Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-182/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Аçıq Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Аçıq Səhmdаr Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "xxxx" ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, təminatlılıq əsasında 100.000 manat məbləğində, 12 (on iki) ay müddətinə kredit xətti açır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 1.3-cü bəndinə əsasən kredit borcalana dövriyyə vəsaitinin artırılması və cari xərclərin ödənilməsi məqsədilə verilir. 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə Borcalan əsas borcun qalığına illik 17% (on yeddi faiz) ödəyir. 2.2-ci bəndinə əsasən borcalan, kredit xətti verildiyi tarixdən etibarən hər ayın müvafiq tarixlərində kredit qalığına hesablanmış faizləri aylıq, əsas borc üzrə ödənişləri, kredit xəttindən ilk 9 (doqquz) ay ərzində sərbəst istifadə etməklə, 10-cu aydan başlayaraq 12-ci ayadək (daxil olmaqla) bərabər hissələrlə həyata keçirir. 2.3-cü bəndinə əsasən kreditlər üzrə faizlərin hesablanması ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır. 2.6-cı bəndinə əsasən kreditlər üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 18,02% faiz təşkil edir. 3.1.8-ci bəndinə əsasən kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə gecikdirmə faizinin ödənilməsini Borcalandan vaxtından əvvəl tələb edə bilər: - Borcalan 60 (altmış) gün ərzində kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafİkinə uyğun olaraq yerinə yetirmədikdə; - Borcalan tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 3.4.1-ci bəndinə əsasən tərəflər arasında yazılı formada tərtib olunmuş və bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafıkində nəzərdə tutulmuş qaydada kredit üzrə ödənişləri kreditora ödəməlidir 3.4.4-cü bəndinə əsasən kreditor bu müqavilənin 3.1.8-ci bəndində nəzərdə tutulmuş hallarda chdəliyin icrasım vaxtından əvvəl tələb etdikdə krediti və kredit üzrə hesablanmış faizləri qaytarmalı, eyni zamanda, gecikdirmə faizini ödəməlidir; 4.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 (beş) faiz dəbbə pulu ödəməlidir. 7.5-ci bəndinə əsasən bu müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
2. "xxxx" ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 14 iyun 2022-ci il tarixli 001- KZM-336-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 (bundan sonra - “Borcalan” adlanacaq) arasında 14 iyun 2022-ci il tarixdə bağlanmış №001- KRX-336-2022 saylı müqavilə ilə əlaqədar olaraq, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” Borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası: 14 iyun 2022-ci il tarixli, №001- KRX-336-2022 saylı Müqavilədir. 2.2-ci bəndinə əsasən təmin edilən müqavilənin predmeti: “Borcalan”-a 100.000 (bir yüz min) manat məbləğində, illik istifadə faizi 17% (on yeddi faiz) olmaqla, 12 ay (on iki) müddətinə verilmiş kredit xətti. 2.3-cü bəndinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalanm Bank qarşısında 14 iyun 2022- ci il tarixli №001-KRX-336-2022 saylı və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək. 3.1-ci bəndinə əsasən Zamin, Borcalanın Bank qarşısında 14 iyun 2022-ci il tarixli, №001-KRX-336-2022 saylı Müqavilə üzrə Banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 4.2-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Bank qarşısında bu müqavilənin 3.1. bəndində göstərilən, 14 iyun 2022-ci il tarixli, №001-KRX-336-2022 saylı Müqavilə üzrə yaranan və yarana biləcək hər - hansı məbləği Bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və İddiaçı ASC-də və digər banklarda hesablarında olan vəsaitin Bank tərəfindən tutulmasına icazə verir. 5.1-ci bəndinə əsasən Bank Borcalandan 14 iyun 2022-cİ İl tarixli, №001-KRX-336- 2022 saylı Müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi Borcalan ilə birgə məsuliyyət daşıyan Zaminə qarşı irəli sürür.
3. Cavabdeh1 kredit hesabından çıxarışından görünür ki, kreditin verilmə (xx.xx.2022) və bitmə tarixləri (xx.xx.2023) ərzində Cavabdeh1 "xxxx" ASC-dən götürdüyü məbləğ 151.357 manat olmuş, 51.448 manat əsas borcdan, 7.346,01 manat faiz borcundan ödəniş edilmiş və əsas borc qalığı 99.909 manat, faiz borc qalığı 13.650,17 manat olmaqla ümumi qalıq 113.559,17 manat təşkil edir.
4. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 sonuncu dəfə xx.xx.2023-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
5. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 51.448 manat əsas borcdan, 7.346,01 manat faiz borcundan ödəniş edilmiş və xx.xx.2023-cü il tarixinə MMC-nin "xxxx" ASC-yə əsas borcu 99.909 manat, faiz borcu 13.650,17 manat, xx.xx.2023-cü il tarixdən (müqavilənin müddətinin bitmə tarixindən) xx.xx.2023-cü il tarixə ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz 1.373,75 manat olmaqla cəmi borc 114.932,92 manat təşkil edir.
6. "xxxx" ASC tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən "xxxx" ASC-yə 14 iyun 2022-ci il tarixli, №001-KRX-336- 2022 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun 5 iş gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2024-cü il tarixli, 9/943 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 99.909 manat, faiz borcu 7.117,60 manat, xx.xx.2023-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) ödənilməli əsas borcu 99.909 manat, faiz borcu 7.117,60 manat, (Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınaraq) gecikdirilmiş faiz borcu 1.401,50 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı "xxxx" ASC cavabdehlər cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 99.909 manat əsas borc, 9.620,51 manat faiz, cəmi 109.529,51 manat borcun, həmçinin mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001-KRX-336-2022 saylı kredit müqaviləsinə əsasən Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, təminatlılıq əsasında 12 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 100000 (yüz min manat) manat məbləğində kredit verilmişdir. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022ci il tarixli 001-KZM-336-2022 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 MMC Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədəkCavabdeh2 ona zamin durmuşdur. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixinə əsas borcu 99.909 manat, faiz borcu 9.620,51 manat, cəmi 109.529,51 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən "xxxx" Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 109.529,51 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Krеdit Müqаviləsinin 3.4.1ci bəndinə əsаsən borcalan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə anunitet ödənişləri kreditora ödəyir. Krеdit Müqаviləsinin 4.1-ci bəndinə əsаsən bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, tərəflərindən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhlərə göndərilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-4148 saylı pretenziya (хəbərdаrlıq) məktubları da cаvаbsız qаlmışdır. Bununlа dа cаvаbdеh, Krеdit Müqаviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirmədiyindən Krеdit Müqаviləsi üzrə yаrаnmış bоrcun məhkəmə qaydasında tələb еdilməsi zərurəti yаrаnmışdır.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 99.909 manat əsas borc, 7.117,60 manat faiz, müqavilə müddətinin bitmə tarixindən sonra əsas borc məbləğinə illik faizlə hesablanmış 4.219,14 manat, cəmi 111.245,74 manat borcun, həmçinin mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və 472.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
12.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
13.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
15. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
19. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1nə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 100.000 manat məbləğində kredit xətti açmaqla, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.
23. Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 99.909 manat, faiz borcu 7.117,60 manat, xx.xx.2023cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) ödənilməli əsas borcu 99.909 manat, faiz borcu 7.117,60 manat, (Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınaraq) gecikdirilmiş faiz borcu 1.401,50 manat məbləğində olması müəyyən edilmişdir.
24. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
25. Belə olan halda məhkəmə Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh1ndən xx.xx.2022-ci il tarixli, 001-KRX-336- 2022 saylı kredit müqaviləsi üzrə 99.909 manat məbləğində əsas və 7.117,60 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
26. Mübahisəli kredit müqavilə üzrə kreditin verilmə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
27. Göründüyü kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır.
28. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ekspert rəyində xx.xx.2023-cü il tarixdən (müqavilənin bitmə tarixindən) xx.xx.2023-cü il tarixədək (maliyyə arayışında borcun hesablandığı tarixədək) Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmaqla banka maliyyə arayışında göstərilən tarixə olan faiz borcunun təxminən 3 ay üçün 1.401,50 manat məbləğində olması müəyyən edilmişdir.
29. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizəsində xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsi üzrə 99.909 manat əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 4.219,14 manat məbləğində faizin tutulması tələbini irəli sürmüşdür.
30. Hazırkı işdə məhkəmə Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas borcu kreditin verilməsi müddəti bitdiyi tarixdən - xx.xx.2023-cü il tarixdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarixədək – xx.xx.2024-cü il tarixədək olan müddət üçün 309 gün müddətinə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, həmin müddət üçün tutulmalı olan faiz formasında zərər 4229 manat (99909 manatx5%/365 gün*309 gün) təşkil edir. Odur ki, iddiaçı "xxxx" ASC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsi üzrə təxminən 9 ay üçün 4.219,14 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.
31. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən (müqavilənin bitmə tarixindən) təxminən 9 ay üçün AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 4.219,14 manat məbləğində faiz borcu Cavabdeh1ndən bankın xeyrinə tutulmalıdır.
32. Bununla yanaşı iş materiallarından görünür ki, "xxxx" ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi "xxxx" ASC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında 14 iyun 2022-ci il tarixli 001-KZM-336-2022 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 oğlu kredit alan Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
33. Məhkəmə zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, "xxxx" ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.
34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir.
35. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 401,24 manat təşkil edir.
36. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
37. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
38. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
39. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada, tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
40. Dövlət rüsumunun kəsiri olaraq 1,24 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 001-KRX-336-2022 saylı kredit müqaviləsi üzrə 99.909 manat əsas borc, 7.117,60 manat faiz, müqavilə müddətinin bitmə tarixindən sonra əsas borc məbləğinə illik 5 faizlə hesablanmış 4.219,14 manat, cəmi 111.245,74 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Dövlət rüsumunun kəsiri olaraq 1,24 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva