Məhkəmə qərarları › İş №e-2-2(113)-183/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-183/2020

12.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-183/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə və Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "Cavabdeh2"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxAzərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh2"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə” qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.401.332,98 manat məbləğində əsassız varlanma məbləği cavabdehlər Cavabdeh2 QSC-dən və SOCAR-dan müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit təşkilatı (bundan sonra – “Cavabdeh”) kredit üzrə borc tələbinin əmlaka yönəldilməsi, əmlakın onun mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı barədə İddiaçı MMC-yə (bundan sonra – “İddiaçı”) qarşı xx.xx.2016-cı il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin Cavabdeh2 QSC-nə borcu cəmi 494.919.738,04 manat təşkiletmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli № 2-2(81)-701/2016 saylı Qətnaməsi (xx.xx.2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir) ilə kredit borcun İddiaçı MMC-yə məxsus Bakış., Salyan şossesi 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksinə və Bakı ş., Salyan şossesinin 25-ci km-də yerləşən qeyriyaşayış binasına (Metanol Zavodu) yönəldilməsi və həmin əmlaklar üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun ləğv olunması və Cavabdeh2 QSC-nin mülkiyyət hüququnun tanınması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsniin xx.xx.2016-cı il tarixli № 2-2(81)-701/2016 saylı Qətnaməsinə əsasən İddiaçı MMC-yə məxsus Bakı ş., Salyan şossesi 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksinin və Bakı ş., Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasının kredit borcunun əvəzinə Cavabdeh2 QSC-yə verilməsi beynəlxalq qiymətləndirici “Deloyt və Tuş MDB” şirkətinin xx.xx.2016-cı il tarixli qiymətləndirmə rəyi nəzərə alınmaqla həyata keçirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsniin xx.xx.2016-cı il tarixli № 2-2(81)-701/2016 saylı Qərardadı ilə Metanol Zavodunun cəmi qiymətimanat ifadəsi ilə 847.184.000,0 manat müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsniin xx.xx.2016cı il tarixli № 2-2(81)-701/2016 saylı Qətnaməsi icrası qaydasında Əmlaklar kredit borcunun əvəzi olaraq xx.xx.2016-cı il tarixdə müvafiq akt üzrə Cavabdeh2 QSC-yə təhvil verilmişdir. Lakin, təhviltəslim prosesində Metanol zavodunun qapalı anbarında və ərazisində İddiaçı MMC-yə məxsus cəmi 19.401.332,98 manat dəyərində olan mal-materiallar qalmışdır. Həmin mal-materiallar və onların dəyərləri İddiaçı MMC-nin Əsas (Qapalı) və Sahə (Açıq) və Kimya anbarlarında xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə keçirilmiş inventarizasiyanın nəticələri üzrə imzalanmış müvafiq aktda əks edilmişdir. Həmin mal-materiallar “Deloyt və Tuş MDB” şirkətinin sözü gedən qiymətləndirilmə rəyinə daxil edilməmişdir və İddiaçı MMC-nin mülkiyyətində qalmaqdadır. Bu səbəbdən onların Cavabdeh2 QSC və dolayısı ilə “xxxxxxxxxxxxxx” MMC tərəfindən mənimsənilməsi tamamilə qanunsuzdur. Belə ki, Metanol Zavodunun anbarında və ərazisində qalmış İddiaçı MMC-yə məxsus cəmi 19.401.332,98 manat dəyərində mal-materialların “Deloyt və Tuş MDB” şirkətinin xx.xx.2016-cı il tarixli qiymətləndirmə rəyinə daxil edilmədiyi “Deloyt və Tuş MDB” şirkəti tərəfindən İddiaçı MMC-nin təsisçisi N.Piriyevə göndərdiyi xx.xx.2016-cı il tarixli elektron məktub və eləcə də Cavabdeh2 QSC-nin Sədr Müavini cənab C.Kərimova göndərmiş olduğu xx.xx.2019-cu il tarixli № Z-2019-243 saylıməktubu ilə təsdiqlənir. Metanol zavodunun mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı olaraq məhkəmə qərarı çıxdıqdan dərhal sonra İddiaçı MMC-yə SOCAR-ın nümayəndəsi olan Elnur Mustafayev baş direktor vəzifəsinə gətirildi. Elnur Mustafayev həm Metanol zavodunu təhvil verən İddiaçı MMC-nin baş direktoru, həm də SOCAR-ın nümayəndəsi kimi Metanol zavodunu təhvil alan SOCAR “xxxxxxxx” MMC-nin direktoru oldu. Elnur Mustafayev maraqlı tərəf olduğu üçün birbaşa SOCAR-ın maraqlarını müdafiə etdi. Həmin mal-materiallara dair Cavabdeh2 QSC-yə və SOCAR-a çoxsaylı müraciətləri və görüşləri nəticəsiz qalıb. Hətta SOCAR-ın onların xx.xx.2018-ci il tarixli məktubuna xx.xx.2018ci il tarixli, SOCAR**********30490075X00550 nömrəli cavab məktubunda etiraf olunur ki, aktivlərin alınmasına dair SOCAR ilə Cavabdeh2 QSC arasında bağlanmış müqavilə və təhvilqəbul aktında qeyd olunan mal-materiallar öz əksini tapmışdır və eyni zamanda əlavə edilmiş təhvil-təslim aktının müşayətedici sənədlərində də təhvil verilmiş mal-materiallar öz əksini tapmışdır. Odur ki, qeyd olunan mal-materiallar əsas vəsaitlərlə birgə SOCAR-a təhvil verilmişdir. Zavodun mülkiyyət hüququnun əldə olunması məqsədilə Cavabdeh2 QSC tərəfindən dəvət olunmuş Dövlət rüsumunun ödənilməsi haqqında məlumat “Deloyt və Tuş MDB” şirkətinin apardığı qiymətləndirmədə yalnız əsas vəsaitlər üzrə qiymətləndirmə göstərilmişdir, anbarda olan mal-materialların Elnur Mustafayev tərəfindən verilməsi isə tamamilə qanun pozuntusudur. Beləliklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli № 2-2(81)-701/2016 saylı Qətnaməsinin icrası qaydasında xx.xx.2016-cı il tarixdə Cavabdeh2 QSC-yə təhvil verilmiş Metanol Zavodu əmlak kompleksinin ərazisində (anbarında) İddiaçının mülkiyyəti olan cəmi 19.401.332,98 manat dəyərində mal-material qalmışdır. İddiçının nümayəndəsi tərəfindən ərizə ilə müraciət edərək 19.401.332,98 manat əsassız varlanma məbləği Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən alınaraq İddiaçı MMC-nin Cavabdeh2 QSC-yə olan cəmi 14715315,28 manat borcun ödənilməsinə yönəlməsi , yerdə qalan 4686017.7 manat cavabdehlərdən alınaraq İddiaçı MMC-yə ödənilməsii xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, Azərbaycan Beynəlxalq Bankının dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında müvafiq qərarlara əsasən Cavabdeh2 QSC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bir neçə müqavilə bağlanılmışdır. Həmin müqavilələri onlar yazılı olaraq öz etiraz ərizələrinə əlavə etmişlər. Cavabdeh2 QSC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən satılan əmlaka İddiaçı MMC ilə Cavabdeh2 QSC arasında təhvil təslim aktı ilə verilmiş əmlak da daxil edilmişdir. Beləliklə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Cavabdeh2 QSC arasında alqı-satqı müqaviləsi bağlanılarkən əmlak içindəki ləvazimatlarla birlikdə satın alınmış və əmlak yeni mülkiyyətçiyə ötürülmüşdür. İddiaçı MMC tərəfindən əsas vəsaitlər və hal-hazırda iddia olunan mal materiallar Cavabdeh2 QSC-yə təhvil verilmiş sonuncu isə əmlakları təhvil aldıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə satmışdır. Beləliklə, sözü gedən əsassız varlanma iddiası tamamən əsassızdır. Mübahisələndirilən əmlakların dəyəri əvvəlcədən qiymətləndirilmiş onların dəyəri ədalətli şəkildə ödənilmiş və yeni mülkiyyətçiyə keçmişdir. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin əmlakların qanuni mülkiyyətçisidir. İddiaçının nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 QSC-nin nümayəndəsi məhkəmə iclasında iddianın 19.401.332,98 manat məbləğində vəsaitin Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən alınaraq İddiaçı MMC-nin Cavabdeh2 QSC-yə olan cəmi 14715315,28 manat borcun ödənilməsinə yönəlməsi hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 QSC BOKT (Satıcı) ilə Azərbaycan Dövlət Neft Şirkəti (Alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 80 nömrəli Alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqaviləylə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km, 24 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisəni (bundan sonra - "Əmlak) Alıcıya satır və Alıcı bu Əmlakı satın alır və Əmlakın Müqavilədə nəzərdə tutulan qaydada qiymətini ödəyir. Müqavilə üzrə əmlakın ümumi dəyəri 673.526.119,40 manat təşkil edir. Cavabdeh2 QSC BOKT (Satıcı) ilə Azərbaycan Dövlət Neft Şirkəti (Alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 81 nömrəli Alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqaviləylə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin küçəsi, 25-ci km-də yerləşən qeyri-yaşayış sahəsini (bundan sonra - "Əmlak”) Alıcıya satır və Alıcı bu Əmlakı satın alır və Əmlakın Müqavilədə nəzərdə tutulan qaydada qiymətini ödəyir. Müqavilə üzrə əmlakın ümumi dəyəri 1.397.615,70 manat təşkil edir. Cavabdeh2 QSC BOKT (Satıcı) ilə Azərbaycan Dövlət Neft Şirkəti (Alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 82 nömrəli Alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqaviləylə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi küçəsi, 22-ci km, 22 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisəni (bundan sonra - "Əmlak) Alıcıya satır və Alıcı bu Əmlakı satın alır və Əmlakın Müqavilədə nəzərdə tutulan qaydada qiymətini ödəyir. Müqavilə üzrə əmlakın ümumi dəyəri 113.741.300,00 manat təşkil edir. Cavabdeh2 QSC BOKT (Satıcı) ilə Azərbaycan Dövlət Neft Şirkəti (Alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 83 nömrəli Daşınar əmlakların Alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqaviləyə əlavə edilmiş Qoşma 1-də göstərilən daşınar əmlakları Alıcıya satır və Alıcı bu Müqavilədə nəzərdə tutulan qiymətini ödəyir və Əmlakı təhvil alır. Müqavilə üzrə əmlakın ümumi dəyəri 20.211.673,20 manat təşkil edir. Cavabdeh2 QSC BOKT (Satıcı) ilə Azərbaycan Dövlət Neft Şirkəti (Alıcı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 84 nömrəli Daşınar əmlakların Alqı-satqı müqaviləsinə əsasən Satıcı bu Müqaviləyə əlavə edilmiş Qoşma 1-də göstərilən daşınar əmlakları Alıcıya satır və Alıcı bu Müqavilədə nəzərdə tutulan qiymətini ödəyir və Əmlakı təhvil alır. Müqavilə üzrə əmlakın ümumi dəyəri 1.335.291,70 manat təşkil edir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)-701/2016 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 494.919.738,04 (dörd yüz doxsan dörd milyon doqquz yüz on doqquz min yeddi yüz otuz səkkiz manat dörd qəpik) manat borcu İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksinə və Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlaklar üzərində İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququ ləğv edilməsi və Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququ tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə Cavabdeh2 QSC-nin həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə əlaqədar hərəkətlərin edilməsi öhdəliyi qoyulması, Cavabdeh2 QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçındən tularaq Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxpani” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 332.600.851,05 (üç yüz otuz iki milyon altı yüz min səkkiz yüz əlli bir manat beş qəpik) manat borcu “xxxxxxxxxxxxxxxxxxxxxxpani” QSC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak üzərində “xxxxxxxxxxxxxxxxxxxxxxpani” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ ləğv edilməsi və Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququ tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə Cavabdeh2 QSC-nin həmin əmlak kompleksinin yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə əlaqədar hərəkətlərin edilməsi öhdəliyi qoyulması, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxpani” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 22-ci km, 22 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin “Делойт и Туш СНГ” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2016-cı il tarixli rəyi ilə qiymətləndirilmiş 73.000.000 (yetmiş üç milyon) ABŞ Dolları - 113.741.300 (yüz on üç milyon yeddi yüz qırx bir min üç yüz) manat məbləğində dəyəri çıxıldıqdan sonra qalan 218.859.551,05 (iki yüz on səkkiz milyon səkkiz yüz əlli doqquz min beş yüz əlli bir manat beş qəpik) manat məbləğ İddiaçı MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Salyan Şossesi, 22-ci km, 24 ünvanında yerləşən əmlak kompleksi və Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 25-ci km-də yerləşən qeyri-yaşayış binasının “Делойт и Туш СНГ” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2016-cı il tarixli rəyi ilə qiymətləndirilmiş 447.000.000 (dörd yüz qırx yeddi milyon) ABŞ Dolları - 696.470.700 (altı yüz doxsan altı milyon dörd yüz yetmiş min yeddi yüz) manat məbləğində dəyərindən həmin müəssisənin Cavabdeh2 QSC-yə olan 494.919.738,04 manat məbləğində borcu çıxıldıqdan sonra artıq qalan (201.550.961,96 (iki yüz bir milyon beş yüz əlli min doqquz yüz altmış bir manat doxsan altı qəpik) manat) hissəsinə və “xxxxxxxxxxxxxxxxxxxxxxpani” Qapalı Səhmdar Cəmiyyətinin digər əmlaklarına, o cümlədən debitor borclarına yönəldilərək həmin əmlaklar və vəsaitlər hesabına tutularaq Cavabdeh2 QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, Cavabdeh2 QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi “xxxxxxxxxxxxxxxxxxxxxxpani” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, Qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2-2(81)-701/2016 nömrəli qərardadına əsasən qərara alınmışdır ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-2(81)-701/2016 saylı qətnaməsi aşağıdakı kimi başa düşülsün: Qətnamənin icra edilməyə başladığı gün, yəni xx xxxxxxxx 2016-cı il tarixə mövcud olmuş ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi ilə, yəni 1 ABŞ dolları = 1,6292 AZN rəhbər tutulmaqla icra hərəkətləri edilsin, Qətnamədə “Делойт и Туш СНГ” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxx 2016-cı ilə tarixli rəyində göstərilən 520 milyon ABŞ dolları qətnamənin icrası üçün 847.184.000 AZN (1,6292 x 520000000) kimi qəbul edilsin, Qətnamədə qeyd edilmiş məbləğlərin müvafiq məzənnə ilə qəbul edilməsi zamanı borclular “xxxxxxxxxxxxxxxxxxxxxx MMC və “xxxxxxxxxxxxxxxxxxxxxxpani” QSC-nin xeyrinə yaranan 19.663.410,91 manat qalıq məbləğ, cavabdehlərin iddiaçıya 22.874.264,95 manat məbləğində faiz borcu ilə əvəzləşdirilsin. Cavabdehlərin iddiaçıya qalan 3.210.854,04 manat məbləğində borcu cavabdehlərin digər əmlaklarına və debitor borclarına yönəldilsin. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-2(81)-443/2017 nömrəli qətnaməsinə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx MMCdən “Caspian Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəlikləri üzrə 7.113.352,88 (əsas borc 5.228.574,63 manat, faiz borcu 1.884.778,25 manat) manat və “Froil" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəlikləri üzrə cəmi 4.391.108,36 (4.366.595,18 əsas borc, 24.513,18 faiz borcu) manat kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu "Cavabdeh2” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx MMC-dən xx xxx 2014-cü il tarixli, T-14/136-5 nömrəli xidməti müqavilə üzrə görülmüş işlərə görə ödənilməmiş 20650 manat debitor borc iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat institutunun (AZDƏMTTETİ) xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM-in 386.1-ci maddəsi). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehlərə münasibətdə mövcud olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı "Cavabdeh2"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxAzərbaycan Respublikası Dövlət Neft Şirkətinə 19.401.332,98 manat məbləğində əsassız varlanma məbləği cavabdehlər Cavabdeh2 QSC-dən və SOCAR-dan müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi əssasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməli və iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar