Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1815/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7rşı maneənin aradan qaldırılması və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: maneənin aradan qaldırılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7rşı maneənin aradan qaldırılması və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X11 (bundan sonra “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyinə şəraitin yaradılması vəzifəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunması, hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat və məhkəməyə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 230668 sənəd nömrəli, 543 nömrəli pasporta əsasən ünvan 1 ünvanında yerləşən dalan dəmir yolu xətti İddiaçı ASC-yə məxsusdur. Həmin dalan dəmir yolu xəttindən müxtəlif idarə, müəssisə və təşkilatlar iddiaçı ilə bağlanmış müqavilələr əsasında yükdaşıma əməliyyatları həyata keçirirlər. Bununla əlaqədar olaraq bildirilir ki, 1 ildən artıq müddətdir həmin dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində iddiaçı ilə razılaşdırılmadan və heç bir rəsmi xəbərdarlıq edilmədən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən asfaltlama işləri aparılmış və həmin yükdaşıma əməliyyatlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneələr yaratmaqla yanaşı, eyni zamanda yükdaşımalarla əlaqədar müxtəlif şirkətlər qarşısında üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə səbəb olmuş və nəticədə iddiaçı külli miqdarda cərimələrə məruz qalmış və maddi ziyanla üzləşmişdir. Qeyd edilir ki, yaranmış bu problemin aradan qaldırılması üçün iddiaçı tərəfin əməkdaşları tərəfindən cavabdeh təşkilatın məsul şəxsləri ilə dəfələrlə danışıqlar aparılsa da, təəssüf ki, heç bir müsbət nəticəsi olmamışdır. Bundan sonra da yaranmış problemin aradan qaldırılması və həmin yoldan iddiaçının maneəsiz istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubla müraciət olunmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ünvana daxil olmuş xx.xx.2023-cü il tarixli, 11-1/2-4326-8/2023 nömrəli müraciətə cavab məktubunda iddiaçıya bildirilmişdir ki, tərəfinizdən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissəsinin üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacaqdır. Göründüyü kimi, sözügedən məktubun iddiaçıya göndərilməsindən bir ildən artıq müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən dalan dəmir yolundan istifadəyə maneələrin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görülməmiş və məhz dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin salınması səbəbindən cəmiyyət həmin dalan dəmir yolu üzərində öz qanunla qorunan mülkiyyət hüquqlarını, o cümlədən istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Bundan əlavə, cəmiyyəti məhkəmədə təmsil etmək üçün vəkillə müqavilə bağlanılmış və 800 (səkkiz yüz) manat hüquqi xidmət haqqı ödənilmişdir. Hesab edilir ki, həmin vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Baksol yolunda aparılan əsaslı təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin, yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlinmiş, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyü də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı “X10 Xarici əlaqələr” ASC Baksol yolunda qalan dəmir yolu xəttinin üzərini açacağı yükdaşıma əməliyyatlarının istifadəsinə şərait yaradılacaqdır. Bilindiyi kimi, Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. müvafiq sahənin inkişafını təmin etmək; 2. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 3. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək.
5. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 251 nömrəli sərəncamdan müəyyən olunur ki, "xxxx" Dövlət Şirkətinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, 9 ünvanında yeləşən "xxxx" İstehsal və X6 müəssisəsinin bazasında “Azərikimya İstehsal və X6” Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır.
7. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Baksol yolunda aparılan əsaslı təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin, yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlinmiş, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyü də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacaqdır.
8. "xxxx" QSC-nin mütəxəssisi X4 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilir ki, baxış zamanı İddiaçı ASC-yə məxsus olan 1960-cı illərdə inşa edilmiş dalan dəmir yolunun 543 nömrəli pasportuna və X2 əsasən 2147 metr uzunluğunda olması, dalan dəmir yolunun "xxxx" ASC-yə məxsus olan dalan dəmir yoluna (həmin dalan dəmir yolu "xxxx" QSC-nin Keşlə stansiyasına birləşir) N-siz yoldəyişən ilə birləşdiyi, bu yoldəyişəndən başlamaqla Baksol yoluna qədər davam etməsi, Baksol yolunu kəsərək, X1 məxsus sahibkarlıq obyektinin ərazisindən keçməsi və oradan İddiaçı ASC-yə məxsus olan istehsalat ərazisinə daxil olması müəyyən edilmişdir...
9. İddiaçı tərəfindən iş materiallarına İddiaçı ASC-yə məxsus dalan dəmir yolunun 543 nömrəli pasportu və fotoşəkillər əlavə edilmişdir. İddiaçı ASC-yə məxsus dalan dəmir yolunun 543 nömrəli pasportuna əsasən dalan dəmir yolu: Bakı şəhəri, Dərnəgül 2096-cı məhəllə küçəsi, 507-də yerləşən dəmir yolu İddiaçı ASC-yə məxsusdur.
10. İddiaçı ASC tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 46 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə edilməsinə köməklik göstərilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7918 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elvin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Göstərilən ərazidən işlək olmayan dəmir yol xətti keçir. Lakin dəmir yol xəttinin bir hissəsi görünür, böyük hissəsinin ləğv olunaraq sökülməsi və ya torpağın altında olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı... Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 17.1-ci bəndinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 230668 sənəd nömrəli, 543 nömrəli pasporta əsasən ünvan 1 ünvanında yerləşən dalan dəmir yolu xətti İddiaçı ASC-yə məxsusdur. Həmin dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində iddiaçı ilə razılaşdırılmadan və heç bir rəsmi xəbərdarlıq edilmədən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən asfaltlama işləri aparılmış və yükdaşıma əməliyyatlarının həyata keçirilməsi mümkünsüz olmuş, bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaratmışdır. Həmin yoldan iddiaçının maneəsiz istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubla müraciət olunmuş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin müraciətə cavab məktubunda iddiaçıya bildirilmişdir ki, tərəfinizdən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissəsinin üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacaqdır. Cavabdeh tərəfindən dalan dəmir yolundan istifadəyə maneələrin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görülməmiş və məhz dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin salınması səbəbindən cəmiyyət həmin dalan dəmir yolu üzərində öz qanunla qorunan mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir.
15. İddia tələbini iddiçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyinə şəraitin yaradılması vəzifəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunması təşkil edir.
16. Əvvəla qeyd edilməlidir ki, qeyd olunan ünvanda yerləşən dalan dəmir yolu xətti İddiaçı ASC-yə məxsus olduğundan iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
17. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 3 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyə şəraitin yaradılması vəzifəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunmalıdır.
18. Həmin qənaətə gələrkən nəzərə alınmışdır ki, cavabdeh tərəf də iddiaçının mülkiyyət hüquqlarını mübahisələndirməmişdir. Həmin hal həm cavabdehin etirazı, həm də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ tərəfindən İddiaçı ASC-yə ünvanlanmış yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli məktubla öz təsdiqini tapır. Həmin məktubda cavabdeh təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlindiyini, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyünün də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsinin məqsədəuyğun hesab edildiyini bildirmiş və İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacağı qeyd olunmuşdur.
19. Göründüyü kimi, cavabdeh İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacağını bildirmişdir. Halbuki, mübahisəli dəmir yolu xəttinin üzərinin açmaq vəzifəsi də cavabdehin üzərinə düşür. Ona görə də cavabdehin göstərilən hissə ilə bağlı etirazı əsassız hesab olunmalıdır.
20. Eləcə də, iddiaçı hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat və məhkəməyə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
21. Məhkəmə hesab edir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X8 ağlabatan məbləğ olaraq 400 (dörd yüz) manat hüquqi yardım xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
22. Cavabdeh dövlət rüsumunu ödəməkdən azad olduğuna görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 3 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyə şəraitin yaradılması vəzifəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunsun. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X8 400 (dörd yüz) manat hüquqi yardım xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova