Məhkəmə qərarları › İş №e-2-2(113)-1857/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1857/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1857/2020 10.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 iştirakları ilə, ilkin iddia üzrə cavabdeh Borclu4 nümayəndələri X4 və X2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı İddiaçı ASC-nin ilkin iddia üzrə cavabdehlər Borclu1, Borclu2, Borclu3 MMC-yə, Borclu4nə qarşı müqavilənin və razılaşmaların ləğv edilməsi və borcun tutulması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı öhdəliyin icra edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Borclu1, Borclu2, Borclu3 MMC-yə, Borclu4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 19032- 4808/702697/KL saylı kredit limiti müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış xx xxxx 2019-cu il tarixli Razılaşmanın, xx xxxx 2019- cu il tarixli Razılaşmanın, xx xxxx 2019-cu il tarixli Razılaşmanın, xx xxxxx 2019-cu il tarixli Razılaşmanın və xx xxx 2019-cu il tarixli Razılaşmanın ləğv edilməsi; cavabdehlər Borclu2, Borclu1, Borclu4ndən və “xxxx” MMCdən müştərək qaydada xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11.180,85 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində faiz borcu, 79,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12093,63 manat məbləğində borcun, xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11.437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12.376,62 manat məbləğində borcun, xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11.179,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12.098,49 manat məbləğində borcun, xx xxxxx 2019-cu il tarixli Razılaşma üzrə 19.736,04 manat məbləğində əsas kredit borcu, 1.477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21.343,64 manat məbləğində borcun və xx xxx 2019-cu il tarixli Razılaşma üzrə 26.266,35 manat məbləğində əsas kredit borcu, 2.305,19 manat məbləğində faiz borcu, 220,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28.792,45 manat məbləğində (ümumilikdə-cəmi 86.704,83 manat) pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əsasən cavabdeh Borclu2 120 ay müddətində illik 30%-dən çox olmamaq şərti ilə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Borclu1 ilə 19032-4808/304318 Z saylı xx xxxx 2019-cu il tarixli, Borclu4 ilə 19032-4808/702812 Z saylı xx xxxx 2019-cu il tarixli və Borclu3 MMC ilə 19032-4808/702802 Z saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqavilələri üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı ASC tərəfindən cavabdeh Borclu2 xx xxxx 2019-cu il tarixli 19032- 4808/702697/KL saylı kredit limiti müqaviləsinə bağlanmış; 1) xx xxxx 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 15.000 manat məbləğində, 2) xx xxxx 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 15.000 manat məbləğində, 3) xx xxxx 2019-cu il tarixli Razılaşmayaəsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 15.000 manat məbləğində, 4) xx xxxxx 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 25.000 manat məbləğində və 5) xx xxx 2019-cu il tarixli Razılaşmaya əsasən isə 24 ay müddətinə illik 18% dərəcəsi ilə 30.000 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh Borclu2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Borclu1, Borclu4nə və Borclu3 MMC-nə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh Borclu2 xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 1) xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11.180,85 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 79,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12.093,63 manat məbləğində, 2) xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11.437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12.376,62 manat məbləğində, 3) xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11.179,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla,cəmi 12.098,49 manat məbləğində, 4) xx xxxxx 2019-cu il tarixli Razılaşma üzrə 19.736,04 manat məbləğində əsas kredit borcu, 1.477,85 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21.343,64 manat məbləğində və 5) xx xxx 2019-cu il tarixli Razılaşma üzrə 26.266,35 manat məbləğində əsas kredit borcu, 2.305,19 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 220,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28.792,45 manat məbləğində borcu qalmaqdadır. Eyni zamanda iddiaçı xx.xx.2020-ci il tarixdə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu2 məxsus «Lexus minik» (buraxılış ili; 2004, rəngi; qara, mühərrik; 0078865, ban; JTJHA**********96) markalı **-MS-*** dövlət qeydiyyat nişanlı, «Lexus LX570 minik» (buraxılış ili; 2013, rəngi; ağ, mühərrik ******* ban; JTJHY00W004114618) markalı **-RT-*** dövlət qeydiyyat nişanlı və «Toyota Mikroavtobus» (buraxılış ili; 1991, rəngi; bənövşəyi, mühərrik; EH8060, şassi; 0003462) markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və mikroavtobusun, digər cavabdeh Borclu1 məxsus «Brilliance H530 minik» (buraxılış ili; 2013, rəngi; qara, mühərrik; 4A92SGS8942, ban; LSYYBBDB5DC050188) markalı **-HH-*** dövlət qeydiyyat nişanlı, «Opel Astra minik» (buraxılış ili; 2003, rəngi; qara, ban; W0L0TGF**********) markalı **-DV-*** dövlət qeydiyyat nişanlı və «Brilliant H530 minik» (buraxılış ili; 2013, rəngi; qara göy metal, mühərrik; 4A92S*GS7594, ban; LSYYBBDB8DC051304) markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, həmin avtomobillərin və mikroavtobusun həm cavabdeh, həm də digər şəxslər tərəfindən istismarının qadağan olunması və məcburi saxlanılmaqla DİN BDYPİnin cərimə meydançasına yerləşdirilməsi haqqında qərardad çıxarılmasını və qərardadın dərhal icrasını Azərbaycan Respublikası DİN DYPİ-nə və müvafiq icra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdeh Borclu2 məxsus «Lexus minik» (buraxılış ili; 2004, rəngi; qara, mühərrik; 0078865, ban; JTJHA**********96) markalı **-MS-*** dövlət qeydiyyat nişanlı, «Lexus LX570 minik» (buraxılış ili; 2013, rəngi; ağ, mühərrik ******* ban; JTJHY00W004114618) markalı **-RT-*** dövlət qeydiyyat nişanlı və «Toyota Mikroavtobus» (buraxılış ili; 1991, rəngi; bənövşəyi, mühərrik; EH8060, şassi; 0003462) markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillərə və mikroavtobusa, cavabdeh Borclu1 məxsus «Brilliance H530 minik» (buraxılış ili; 2013, rəngi; qara, mühərrik; 4A92SGS8942, ban; LSYYBBDB5DC050188) markalı **-HH-*** dövlət qeydiyyat nişanlı, «Opel Astra minik» (buraxılış ili; 2003, rəngi; qara, ban; W0L0TGF**********) markalı **- DV-*** dövlət qeydiyyat nişanlı və «Brilliant H530 minik» (buraxılış ili; 2013, rəngi; qara göy metal, mühərrik; 4A92S*GS7594, ban; LSYYBBDB8DC051304) markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə iddianı təmin etmə tədbiri tətbiq edilmişdir. Göstərilən iddianı təmin etmə tədbiri iddia tələbi həcmində - yəni 86.704,83 manat həcmində tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehlər Borclu2 və Borclu1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1857/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1857/2020 saylı qərardadı ləğv edilmiş, İddiaçı ASC tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barərə ərizə rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Borclu2 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddia tələbinin rədd edilməsi, cavabdeh tərəfindən öhdəliyin icra edilməsi, əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 150.000 manat məbləğində vəsait tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin fevral ayında kredit götürmək üçün cavabdeh banka müraciət etmiş və Şəki şəhərində hotel və restoran kompleksinin başa çatdırılması üçün cəmi 200.000-300.000 manat məbləğində vəsait lazım olduğunu bildirmişdir. Bank əməkdaşları ona məxsus bütün evlərə, Bakı şəhərində “xxxx" Aqro Şirkətinə, Şəki şəhərində isə "Borclu3" MMC-yə baxış keçirmiş və girov kimi Badamdar qəs., 2-ci Yaşayış Massivi, ev 212 ünvanda yerləşən fərdi yaşayış evini seçmişlər. Qeyd edir ki, həmin evin real bazar qiyməti bir neçə makler tərəfindən 1.200.000 manat məbləğində qiymətləndirmişdir. Bank nümayəndəsi bildirmişdir ki, ev bank tərəfindən 600.000 manata qiymətləndirmişdir və o, evi satmadığını, sadəcə girov qoyduğunu düşünərək razılaşmışdır. Şifahi razılığa gəldikən sonra tələb olunan sənədləri cavabdehə təqdim etdi. Bir neçə gündən sonra, ona zəng edərək müqavilənin hazır olduğunu və 500.000 manat məbləğinə qədər kredit xətti açıldığını bildirmişlər. Bank əməkdaşı ilə evin girovun qoyulması məqsədi ilə notariat kontoruna getmişdir. Latın əlifbanı bilmədiyindən və cavabdehin ciddiliyinə əmin olduğundan, müqaviləni oxumadan imzalamış, notariat kontorunun əməkdaşları isə ona heç bir izahat verməmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin girov müqaviləsində evə 600.000 manat yox, cəmi 360.000 manat qiymət qoyulmuşdur. Onun dəfələrlə 200.000-300.000 manat vəsaitin ona bir dəfəyə, otel və restoran kompleksinin işə salmaq üçün qalan işlərini tamamlayıb yay mövsümünə çatdırmaq üçün lazımduğunu dəfələrlə qeyd etməsinə baxmayaraq bank tərəfindən ona xx.xx.2019-cu il tarixdə 15.000, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 25.000 manat, cəmi 70.000 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə ona 30.000 manat məbləğində pul vəsaiti verilmişdir. Beləliklə, cavabdehin təqsiri nəticəsində yay mövsümünə qədər işlərini tamamlaya, fəaliyyətə başlaya və gəlir əldə edə bilməmişdir. Cavabdeh öz öhdəliyini tam yerinə yetirmədiyindən onun fəaliyyətinin vaxtında başlamamış, lakin buna baxmayaraq 2019-cu ilin dekabr ayına kimi ona verilmiş 5 ödəniş əsasında o banka əsas kredit məbləğindən 20.199.65 manat, faiz borcundan 11.040.23 manat, cəmi 31.239.88 manat qaytarmışdır. Əgər cavabdeh, müqavilədə nəzərdə tutulmuş 200.000-300.000 manat məbləğində pulu aprel-may aylarına qədər ödəmiş olsaydı, mayın axırına kimi o işlərini tamamlayıb, turist mövsümündə fəaliyyət göstərərdi. Həmin dövr ərzində fəaliyyət göstərmiş olsaydı, hotel və restoran xidmətindən, ayda orta 30.000-40.000 manat, il ərzində isə təxmini 200.000-300.000 manat gəlir əldə edib kreditini ilin sonuna kimi tam bağlaya bilərdi. Buna görə hesab edir ki, cavabdehin öhdəliyi vaxtında icra etməməsi səbəbindən 300.000 manat məbləğində fayda əldən çıxmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İlkin iddiaya münasibətdə Borclu2 iddianı qəbul etmədiyini bildirdi, pandemiya ilə əlaqədar müəssisələrinin fəaliyyət göstərmədiyini əsas göstərərək faiz borcunun silinməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5rşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (kredit verən) ilə Borclu2 (borc alan) arasında xx xxxx 2019-cu il tarixli, 19032-4808/702697/ KL saylı kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən kredit verən borc alana 500.000 manat məbləğində 120 ay müddətinə xx xxxx 2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən kredit limiti müqaviləsi çərçivəsində borc alana verilən kreditlər razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. 3.1-ci bəndinə əsasən kredit verən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər: a) davam edən 30 təqvim günü ərzində borc alan ona verilmiş kredit hissəsuini və/və ya onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmək iqtidarında olmadıqda 4.1-ci bəndinə əsasən borc alanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Borclu4 ilə xx xxxx 2019-cu il tarixli 19032-4808/702812Z saylı, “xxxx” MMC ilə xx xxxx 2019-cu il tarixli 19032-4808/702802Z saylı, xx xxxx 2019-cu il tarixli 19032-4808/304318Z Borclu1 ilə zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqavilələri bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsüludur. xx xxxx 2019-cu il tarixdə kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin təmin olunması üçün İddiaçı ASC ilə cavabdeh Borclu1 arasında 19032-4808/304318Z saylı, cavabdeh Borclu4 arasında 19032-4808/702812Z saylı və cavabdeh “xxxx” MMC arasında 19032-4808/702802Z zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və Borclu2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor borcluya 120 ay müddətinə 500.000 manat məbləğinədək illik 30 %-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. 1.3-cü bəndinə əsasən əsas müqavilə üzrə tələb edilə biləcək borc 500.000 manat kredit limiti məbləğində veriləcək kreditlər, hesablanacaq faiz borcları və cərimələrdir. 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən zaminlik icrasını təmin etdiyi kredit limiti müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit limiti müqaviləsinin müddəti uzadıldlqda, uzadılmış müddət ərzində və kredit limiti müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Borclu2 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli kredit sifarişindən görünür ki, yeni açılacaq restoran üçün avadanlıq almaq üçün 36 ay müddətində 15% dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilməsi xahiş edilmişdir. Borclu2 İddiaçı ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən edilir ki, Borclu2 banka müraciət edərək ona kredit limiti müqaviləsinə əsasən 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxx 2019-cu il tarixli Razılaşmanın: 1-ci bəndinə əsasən kredit verən 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx xxxx 2021-ci il tarixinədək 3 ay güzəşt olmaqla 15.000 manat məbləğdə borc pul vəsaitini borc alanın mülkiyyətinə verir. Borc alan isə 150 manat məbləğdə xidmət haqqı ödəyir. 4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 19.9 %-dir. 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borc alan əsas borc, faiz və digər ödənişləri kredit verənə ödəyəcəkdir. 7-ci bəndinə əsasən xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 16% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borc alan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazimi qaydada icra etmədiyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Borclu2 İddiaçı ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən edilir ki, Borclu2 banka müraciət edərək ona kredit limiti müqaviləsinə əsasən 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxx 2019-cu il tarixli Razılaşmanın: 1-ci bəndinə əsasən kredit verən 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx xxxx 2021-ci il tarixinədək 3 ay güzəşt olmaqla 15.000 manat məbləğdə borc pul vəsaitini borc alanın mülkiyyətinə verir. Borc alan isə 150 manat məbləğdə xidmət haqqı ödəyir. 4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 18.9 %-dir. 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borc alan əsas borc, faiz və digər ödənişləri kredit verənə ödəyəcəkdir. 7-ci bəndinə əsasən xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 18% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borc alan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazimi qaydada icra etmədiyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Borclu2 İddiaçı ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən edilir ki, Borclu2 banka müraciət edərək ona kredit limiti müqaviləsinə əsasən 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxx 2019-cu il tarixli Razılaşmanın: 1-ci bəndinə əsasən kredit verən 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx xxxx 2021-ci il tarixinədək 3 ay güzəşt olmaqla 15.000 manat məbləğdə borc pul vəsaitini borc alanın mülkiyyətinə verir. Borc alan isə 150 manat məbləğdə xidmət haqqı ödəyir. 4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 18.9 %-dir. 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borc alan əsas borc, faiz və digər ödənişləri kredit verənə ödəyəcəkdir. 7-ci bəndinə əsasən xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 18% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borc alan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazimi qaydada icra etmədiyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Borclu2 İddiaçı ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən edilir ki, Borclu2 banka müraciət edərək ona kredit limiti müqaviləsinə əsasən 24 ay müddətinə 25.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxxxx 2019-cu il tarixli Razılaşmanın: 1-ci bəndinə əsasən kredit verən 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx xxxxx 2021-ci il tarixinədək 3 ay güzəşt olmaqla 25.000 manat məbləğdə borc pul vəsaitini borc alanın mülkiyyətinə verir. Borc alan isə 250 manat məbləğdə xidmət haqqı ödəyir. 4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 18.9 %-dir. 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borc alan əsas borc, faiz və digər ödənişləri kredit verənə ödəyəcəkdir. 7-ci bəndinə əsasən xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 18% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borc alan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazimi qaydada icra etmədiyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Borclu2 İddiaçı ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən edilir ki, Borclu2 banka müraciət edərək ona kredit limiti müqaviləsinə əsasən 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx xxx 2019-cu il tarixli Razılaşmanın: 1-ci bəndinə əsasən kredit verən 19032-4808/702697/KL saylı, xx xxxx 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx xxxxx 2021-ci il tarixinədək 3 ay güzəşt olmaqla 30.000 manat məbləğdə borc pul vəsaitini borc alanın mülkiyyətinə verir. Borc alan isə 300 manat məbləğdə xidmət haqqı ödəyir. 4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 18.9 %-dir. 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borc alan götürülmüş kreditə görə yalnız xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borc alan əsas borc, faiz və digər ödənişləri kredit verənə ödəyəcəkdir. 7-ci bəndinə əsasən xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 18% üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borc alan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazimi qaydada icra etmədiyi təqdirdə kredit verənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Borclu2 İddiaçı ASC-yə olan kredit borcunun, faizlərinin və penyanın hesablanması haqqında xx.xx.2020-ci il tarixli arayışa əsasən xx.xx.2019-cu il tarixdə verilmiş krediti üzrə iddia qaldıran günə əsas kredit borcunun məbləği 6.066,53 manat, iddia qaldıran günə faiz borcunun məbləği 833,74 manat, kredit müqaqviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 6.77 manat; xx.xx.2019-cu il tarixdə verilmiş krediti üzrə iddia qaldıran günə əsas kredit borcunun məbləği 11.137,42 manat, iddia qaldıran günə faiz borcunun məbləği 847,71 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 91,49 manat; xx.xx.2019-cu il tarixdə verilmiş krediti üzrə iddia qaldıran günə əsas kredit borcunun məbləği 1.177,69 manat, iddia qaldıran günə faiz borcunun məbləği 838,52 manat, kredit müqaqviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 80,28 manat; xx.xx.2019-cu il tarixdə verilmiş krediti üzrə iddia qaldıran günə əsas kredit borcunun məbləği 19.736,04 manat, iddia qaldıran günə faiz borcunun məbləği 1.477,85 manat, kredit müqaqviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 129,75 manat; xx.xx.2019-cu il tarixdə verilmiş krediti üzrə iddia qaldıran günə əsas kredit borcunun məbləği 16.269,35 manat, iddia qaldıran günə faiz borcunun məbləği 2.305,19 manat, kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış cərimə məbləği 67,57 manat təşkil edir. İddiaçı ASC tərəfindən cavabdehlər Borclu1, Borclu2, Borclu3 MMC-yə, “xxxx” Aqro şirkətinə pretenziya məktubu ilə müraciət edilərək 79.800,35 manat məbləğində kredit, 4.152,76 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun və kreditə görə faizlər vaxtında ödənilmədiyinə görə əsas borc və faiz borcundan hesablanan 460,28 manat cərimə olmqla, cəmi 84.413,39 manat məbləğində pulun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (kredit verən) ilə Borclu2 (borc alan) arasında xx xxxx 2019-cu il tarixli, 19032-4808/702697/ KL saylı kredit limiti müqaviləsindən və həmin müqaviləyə əsasən bağlanmış xx xxxx 2019-cu il tarixli; xx xxxx 2019- cu il tarixli; xx xxxx 2019-cu il tarixli; xx xxxxx 2019-cu il tarixli və xx xxx 2019-cu il tarixli razılaşmalardan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin razılaşmalara əsasən cavabdeh Borclu2 cəmi 100.000 manat məbləğində kredit verilmişdir. Lakin Borclu2 kredit məbləğinin, eləcə də ona hesablanmış faizlərin ödənilməsinə dair öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdeh Borclu2 həmin razılaşmalar üzrə İddiaçı ASC-yə əsas, faiz və cərimə borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, İddiaçı ASC-nin (kredit verən) Borclu4 ilə bağladığı xx xxxx 2019-cu il tarixli 19032-4808/702812Z saylı, “xxxx” MMC ilə bağladığı xx xxxx 2019-cu il tarixli 19032-4808/702802Z saylı, Borclu1 ilə ilə bağladığı xx xxxx 2019-cu il tarixli 19032-4808/304318Z saylı zaminlik müqavilələrinə əsasən zaminlər Borclu4, “xxxx” MMC və Borclu1 Borclu2xx xxxx 2019-cu il tarixli, 19032- 4808/702697/ KL saylı kredit limiti müqaviləsindən və həmin müqavilədən irəli gələn razılaşmalardan irəli gələn öhdəliklərinə zamin durmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə kredit alan Borclu2 xx xxxx 2019-cu il tarixli, 19032- 4808/702697/ KL saylı kredit limiti müqaviləsi və onun əsasında bağlanmış razılaşmalar üzrə kredit verən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə Borclu2 banka borcunun yarandığını, eləcə də zaminlər “Borclu4, “xxxx” MMC və Borclu1 kredit müqaviləsi üzrə bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə kredit alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, “xxxx” BOKT ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada kredit alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlərdən tutulmalı olan borcun məbləğinə gəldikdə məhkəmə qeyd etməyi zəruri sayır ki, işə məhkəmədə baxılarkən cavabdeh Borclu2 tərəfindən mübahisəli kredit limiti müqaviləsi üzrə banka ödənişlər edilmiş, nəticədə cavabdehin banka olan borcunun məbləği azalmışdır. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas, faiz və cərimə borc məbləğləri sonuncu ödənişlərin də nəzərə alındığı xx.xx.2020-ci il tarixli borc haqqında arayışlara əsasən müəyyən edilməlidir. Bundan əlavə razılaşmalar üzrə əsas və faiz borclarını ödəniş qrafikinə uyğun qaytardığına görə Borclu2 hesablanmış cərimə məbləğlərinə münasibətdə məhkəmə ödənilməsi tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hesablanmış cərimələr tənasübsüz surətdə yüksək deyildir və həmin cərimələrin Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borcun tutulması tələbinə dair hissədə ilkin iddia qismən təmin edilməli, cavabdehlər Borclu2, Borclu1, “xxxx” Aqro Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 6066,53 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində faiz borcu, 6,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6.907,04 manat məbləğində borc; xx xxxx 2019cu il tarixli Razılaşma üzrə 11437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12376,62 manat məbləğində borc; xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 1177,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2096,49 manat məbləğində borc; xx xxxxx 2019-cu il tarixli Razılaşma üzrə 19736,04 manat məbləğində əsas kredit borcu, 1477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21343,64 manat məbləğində borc və xx xxx 2019cu il tarixli Razılaşma üzrə 16269,35 manat məbləğində əsas kredit borcu, 2305,19 manat məbləğində faiz borcu, 67,57 manat məbləğində cərimə borcu olmaqla,cəmi 18642,11 manat məbləğində borc, ümumilikdə 61365,9 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İlkin iddianın kredit limiti müqaviləsinin və onun əsasında bağlanmış razılaşmaların ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, cavabdeh Borclu2 mübahisəli müqavilə və onun əsasında bağlanmış razılaşmalar üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bununla yanaşı mübahisəli kredit limiti müqaviləsinin 3.1-ci bəndində də borc alan 30 təqvim günü ərzində ona verilmiş kredit hissəsini və/və ya onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmək iqtidarında olmadıqda kredit verənin birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin kredit limiti müqaviləsinin və razılaşmaların ləğv edilməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 öhdəliyin icra edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini ona xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən 500.000 manat məbləğində kredit limiti ayrıldığı halda bank tərəfindən cəmi 100.000 manat məbləğində kredit verilməsi, nəticədə otel və restoran tikintisi ilə bağlı planlaşdırdığı işləri vaxtında görə bilməməsi və həmin işlərin vaxtında başa çatdırıldığı halda əldə edə biləcəyi gəlirdən məhrum olması ilə əsaslandırmışdır. İş materiallarından isə görünür ki, kredit limiti müqaviləsi bağlandıqdan sonra Borclu2 həmin müqavilə əsasında ona kredit məbləğlərinin verilməsi ilə bağlı banka 5 dəfə ərizələrlə müraciət etmiş və onun ərizələrinə əsasən kredit limiti müqaviləsi üzrə 5 razılaşma bağlanmış və müvafiq kredit məbləğləri Borclu2 ayrılmışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 bankın ona zəruri olan məbləğdə kredit verməməklə kredit limiti müqaviləsi üzrə öhdəlikləri tam icra etmədiyini iddia etsə də, daha böyük məbləğdə kredit ayrılması ilə bağlı banka müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, öhdəliklərin icra edilməsi tələbinə dair hissədə Borclu2 qarşılıqlı iddia tələbi əsassızdır. Qarşılıqlı iddianın əldən çıxmış faydanın ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Hazırkı işdə qarşılıqlı iddia üzrə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarının pozulması halı məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə də qarşılıqlı iddia tələbi rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianin qismən təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan 5 manat hissəsi isə ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Borclu2 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsi və həmin müqaviləyə bağlanmış xx xxxx 2019-cu il tarixli; xx xxxx 2019- cu il tarixli; xx xxxx 2019-cu il tarixli; xx xxxxx 2019-cu il tarixli və xx xxx 2019-cu il tarixli Razılaşmalar ləğv edilsin. Cavabdehlər Borclu2, Borclu1, “xxxx” Aqro Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 6066,53 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində faiz borcu, 6,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6.907,04 manat məbləğində borc; xx xxxx 2019-cu il tarixli Razılaşma üzrə 11437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12376,62 manat məbləğində borc; xx xxxx 2019cu il tarixli Razılaşma üzrə 1177,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2096,49 manat məbləğində borc; xx xxxxx 2019-cu il tarixli Razılaşma üzrə 19736,04 manat məbləğində əsas kredit borcu, 1477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21343,64 manat məbləğində borc və xx xxx 2019-cu il tarixli Razılaşma üzrə 16269,35 manat məbləğində əsas kredit borcu, 2305,19 manat məbləğində faiz borcu, 67,57 manat məbləğində cərimə borcu olmaqla,cəmi 18642,11 manat məbləğində borc, ümumilikdə 61365,9 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı öhdəliyin icra edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar