Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1847/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 və Tunjaı Akhverdievə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) X2 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, iddiaçı "Unibank” X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1, Cavabdeh3 və Tunjaı Akhverdievə qarşı kreditin, kredit fazilərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “X1” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3 və Tunjaı Akhverdievdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 7556.71 AZN, faiz üzrə 475.61 AZN, cərimə üzrə 133.08 AZN, cəmi 8165.40 AZN və dövlət rüsumu kimi ödənilmiş 102.96 AZN məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı kredit müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 26% ödəmək şərtilə, 6000 (altı min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh3, Cavabdeh1 və AKHVERDİEV TUNJAİ arasında xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Cavabdeh2 MMC və zaminlər müqiavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh2 MMC xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən kredit borcu üzrə 7556.71 AZN, faiz üzrə 475.61 AZN, cərimə üzrə 133.08 AZN, cəmi 8165.40 AZN məbləğində banka borcu vardır İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 MMC-yə və Tunjaı Akhverdievə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh3 məhkəməyə etirz təqdim edərək bildirmişlər ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər: Cavabdeh3, Cavabdeh1 və Akhverdiev Tunjai və Cavabdeh2 MMC-yə kredit müqaviləsi üzrə 7556,71 AZN, faiz üzrə 475,61 AZN, cərimə üzrə 133.08 AZN və dövlət rüsumuna görə 102.96 AZN məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbini onkara (zaminlərə) qarşı hissədə qəbul etmirlər, çünki zaminlərə qarşı irəli sürülən tələb əsassız və qanunsuzdur. Bildirilir ki, iddia ərizəsində göstərilən məlumatlar həqiqəti əks etmir. Beləki, iddia ərizəsində göstərilib ki, kredit müqaviləsinə əsəsən borcluya 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 6000 AZN məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilən iddiaçının Pretenziya məktubunda göstərilmişdir ki, kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında bağlanılmış Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 3079mic ANM/23 saylı Kredit Müqaviləsinə əsasən 18 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə zaminlər arasında xx.xx.2023-cü ıl tarixli 3079mic ANM/23 saylı Zaminlik Müqaviləsi bağlanılmışdır. Borcluya 10000 manat kredit verən iddiaçı Bank zaminlərin maddi vəziyyətini araşdırmadan zamin kimi qəbul etmişdir, halbuki onların hər ikisinin həmin dövrdə digər banklar qarşısında ödənilməmiş öhdəlikləri (kreditləri) olmuşdur. Bundan əlavə qeyd edirlər ki, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinin şərtlərinə əsasən kredit borclu “HƏMİDOĞLU-2023 MMC-yə 18 ay müddətinə verilmişdir. Beləliklə, kredit borcunun ödənişinin son tarixi 15 may 2025-ci ildir. Lakin iddiaçı kredit müqaviləsi üzrə müddət sona çatmamış zaminlərə qarşı məhkəməyə müraciət edərək əsassız olaraq tələb irəli sürmüşdür. Halbuki kommersiya fəlaiyyəti ilə məşğul olan, gəlir mənbəyi və sahibi olan MMCdən kredit borcunun tutulması həm qanuni, həm də ədalətli olardı. Bundan əlavə hazırki tələbi irəli sürən Bank ilk növbədə borclunun əmlak vəziyyətini araşdırmamış, gələcəkdə çıxarılan qətnamənin təminatı olaraq borclu MMC-nin əmlakının üzərinə həbs qoyulması ilə bağlı müvafiq hərəkətlər etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin mənasına görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı andan hesablanmalıdır. Yuxarıda göstərilən Zaminlik Müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 15 may 2025-ci ildir. Eyni məzmunlu tələb uzrə mövcud olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-900/2024 saylı Qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsiçi müddətlərdir. Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında şərh olunmuşdur ki, iddia müddəti dayandırıla, kəsilə və müəyyən hallarda bərpa bərpa edilə bilsə də, kəsiçi müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstgərilən qərarı etiraza əlavə etməkdə məqsəd hazırkı işlər üzrə vahid məhkəmə təcrübəsinin yaradılmasının məhkəmənin üzərinə bir vəzifə kimi qoyulmasını məhkəmənin diqqətinə çatdırmaqdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı "xxxx" ASC-nin iddia tələbinin Cavabdeh1 və Cavabdeh3 olan hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3079micAHM/23-EM saylı əsas kredit müqaviləsinə əsasən Borcverən Borcalana 300.000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2033-cü il tarixədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlamaqla kredit verir və ona bank hesabı (cari ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan Əlavə Kredit Müqaviləsi ilə tənzimlənir. "xxxx" Kommersiya Bankı ASC (Borc verən) və Cavabdeh2 MMC (Borc alan) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 3079micAHM/23 saylı Əlavə Kredit Müqaviləsinə əsasən “Borcverən” “Borcalan”a 18 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 24 faiz ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 10.000 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Kredit ödənişinin aylıq məbləği və aylıq müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Kreditin və kreditdən istifadəyə görə faizlərin Borcalan tərəfindən Borcverənə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş cədvəli ilə və ya əlavə kredit müqavilələrində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin ödəniş cədvəli Əlavə Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Müqavilənin 4.3-cü bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdikdə Borcverən bu müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə uçot dərəcəsi hesablanır. "xxxx" Kommersiya Bankı” ASC (Kreditor) və Cavabdeh1, Cavabdeh3 və Tunjaı Akhverdiev (Zamin) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun xx.xx.2023-cü il tarixli, 3079micAHM/23-EM saylı Əsas kredit və X3 və onun çərçivəsində bağlanacaq Əsas Kredit Müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Borclu ilə birgə tam məsuliyyət daşımağı öhdəsinə götürür. Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3079micAHM/23-EM saylı Əsas Kredit və X3 çərçivəsində Borcverən Borcalana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2033-cü il tarixədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borclu Kreditor qarşısında Kredit Müqavilələrinin tam və lazımi icrası üçün məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə əsasən Zamin Borclunun Kredit Müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulmsı üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli iddiaçı "xxxx" Kommersiya Bankı” ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 MMC-nin 7546,71 manat məbləğində əsas, 475,61 manat məbləğində faiz və 133,08 manat məbləğində cərimə, cəmi 8165,40 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə kimi tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 10.000 manat olan illik faiz dərəcəsi 24 % olmaqla 18 ay müddətinə verilmiş kreditə görə Cavabdeh2 MMC 15 dekabr 2023-cü il tarixdən 15 may 2025-ci il tarixinə qədər hər ayın 15-i olmaqla 668 manat, sonuncu ay 647 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Kommersiya Bankı” ASC 102,10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Kommersiya Bankı” ASC və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 24 faiz olmaqla, 18 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün "xxxx" Kommersiya Bankı” ASC və Cavabdeh3, Cavabdeh1 və AKHVERDİEV TUNJAİ arasında xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı Zaminlik Müqaviləsi bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 7556.71 AZN əsas borc, 475.61 AZN manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 7556.71 AZN əsas borc, 475.61 AZN məbləğində faiz borcu, tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 133,08 manat məbləğində cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 133,08 manat məbləğində dəbbə pulu tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 102,96 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli, 3079micAHM/23 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 7556.71 AZN, faiz üzrə 475.61 AZN, cərimə üzrə 133.08 AZN, cəmi 8165.40 AZN və dövlət rüsumu kimi ödənilmiş 102.96 AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3 və Tunjaı Akhverdievdən müştərək qaydada tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2-2(113)-1847/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1847/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver