Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-185/2022 22.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh3 nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9492,45 manat əsas borc, 387,15 manat faiz borcu, 3284,24 manat cərimə borcu olmaqla, cəmi 13163,84 manat məbləğində borcun K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120138,70 manat əsas borc, 28025,84 manat faiz borcu, 7554,99 manat cərimə borcu olmaqla, cəmi 155719,53 manat, K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 248000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-yə olan K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 149 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 14.04.2015-ci il tarixli PB/GTC-073/2015 saylı bank xidmətlərinin göstərilməsinə dair “X5” müqaviləsi bağlanmış, sonradan tərəflər arasında 21.06.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona 25.01.2019-cu il tarixli 01 nömrəli əlavə imzalanmışdır. Daha sonra GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 12.06.2018-ci il tarixli K2607 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 12.06.2020-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 31%, gündəlik 0.086111%) olmaqla, 100.000 manat məbləğində tranşlarla krеdit verilmişdir. Bununla yanaşı GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 21.07.2020-ci il tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana K3313 saylı və K3809 saylı öhdəliklərin bağlanması məqsədilə 21.07.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125.000 (yüz iyirmi beş min) manat məbləğində birdəfəlik krеdit verilmişdir. 12.06.2018-ci il tarixli, GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə 12 iyun 2018-ci il tarixli İ2357 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 21.06.2018-ci il tarixli RX1312702 saylı dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış 12.06.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş 25.06.2019-cu il tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli 17.07.2019- cu il tarixli əlavə imzalanmış, ipoteka müqaviləsinə edilmiş 17.07.2019-cu il tarixli 01 nömrəli əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 01.08.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa 12.06.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında 12.06.2018-ci il tarixli, Z2615 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə 25.06.2019-cu il tarixli 01 nömrəli əlavə bağlanmışdır. Lakin müştəri K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 259 gün, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 252 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi Vəkil1 iddianı Cavabdeh3 münasibətdə qəbul etməyərək, izahatında, müstəqil əmtəəşünaslıq rəyinə əsasən ipoteka predmetinin bazar dəyərinin 620000 manat məbləğində müəyyən edildiyini, məhkəmənin təyin etdiyi ekspert tərəfindən ipoteka predmetinin likvid qiymətinin 248000 manat, bazar dəyərinin isə 292000 manat məbləğində qiymətləndirilməsi isə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 izahatında Cavabdeh2 münasibətdə qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iddia işinə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən 12.06.2020ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 31%, gündəlik 0.086111%) olmaqla, 100.000 manat məbləğində kredit vermişdir. 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən 21.07.2022ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125 000 manat məbləğində birdəfəlik krеdit verilmişdir. 12 iyun 2018-ci il tarixli İ2357 nömrəli ipoteka müqaviləsindən görünür ki, 12.06.2018-ci il tarixli, GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 21 iyun 2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında razılığa əsasən 270000 manat göstərilmişdir. 17.07.2019- cu il tarixli İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, 12.06.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş 25.06.2019-cu il tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 01 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 12 iyun 2018-ci il tarixli Z2615 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 12.06.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 25 iyun 2019-ci il tarixli Z2615 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 12.06.2018-ci il tarixli kredit limiti müqaviləsi və ona əlavə edilmiş 25.06.2019-cu il tarixli 01 saylı əlavə üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6657 nömrəli 04 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 12 iyun 2018-ci il tarixli K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı 01.06.2021-ci il tarixə əsas borc 9492,45 manat, faiz borcu isə 387,15 manat, 21.07.2020-ci il tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışnda borcun hesablandığı 01.06.2021-ci il tarixə İddiaçı ASC-yə əsas borc 120138,70 manat, faiz borcu isə 15828,45 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 9/21 nömrəli 16 noyabr 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin bazar dəyəri 292000 manat, likvid dəyəri 248000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 manatdır. Cavabdeh1 MMC-nin 06.03.2018-ci il tarixli 12.06.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş 25.06.2019-cu il tarixli 01 saylı əlavə üzrə İddiaçı ASC-yə 10.01.2022-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu isə 387,15 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120138,70 manat, faiz borcu isə 28025,84 manat təşkil edir. İddiaçı ASC-nin 06.11.2021-ci il tarixli ********* nömrəli, ********** qeydiyyat kodlu Azərbaycan Respublikası Mərkəzi Bankının–X3 ödənilmiş mədaxil qəbzindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. 30 iyun 2021-ci il tarixli **********31 nömrəli DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə göndərdiyi məktubdan göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 465.2 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “İpoteka haqqında” Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə K2607 və K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı, bununla yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması, eyni zamanda ipoteka predmetin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsi kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC və Cavabdeh2 birgə tutulması hissəsində iddiaçının tələbləri əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120,40 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 335,46 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin likvid qiymətinin 248000 manat, bazar dəyəri isə 292000 manat məbləğində müəyyən edildiyini, Cavabdeh3 nümayəndəsi Vəkil1 müstəqil əmtəəşünaslıq rəyinə əsasən ipoteka predmetinin bazar dəyərinin 620000 manat məbləğində müəyyən edildiyini bildirdiyini nəzərə alan məhkəmə hesab edir ki, gələcəkdə tərəflərin ipoteka predmetinin likvid qiyməti ilə bağlı mübahisənin qarşısının alınması məqsədi ilə ipoteka predmetinin likvid satış qiyməti tərəflərin ipoteka müqaviləsində razılaşdığı kimi 270000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 93,85%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 93,85%-i, yəni 139,83 manatı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 93,85%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 12,30 manatı "xxxx" ASC-dən, 187,70 manatı isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat məbləğində xərcin 15,37 manatı "xxxx" ASC-dən, 234,63 manatı isə Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu 387,15 manat və cərimə 120,40 manat cəmi 10000 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə əsas borc 120138,70 manat, faiz borcu 28025,84 manat və cərimə 335,46 manat cəmi 148500 manat ümumilikdə 158500 manat məbləğində pul, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139,83 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma Cavabdeh3 məxsus ilkin satış qiyməti 270000 manat məbləğində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutulmalıdır. Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində xərcin 12,30 manatı "xxxx" ASC-dən, 187,70 manatı isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat məbləğində xərcin 15,37 manatı "xxxx" ASC-dən, 234,63 manatı isə Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu 387,15 manat və cərimə 120,40 manat cəmi 10000 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə əsas borc 120138,70 manat, faiz borcu 28025,84 manat və cərimə 335,46 manat cəmi 148500 manat ümumilikdə 158500 manat məbləğində borc, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139,83 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh3 məxsus ilkin satış qiyməti 270000 manat məbləğində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilsin, əmlak açıq hərracda satılsın və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutulsun. Mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 12,30 manatı "xxxx" ASC-dən, 187,70 manatı isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat məbləğində xərcin 15,37 manatı "xxxx" ASC-dən, 234,63 manatı isə Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-185/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-185/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver