Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-182/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi x2, cavabdehin nümayəndəsi x4, müstəqil tələb sürməyən üçüncü şəxs “Nikitin” adına kolxozun nümayəndəsi x5 iştirakı ilə, “xxxxxxxxx” x1 (MMC) Cavabdeh x7 (ASC) məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə mülki işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-cu il tarixli qərardadı ilə borclu “Nikitin” adına kolxozun həbsdə olan bank hesabından pul vəsaitinin hansı əsasla qanunsuz silinməsi ilə bağlı məlumatın verlməsi “xxxxxxxxxxx” ASC-nin üzərinə qoyulması və “xxxxxxxxx” MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxxxx” ASC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərardadı ilə borclu “Nikitin” adına kolxozun həbsdə olan bank hesabından pul vəsaitinin silinməsinə dair borclunun sərəncamı barədə, “Nikitin” adına kolxozun hesabındakı pul vəsaitinə dair sərəncam vermək hüququ məhdudlaşdırıldığı halda bank əməliyyatının hansı əsasda aparılması ilə bağlı məlumatın verilməsi “xxxxxxxxxxx” ASC-nin üzərinə qoyulmasına və “xxxxxxxxx” MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxxxx” ASC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi x3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 14.09.2018-ci il tarixli qərardadı ilə “Nikitin” adına kolxozun aktiv bank hesabına həbs qoyulmuş və 2018-ci ilin oktyabr ayında borclu “Nikitin” adına kolxozun hesabından 53500 manat pul vəsaiti tutularaq “xxxxxxxxx” MMCnin hesabına keçirilmişdir. “Nikitin” adına kolxozdan qalıq borcun tutulması ilə bağlı şöbəyə edilən növbəti müraciətdən sonra icra və probasiya şöbəsi 16.08.2019-cu il tarixdə borclu “Nikitin” adına kolxozun “xxxxxxxxxxx” İsmayıllı rayon filialında yerləşən hesabına inkasso sərəncamı qoymuşdur. Lakin, qanunsuz və əsassız olaraq icra şöbəsi tərəfindən adıçəkilən bankın filialına 20.08.2019-cu il tarixdə məktub ünvanlayaraq 16.08.2019-cu il tarixdə qoyulmuş inkasso sərəncamının icra edilmədən geri qaytarılmasını xahiş etmişdir. Həmçinin 2019-cu ilin avqust ayında dövlət tərəfindən “Nikitin” adına kolxozun bank hesabına 334010 manat subsidiya köçürülmüşdür. Lakin, 23.10.2019-cu il tarixdə isə iddiaçının bank hesabına borclunun hesabından məhkəmə qərarının icrası ilə bağlı 21646.08 manat pul vəsaiti köçürülmüşdür. Məsələni aydınlaşdırdıqda isə məlum olmuşdur ki, “xxxxxxxxxxx” ASC-nin İsmayıllı rayon filialının İsmayıllı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda borclunun hesabında olan 334010 manat puldan 21689,37 manat məbləğində pul vəsaiti qalmış və icra şöbəsi bununla bağlı inkasso sərəncamı vermişdir. Qalan pul vəsaitinin bank tərəfindən hara yönəldilməsi məlum deyildir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi x8 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı 28.08.2019-cu il tarixli 962 saylı məktubla “xxxxxxxxxxx” ASC-yə müraciət edərək İsmayıllı rayon İcra və probasiya şöbəsinin 16.08.2019-cu il tarixli inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumat verilməsi ilə bağlı müracət etmiş, bankın İsmayıllı rayon filialının 30.08.2019-cu il tarixli, 233 nömrəli cavab məktubu ilə sorğu olunan məlumatın bank sirri olduğu, bu baxımdan məlumatın təqdim edilə bilməsinin mümkünsüzlüyü izah olunduğunu, eyni zamanda icra sənədinin icra vəziyyəti barədə məlumat əldə etmək üçün müvafiq icra və probasiya şöbəsinə müraciət olunması tövsiyyə olunduğu bildirilmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb sürməyən üçüncü şəxs “Nikitin” adına kolxozun nümayəndəsi x9 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.09.2018-ci il tarixli, 8(107)-120/2018 saylı qərardadı ilə tələbkar “xxxxxxxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərardadı ləğv edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2016-cı il tarixli 2-2(84)-436/2016 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə İsmayıllı rayon icra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2016-cı il tarixli, 2-2(84)-436/2016 nömrəli icra sənədi üzrə borcun təmin edilməsi məqsədilə “Nikitin” adına kolxoza məxsus “Cavabdehın” İsmayıllı rayon filialında olan aktiv bank hesabının üzərinə həbs qoyulmuşdur. - İsmayıllı rayon icra və probasiya şöbəsinin “xxxxxxxxxxx” ASC-nin İsmayıllı rayon filialına ünvanladığı 20.08.2019-cu il tarixli, 67357/17-15 saylı məktubunda İsmayıllı rayon icra və probasiya şöbəsinin 16.08.2019-cu il tarixli inkasso sərəncamını icra edilmədən geri qaytarılması xahiş edilmişdir. - “Nikitin” adına kolxozun İsmayıllı rayon icra və probasiya şöbəsinə ünvanladığı 16.09.2019-cu il tarixli məktubunda kolxozun “xxxxxxxxxxx” hesabına 15.08.2019-cu il tarixində dövlət tərəfindən 334000 manat subsidiya məbləği köçürüldüyü, həmin məbləğin kolxozda fəaliyyət göstərən işçilərin əmək haqlarının ödənilməsi və kolxozun saxlanılması üçün nəzərdə tutulduğunu və həmin məbləğin hesablarına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - “xxxxxxxxxxx” ASC-nin İsmayıllı filialının İsmayıllı rayon icra və probasiya şöbəsinə ünvanladığı 22.10.2019-cu il tarixli, 28 saylı məktubunda “Nikitin” adına kolxozun “xxxxxxxxxxx” ASC İsmayıllı rayon filialında 21689,37 manat məbləğində pul vəsaitinin olduğu qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir; - 967.2-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: - 41.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. - 41.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən üçüncü şəxsə aid olan və bank sirrini təşkil edən məlumatın verilməsini tələb etmişdir. Halbuki yuxarıda göstərilən normalarda bank sirrini təşkil edən məlumatların verilməli olduğu şəxslərin dairəsi konkret müəyyən edilmişdir. Buna görə də iddiaçının tələbi əsasında üçüncü şəxsə dair bank sirri təşkil edən məlumatın verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxx” x1 Cavabdeh x7 məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-182/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-182/2020
04.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver