Məhkəmə qərarları › İş №e-2-2(113)-1806/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1806/2020

09.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1806/2020 09.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı “X22 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (müstəqil tələb irəli sürən üçüncü şəxslər: X10, X13, X3) cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzillərin ipoteka yüklülüyündən azad olunması və onların əvəzinə cavabdehin özünə məxsus olan istixananın ipoteka ilə yüklü edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X22 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“X22 Təsərrüfatı” MMC) cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxxxxxxx” ASC) (üçüncü şəxslər: X10, X13, X3) qarşı tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********52114 saylı kredit müqaviləsinə (1-ci kredit müqaviləsinə) və xx.xx.2015-ci il tarixli **********97915 saylı kredit müqaviləsinə (2-ci Kredit müqaviləsinə) uyğun olaraq, hazırkı günə olan 263841,27 manat borca görə, xx.xx.2014-cü il tarixli **********52114/ip-l saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli **********97915/SİM-l saylı sonrakı ipoteka müqaviləsi üzrə X7 məxsus ünvan 1 ünvanında yerləşən, 89.32 kv.m. ümumi, 63.32 kv.m. yaşayış, 26 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 11 nömrəli mənzil, xx.xx.2014-cü il tarixli 10040 i 633552114/ip-2 saylı ipoteka müqaviləsi və xx.xx.2015- ci il tarixli **********97915/SİM-2 saylı sonrakı ipoteka müqaviləsi üzrə X9 məxsus ünvan 2 ünvanında yerləşən, 49.7 kv.m. ümumi, 30.1 kv.m. yaşayış, 19.6 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, 54 nömrəli mənzil və xx.xx.2014-cü il tarixli **********52114/ip-3 saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli **********97915/SİM-3 saylı sonrakı ipoteka müqaviləsi üzrə X2 məxsus ünvan 3 ünvanında yerləşən, 68.8 kv.m. ümumi, 47.4 kv.m. yaşayış, 21.4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 8 nömrəli mənzilin ipoteka yüklülüyündən azad olunması və onların əvəzinə cavabdehin özünə məxsus olan, hazırkı bazar dəyəri 600.000,00 manat olan, Saylan rayonu, ərazisində yerləşən istixananın ipoteka ilə yüklü edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X22 Təsərrüfatı” MMC ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********52114 saylı kredit müqaviləsinə (1-ci kredit müqaviləsinə) əsasən, Borcalana 60 ay müddətinə, illik 6% hesablanmaqla, 260000 AZN məbləğində və xx.xx.2015-ci il tarixli **********97915 saylı kredit müqaviləsinə (2-ci Kredit müqaviləsinə) əsasən 36 ay müddətinə, illik 6% hesablanmaqla, 50000 manat məbləğində X4 (Fond) vəsaiti hesabına kredit verilmişdir. 1-ci və 2-ci kredit müqavilələri üzrə Borcalanın Bank qarşısında öhdəliklərinin icrasının təminatı qismində aşağıdakı əmlaklar üzərində, müvafiq olaraq, Bankın ipoteka və sonrakı ipoteka hüququ qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli **********52114/ip-l saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli **********97915/SİM-l saylı sonrakı ipoteka müqaviləsi üzrə X7 məxsus ünvan 1 ünvanında yerləşən, 89.32 kv.m. ümumi, 63.32 kv.m. yaşayış, 26 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 11 nömrəli mənzil; xx.xx.2014-cü il tarixli 10040 i 633552114/ip-2 saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli **********97915/SİM-2 saylı sonrakı ipoteka müqaviləsi üzrə X9 məxsus ünvan 2 ünvanında yerləşən, 49.7 kv.m. ümumi, 30.1 kv.m. yaşayış, 19.6 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, 54 nömrəli mənzil; xx.xx.2014-cü il tarixli **********52114/ip-3 saylı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli **********97915/SİM-3 saylı sonrakı ipoteka müqaviləsi üzrə X2 məxsus ünvan 4 ünvanında yerləşən, 68.8 kv.m. ümumi, 47.4 kv.m. yaşayış, 21.4 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı, 8 nömrəli mənzil ipoteka qoyulmuşdur. xx.xx.2014-cü il tarixli **********52114 saylı kredit müqaviləsinə (1-ci kredit müqaviləsinə) əsasən, 26000 AZN məbləğində alınmış kredit vəsaiti kifayət etmədiyi üçün şəxsi və digər mənbələrdən əldə edilmiş vəsaitlər hesabına Salyan rayonu, ərazisində 1 ha torpaq sahəsində pomidor, xiyar yetişdirilməsi məqsədilə istixana inşa edilmişdir. İnşa edilmiş istixanaya 500000 manatdan artıq vəsait sərf edilmiş və 2014-cü ilin yay aylarında müasir tələblərə cavab verən istixananın inşası başa çatdırılmışdır. İstixanaın inşası başa çatdırılandan sonra 2014-cü ilin payız aylarında pomidor şitillərinin əkini həyata keçirilmiş və bitkilərin becərilməsinə başlanılmışdır. Lakin 21-xx xxxxxx 2015-ci il tarixlərində Salyan rayonunun nin də daxil olduğu ərazilər üçün xaraketrik olmayan güclü qar yağmış və yağan güclü qar nəticəsində həmin istixana tamamilə çökərək yetişməyə az qalmış məhsullar yararsız hala düşmüşdür. Bundan sonra istixananın yenidən qurulmasına zərurət yaranmışdır. Bununla əlaqədar olaraq baş vermiş təbii fəlakətin mors-major hal kimi qiymətləndirilməsi, kredit ödənişləri üzrə güzəştlərin verilməsi və çökmüş istixananın yenidən bərpa edilməsi məqsədilə borcalan tərəfindən Banka müraciət edilmiş və Bank tərəfindən baş vermiş hadisə fors-major hal kimi qəbul edilməyərək, istixananın bərpa edilməsi üçün tələb edilən vəsaitdən yalnız bir qisminin verilə biləcəyini bildirərək xx.xx.2015-ci il tarixli **********97915 saylı kredit müqaviləsinə (2-ci Kredit müqaviləsinə) əsasən 36 ay müddətinə illik 6% hesablanmaqla, Borcalana 50000 manat məbləğində kredit verilmişdir. Bankdan 2-ci kredit müqaviləsinə əsasən alınmış 50000 manat vəsait istixanaının yenidən qurulması üçün kifayət etməmiş və Borcalan tərəfindən kənar mənbələrdən borc şəklində əlavə vəsaitlər cəlb edilməklə istixana bərpa edilmişdir. İstixananın təkrar bərpa edildiyi ildə də əkin həyata keçirilmiş və məhsul yetişdirilməyə başlanılmışdır. Həmin il (2015) məhsul satışı hesabına 67000 manat məbləğində faizlərin ödənişi həyata keçirilmiş və növbəti mövsümlərdə də məhsul satışı hesabına kreditin ödənişinin başa çatdırılması planlaşdırılmışdır. Lakin növbəti il qazın qiymətinin kəskin qalxması fonunda, devalvasiya ilə əlaqədar məhsulun qiyməti iki dəfə aşağı düşdü. Belə ki, istixananın istifadəyə verildiyi ilk qış mövsümündə qaz sərfiyyatına görə ödəniş 19500 manat olduğu halda, mavi yanacağın qiymətinin artmasından sonra eyni sərfiyyata görə ödənişin həcmi növbəti illərdə müvafiq olaraq 66376 manat, 60000 manat və 61000 manat təşkil etdi. Bununla da rentabellik cuzi məbləğlə ölçüldü və təsərrüfat üçün maliyyə böhranı yarandı. Nəticədə təsərrüfatda böhran yarandığı üçün kredit borcunu icra etmək mümkün olmamışdır. Belə olan halda, “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ipoteka qoyan şəxslər X10, Seyranova (Rzayeva) Səkinə Nurəddin qızı, X11, X6, X13, X12, X14, X16, X3 və üçüncü şəxs “X22 Təsərrüfatı” MMC-yə qarşı “kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmetləri olan yaşayış sahələrindən çıxarılma haqqında” iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin iddia tələbi üzrə məhkəmə prosesi davam edir. Nəzərə alınmalıdır ki, kredit müqavilələri bağlanarkən MMC-yə məxsus daşınmaz əmlak olmadığından yaşayış sahələri ipoteka predmeti olaraq girov qoyulmuşdur. İndi isə Salyan rayonu, ərazisində yerləşən, dəyəri 600000 manat olan istixana mövcuddur və iddiaçıya ipoteka predmetlərinin dəyişdirilməsi təklif edilmişdir. Çünki 13 nəfər insanın yaşadığı mənzillərin boşaldılması, yaşlı və uşaqların da olduğu bu şəxslərin evsiz qoyulması yolverilən hesab edilməməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsni məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh, habelə üçüncü şəxslər X13, X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh, habelə üçüncü şəxslər - X13, X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019 tarixli 2(004)-108/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli, **********52114/ip-1 №-li İpoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli, **********997915/SİM- 1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X7 məxsus Bakı şəhəri, xxxxndə 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilə (1-ci İpoteka predmeti), xx.xx.2014-cü il tarixli **********52114/ip- 2 №-li İpoteka müqaviləsi və xx.xx.2015-ci il **********97915/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilə (2-ci ipoteka predmeti) və xx.xx.2014-cü il tarixli, **********52114/ip-3 №-li İpoteka müqaviləsi və xx xxxxx 2015-ci il tarixli, **********97915/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X2 məxsus Bakı şəhəri, nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan "X22 Təsərrüfatı” MMCnin, xx.xx.2014-cü il tarixli, **********52114 saylı Kredit müqaviləsi üzrə iddiaçı “xxxxxxxxx” ASC-nin qarşısındakı 230507,95 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 8672,112 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə olmaqla, cəmi 239280,06 manat (iki yüz otuz doqquz min iki yüz səksən manat 06 qəpik), xx.xx.2015-ci tarixli, **********97915 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxxxxxxx” ASC qarşısındakı 33333,32 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 1266,67 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 34699.99 manat (otuz dörd min altı yüz doxsan doqquz manat 99 qəpik) və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (yüz səksən) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 114 (bir yüz on dörd) manat məbləğində çəkilmiş xərclərin 1-ci, 2-ci və 3-cü İpoteka predmetlərinin dəyərindən iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması; Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin ilkin satış qiymətinin 110000 (yüz on min) manat, Bakı şəhəri, Yasamal rayonu, general xxx nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiyməti 150000 (yüz əlli min) manat, Bakı şəhəri, nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat müəyyən edilməsi və açıq hərracda satılması, ipoteka predmetləri satıldıqdan ən geci 1 ay ərzində boşaldılması və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət etdilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə, "xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə faiz borcuna görə 17008 manat, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1900 manatın tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlərin apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2020-ci il tarixli 2(102) xxx/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı pretenziya məktubu ilə cavabdehə müraciət edərək, iddia tələbi üzrə göstərilən halların təmin edilməsi barədə 15 gün müddətində münasibət bildirməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuş, məhkəmə qətnaməsi ilə tutmanın yuxarıda qeyd olunan ipoteka predmeti olan əmlaklara yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması qət olunmuşdur. Hazırda iddiaçı həmin əmlakların ipoteka yüklülüyündən azad olunması və onların əvəzinə hazırkı bazar dəyəri 600000,00 manat olan, Saylan rayonu, ərazisində yerləşən istixananın ipoteka ilə yüklü edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2-ci maddəsinə əsasən bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir. Qanunvericilik normalarını işin hazırkı hallarına tətbiq edərək aşağıdakıları qeyd etmək olar: Əvvəla məhkəmə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyi və yenidən sübut edilmədiyini, hazırkı mübahisəli əmlaklarla, tutmanın həmin əmlaklara yönəldilməsi, açıq həttacda satılması ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olmasını nəzərə alır. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin təməl prinsilərindən birini təşkil edir. İpoteka müqavilə üzrə əmələ gəlir. Müqavilə tərəflərin könüllü iradə ifadəsini özündə əks etdirən sazişdir. Müqavilə bağlamağa məcburetməyə yol verilmir, eyni zamanda hazırkı iş üzrə müqavilə bağlamaq vəzifəsinin qoyulması üçün Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulan halların olduğu müəyyən olunmur. Qeyd olunanlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X22 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (müstəqil tələb irəli sürən üçüncü şəxslər: X10, X13, X3) cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı mənzillərin ipoteka yüklülüyündən azad olunması və onların əvəzinə istixananın ipoteka ilə yüklü edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar