Məhkəmə qərarları › İş №e-2-2(113)-1843/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1843/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1843/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Vəlieva Nigar Rauf qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər MASTER CASA MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, 1820micAHM/22 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 8883.28 AZN, faiz üzrə 727.11 AZN, cərimə üzrə 865.88 AZN, cəmi 10476.27 AZN və dövlət rüsumu kimi ödənilmiş 121.44 AZN məbləğində pulun tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnam çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək icraatın təzələnərək iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 121,44 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar