Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1828/2020 22.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəi X4 iştirakı ilə, İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxxxxx” MMC) cavabdehlər Cavabdeh1 və “xxxxxxxxx” Mənzil Tikinti Kooperativinə (“xxxxxxxxx” MTK) qarşı Bakı şəhəri, Şuraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 51,4 kv.m olan bir otaqlı 251 nömrəli mənzilin (bundan sonra 251 nömrəli mənzil) təmirinə xərclənmiş 23700 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və “xxxxxxxxx” MTK- dan müştərək qaydada alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-3030/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Şuraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 51,4 kv.m olan bir otaqlı 251 nömrəli mənzilinə dair cavabdeh «xxxxxxxxxx» MMC ilə cavabdeh X8 arasında xx xxxxxx 2016-cı ildə bağlanmış müqavilə etibarsız hesab edilmiş, 251 nömrəli mənzilin boşaldılması və cavabdeh X5 həmin mənzildən çıxarılması, 251 nömrəli mənzilin Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 nömrəli iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsinin icrası məqsədilə “xxxxxxxxx” MTK-ya təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi, qətnamənin bu hissədə icrası, yəni mənzilin “xxxxxxxxx” MTK-ya təhvil verilməsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi qət edilmişdir. Həmin qətnamə icra edilmiş, X8 mübahisəli mənzildən çıxarılmış, Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülmüşdür. Məhz Cavabdeh1 mübahisəli mənzilə köçürülməsi ilə «xxxxxxxxxx» MMC-nin Cavabdeh1 və “xxxxxxxxx” MTK-dan həmin mənzilin təmirinə xərclənmiş pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, «xxxxxxxxxx» MMC ilə X8 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən 251 nömrəli mənzil X1. Lakin mənzili X2 sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh “xxxxxxxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən həmin mənzil 15420 manata Cavabdeh1 satılmışdır. Belə ki, xxxxxxxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən mübahisəli mənzil Cavabdeh1 təmirsiz verilmiş, həmin mənzilin yalnız otaqlarının divarları mayak üsulu ilə suvanmış halda olmuş, hamam-tualet isə ümumiyyətlə suvanmamışdır. Həmin mənzilin yalnız pəncərə və qapıları olmuşdur. Yəni mənzilin hələ təmiri üçün 25-000-30000 manat pul vəsaiti də lazım olduğuna görə həmin mənzil təmirsiz vəziyyətdə, yaşayış üçün yararsız halda 15420 manata Cavabdeh1 satılmışdır. Beləliklə də, Cavabdeh1 həmin mənzili aldıqdan və həmin mənzilin təmiri üçün 25000-30000 manat pul xərlədikdən sonra o, həmin mənzildə yaşaya bilərdi. Lakin İddiaçı MMC həmin mənzili öz mənzili kimi təmir etmiş, həmin mənzilin bütün yaşayış şəraitini yaratmış, döşəməsini, tavanını quraşdırmış, elektrik və santexnik xətlərini çəkdirmiş, isitmə, havalandırma və işıqlandırma sistemini quraşdırmış, divarlarına oboy çəkdirmiş, hamam və tualetin divarlarını suvamış, tavanını quraşdırmış, döşəməsini metlaxla döşəmiş, divarlarına kafel vurmuş, bir sözlə mənzili bütün avadanlıqlarla təchiz etmiş, yaşayış üçün tam yararlı vəziyyətə gətirmişdir. Bütün bunlara - təmir-tikinti materialarına, həmin materialların daşınmasına, quraşdırılmasına, usta xərcinə 23700 manat pul vəsaiti iddiaçı tərəfindən xərclənmişdir. Sonradan “xxxxxxx” MMC ilə X8 arasında bağlanmış müqavilə etibarsız hesab edildiyinə görə müqaviləyə əsasən aldığı pul vəsaitini X6 qaytarmış və Fuad Qəmbərov mənzildən çıxaraq mənzili Cavabdeh1 təhvil vermişdir. Yəni Cavabdeh1 təmirli mənzilə köçərək mənzilin təmirindən yararlanmışdır. Mənzil X3 nə “xxxxxxx” MMC, nə də X5 mənzilin başqa şəxsə satılmasını, mənzilin mülkiyyətçisinin Cavabdeh1 olduğunu bilməmişdir, ona görə də ona görə də həmin mənzilə münasibətdə vicdanlı sahib kimi davranmışdır. Belə olduqda isə “xxxxxxx” MMC-nin Cavabdeh1 məxsus mənzilin təmirinə çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ yaranmışdır. Bütün bunlarda cavabdeh “xxxxxxxxx” MTK-nın da təqsiri olduğuna görə mənzilin təmirinə görə xərclənmiş 23700 manat pul vəsaiti Cavabdeh1 və “xxxxxxxxx” MTK-dan müştərək qaydada tutularaq “xxxxxxx” MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi, həmçinin bildirdi ki, mübahisəli mənzilin pulu təmiri ilə birlikdə onlara tam şəkildə (təxminən 1000 manat çıxmaqla) X8 tərəfindən ödənilmişdir. X8 yeni mənzillə təmin edildikdən sonra iddiaçı onun mənzilini təmir etmək üçün xərc çəkmişdir. Ona görə də təmir xərclərinin cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 3030/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxxxxxxx” MTK-nın cavabdehlər X8, İddiaçı MMC və üçüncü şəxs Cavabdeh1 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin edilməsi; mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh1 cavabdehlər “xxxxxxxxx” MTK, İddiaçı MMC və X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının qismən təmin edilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 51,4 kv.m olan bir otaqlı 251 nömrəli mənzilə dair cavabdeh İddiaçı MMC ilə cavabdeh X8 arasında xx xxxxxx 2016-cı ildə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 251 nömrəli mənzilin boşaldılması və cavabdeh X5 həmin mənzildən çıxarılması; 251 nömrəli mənzilin Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin icrası məqsədilə “xxxxxxxxx” MTK-ya təhvil verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi; qətnamənin bu hissədə icrası, yəni mənzilin “xxxxxxxxx” MTK-ya təhvil verilməsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsinin eyni vaxtda həyata keçirilməsi; mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh1 cavabdehlər “xxxxxxxxx” MTK-ya, İddiaçı MMC-yə və X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının qalan hissədə rədd olunması qət edilmişdir. -xx.xx.2019-cu il tarixli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 51,4 kv.m olan bir otaqlı 251 nömrəli mənzilə dair Suraxanı rayon icra və probasiya söbəsinin icra məmurları , habelə tələbkar və borclunun nümayəndələrinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, qeyd olunan mənzildə borcluya aid əşyalar siyahıya alınmaqla mənzilin boşaldılmasına dair hərəkətlər həyata keçirilmiş, borclu siyahıya alınmış ona məxsus olan əşyaları könüllü götürəcəyinə dair yazılı razılıq vermişdir. - “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş, xx.xx.2019-cu il tarixli, 8/19 nömrəli maliyyə arayışından görünür ki, X8 tərəfindən mübahisəli mənzilin ümumi dəyəri olan 56000 manat məbləğ iddiaçıya tam ödənilmiş və onun iddiaçıya borcu yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin yuxarıda qeyd olunmuş məhkəmə qətnamələri ilə müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-523/2013 nömrəli xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 04 ha sahəsində inşa edilmiş 4 girişli, 16 mərtəbəli yaşayış binasının 5.000 kv.m sahəsi «xxxxxxxxx» MTK tərəfindən İddiaçı MMC-yə naturada təhvil verilməsi qət edilmiş, həmin qətnaməyə əsasən icra vərəqəsi verilmiş və icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru akt tərtib etməklə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin bir sıra sahələrini, o cümlədən hazırkı iş üzrə mübahisələndirilən 251 nömrəli mənzili İddiaçı MMC-yə təhvil vermiş, lakin bununla bağlı icra məmurunun hərəkətləri sonradan məhkəmə qaydasında qanunsuz hesab edilmişdir. İddiaçı MMC-nin 251 nömrəli mənzilə münasibətdə sərəncam hüququ mövcud olmamış, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 287/2015 nömrəli xx xxxx 2015-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4524/2015 nömrəli xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-773/2016 nömrəli xx xxxx 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 mübahisəli mənzilə münasibətdə hüquqları faktik olaraq tanınmışdır. İddiaçı MMC ilə X8 arasındakı xx xxxxxx 2016-cı il tarixli müqavilə isə bu məhkəmə aktları qəbul edildikdən sonra, həmçinin İddiaçı MMC-nin mübahisəli daşınmaz əmlaka münasibətdə sərəncam hüququ olmadan bağlanmışdır. Suraxanı rayon İcra şöbəsinin icra məmurunun tərtib etdiyi xx xxxxxx 2015-ci il tarixli aktın (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13m nömrəli yaşayış binasının ümumi sahəsi 4.202,2 kv.m təşkil edən 53 mənzili (o cümlədən binanın hazırkı iş üzrə mübahisələndirilən, 251 nömrəli mənzili), ticarət mərkəzinə aid olan və 397,8 kv.m təşkil edən sahə, həmçinin dayanacaq sahəsinə aid olan və 400 kv.m təşkil edən sahə İddiaçı MMCyə təhvil verilməsi ilə bağlı) məzmunundan görünür ki, təhvil-təslim zamanı iştirak etmiş «xxxxxxxx» MTK-nın nümayəndəsi müvafiq sahələrin təhvil verilməsinə etiraz etmiş və bildirmişdir ki, bu sahələr artıq pay haqqını ödəmiş şəxslərin (kooperativ üzvlərinin) mülkiyyətinə ayrılıb. Həmin aktı tərtib etmiş icra məmurunun hərəkətləri ilə bağlı məhkəməyə müraciət olunmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1207/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən 13m nömrəli yaşayış binasının mənzillərinin İddiaçı MMC-yə təhvil verilməsinə dair xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2016-cı il tarixli aktların təsdiqlənməsi ilə bağlı icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2118/2016 nömrəli iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1207/2016 nömrəli iş üzrə xx xxxx 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-423/2017 nömrəli iş üzrə xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2118/2016 nömrəli iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qərarı da dəyişdirilmədən saxlanılmışdır. 251 nömrəli mənzil İddiaçı MMC-nin sərəncamına verilmiş sayılmamış və həmin mənzilə dair cavabdeh İddiaçı MMC ilə cavabdeh X8 arasında xx xxxxxx 2016-cı ildə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli 51/16 nömrəli maliyyə arayışında X5 İddiaçı MMC-yə mənzilə görə 28.000 manat məbləğində ödəniş etdiyi göstərilir. xx xxxxxx 2016-cı il tarixli hər iki tərəfin imzaladığı “Ödənişlərin ardıcıllığının razılaşdırılması protokolu”nda isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 51,4 kv.m olan 251 nömrəli mənzilinə dair X5 İddiaçı MMC-yə olan 15.000 manat borcunun hər ayın 22-də ən azı 500 manat ödənilməsi şərtilə 36 ay müddətinə razılaşdırılması qeyd olunur. İddia tələbi mübahisəli mənzilin təmirinə xərclənmiş 23700 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasından ibarətdir. İddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 157.7, 1091 və 1092-ci maddələrinə istinad etmişdir. MM-nin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilin təmirinə xərclənmiş 23700 manat pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iş üzrə həm vicdanlı sahib statusuna malik olması, həm də “məhrum olan” statusunda olması, Cavabdeh1 varlanmış şəxs olaraq əldə etdiklərinin nədən ibarət olması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-3030/2018 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2016cı il tarixli 51/16 nömrəli maliyyə arayışında X5 İddiaçı MMC-yə mənzilə görə 28.000 manat məbləğində ödəniş etdiyi göstərilmiş, həmin tarixli, hər iki tərəfin imzaladığı “Ödənişlərin ardıcıllığının razılaşdırılması protokolu”nda isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13m nömrəli evin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 51,4 kv.m olan 251 nömrəli mənzilinə dair X5 İddiaçı MMC-yə olan 15.000 manat borcunun hər ayın 22-də ən azı 500 manat ödənilməsi şərtilə 36 ay müddətinə razılaşdırılması qeyd olunmuşdur. İddiaçı tərəfindən tərtib olunmuş, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X8 tərəfindən mübahisəli mənzilin ümumi dəyəri olan 56000 manat məbləğ iddiaçıya tam ödənilmiş və onun iddiaçıya borcu yoxdur. İddiaçı tərəfindən məhkəməyə 23000 manat məbləğində təmir xərcinin çəkilməsi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsassız sayaraq belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1828/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1828/2020
22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver