Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1854/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13022,5 manat əsas borc, 7464,06 manat faiz borcu və 26,62 manat cərimə borcu olmaqla cəmi 20513,18 manat borcun, 151,54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsinə əsasənCavabdeh3 İddiaçı ASC-nin “4 saylı” filialından 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən Müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən Müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır 2024-cü ilin sentyabrın 25-dək Cavabdeh3 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13022.5 manat əsas borc, 7464.06 manat faiz borcu və 106.46 manat cərimə borcu olmaqla cəmi 20593.02 manat borcu vardır. Cavabdeh3 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 106.46 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 26.62 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbi ilə qismən razı olduğunu, hazırkı iş üzrə yekun qərar qəbul edilən zaman eskpert rəyinin, həmin rəydə ödənişlərin nəzərə alındığı tarixdən sonra etdiyi ümumilikdə 4800 manat vəsaitin ödənilməsinin nəzərə alınmasını xahiş etdi.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin:
8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11- MZ2-1-0-440-20 nömrəli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir.
14. xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit razılaşmasına xx.xx.2020-ci il tarixli, 1 saylı əlavə ilə kredit müqaviləsi üzrə ödənişlərin tarixləri, əsas və fazi məbləğləri müəyyənləşdirilmişdir.
15. xx.xx.2020-ci il tarixli əlavə saziş 1 ilə xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit razılaşmasına dəyişiklik edilmişdir.
16. xx.xx.2020-ci il tarixli əlavə sazişlər ilə xx.xx.2023-cü il tarixli, 11-MZ2-1-0-440-20 saylı zaminlik müqavilələrinə dəyişikliklər edilmişdir.
17. İddiaçı (kreditor), Cavabdeh1 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-MZ2-1-0-440-20 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440- 20 nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
18. İddiaçı (kreditor), Cavabdeh2 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-MZ2-1-0-440-20 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
19. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 13022,5 manat, faiz borcu 7464,06 manat, cərimə borcu 106,46 manat, cəmi borc 20593,02 manat təşkil edir.
20. İddiaçı tərəfindən təqdim olunmuş 1401-********** nömrəli məxaric qəbzinə görə 6399 manat məbləğində kredit cavabdeh tərəfindən əldə edilmişdir.
21. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına görə 23500 manat məbləğində kredit Cavabdeh3 təqdim edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1821 saylı ekspert rəyinin nəticə hissəsinə görə iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarışlar və İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit verilməsinə dair müqavilənin və əlavə saziş müqavilələrinin qeyd edilmiş şərtlərinə əsasən ayrılmış kredit vəsaiti üzrə Cavabdeh3 İddiaçı QSC-nə olan borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borc üzrə 10561,35 manat, faiz borcu üzrə 11,73 manat, borcalan tərəfindən xx.xx.2024-cü il tarixdən rəy verilən tarixədək 1616,0 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər nəzərə alındıqda Cavabdeh3 Banka olan əsas borcu 8957,08 manat, faiz borcu 0,0 manat, xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin çatdırıldığı tarixə) əsas borcu 9280,89 manat, faiz borcu 139,21 manat müəyyən olunmuşdur.
23. Məhkəmə cavabdehin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
27. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
28. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
31. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmiş, xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0- 440-20 nömrəli kredit razılaşmasına xx.xx.2020-ci il tarixli, 1 saylı əlavə ilə kredit müqaviləsi üzrə ödənişlərin tarixləri, əsas və fazi məbləğləri müəyyənləşdirilmiş, xx.xx.2020-ci il tarixli əlavə saziş 1 ilə xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit razılaşmasına dəyişiklik edilmiş, daha sonra xx.xx.2020-ci il tarixli əlavə sazişlər ilə xx.xx.2023-cü il tarixli, 11-MZ2-1-0-440-20 saylı zaminlik müqavilələrinə dəyişikliklər edilmiş, iddiaçı (kreditor), Cavabdeh1 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-MZ2-1-0-440-20 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440- 20 nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. İddiaçı (kreditor), Cavabdeh2 (zamin) və Cavabdeh3 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-MZ2-1-0-440-20 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2020-ci il tarixli, 11-MZ2-1-0-440-20 nömrəli kredit razılaşması üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh3 krеdit müqaviləsinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) yaranmış kredit borcu məbləğləri birgə qaydada tutulmalı, cavabdehlərdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
33. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdən (maliyyə arayışında göstərilən tarix) rəy verilən tarixə qədər iddiaçıya 1616 manat vəsait ödənilmiş, həmin ödənişlər nəzərə alınmaqla Cavabdeh3 iddiaçıya olan əsas borcu 8957,08 manat, faiz borcu 0,0 manat müəyyən edilir.
34. Bununla yanaşı, Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışa əsasən borcalan tərəfindən banka hazırkı müqavilə üzrə rəydə nəzərə alınmış sonuncu xx.xx.2024-cü il tarixli ödənişdən sonra, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixə qədər ümumilikdə 4800 manat (xx.xx.2024-cü ildə 800 manat, xx.xx.2025-ci ildə 800 manat, xx.xx.2025-ci ildə 800 manat, xx.xx.2025-ci ildə 800 manat, xx.xx.2025-ci ildə 800 manat, xx.xx.2025-ci ildə 800 manat olmaqla) da vəsait ödənilmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən 4157,08 manat əsas borc (8957,08 manat – 4800 manat) tutularaq iddiaçıya ödənilməli, faiz borcunun tutulması hissəsində iddia təmin edilməməlidir.
33. Həmçinin materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 26,62 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 4157,08 manat əsas borc, 26,62 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 61,84 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 89,70 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
39. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə (müştərək) qaydada 4157,08 manat əsas borc, 26,62 manat dəbbə pulu, 61,84 manat dövlət rüsumu, ümumilikdə 4245,54 (dörd min iki yüz qırx beş manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 89,70 (səksən doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova