Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-18/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli 284543-1-37332 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixə Banka borclu olduğu 123739,72 (bir yüz iyirmi üç min yeddi yüz otuz doqquz manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 16589,92 (on altı min beş yüz səksən doqquz manat doxsan iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 140329,64 (bir yüz qırx min üç yüz iyirmi doqquz manat altmış dörd qəpik) manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin, 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə üçün və 40 (qırx) manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 205000 (iki yüz beş min) manat məbləğində müəyyən etməklə Cavabdeh1 tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli 284543-1-37332 saylı kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh1 13 mart 2020-ci il tarixdən 13 mart 2023-cü il tarixədək 130000 (bir yüz otuz min) manat məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən isə kreditdən istifadəyə görə faiz dərəcəsi 16% (on altı faiz) müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış “kredit xətti müqaviləsi”nə əsasən cavabdehə: xx.xx.2020-ci il tarixli ərizə əsasında xx.xx.2020-ci il tarixdə 60000 (altmış min) manat məbləğində; xx.xx.2020-ci il tarixli ərizə əsasında xx.xx.2020-ci il tarixdə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Daha sonra bank ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixli, 284543-1-37332 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 04 sentyabr 2020-cil tarixli 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixli, 284543-1-37332 saylı “Kredit Müqaviləsi”nin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 (ödəniş cədvəlləri) bu razılşmanın imzalandığı tarixdən qüvvədən düşmüş və Əlavə 2 (ödəniş cədvəlləri) həmin tarixdən qüvvəyə minmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış “Kredit xətti müqaviləsi”nə əsasən cavabdehə onun xx.xx.2020-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Bank tərəfindən “Kredit xətti müqaviləsi”nə əsasən verilmiş kreditlərin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır: bank ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-NEDVİJ5115 №-li “Daşınmaz Əlmakın İpoteka Müqaviləsi”nə əsasən 13 mart 2020-ci il tarixli, 284543-1- 37332 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir (İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır: AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış - qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********37-10301). Bank ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixli 284543-1-37332 saylı “Kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 04 sentyabr 2020-cil tarixli, 01 saylı Əlavə Razılaşmanın bağlanması ilə əlaqədar olaraq bank ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixli, 284543-NEDVİJ-5115 saylı İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 04 sentyabr 2020-ci il tarixli, 01 saylı Razılaşma bağlanmışdır (İpotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır: AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış - qeydiyyat nömrəsi: **********; reyestr nömrəsi: **********37-10301). Cavabdeh1 kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2020-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin xx.xx.2021-ci il tarixə banka 123739,72 (bir yüz iyirmi üç min yeddi yüz otuz doqquz manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 16589,92 (on altı min beş yüz səksən doqquz manat doxsan iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 140329,64 (bir yüz qırx min üç yüz iyirmi doqquz manat altmış dörd qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, Bank ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020ci il tarixli, 284543-NEDVİJ-5115 №-li “Daşınmaz Əlmakın İpoteka Müqaviləsi”nə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. Eyni zamanda, X1 və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetini yenidən qiymətləndirmiş və “FM Consulting” qiymətləndirmə şirkətinin müvafiq qiymətləndirmə aktı əsasında tərtib olunmuş Bankın “Girovların qiymətləndirilməsi və monitorinqi” şöbəsinin 13 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinin dəyəri 205000 (iki yüz beş min) manat məbləğində müəyyən olunmuşdur. Hesab edirlər ki, ipoteka predmetinin ilkin satış qiyməti mövcud ekspert rəyinə əsasən müəyyən olunmalıdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli 284543-1-37332 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 83266,91 manat məbləğində əsas borc, 7062,73 manat məbləğində faiz borcu, ümumilikdə 90329,64 manat məbləğində pulun, həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin, 30 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 70 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 205000 (iki yüz beş min) manat məbləğində müəyyən etməklə Cavabdeh1 tutulmalı olan pul məbləğinin bank qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində xüsusi mülkiyyətində olan 0.1407 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 319.1, 385.1, 442, 739.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası 34, 39.3 və 39.3.3-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq cavabdehin borclu olduğu 123739,72 (bir yüz iyirmi üç min yeddi yüz otuz doqquz manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 16589,92 (on altı min beş yüz səksən doqquz manat doxsan iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 140329,64 (bir yüz qırx min üç yüz iyirmi doqquz manat altmış dörd qəpik) manat məbləğində pulun və digər məbləğlərin ödənilməsi, eləcə də digər tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın sonuncu dəfə dəyişdirilməsi barədə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, cavabdehin borclu olduğu 83266,91 manat məbləğində əsas borc, 7062,73 manat məbləğində faiz borcu, ümumilikdə 90329,64 manat məbləğində pulun və digər məbləğlərin ödənilməsi, eləcə də ipoteka predmetinin ilkin satış qiymətini 205000 manat məbləğində müəyyən etməklə cavabdehə məxsus bağ evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1) Göründüyü kimi, iddiaçının sonuncu ərizəsi ilə etiraf və təsdiq edilir ki, əsas borcun və faizlərin ödənilməsi istiqamətində cavabdeh tərəfindən nəticəvi hərəkətlər edilmiş və keçən müddət ərzində həmin məbləğlər azaldılmışdır. Lakin iddiaçı göstərilən hesablamaları düzgün müəyyən etməmiş və cavabdeh tərəfindən ödənilmiş məbləğləri bir qədər düzgün hesablamamışdır. Odur ki, iddianın göstərilən məbləğ qədər tələb olunması ilə razı deyillər və həmin hissəyə etiraz edilir. 2) İddianın icra hərəkətlərinə aid olan hissəsi ilə də razı deyillər və həmin hissədə tələbin hüquqi əsası olmadığına görə etiraz edilir. 3) Bundan başqa, hesab olunur ki, iş materiallarına təqdim olunmuş ekspert və mütəxəssis rəylərində aydın olmayan məqamlar və terminlər var, həmin məqamlara aydınlıq gətirilməlidir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-18/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə icraata fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması hissəsində xitam verilmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543- 1-37332 nömrəli kredit xətti müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 13 mart 2023-cü il tarixədək 16% (on altı faiz) olmaqla, 130000 (bir yüz otuz min) manat məbləğində kredit xətti açmışdır.
9. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdə ərizə ilə mürəciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsinə əsasən 60000 (altmış min) manat məbləğində vəsaitin şirkətin bankda olan cari hesabına köçürülməsini xahiş etmişdir.
10. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdə ərizə ilə mürəciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsinə əsasən 40000 (qırx min) manat məbləğində vəsaitin şirkətin bankda olan cari hesabına köçürülməsini xahiş etmişdir.
11. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdə ərizə ilə mürəciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsinə əsasən 30000 (otuz min) manat məbləğində vəsaitin şirkətin bankda olan cari hesabına köçürülməsini xahiş etmişdir.
12. Tərəflər arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2020-ci il tarixli, 01 saylı Əlavə Razılaşmada qeyd edilmişdir ki, 1) xx.xx.2020-ci il tarixli 284543-1-37332 saylı kedit müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1 (Ödəniş Cədvəlləri) bu razılaşmanın imzalandığı tarixdən qüvvədən düşür və Əlavə 2 (Ödəniş Cədvəlləri) həmin tarixdən qüvvəyə minir; 2) xx.xx.2020-ci il tarixli 284543-1- 37332 saylı kredit müqaviləsinin 2.2.1-ci yarımbəndi qüvvədən düşmüş hesab edilsin; xx.xx.2020-ci il tarixli 284543-1-37332 saylı kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır; 4) Hazırkı razılaşma Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən ikisi bankda, digəri isə kredit alanda qalır.
13. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 3 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 284543-NEDVİJ-5115 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 284543-NEDVİJ-5115 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 01 saylı Əlavə Razılaşmada qeyd edilmişdir ki, 1.1. Aşağıdakı şərtlər əsasında xx.xx.2020-ci il tarixli, 284543-NEDVİJ-5115 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə bu razılaşmanı bağladılar: 1.2. Bank və kredit alan arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əlavə 2 (Ödəniş Cədvəli) üzrə ödəniş qaydası ipoteka qoyana yaxşı məlumdur. 2. Müqavilənin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. 3. Bu Razılaşma Azərbaycan dilində, 4 (dörd) nüsxədə tərtib edilmişdi, nüsxələr eyni hüquqi qüvvəyə malikdir tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq olunduqdan sonra, notarial qaydada təsdiq olunduqdan və dövlət qeydiyyatına alındığı andan hüquqi qüvvəyə minir və nüsxələrdən biri notariat kontorunda, digər nüsxələri isə ipoteka qoyanda, ipoteka saxlayanda saxlanılır.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 230 nömrəli reyestr kitabının 21273 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan borcu 123739,72 manat məbləğində əsas, 16589,92 manat məbləğində faiz olmaqla, ümumilikdə 140329,64 manat təşkil edir.
17. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan borcu 83266,91 manat məbləğində əsas, 7062,73 manat məbləğində faiz olmaqla, ümumilikdə 90329,64 manat təşkil edir.
18. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2021-ci il tarixli, 3178 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, borc banka 3 (üç) iş günü ərzində ödənilməzsə, məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir.
19. xx.xx.2021-ci il tarixli, 5632P nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə, **********6 nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödəmişdir.
20. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********29 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 66a nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2306 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 13 mart 2020-ci il tarixli, 284543-1-37332 saylı kredit xətti müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 İddiaçı ASC-nə olan əsas və faiz borcu xx.xx.2020-ci il tarixli 284543-1-37332/001 nömrəli tranş üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 55322,75 manat, faiz borcu üzrə 5999,46 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 55322,75 manat, faiz borcu üzrə 10056,46 manat; xx.xx.2020-ci il tarixli 284543-1-37332/002 nömrəli tranş üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 40000 manat, faiz borcu üzrə 7714,44 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 40000 manat, faiz borcu üzrə 10647,77 manat; xx.xx.2020-ci il tarixli 284543-1-37332/003 nömrəli tranş üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 28405,37 manat, faiz borcu üzrə 2878,41 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 28405,37 manat, faiz borcu üzrə 4961,47 manat məbləğində müəyyən edilir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2131 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Cavabdeh1 məxsus fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri təqribən 423000 manat, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 445000 manat məbləğində müəyyən edilir.
23. "xxxx" ASC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 41-686/22 saylı rəydən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 66a nömrəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 250000 manat, bazar dəyəri 280000 manat təşkil edir.
24. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-108/2024 saylı rəydən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 66a nömrəli fərdi yaşayış evinin likvid dəyəri 270000 manat, bazar dəyəri 300000 manat təşkil edir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi
30. Beləliklə, işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 13 mart 2023-cü il tarixədək 16% (on altı faiz) olmaqla, 130000 (bir yüz otuz min) manat məbləğində kredit xətti açmışdır. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdə ərizə ilə mürəciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsinə əsasən 60000 (altmış min) manat məbləğində vəsaitin şirkətin bankda olan cari hesabına köçürülməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdə ərizə ilə mürəciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsinə əsasən 40000 (qırx min) manat məbləğində vəsaitin şirkətin bankda olan cari hesabına köçürülməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixdə ərizə ilə mürəciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsinə əsasən 30000 (otuz min) manat məbləğində vəsaitin şirkətin bankda olan cari hesabına köçürülməsini xahiş etmişdir. Tərəflər arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2020-ci il tarixli, 01 saylı Əlavə Razılaşma bağlanmışdır. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – Cavabdeh1 arasında Bakı şəhəri 3 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 284543- NEDVİJ-5115 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2020-ci il tarixli, 284543-1-37332 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 284543-NEDVİJ-5115 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2020-ci il tarixli, 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
31. İddia tələbinin bir hissəsini cavabdеh Cavabdeh1 83266,91 manat məbləğində əsas borc, 7062,73 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
32. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, Cavabdeh1 13 mart 2020-ci il tarixli, 284543-1-37332 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə olan 83266,91 manat (səksən üç min iki yüz altmış altı manat doxsan bir qəpik) əsas borc, 7062,73 manat (yeddi min altmış iki manat yetmiş üç qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
33. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.
34. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2020-ci il tarixli, 284543- NEDVİJ-5115 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində istifadədə olan 0.1407 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.
36. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
37. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyləri alınmışdır. Belə ki, ilkin olaraq ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə qiymətləndirici rəyi alınmasından ötrü ekspertiza təyin edilmiş və "xxxx" ASC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 41-686/22 saylı rəylə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 66a nömrəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 250000 manat, bazar dəyəri 280000 manat təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən rəy cavabdeh tərəfindən mübahisələndirildiyindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2131 saylı ekspert rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, Cavabdeh1 məxsus fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri təqribən 423000 manat, hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 445000 manat məbləğində müəyyən edilmişdir. Verilən rəylər, eləcə də ipoteka müqaviləsində göstərilən qiymət arasında kəskin fərq olduğundan, iddiaçı tərəf Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəyə etiraz edərək, yenidən əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin alınmasını xahiş etmişdir. İş təkrar ekspertizanın keçirilməsi üçün Mərkəzə göndərilsə də, təkrar ekspertizanın keçirilməsi mümkün olmamış və rəy verilməsindən imtina edilmişdir. Sonuncu olaraq "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli, LP-108/2024 saylı ekspert rəylə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 66a nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 270000 manat, bazar dəyəri 300000 manat təşkil etdiyi müəyyən edilmişdir.
38. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 66a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 270000 manat məbləğində (sonuncu olaraq verilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-108/2024 saylı rəyinə əsasən) müəyyən edilməlidir.
39. Eləcə də, iddiaçı mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin, 30 manat məbləğində məhkəmə üçün və 40 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçıya ödənilməlidir.
41. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
42. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 13 mart 2020-ci il tarixli, 284543-1-37332 saylı “Kredit xətti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə olan 83266,91 manat (səksən üç min iki yüz altmış altı manat doxsan bir qəpik) əsas borc, 7062,73 manat (yeddi min altmış iki manat yetmiş üç qəpik) faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat xidmət haqqı, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 138470,72 manat (yüz otuz səkkiz min dörd yüz yetmiş manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0.1407 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan, ünvan 2 yerləşən 0.1407 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 303.80 kv.m, yaşayış sahəsi 104.7 kv.m, yardımçı sahəsi 199.1 kv.m olan, 3 otaqlı 66a nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 270000 (iki yüz yetmiş min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova