Məhkəmə qərarları › İş №e-2-2(113)-1851/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1851/2020

08.07.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1851/2020 08.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsininhakimi Əliyev Emin Zöhraboğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs “X1 Ve Ticaret” Anonim Şirkəti) qarşı təsisçilikdən çıxmış hesab edilməsi,nizamnamənin və təsis sənədlərində aparılmış dəyişikliyin qeydə alınmasının həvalə edilməsi, əmlakın naturada ayrılaraq mülkiyyətə qaytarılması, borcun və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinəbaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı“Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin“X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxmış hesab edilməsi və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni redaksiyada Nizamnaməsinin və təsis sənədlərində aparılmış dəyişikliyin qeydə alınması İqtisad Nazirliyinin Dövlət Vergi Xidmətinə həvalə edilməsi, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilmiş Qazax rayonu Xanlıqlar kəndində yerləşən əmlak kompleksi naturada ayrılaraq iddiaçı “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə qaytarılması, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən istehsala başladığı gündən əldə etdiyi gəlirin 30% hissəsi olan 600 000 manat alınaraq “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 300 000 manat maddi zərər cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 4 iddia tələblərdən biri (“X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni redaksiyada Nizamnaməsinin və təsis sənədlərində aparılmış dəyişikliyin qeydə alınması İqtisad Nazirliyinin Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olduğundan həmin tələbə inzibati məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi (biri Bakı İnzibati Məhkəməsinə aiddir) iddia ərizəsində birləşdirmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs “X1 Ve Ticaret” Anonim Şirkəti) qarşı təsisçilikdən çıxmış hesab edilməsi,nizamnamənin və təsis sənədlərində aparılmış dəyişikliyin qeydə alınmasının həvalə edilməsi, əmlakın naturada ayrılaraq mülkiyyətə qaytarılması, borcun və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “Carçıoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, kommersiya mübahisəsi ilə bağlı tələblə yenidən məhkəməyə müraciət edə bilər. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin cavabdehə göndərilməsini təsdiq edən sübut deyil, cavabdeh tərəfindən həmin ərizəni almasını təsdiq edən sənəd əlavə edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar