Məhkəmə qərarları › İş №e-2-2(113)-184/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-184/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-184/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Azru Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış xx xxxx 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ******* AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış 383.657,75 AZN faiz borcu, 179.690,84 AZN müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 70832,88 AZN borc olmaqla, cəmi 3134181,47 AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81 )-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 110 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 9 % dərəcəsi ilə 2 500 000 (iki milyon beş yüz min) AZN məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 12.1 və 12.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh MMC kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh MMC -nin xx.xx.2016-ci il tarixli 110 nömrəli Kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 2.500.000 AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış 383.657,75 AZN faiz borcu, 179.690,84 AZN müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 70.832,88 AZN borc olmaqla, cəmi 3.134.181,47 AZN məbləğində borcu yaranmışdır. İddiaçı tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verilərək Cavabdeh MMC-dən xx xxxx 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ******* AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış 383.657,75 AZN faiz borcu, 179.690,84 AZN müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 AZN borc olmaqla, cəmi 3158486,87 AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsindən görünür ki, Bundan sonra «Borc verən» adlanan, Əsasnamə əsasında fəaliyyət göstərən İddiaçı ASC-ti Sahil filialının müdiri vəzifəsini icra edən X5 şəxsində bir tərəfdən bir tərəfdən və bundan sonra «Borc alan» adlanan Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X4 (Ş/V AZE JV»08877901, xx.xx.2011-ci il tarixində Yasamal RPİ tərəfindən verilib) şəxsində digər tərəfdən «14» iyun 2016-cı il tarixində Bakı şəhərində bu Müqaviləni bağlamışlar. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti milli valyuta ilə ifadə edilən pul vahididir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən borcverən xaricdə turizmin inkişafı (otellerin bron edilməsi) məqsədi ilə Borcalana 2 500 000 (iki milyon beş yüz min) AZN məbləğində kreditin verməsini öhdəsinə götürür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanaçaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti xx xxxx 2019-cu il tarixində 17-00 saatda bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 21-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kredit xətti üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 9.0 %-lə hesablanır. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən kredit xətti üzrə faizlərin ödənişi hər ayının 14-ü, əsas borcun ödənişi isə 6 (altı) ay güzəşt müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixinə qədər tam şəkildə Borcalan tərəfindən müqaviləyə əsasən Borcverənə ödənilir. Həmin Müqavilənin 6.2.1-ci bəndinə əsasən borc bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə uyğun olaraq adi qaydada ödənilir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş hesablarında əks etdirilir. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən borc verənə hüquq verilir ki, Borc alanın sərəncamı olmadan, ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun, bu Müqavilənin 10-cu bəndinə müvafiq olaraq hesablanan dəbbə pulunun və vurulmuş zərərin məbləğini Borc alanın hesablaşma hesablarında akseptsiz qaydada silsin (debetə yazsın). Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcək. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0.03% miqdarından Borc verənə dəbbə pulu ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********040 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 383657,75 manat faiz borcunun, 179690,84 manat cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 70832,88 AZN borc olmaqla, cəmi 3134181,47 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********254 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, müqavilə müddətinin sonunda hesablanmış 383657,75 manat faiz borcunun, 179690,84 manat cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 AZN borc olmaqla, cəmi 3158486,87 manat borcu vardır. xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx xxx 2018-ci il tarixli, **********683 saylı pretenziya məktubundan görünür ki, xx xxxx 2016-cı il tarixli, 110 saylı saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətində LPO İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016cı il tarixli Qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4355 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə müqavilənin bitdiyi xx xxxx 2019-cu il tarixə olan cəmi borcu ******* manat (əsas borc ******* manat, faiz borcu 661875 manat) məbləğində, xx xxxxxx 2020-ci il tarixə olan cəmi borcu isə ******* manat (əsas borc ******* manat, faiz borcu 917500 manat) məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə ******* AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış 383.657,75 AZN faiz borcu, 179.690,84 AZN müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 AZN borc olmaqla, cəmi 3158486,87 AZN faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış kredit müqavilələri üzrə münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci və “Banklar haqqında” Qanunun 36.6-cı maddələri ilə nizama salınır. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4355 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, həmin rəydə qeyd edilən əsas borc məbləğləri cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən verilən ödəniş sənədləri də bunu təsdiq edir. Məhkəmə iddia tələbinin faizin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbində xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə üzrə ******* AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış 383.657,75 AZN faiz borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4355 saylı ekspert rəyi ilə xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə müqavilənin bitdiyi xx xxxx 2019-cu il tarixə olan cəmi borcu ******* manat (əsas borc ******* manat, faiz borcu 661875 manat) məbləğində, xx xxxxxx 2020-ci il tarixə olan cəmi borcu isə ******* manat (əsas borc ******* manat, faiz borcu 917500 manat) məbləğində müəyyən edildiyindən. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə cavabdeh tələb edilən məbləğ tam təmin edilməlidir. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olmaqla hesablanmış 95138,28 AZN faiz tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməli, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənillməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 95138,28 AZN məbləğində faiz Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin xx xxxx 2016-cı il tarixli, 110 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 179.690,84 AZN cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 179.690,84 AZN məbləği hissəsində təmin edilməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, 200 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən xx xxxx 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ******* AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış 383.657,75 AZN faiz borcu, 179.690,84 AZN müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 AZN borc olmaqla, cəmi 3158486,87 AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən xx xxxx 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ******* (iki milyon beş yüz min) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 383.657,75 (üç yüz səksən üç min altı yüz əlli yeddi manat yetmiş beş qəpik) manat faiz borcu, 179.690,84 (yüz yetmiş doqquz min altı yüz doxsan manat səksən dörd qəpik) manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 (doxsan beş min yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, cəmi 3158486,87 (üç milyon yüz əlli səkkiz min dörd yüz səksən altı manat səksən yeddi qəpik) mamat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar