Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1832/2020 03.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı “Mehmanxana-Şərq” açıq səhmdar cəmiyyətinin cavabdehlər “Nur” İstehsalat Kommersiya məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2nəvə Cavabdeh1nə qarşıBakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyətinə əsassız müdaxilənin aradan qaldırılması və yeni abonent kodunun verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyətinə əsassız müdaxilənin aradan qaldırılması və yeni abonent kodunun verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, cavabdeh qismində üç şəxs olduğu halda, iddia ərizəsinin cavabdehə catdırılmasına dair sübut kimi iki sənəd əlavə olunmuşdur. Həmin sənədlərdə isə iddia ərizəsini qəbul etmiş şəxslərin kim olması və hansı cavabdehi təmsil etməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, həmin sənədlər iddia ərizəsinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən sənəd kimi qəbul edilə biməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Mehmanxana-Şərq” açıq səhmdar cəmiyyətinin cavabdehlər “Nur” İstehsalat Kommersiya məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2nə və Cavabdeh1nə qarşı Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyətinə əsassız müdaxilənin aradan qaldırılması və yeni abonent kodunun verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1832/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1832/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver