digər məsrəflərin əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 5 manat hissəsi isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 280 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada və 20 manat məbləğində pul vəsaiti İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 195.673,63 manat məbləğində krеdit bоrcu, 21.162,69 manat məbləğində faiz bоrcu, 9000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 225.836,32 manat məbləğində pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, mediasiya xərclərinin əvəzi olaraq 400 manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 45 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 446.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulsun. Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində yerləşən 0,018212 ha torpaq sahəsində yerləşən 437,7 m2 ümumi sahədən ibarət 79 V nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 evdən çıxarılsın, ev boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 45 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qiymətləndirmə rəyinin alınmasına görə 280 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada və 20 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1799/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1799/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver