Məhkəmə qərarları › İş №e-2-2(113)-1845/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1845/2020

10.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1845/2020 10.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 941,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizənin qəbul etməkdən imtina olunmalıdır. Belə ki, həm iş üzrə materiallardan, həm “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdeh haqqında məlumatlardan, həm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmin internet səhifəsindən cavabdehin vergi ödəyicisi kimi qeydə alınmasını təsdiq edən hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan başqa hazırki mübahisə üzrə tərəflər arasında xx.xx.2017-ci il tarixində bağlanmış 2017-ci il mövsümü üzrə xam-pambığının alqı-satqısına dair müqaviləsi üzrə müqavilənin predmeti xam-pambığının istehsalı və alqı-satqısı olduğu halda, cavabdehin öhdəlikləri üzrə xam-pambığın istehsalı üçün əkin sahəsinin cavabdehin istifadəsində olmasına, xam-pambığın yığılmasının və tədarükünün təlimata uyğun aparılmasına, əkin torpağının aqro-texniki tədbirlərin aparılmasından başlayaraq pambığın yığılmasına qədər bütün lazımi tədbirlərin görülməsinə dair öhdəliklər qeyd olunsa da, cavabdehin sahibkarlıq fəaliyyətinin olmasına dair hər hansı bir müddəa qeyd olunmamışdır. Hazırki iş üzrə mübahisə predmeti olan alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər cavabdehin fərdi sahibkarlıq fəaliyyətinin həyata keçiriliməsi ilə əlaqədar olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirməsi və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olması halı mövcud olmadığına görə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Qeyd olunan Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırki iddia ərizəsində qeyd edilənləri və iddiaçının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqəsi müəyyən olunmadığından və mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmadığından, hazırki işə kommersiya mübahisəsi kimi Bakı Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda isə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 941,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, o, hazırki mübahisə ilə əlaqədar ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yerin rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 941,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yerin rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar