Məhkəmə qərarları › İş №e-2-2(113)-1801/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1801/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1801/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin balansında olan avtomobillərə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə iddiaçı tərəfindən göstərilmiş texniki xidmətin və təmir zamanı istifadə olunmuş ehtiyyat hissələrinin ƏDV ilə birlikdə 8502,98 manat təşkil edən dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:

1. Bu Barışıq sazişi (bundan sonra – Saziş) Bakı Kommersiya Məhkəməsində baxılan e- 2-2(113)-1801/2025 saylı mülki iş üzrə tərəflər olan İddiaçı MMC (ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN: **********) və cavabdeh “X1” ASC (Bakı şəhəri, Nəsimi rayonu, Nizami 67 ünvanında qeydiyyatda olan, VÖEN: **********) arasında (mübahisə tərəfləri bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) mübahisənin həlli şərtlərinə dair əldə edilən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4-cü, 52-ci və 191-ci maddələrinə əsasən tərtib edilən razılaşmadır.

2. Bu Saziş İddiaçı MMC-nin tərəflər arasında olan mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində cavabdeh "xxxx" ASC-yə (bundan sonra – "xxxx" ASC) irəli sürdüyü təklifin "xxxx" ASC tərəfindən qəbulu əsasında bağlanılmışdır.

3. "xxxx" ASC, məlumatları aşağıda göstərilən, İddiaçı MMC tərəfindən təqdim edilmiş hesab-fakturalar, o cümlədən "xxxx" ASC və İddiaçı MMC arasında qarşılıqlı olaraq imzalanmış təhvil-təslim aktları və qiymət-razılaşdırma protokolları əsasında ümumilikdə 8500.72 AZN (ƏDV daxil) vəsaiti İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürür.

4. İddiaçı MMC "xxxx" ASC tərəfindən bu Sazişin 3-cü bəndində göstərilən ödənişlərin edilməsi üçün rəsmi bank rekvizitlərini "xxxx" ASC-yə rəsmi qaydada təqdim etməyi öz öhdəsinə götürür.

5. "xxxx" ASC bu Sazişin 3-cü bəndində göstərilən ödənişləri İddiaçı MMC tərəfindən rəsmi bank rekvizitlərinin "xxxx" ASC-yə rəsmi qaydada təqdim edildiyi andan etibarən 10 (on) iş günü müddətində icra etməyi öz öhdəsinə götürür.

6. İddiaçı MMC "xxxx" ASC-yə qarşı hazırkı mülki mübahisəsindən irəli gələn bütün tələblərindən, habelə tərəflər arasında mövcud olan mülki münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq) bütün mülki mübahisələr üzrə tələblərindən, o cümlədən bununla əlaqədar digər mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında "xxxx" ASC-yə qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini) qəbul edərək (təsdiq edərək) bu tələblərə riayət edəcəyini öz üzərinə öhdəlik olaraq götürür.

7. Tərəflər razılaşırlar ki, bu Saziş Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)- 1801/2025 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edir və bu Sazişin məhkəməyə təqdim edilməsi onların müvafiq mülki iş üzrə icraata xitam verilməsinə dair razılıqlarını ehtiva edir.

8. "xxxx" ASC tərəfindən bu Sazişin 3-cü bəndində göstərilən sənədlər əsasında İddiaçı MMC-yə müvafiq ödəniş edildikdən sonra, bu və ya digər səbəbdən həmin ödənişin təkrar olaraq ödənildiyi, yəni bundan əvvəl ödənildiyi və ya nəzərdə tutulmuş (razılaşdırımış) miqdardan da çox ödənildiyi müəyyən edilərsə, belə olan halda İddiaçı MMC mülki hüququn vicdanlılıq prinsipindən irəli gələrək öz üzərinə öhdəlik götürür ki, əsassız olaraq əldə etdiyi müvafiq vəsaitləri "xxxx" ASC-yə geri qaytaracaqdır.

9. Bu Sazişi imzalamaqla İddiaçı MMC təsdiq edərək öz razılığını bildirir ki, bu Sazişin 8ci bəndində nəzərdə tutulmuş məbləğləri "xxxx" ASC-yə qaytarmasa, "xxxx" ASC-nin həmin məbləğləri İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesablarından, habelə ona (İddiaçı MMC-yə) çatacaq bütün vəsaitlərdən akseptsiz qaydada (İddiaçı MMC-nin sərəncamı olmadan) "xxxx" ASC-nin xeyrinə silmək, o cümlədən həmin məbləğlər həddində vəsaitləri İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesablarında, habelə ona çatacaq pul vəsaitlərində bloklaşdırmaq, həmin hesabda olan məbləğ fərqli valyutada olduqda, ona məlumat verilmədən "xxxx" ASC-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edərək "xxxx" ASC-nin xeyrinə silmək hüququ vardır.

10. Bu Saziş imzalanana qədər tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

11. Bu Sazişin imzalanması üçün zəruri olan mediasiya xərclərini qarşılamağı İddiaçı MMC öz üzərinə götürür.

12. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 6-cı bəndində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 6-cı bəndində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

13. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında olan digər mübahisələr üzrə irad və tələblərə aid edilmir.

14. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

15. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

16. Tərəflərdən hər biri bu Sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

17. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz:  bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə;  bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə;  Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara;  yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

25. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

26. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

27. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

28. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

29. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə və mediatorda saxlanılır. Sazişin 4-cü nüsxəsi məhkəməyə təqdim edilməsi üçün tərtib edilir. Sözügedən 4-cü nüsxəni əldə edən tərəf onu məhkəməyə təqdim edir. (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, hər iki tərəf məhkəməyə ayrı-ayrılıqda ərizələr ünvanlayaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC və cavabdeh "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:

1. Bu Barışıq sazişi (bundan sonra – Saziş) Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-1801/2025 saylı mülki iş üzrə tərəflər olan İddiaçı MMC (ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN: **********) və cavabdeh “X1” ASC (Bakı şəhəri, Nəsimi rayonu, Nizami 67 ünvanında qeydiyyatda olan, VÖEN: **********) arasında (mübahisə tərəfləri bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) mübahisənin həlli şərtlərinə dair əldə edilən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4-cü, 52-ci və 191ci maddələrinə əsasən tərtib edilən razılaşmadır.

2. Bu Saziş İddiaçı MMC-nin tərəflər arasında olan mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində cavabdeh "xxxx" ASC-yə (bundan sonra – "xxxx" ASC) irəli sürdüyü təklifin "xxxx" ASC tərəfindən qəbulu əsasında bağlanılmışdır.

3. "xxxx" ASC, məlumatları aşağıda göstərilən, İddiaçı MMC tərəfindən təqdim edilmiş hesab-fakturalar, o cümlədən "xxxx" ASC və İddiaçı MMC arasında qarşılıqlı olaraq imzalanmış təhvil-təslim aktları və qiymət-razılaşdırma protokolları əsasında ümumilikdə 8500.72 AZN (ƏDV daxil) vəsaiti İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürür.

4. İddiaçı MMC "xxxx" ASC tərəfindən bu Sazişin 3-cü bəndində göstərilən ödənişlərin edilməsi üçün rəsmi bank rekvizitlərini "xxxx" ASC-yə rəsmi qaydada təqdim etməyi öz öhdəsinə götürür.

5. "xxxx" ASC bu Sazişin 3-cü bəndində göstərilən ödənişləri İddiaçı MMC tərəfindən rəsmi bank rekvizitlərinin "xxxx" ASC-yə rəsmi qaydada təqdim edildiyi andan etibarən 10 (on) iş günü müddətində icra etməyi öz öhdəsinə götürür.

6. İddiaçı MMC "xxxx" ASC-yə qarşı hazırki mülki mübahisəsindən irəli gələn bütün tələblərindən, habelə tərəflər arasında mövcud olan mülki münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək (məlum olacaq)) bütün mülki mübahisələr üzrə tələblərindən, o cümlədən bununla əlaqədar digər mülki hüquqi tələblərindən (pul tələbi və s.) qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı, nə məhkəmədənkənar (məhkəmədənqabaq), nə də məhkəmə qaydasında "xxxx" ASC-yə qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini) qəbul edərək (təsdiq edərək) bu tələblərə riayət edəcəyini öz üzərinə öhdəlik olaraq götürür.

7. Tərəflər razılaşırlar ki, bu Saziş Bakı Kommersiya Məhkəməsində baxılan e-2- 2(113)-1801/2025 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edir və bu Sazişin məhkəməyə təqdim edilməsi onların müvafiq mülki iş üzrə icraata xitam verilməsinə dair razılıqlarını ehtiva edir.

8. "xxxx" ASC tərəfindən bu Sazişin 3-cü bəndində göstərilən sənədlər əsasında İddiaçı MMC-yə müvafiq ödəniş edildikdən sonra, bu və ya digər səbəbdən həmin ödənişin təkrar olaraq ödənildiyi, yəni bundan əvvəl ödənildiyi və ya nəzərdə tutulmuş (razılaşdırımış) miqdardan da çox ödənildiyi müəyyən edilərsə, belə olan halda İddiaçı MMC mülki hüququn vicdanlılıq prinsipindən irəli gələrək öz üzərinə öhdəlik götürür ki, əsassız olaraq əldə etdiyi müvafiq vəsaitləri "xxxx" ASC-yə geri qaytaracaqdır.

9. Bu Sazişi imzalamaqla İddiaçı MMC təsdiq edərək öz razılığını bildirir ki, bu Sazişin 8-ci bəndində nəzərdə tutulmuş məbləğləri "xxxx" ASC-yə qaytarmasa, "xxxx" ASC-nin həmin məbləğləri İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesablarından, habelə ona (İddiaçı MMC-yə) çatacaq bütün vəsaitlərdən akseptsiz qaydada (İddiaçı MMC-nin sərəncamı olmadan) "xxxx" ASC-nin xeyrinə silmək, o cümlədən həmin məbləğlər həddində vəsaitləri İddiaçı MMC-nin "xxxx" ASC-dəki hesablarında, habelə ona çatacaq pul vəsaitlərində bloklaşdırmaq, həmin hesabda olan məbləğ fərqli valyutada olduqda, ona məlumat verilmədən "xxxx" ASC-nin həmin gün üçün müəyyən olunmuş məzənnəsinə və ya çarpaz məzənnəyə əsasən konvertasiya edərək "xxxx" ASC-nin xeyrinə silmək hüququ vardır.

10. Bu Saziş imzalanana qədər tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

11. Bu Sazişin imzalanması üçün zəruri olan mediasiya xərclərini qarşılamağı İddiaçı MMC öz üzərinə götürür.

12. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 6-cı bəndində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 6-cı bəndində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

13. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında olan digər mübahisələr üzrə irad və tələblərə aid edilmir.

14. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

15. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

16. Tərəflərdən hər biri bu Sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

17. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

24. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

25. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

26. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

27. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

28. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

29. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə və mediatorda saxlanılır. Sazişin 4-cü nüsxəsi məhkəməyə təqdim edilməsi üçün tərtib edilir. Sözügedən 4-cü nüsxəni əldə edən tərəf onu məhkəməyə təqdim edir. (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar