Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1818/2020 06.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı Ərizəçi Cavabdeh MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin hüquqi varisi olan Cavabdeh MMC-dən, “xxxxxxxxxxxxx” MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli lisenziya müqaviləsi üzrə ödəməli olduğu 3.600.000 manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216.000 manat məbləğin və iddiaçıya dəymiş 600.000 manat məbləğində zərərin tutularaq iddiaçıya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılana qədər iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə qəbul olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. MPM-in 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Ərizəçi Cavabdeh MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 652263893 saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1818/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1818/2020
06.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver