Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1810/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızı İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, 14 qutu tütün məmulatının və 3 qutu tütün məmulatının içərisində olan 47 ədəd filtirli siqaretin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9346 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 yerləşən, fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus səyyar satış obyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış 20 qutu tütün məmulatı və 2 ədəd alkoqollu içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2020-ci il tarixli VN seriyalı 000082 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı(nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2020-ci il tarixli VN seriyalı 000082 nömrəli protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 7/87 nömrəli və xx.xx.2020-ci il tarixli 6/231- 9/673 nömrəli rəylərə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 20 qutu tütün məmulatı və 2 ədəd alkoqollu içki istifadəyə yararlıdır. Həmçinin həmin rəylərə əsasən ekspert tədqiqatı zamanı 2 ədəd alkoqollu içki, 3 qutu tütün məmulatı və digər 3 qutu tütün məmulatının içərisində olan 56 ədəd filtirli siqaretdən 9 ədədi ekspert tədqiqatında istifadə edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cavabdeh məxsus (VOEN **********) ünvan 1 ünvanında yerləşən obyektin fəaliyyətinə dair operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********9346 saylı qərar qəbul edilmişdir. Həmin qərarın həyata keçirilməsinin təmin edilməsi məqsədilə operativ vergi nəzarət tədbiri keçirilərkən aksiz markaları ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların 670 manat məbləğində olan tütün məmulatı və iki ədəd alkoqollu içki aşkar edilərək vergi orqanının əməkdaşları tərəfindən “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair xx.xx.2020-ci il tarixli VN-№ 000082 nömrəli akt tərtib edilmiş və aşkar edilmiş markalanmamış mallar siyahıya alınmışdır. Siyahıya alınmış mallar Vergi Məcəlləsinin 89.13-cü və 89.14-cü maddələrinin tələblərinə əsasən vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq üçün cavabdehdən götürülmüş və bu barədə VN seriyalı 000082 saylı protokol tərtib edilərək vergi orqanlarının nümayəndələri və vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzalanmışdır. Vergi ödəyicisinin nümayəndəsi Cavabdeh idarəyə verdiyi yazılı izahatında ünvan 1 yerləşən şərab evində sahibkarlıq fəaliyyətini həyata keçirdiyini və aşkar edilmiş tütün məmulatlarının və alkoqollu içkilərin ona məxsus olduğunu təsdiq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 20 qutu tütün məmulatı və 2 ədəd alkoqollu içki istifadəyə yararlıdır. Tədqiqat zamanı 2 ədəd alkoqollu içki, 3 qutu tütün məmulatı və digər 3 qutu tütün məmulatının içərisində olan 56 ədəd filtri siqaretdən 9 ədədi ekspert tədqiqatında istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Vergi Məcəlləsinin: 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 89.13-cü maddəsinə görə aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların məcburi nişanlama ilə nişanlanmadan və ya saxta məcburi nişanlama ilə nişanlanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların miqdarı muvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formaya uyğun olan siyahısı tərtib edilir. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cavabdeh oğluna məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən aksiz markası ilə markalanmalı olan markalanmamış alış dəyəri 670 manat olan tütün məmulatı və 2 ədəd alkoqollu içki aşkar edilərək götürülmüşdür. Götürülmüş məmulatlardan 2 ədəd alkoqollu içki, 3 qutu tütün məmulatı və digər 3 qutu tütün məmulatının içərisində olan 56 ədəd filtri siqaretdən 9 ədədi ekspertiza tədqiqatında istifadə edilmişdir. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.13 və 89.14-cü maddələrində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, 14 qutu tütün məmulatı və 3 qutu tütün məmulatının içərisində olan 47 ədəd filtrli siqaret satışının qanunvericiliyinə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, 14 qutu tütün məmulatı və 3 qutu tütün məmulatının içərisində olan 47 ədəd filtrli siqaret satışının qanunvericiliyinə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1810/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1810/2021
15.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver