Məhkəmə qərarları › İş №e-2-2(113)-1808/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1808/2023

27.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1808/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən İddiaçı MMC-nin xeyrinə 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair müqavilə üzrə "xxxx" QSC tərəfindən öhdəliklərinin tam yerinə yetirilməməsinə görə vurulmuş ziyan kimi 20.756,20 (ƏDV daxil) manat məbləğində pulun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcun ödənilməsi öhdəliyinin gecikdirilməsi nəticəsində hesablanmış 1.511,12 manat məbləğində cərimənin tutulması; cavabdeh "xxxx" QSC-dən İddiaçı MMC-nin xeyrinə 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə üzrə 86.145,43 (79.927,30 + 6218,13 = 86.145,43) manat məbləğində traverslərin və polietilen kəmərlərin "xxxx" QSC tərəfindən yenidən iddiaçıdan qəbul edilərək onların alınmasına xərclənmiş 86.145 (səksən altı min yüz qırx beş) manat 43 (qırx üç) qəpik pulun, həmin traverslərin və polietilen kəmərlərin sınaq laboratoriyasında yoxlanılmasına görə iddiaçının çəkdiyi xərcin və dəymiş zərərin əvəzi olaraq 7080 manat məbləğində pulun; öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 4.661,28 manat pulun, 18.342,77 (1.318,25 + 17.024,52 = 18.342,77) manat məbləğində cərimənin, cəmisi 116.229,48 manat məbləğində pulun tutulması, 400 manat məbləğində mediasiya xərcinin və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 27 oktyabr 2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə qərara gəldiklərini və ona görə də, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək elektron qaydada təqdim etdiyi ərizəni müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin baxılmamış saxlanması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pul İddiaçınə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar