Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-184/2024 23.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,zaminlik müqaviləsi, rüsum) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 139.452.59 manat krеdit bоrcu, 9.640.71 manat faiz bоrcu və 3.848.88 manat cərimə olmaqla, ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5ndən və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 (yüz əlli min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 MMC krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 MMC götürdüyü krеdit bоrcundan 10.547.41 manat ödəmiş, onun 139.452.59 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 138 gün üçün hesablanmış faiz borcu 9.640.71 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 138 gün üçün hеsablanmış cərimə 3.848.88 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 X1 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 056L**********89 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2nə 120 ay müddətinə 1 milyon manat məbləğində krеdit хətti açılmışdır.
10. Bundan sonra, uzunmüddətli kredit müqaviləsi əsasında "xxxx" QSC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 999R********** saylı kredit razılaşması imzalanmış, həmin razılaşma əsasında Cavabdeh2nə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 (yüz əlli min) manat məbləğində krеdit verilmişdir.
11. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə bankla cavabdеh Cavabdeh5 X1 arasında xx.xx.2022-ci il tarixli, 999S**********02 nömrəli, Cavabdeh1 ilə 999S**********03 nömrəli, Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixli, 056S**********02 nömrəli, Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli, 056S**********03 nömrəli zaminlik müqavilələri imzalanmışdır.
12. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi bağlamış, müqavilə əsasında Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzil İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
16. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
18. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən 999R********** saylı müqavilə üzrə cavabdehlərin xx.xx.2022-ci il tarixinə əsas borcu 139.452,59 manat, faiz borcu üzrə 9.640,71 manat, cərimə borcu üzrə 3.848,88 manat olmaqla, cəmi 152.942,18 manat borcu vardır.
20. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdеh Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh2 əsas və faiz borcları üzrə borc qalığının nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9867 nömrəli rəyinə əsasən Cavabdeh2 banka xx.xx.2023-cü il tarixə əsas borc üzrə 144.827 manat, faiz borcu üzrə 13.002,25 manat borcu vardır.
22. Göründüyü kimi, ekspertin müəyyən etdiyi əsas və faiz borcu üzrə məbləğlər iddiaçının tələb etdiyi borc məbləğlərindən daha çoxdur.
23. Ona görə də, məhkəmə hesab edir ki, əsas borc üzrə 139.452,59 manat, faiz bоrcu üzrə 9.640,71 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 3.848,88 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
27. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir
28. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 999M**********01 saylı ipotеka müqaviləsindən görünür ki, ipoteka predmetini Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzil təşkil edir.
29. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 101.600 manat müəyyən edilir.
30. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü müddətinə gecikdirdikdə və ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.
31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-184/2024 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
32. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 122.5 m ümumi sahədən ibarət 172 saylı mənzilin likvid dəyəri 160.000 manat, bazar dəyəri 175.000 manat müəyyən edilmişdir.
33. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 160.000 manat müəyyən edilməlidir.
34. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma lkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.
35. Məhkəmə həmçinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.
36. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənmişdir.
37. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 410 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
38. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
39. İş materiallarında olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərci 200 manat təşkil edir. Ona görə də, 200 manat məbləğində pul Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin hesabına ödənməlidir.
41. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 999R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada əsas borc üzrə 139.452 (bir yüz otuz doqquz min dörd yüz əlli iki) manat, 50 (əlli) qəpik, faiz bоrcu üzrə 9.640 (doqquz min altı yüz qırx) manat, 71 (yetmiş bir) qəpik cərimə borcu üzrə 3.848 (üç min səkkiz yüz qırx səkkiz) manat, 88 (səksən səkkiz) qəpik olmaqla, cəmi 152.942 (bir yüz əlli iki min doqquz yüz qırx iki) manat, 09 (doqquz) qəpik məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma lkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 443 (dörd yüz qırx üç) manat məbləğində pul Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilsin. İpoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov