Məhkəmə qərarları › İş №e-2-2(113)-1804/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1804/2021

05.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1804/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı aksiz markası olmayan malların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, saxta aksiz markaları ilə markalanmış 50 ədəd alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 29.12.2019-cu il tarixli **********7690 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 ünvanda yerləşən, fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı 81 ədəd alkoqollu içki saxta aksiz markası ilə markalanma ehtimalı ilə götürülərək, VN seriyalı, 000310 nömrəli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla rəsmiləşdirilmişdir. Aşkar olunan alkoqollu içkilərin üzərinə yapşıdırılmış aksiz markalarının standartlara uyğun olubolmamasını müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş və müvafiq olaraq, 29.01.2020-ci il tarixli, 171 nömrəli ekspert arayışında tədqiqata təqdim olunan 81 ədəd alkoqollu içkinin üzərinə yapışdırılmış aksiz markalarının standartlara uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra, həmin tarixdə operativ vergi nəzarəti tədbirinin nəticələri VN seriyalı, 000094 nömrəli, 12.02.2020-ci il tarixli “markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair akt” və “markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokol” tərtib olunmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2020-ci il tarixli 6/138-9/260 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, bu içkilər yoxlanılan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə əsasən zavod üsulu ilə hazırlanmışdır, tərkiblərindəki zərərli qarışıqların standartlarla yol verilən miqdarlarına əsasən istifadəyə yararlıdır. Həmin rəyə əsasən 81 ədəd alkoqollu içkidən 31 ədədi ekspertiza tədqiqatına sərf edilərək, 50 ədəd istifadə edilməmiş alkoqollu içki Baş idarənin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən 81 ədəd alkoqollu içki saxta aksiz markası ilə markalanma ehtimalı ilə götürülmüş və VN seriyalı, 000310 nömrəli “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolla tərtib edilmişdir. Aşkar olunan alkoqollu içkilərin üzərinə yapşıdırılmış aksiz markalarının standartlara uyğun olubolmamasını müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş və müvafiq olaraq, 29.01.2020-ci il tarixli, 171 nömrəli ekspert arayışında tədqiqata təqdim olunan 81 ədəd alkoqollu içkinin üzərinə yapışdırılmış aksiz markalarının standartlara uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra, həmin tarixdə operativ vergi nəzarəti tədbirinin nəticələri VN seriyalı, 000094 nömrəli, 12.02.2020-ci il tarixli “markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair akt” və “markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokol” tərtib olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. Məhkəmə qeyd edir ki, malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı aksiz markası olmayan malların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə iddiası təmin edilsin. Cavabdeh (VÖEN: **********) məxsus, saxta aksiz markaları ilə markalanmış 50 ədəd alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar